Məhkəmə qərarları › İş №2(102)-1606/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1606/2023

11.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1606/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək haqqının və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-7*67/2*22 nömrəli, 14 noyabr 2*22-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 11 aprel 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2*.*7.2*1*-cu il tarixli, 51 nömrəli əmri ilə Samux rayon Qırmızı Samux kənd orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirinin K-161 nömrəli, 18.*2.2*22-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "ç" bəndi ilə (səbəb olaraqmüəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməsi ) xitam verilmişdir.

3. Maraqlı şəxs müdiri tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 28.*1.2*22-ci il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.12.2*21-ci il tarixli, *9/TQ-*9-3576 nömrəli məktubunu icra etmək məqsədilə Maraqlı şəxs əmri ilə Samux RTŞ, Gəncə ŞTİ və 8 saylı ƏMHM əməkdaşlarından ibarət komissiya yaradılmış 2*,21,27 dekabr 2*21-ci il və *7.*1,2*22-ci il tarixlərində Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbində rəhbərlik və nəzarətin, təlim-tərbiyə prosesinin səmərəli təşkilinin və sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməsi sahəsində mövcud vəziyyətin öyrənilməsi üçün yoxlamalar aparılmışdır. Qaraağaclı qəsəbə tam orta məktəbin dir ektoru İddiaçı *6.12.2*21-ci il tarixdən Maraqlı şəxsnə məlumat vermədən işə gəlməmiş, öz vəzifə funksiyalarını yerinə yetirməmişdir. Həmçinin, onun işdə olmadığına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.12.2*21-ci il tarixli, *9/TQ-*9-3576 nömrəli məktubu əsasında məktəbdə aparılan yoxlamalar zamanı bir çox rəsmi sənədlərə ("Məktəbin illik fəaliyyət planı”, “Məktəb pedaqoji şurasının protokolu kitabı”, “Məktəb üzrə əmr kitabı”, "Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı”, “Tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı”, “Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı”, şagirdlərin şəxsi işi, "Məktəbin texniki pasportu”, əsas vəsaitlərin inventar siyahısı, “Materialların anbar uçotu kitabı”, 'Məktəbin kitabxana fondu nun inventar kitabı" və s) baxış keçirmək mümkün olmamışdır. Aşkar olunmuş nöqsanlarla bağlı tərtib edilmiş aktlar, məsul şəxslərdən alınmış izahatlar və yoxlamanın nəticələrinə dair tərtib olunmuş yekun arayış Samux RTŞ-nin 17.*1.2*22- ci il tarixli **-*1-1*/1* nömrəli müşayiət məktubu ilə baxılması uçun Samux RTŞ İlk Həmkarlar ittifaqı Komitəsinə təqdim edilmişdir. 21.*1.2*22-ci il tarixdə Samux RTŞ ilk Həmkarlar İttifaqı Komitəsində baxılmış və Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir.

4. Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş əmək qabiliyyəti olmaması vərəqəsinə görə iddiaçı *6.12.2*21-3*.*1.2*22-ci ilədək, A.Səhhət a dına Xəstəxana tərəfindən verilmiş bülletenə görə isə 31.*1.2*22-ci ildən 28.*2.2*22-ci ilədək müddətə əmək qabiliyyətli olmamışdır. İşə başlama vaxtı *1.*3.2*22-ci il göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi, eləcə də iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçı barəsində verdiyi əmək müqaviləsinin ləğv edilməsi barədə 18 fevral 2*22-ci il tarixli K-161 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının, həmçinin iddiaçının bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 199*-cı ildən Samux rayon Qırmızı Samux kənd orta məktəbdən müəllim, 2*1*-cu ildən isə həmin məktəbin direktoru vəzifəsində işləyir. Maraqlı şəxsnə təzə təyin olunmuş müdir YYY və onun müavini 111 ilk işə başladıqları gündən iddiaçıya qarşı qərəzli mövqe tutmuşlar. Belə ki, onlar iddiaçıya 7-8 ştatlı işçini və 3-4 nəfər texniki işçini hər hansı bir səbəblə işdən azad etməsini tələb etmişlər. İddiaçı isə onların ailəsinin və yeganə dolanacaq yerlərinin məktəb olduğunu bildirərək bunu edə bilməyəcəyini bildirmişdir. 15 sentyabr 2*21-ci ildə onlar iddiaçını otaqlarına çağıraraq işçiləri işdən azad etməsə, onu peşman edəcəklərini bildirmiş və pis söyüşlərlə onu təhqir etmişlər. Münaqişədən sonra iddi açıda ürək xəstəliyi əmələ gəlmişdir. Elə bu vaxtlardan da o əmək qabiliyyətini müvəqqəti itirmiş və əmək qabiliyyətinin olmamasına görə işə çıxmamışdır. Gəncə şəhəri Kardioloji Xəstəxanasının *393881 nömrəli “Stasionar xəstənin tibbi kartasından çıxarış”da bu hal öz təsdiqini tapır. Lakin 19 yanvar 2*22-ci ildə Maraqlı şəxs müdiri YYY teleqram göndərmişdir ki, iddiaçını işdən çıxardırlar. İddiaçı isə cavab olaraq xəstə olduğunu bildirmişdir. 21 yanvar 2*22-ci ildə bir də eyni məzmunlu teleqram vurulmuşdur, 23 yanvar 2*22-ci ildə isə artıq işdən çıxarılması barədə teleqram gəlmişdir. 25 yanvar 2*22-ci ildə iddiaçının evinə polis işçiləri ilə Təhsil şöbəsinin işçiləri gəlib onu zorla məktəbə aparıb möhürü təhvil-təslim etdirmişlər. İddiaçı *6 dekabr 2*21-ci ildən *1 mart 2*22-ci ilə qədər ə mək qabiliyyətinin olmamasına görə işdən azad edilmişdir. İddiaçının işdən çıxarılması barədə əmr 18 fevral 2*22-ci ildə verilmiş və 21 fevral 2*22-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sadalanmışdır. Onlardan biri də məhz əmək qabiliyyətini müvəqqəti itirən işçilərdir ki, onların bu müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 31 yanvar 2*22-ci il tarixli *4**547 nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, iddiaçı sonuncu dəfə 31 yanvar 2*22-ci ildən *1 mart 2*22-ci ilə qədər işdən azad edilmişdir. Həmin sənəd mübahisələndirilməmiş və hal-hazırda da qüvvədəd ir. İddiaçı işə öz xəstəliyi ilə əlaqədar çıxa bilməmişdir ki, bu da rəsmi sənədlərlə müəyyən olunur. Maraqlı şəxs Həmkarlar təşkilatının onun barəsində qəbul etdiyi qərar və keçirdiyi iclas qanunsuz və əsassızdır. Çünki, 21 yanvar 2*22-ci ildə iddiaçı xəstəliyi ilə əlaqədar işdən azad edilmiş və iclasda iştirak etməsi də mümkünsüz idi. Bundan başqa, həmin tarixə müvafiq həmkarlar təşkilatının sədri səlahiyyətsiz olmuş, qərəzli və onun iştirakı olmadan müvafiq razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehlə mübahisənin mediasiya qaydasında məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmamışdır.

7. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmiş, ə lavə olaraq bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilən zaman onun əmək qabiliyyətinin olmamasından işəgötürənin məlumatı olmamışdır, həttə İddiaçı işdə olmadığı üçün onun axtarışı ilə bağlı müvafiq tədbirlər görmüşdür. Lakin iddiaçı özünün xəstə olması ilə bağlı iş yerinə hər hansı bir məlumat verməmişdir.

8. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(**5)-26*1/2*22) nömrəli, 11 avqust 2*22-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbi təmin edilərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, 18.*2.2*22-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi; İddiaçı Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi; 18.*2.2*22-ci il tarixindən işə bərpa olunduğu günə q ədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-161 nömrəli, 18.*2.2*22-ci il tarixli əmrində, Maraqlı şəxs İlk Həmkarlar təşkilatının 21.*1.2*22-ci il tarixində keçirilən iclasın *3 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı *6.12.2*21-ci il tarixdən *1.*3.2*22-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış və göstərilən müddət aralığında işdən azad edilmişdir, *1.*3.2*22-ci il tari xdən işə başlamalı olması göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı fəaliyyətində pozuntular aşkar edilsə də, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir.

10. Məhkəmə iddia tələbinin “bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır, təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı qanunsuz olaraq işdən azad edilməsi sübuta yetirildiyindən ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 3, 42.1, 45 (4), 47, 56.2, 287, 288, 292, 43 (1), 7* ç), 7 1, 72, 79 (1), 71 (1), 3**, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təhsil Nazirliyinin 18.*2.2*22-ci il tarixli, K-161 nömrəli əmrinə əsasən, Samux rayonu, Qarağacı qəsəbə tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas, həmin məktəbdə aparılmış yoxlama və aşkar olunan ciddi qanun pozuntuları olmuşdur. Yoxlama zamanı məktəbin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilmiş və bu səbəblə müvafiq akt tərtib edilmişdir. Akta əsasən yoxlama zamanı direktor iş yerində olmamış, işə gəlməməyinin səbəbləri barədə iş yerinə məlu mat verməmiş, direktorun 8-ci və 1*-cu siniflərdə ingilis dili fənni üzrə dərs saatları olsa da, həmin dərslər tədris edilməmiş, məktəb sənədləri yoxlamaya təqdim olunmamış, bir neçə işçi işdə olmamış, lakin onlara əmək haqqı ödənilmişdir. İşə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin "ç" bəndinin tətbiq olunmasını qanunsuz hesab edərək, həmin Məcəllənin 79-cu maddəsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Məhkəmə Əmək Məcəlləsinin 79.1-ci maddəsinə istinad edərkən iddiaçının Təhsil nazirinin adına yazdığı ərizəni nəzərə almamış və həmin ərizəyə heç bir hüquqi münasibət bildirməmişdir. Eyni zamanda, iddiaçı əmək qa biliyyətinin itirilməsi barədə işəgötürənə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi bülletenlə kifayətlənmiş və təqdim olunan sübutlara əhəmiyyət verməmişdir. Məhkəməyə təqdim olunmuş bülletenlərin həqiqiliyini şübhə altına alan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Ağentliyinin 11 aprel 2*22-ci il tarixli, RNŞ/1- 2-2*22-833* saylı məktubunda qeyd edilir ki, bülletenin yazılması qanunvericiliyin tələblərinə cavab vermədiyindən xəstəxananın Poliklinika şöbəsinin həkimlərinə və vəzifəli şəxslərinə müxtəlif intizam tənbehləri tətbiq edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*3)-7*67/2*22) nömrəli, 14 noyabr 2*22-ci il tarixli qətna məsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, İlham Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinin ləğv edildiyi 18 fevral 2*22-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsi işin mübahisəsiz halıdır, yəni bu fakt hər hansı bir formada nə cavabdeh, nədə digər şəxslər tərəfindən mübahisələndirilməyib və tibb müəssisəsinin verdiyi həmin rəsmi sənəd bu gün də qüvvəsini itirməyib. Ona görə də iddiaçının direktor olduğu məktəbdə aparılmış yoxlama və aşkar olunan ciddi qanun pozuntuları həqiqi olsa belə, Təhsil Nazirliyi tərəfindən 18.*2.2*22-ci il tarixdə mübahisələndirilən əmr v erilə bilməzdi. Başqa sözlə, yalnız bu əsas, yəni iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi kifayət edirdi ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsin. Çünki Əmək Məcəlləsinin 79-cu maddəsində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 7*-ci maddəsində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir.

16. Ona görə də birinci instansiya məhkəməsi işəgötürən tərəfindən iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin "ç" bəndinin tətbiq olunmasını qanunsuz hesab edərək, həmin Məcəllənin 79-cu maddəsinə əsaslanaraq iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarını tətbiqində pozuntuya yol verməyib, əksinə iddianı təmin etməsəydi pozunt uya yol vermiş olardı.

17. Apellyasiya baxışı zamanı da iddiaçı əmək qabiliyyətinin itirilməsi barədə Maraqlı şəxsnə dəfələrlə məlumat verdiyini göstərmişdir, bu halların həqiqi olmaması belə yuxarıda qeyd olunan səbəbə görə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi.

18. Şikayətdə göstərilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 11 aprel 2*22-ci il tarixli, RNŞ/1-2-2*22-833* saylı məktubunda bülletenin yazılması qanunvericiliyin tələblərinə cavab vermədiyindən xəstəxananın Poliklinika şöbəsinin həkimlərinə və vəzifəli şəxslərinə müxtəlif intizam tənbehləri tətbiq edilməsinin bildirilməsi dəlili də iddianın əsassızlığına dəlalət etmir. Yəni, əmək qabiliyyətinin olmaması vərəqəsini tibb müəssisəsinin səlahiyyətli şəxslərinin düzgün yazmamasının iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsinə heç bir aidiyyəti yoxdur. Çünki, həmin vərəqin düzgün tərtib edilməməsi iddiaçının həmin dövrdə xəstə olmasını inkar etmir. Əgər belə bir hal olsaydı, yəqin ki, Agentlik qeyd olunan məktubunda bu hala da münasibət bildirərdi, ancaq bildirməyib. Deməli, iddiaçının mübahisələndirilən əmrin verildiyi tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsi halı da Agentlik tərəfindən inkar olunmur.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 3, 12 (c bəndi), 68 (1-ci bəndi), 7* (ç bəndi), 71 (2-ci bəndi), 71 (3-cü bəndi), 79 (1-ci bəndi), 187 (4-cü bəndi), 3**-cü maddələrinə (1-ci bəndi) istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabd eh (Vəkil3) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə istinad edərkən iddiaçının Təhsil Nazirinin adına yazdığı ərizəni nəzərə almamış və həmin ərizəyə heç bir hüquqi münasibət bildirməmişdir. Eyni zamanda iddiaçı əmək qabiliyyətinin itirilməsi barədə işəgötürənə heç bir məlumat verməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçinin xəstəliyi barədə məlumatsız olmuşdur. Lakin işə baxan məhkəmə bu halı nəzərə almamışdır.

22. Məhkəməyə təqdim olunmuş xəstəlik vərəqəsi, iddiaçının əmək qabiliyyətini itirməsi barədə məlumatın işəgötürənə təqdim edilməsini təsdiq edən hər hansı bir süb ut mövcud deyil. Lakin iş üçün mühüm əhəmiyyət kəsb edən bu hallar məhkəmə tərəfindən araşdırılmamış və münasibət bildirilməmişdir. İşçinin xəstəliyi barədə məlumatın işəgötürənə verilməməsi işəgötürənin deyil, işçinin məsuliyyətidir. Məhkəmə bu fakta əhəmiyyət verməmişdir.

23. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 79cu maddəsinin düzgün tətbiq edilmədiyini, 1*-cu maddəsinin a və b bəndlərinin tələblərinin pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, etirazı iddia ərizəsinə oxşar məzmunda əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Məcəlləsi

25. Maddə 2 (2-ci hissə). Azə rbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

26. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.

27. Maddə

11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...

28. Maddə

68. Bənd

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

29. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

30. Bənd ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi ü zrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

31. Maddə 71. bənd

2. Bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə

79. Bənd

1. İşəgötürən tərəfindən:... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;... bu Məcəllənin 7*-ci maddəs i ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

33. Maddə 3**. Bənd

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 4*7.2. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. İddia tələbinin maddi-hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 3**-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:

1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəllə sinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir.

45. İşə baxmış məhkəmələr də işin hallarını bu normanın tələbləri əsasında araşdırmış və İddiaçı *6.12.2*21-ci il tarixdən *1.*3.2*22-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmadığını və onunla olan əmək müqaviləsinə əmək qabiliyyətli olmadığı müddətdə - 18.*2.2*22-ci il tarixdə xitam verildiyini müəyyən etmişdir.

46. Əmək Məcələsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

47. Bu qadağanın pozulması isə, Əmək Məcəlləsinin 3**-cü maddəsinə əsasən, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılması üçün əsasdır.

48. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçinin xəstəliyi barədə məlumatsız olmas, iddianın təmin olunmasını istisna edən hal deyil.

49. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Əmək Məcəlləsinin 79 və 3**-cü madələrinin tələblərinə uyğun olmaqla əsaslıdır və məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-7*67/2*22 nömrəli, 14 noyabr 2*22ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar