Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1606/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-947/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfində n verilmiş kassasiya şikayətinə 27 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı "xxxx" ASC-yə Binəqədi filialının Kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə (peşəsinə) əsas iş yeri olmaqla işə qəbul edilmiş və işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir.
2. Əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən iddiaçı “Banklar haqqında” Qanunun 41-ci maddəsinə və “Kommersiya sirri haqqında” Qanuna əsasən aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: - işlədiyi müddətdə və ondan sonra, xidməti işi ilə əlaqədar ona məlum olan bank və kommersiya sirrini yaymamaq; - bank və kommer siya sirrinin qorunması qaydalarını tənzimləyən əmr və təlimatların tələblərini yerinə yetirmək; bank və kommersiya sirrini təşkil edən məlumatları bankın əleyhinə istifadə etməmək; bank və kommersiya sirrini təşkil edən məlumatları kənar şəxslər tərəfindən ondan almaq cəhdləri barədə dərhal Bank təhlükəsizliyi departamentinə məlumat vermək. Bank və kommersiya sirrinin yayılmasına görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyacağı barədə xəbərdar edilmiş iddiaçı həmin əlavə ilə tanış olaraq imzası ilə təsdiq etmişdir.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə pərakəndə satış və xidmət üzrə mütəxəssisi vəzifəsinə daha sonra isə xx.xx.2022-ci il tarixdə pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir.
4. İşəgötürənin x x.xx.2023-cü il tarixli 1951t saylı əmrinə əsasən, bankın Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.
5. İşəgötürənin xx.xx.2023-cü il tarixli 2986k saylı əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və o, tutduğu vəzifədən (filialın pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi) azad edilmişdir. Həmin tarixdə 110 nömrəli iclas protokolundan çıxarışa əsasən qeyd olunan məsələ X4 Rəyasət Heyətinin iclasının gündəliyinə çıxarılaraq müzakirə edilmiş və İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2023-cü il tarixli 2986k saylı əmrinin ləğv edilməsini, iddiaçının Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqının və 57 manat mediasiya xərcinin əvəzinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2023-cü il tarixli 2986k saylı əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi vəzifəsindən azad edilmişdir. Əmrin nüsxəsi və əmək kitabçası iddiaçıya yalnız bu yaxınlarda, çoxsaylı müraciətlərindən sonra təqdim olunmuşdur. Əmr tamamilə əsassızdır. Buna görə də, əmr ləğv edilməli, iddiaçı vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməmiş, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddiaçının irəli sürdüyü tələblər əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, X14 departamenti tərəfindən 2022-2023-cü ilin iyul ayınadək aparılmış monitorinqin nəticələrinə əsasən cavabdeh ASC-nin Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi İddiaçının əmək vəzifələrini kobud şəkildə pozaraq, ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən suiistifadə etməsi və qanunvericiliyin tələblərinə zidd olan əməliyyatlar aparması müəyyən olunmuşdur. Belə ki, X14 departamenti tərəfindən Nəsimi filialı üzrə aparılan monitorinq zamanı əməkdaş İddiaçı tərəfindən 3 müştəriyə aid bank sirri hesab edilən məlumatların (bank hesablarından çıxarışlar) başqa üçüncü şəxslərin sifarişi ilə müştərilərin yazılı razılığı olmadan əldə olunması və onlara baxış keçirilməsi, məlumatların əldə edilməsi zamanı digər əməkdaşa məxsus olan və yalnız həmin əməkdaş tərəfindən istifadəsinə icazə verilən profildən istifadə etməsi, müştərilərin növbəsiz olaraq qəbul olunması və xidmət göstərilməsi aşkarlanmışdır.
9. Bundan əlavə Ba nkın müştərisi xx.xx.2023-cü il tarixində çağrı mərkəzinə zəng edərək xx.xx.2023-cü il tarixdə Bankdan kredit götürdüyü zaman kredit məbləğinin yarısını vasitəçiyə təqdim etdiyini, vasitəçi isə həmin pulun bir hissəsinin bankın əməkdaşına çatacağını ona söylədiyini bildirmiş, bununla bağlı Banka yazılı ərizə ilə müraciət etmişdir. Daxil olan məlumat əsasında araşdırma aparılmış, qeyd olunan müştəriyə krediti rəsmiləşdirən MXS əməkdaşının da məhz İddiaçı olduğu aşkar olunmuşdur. Bununla da, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, Bankla onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin, o cümlədən ASC-nin Korporativ Etika Məcəlləsinin tələblərini pozmuşdur. Qeyd olu nanların nəticəsi olaraq İddiaçı xx.xx.2023-cü il tarixli 2986K saylı əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Qeyd olunmalıdır ki, müştəri X5 xx.xx.2023-cü il tarixdə Bankın məlumat mərkəzinə zəng edərək, Bankdan kredit götürdüyü zaman kredit məbləğinin (9.700 AZN) yarısını vasitəçiyə verdiyini, vasitəçi isə həmin pulun bir hissəsinin bankın əməkdaşına çataçağını ona söylədiyini bildirmişdir. Daxil olmuş müraciət üzrə X14 Departamenti tərəfindən müvafiq qaydada araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı X2 "xxxx"-nin Nəqliyyat İdarəsində avtomobil sürücüsü kimi çalışdığı və əmək haqqını ASC-dən aldığı müəyyən edilmişdir. X9 xx.xx.2023-cü il tarixdə Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi İddiaçı tərəfin dən 9.700 AZN kredit verildiyi müəyyən edilmişdir. Kredit verilməsi prosesi üzrə aparılan videomüşahidə zamanı xx.xx.2023-cü il tarixdə, saat 14:13 radələrində əməkdaşın telefonuna mesaj gəldiyi, əməkdaşın telefona baxaraq Bİ proqramında axtarışı elədiyi və müştəriyə məxsus hesablara baxış elədiyi müşahidə edilmişdir (Hesab çıxarışları üzrə loglara əsasən əməkdaş İddiaçı Nəsimi filialının digər əməkdaşı Tural Allahverdilinin profili ilə 14:16 radələrində X9 məxsus hesab çıxarışına baxdığı öz təsdiqini tapmışdır). Əməkdaş müştərinin hesablarına baxış keçirdikdən sonra telefonda mesaj yazdığı, müştərinin filiala 15:30 radələrində yanında bir nəfər ilə daxil olduğu, Qmaticdən A106 nömrəli qəbzi və A107 nömrəli qəbzi (sonuncunu yanındakı şəxsə təqdim edir) götürdüyü müşahidə edilmişdir. Video müşahidələr və Q-matic üzrə loglar təhlil edilən zaman müştəri Rasim Nəsrullayevin müxtəlif vaxtlarda (15:31, 15:37 və 16:06 radələrində) Qmaticdən F125, A110 və A118 nömrəli qəbzləri götürdüyü müşahidə edilmişdir.
10. Müştərinin götürdüyü A106, A107 və A110 nömrəli qəbzlər əməkdaş Nəzrin Həsənlinin xidmət etdiyi masada yandığı (15:59, 16:01 və 16:03 radələrində) müəyyən müddət gözlədikdən sonra xidmətin yekunlaşdığı, F125 nömrəli qəbzin 15:59 radələrində əməkdaş Mahmud Mahmudzadənin xidmət etdiyi masada yandığı, müəyyən müddət gözlədikdən sonra xidmətin yekunlaşdığı, əməkdaş İddiaçı tərəfindən müştəriyə sonuncu götürdüyü A118 nömrəli qəbz ilə xidmət etdiyi müəyyən edilmişdir. Əlavə olaraq aparılan videomüşahidə zamanı əməkdaşın müştəriyə xidmət edən zaman mütəmadi olaraq telefon ilə kiməs ə mesaj yazdığı müşahidə edilmişdir. Əlavə olaraq yoxlama prosesində xx.xx.2023-cü il tarixdə müştəri X1 ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Həmid adlı vasitəçinin onun şəxsiyyət vəsiqəsinin şəklini çəkərək ASC bankda çalışan Elçin adlı şəxsə göndərdiyini, Elçin adlı şəxsin təsdiqini aldıqdan sonra, vasitəçinin onu Bankın 28 May küçəsində yerləşən filialında çalışan Aynur xanıma yaxınlaşmasını və ona kreditin ayrılacağını söylədiyini bidirmişdir. Müştəri ərizəsində, Həmid adlı vasitəçinin ona ayrılan 9.700 AZN kreditin 5.600 AZN-ni aldığını, 5.000 AZN hissəsinin Elçin adlı şəxsə, 600 AZN isə vasitəçinin özünə qaldığını bildirmişdir. Qeyd etmək lazımdır ki, müştəri Rasim Nəsrullayev ilə kommunikasiya zamanı Elçin adlı şəxsin ona özünü cavabdeh ASC-nin köhnə əməkdaşı kimi tə qdim etdiyini, hazırda bankda çalışmadığını söylədiyini bildirmişdir. X11 tərəfindən təqdim edilən məlumata əsasən Elçin adlı şəxsin soyadını, telefon nömrəsi və onun barədə əlavə məlumatı olmadığı bildirmişdir. Qeyd olunan hal ilə bağlı Elçin adlı şəxsin cavabdeh ASC-nin əməkdaşı olması barədə əlavə eyniləşdirmə aparılması mümkün otmamışdır.
11. Aparılmış araşdırma nəticəsində əməkdaş İddiaçı tərəfindən Bank və əməkdaş arasında olan işgüzar münasibətlərin tənzimlənməsi ilə bağlı bir sıra normativ sənədlərin tələblərinin pozulduğu aşkar olunmuşdur. Belə ki, iddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin işçinin əmək funksiyası və vəzifələri adlanan bölməsinin 3.1-ci bəndinə əsasən bank və kommersiya sirrini qorumaq işçinin vəzifəsidir. 3.3-cü bəndinin “b” y arımbəndinə əsasən əmək intizamına və Bankdaxili intizam qaydalarına riayət etmək, o cümlədən ASC-nin Korporativ Etika Məcəlləsinin və s. tələblərini yerinə yetirmək işçinin vəzifəsidir. Sözügedən sənədlərə baxdıqda müəyyən olunur ki, İddiaçı tərəfindən ASC-də informasiya texnologiyalarından məqbul istifadəyə dair Metodiki göstərişlərin 3.1-ci: “Bankın informasiya texnologiyaları yalnız xidməti zərurətlərlə əlaqədar istifadə edilməlidir, informasiya texnologiyalarından şəxsi məqsədlər üçün istifadə yolverilməzdir”; 4.4-cü “Autentifikasiya məlumatları (şifrələr, fərdi identifikasiya kodları və s.) və İnformasiya daşıyıcıları digər işçilərlə paylaşılmamalıdır” bəndləri, ASC-nin Korporativ Etika Məcəlləsinin 5.14.3-cü: “Bank əməkdaşları istər iş yoldaşlarına, istərsə də müştərilərə münasibətd ə ayrı seçkiliyə yol verməməli, diskriminasiya hallarının baş verməsinə şərait yaratmamalıdırlar”; 5.17-ci: “Bank əməkdaşları öz vəzifələrindən sui-istifadə etməməli, vəzifə öhdəliklərindən irəli gələn bütün hərəkətlərdə Bankın mənafelərini öz şəxsi mənafelərindən üstün tutmalıdırlar”; 6.8ci: “Bank müştərilərə xas məlumatların qorunmasının əsas təminatçısıdır. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məlumatların paylaşılması halları İstisna olmaqla, Bank biznes əməliyyatlarında müştərilərə aid məlumatların yalnız onların yazılı razılığı əsasında istifadəsinə və ötürülməsinə diqqət yetirir”; 6.9-cu: «Bank əməkdaşları yalnız öz xidməti vəzifələrinin icrası prosesində onlara məlum olan müştəri məlumatlarının qanunla müəyyən edilən qaydada istifadəsinə çalışmalıdırlar”; 6.22-ci: “Bank haqs ız üstünlük əldə etmək, inzibati maneələri aşmaq, Banka fayda verə biləcək hər hansı proseduru, tədbiri sürətləndirmək və sair bu kimi məqsədlərə nail olmaq üçün istər aktiv (rüşvət vermə), istərsə də passiv (rüşvət alma) rüşvətxorluğu qadağan edir” bəndləri, o cümlədən ASC-də müştəri növbələrinin elektron idarə edilməsi sisteminin istifadəsinə dair metodiki göstərişlərin 8.3-cü bəndi: “Əməliyyatçılar və xəzinədarlar müştəriləri yalnız növbə ilə qəbul etməlidirlər. Müştəriləri növbəsiz qəbul etmək qadağandır” bəndi kobudcasına pozulmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı tərəfindən bundan öncə də bir neçə dəfə eyni məzmunlu xətalar törədilmiş, ən son xətası üçün ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” tənbehi verilmiş, lakin o, bu əməlindən islah olunmayaraq oxşar pozuntuları törətməkdə davam etmişdir.
12. Qeyd edilənlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq işçidən izahat alınmış, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı razılıq alınması məqsədilə müvafiq olaraq X6na müraciət olunmuş, sonuncu tərəfindən razılıq verilmiş və qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində (əməkdaşın əmək məzuniyyətində, o cümlədən xəstəlik vərəqəsinə əsasən işdə olmadığı dövrlər nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.29-cu bəndinə əsasən işçi ASC-nin qanuni mənafelərini, hüquqlarını və Bank (kommersiya) sirrini qorumadığı, habelə Bankın nüfuzuna xələl gətirdiyi hallarda işçinin bu təqsirli hərəkətləri əmək vəzifələrinin kobud şəkildə pozulması hesab e dilir və ASC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq əmək müqaviləsinin qeyd-şərtsiz qaydada ləğv edilməsi üçün əsasdır. Odur ki, yuxarıda qeyd edilən xüsusatları, həmçinin işəgötürən olaraq bankın üzərinə düşən bütün prosessual funskiyaları qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirməsini nəzərə alaraq hesab edir ki, iddiaçı barəsində intizam tənbehi seçilən zaman ASC heç bir pozuntuya yol verilməmişdir. İddiaçı öz vəzifə səlahiyyətlərindən şəxsi məqsədləri naminə sui-istifadə edərək əmək müqaviləsi və qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Göstərilən faktlara və qanunvericiliyin tələblərinə əsasən iddia rədd edilməlidir.
13. Bundan başqa aydın olur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzi ndə məhkəməyə müraciət edə bilərdi və bu müraciətdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mövcud idi. Aşağıda göstərilən faktlara əsasən müəyyən etmək olur ki, iddiaçı sözügedən 1 aylıq müddəti ötürmüşdür. Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2024-cü il tarixli 2986k nömrəli əmrindən bəlli olur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilib. Hazırkı ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli 6-2- 40/2-27058/2023 saylı məktubdan görünür ki, işəgötürən tərəfindən İddiaçı ünvan 1 ünvana (iddia ərizəsində də qeyd edilən ünvan) onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi, həmin iş gününün sonunadək onun əm ək kitabçasını təhvil almadığı bildirilmiş, qısa müddət ərzində Banka yaxınlaşaraq əmək kitabçasını təhvil alması xahiş olunmuş, sözügedən məktub sonuncu tərəfindən təhvil alınmışdır (iddia müddəti tətbiq edilməsi barədə ərizəyə poçt qaiməsi əlavə edilmişdir). Bundan əlavə elə həmin gün ona son-haqq hesab məbləği ödənilmişdir. Bununla da iddiaçının Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. İş materiallarında olan və iddiaçı tərəfindən göndərilən mediasiya prosesi barədə təklifdən görünür ki, iddiaçı banka xx.xx.2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və həmin təklif banka xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bununla da “Media siya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6 və 35.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş iddia müddətinin axımı mediasiya barədə arayış alınacağı vaxtadək dayandırılır. Tarixlərə diqqət yetirdikdə görünür ki, iddiaçının ən geci xx.xx.2023-cü il tarixdə hüququnun pozulduğunu (iddiacı belə hesab edir) aşkar etdiyi vaxtdan mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə göndərməsinə qədər nəyinki 1 ay, 9 aya yaxın vaxt keçmişdir. Bu da o deməkdir ki, iddiaçının mediasiya prosesinin nəticəsi ilə bağlı arayışın alınmasından sonra artıq məhkəməyə nə vaxt müraciət etməsindən asılı olmayaraq qanunvericiliklə əmri mübahisələndirmək ücün müəyyən edilmiş müddəti ötürmüşdür. İş materiallarında olan “Mediasiya sessiyasından sonra prosesin da vam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, sözügedən arayış xx.xx.2024-cü il tarixdə alınmış və məhkəməyə xx.xx.2024- cü il tarixdə müraciət etmiş və bununla da qanunvericiliyin müəyyən etdiyi normanı kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmi n Məcəllənin 375.2-ci maddəsinə əsasən məlikəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bütun bunlar onu təsdiqləyir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş 1 təqvim ayı tələbini pozub. Göründüyü kimi, istənilən halda iddia rədd edilməlidir. Belə ki, iddia həm əsassızdır, həm də iddia müddəti iddiaçı tərəfindən üzürlü səbəblər olmadan ötürülmüşdür. Məhkəmədən iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkə məsi) e-2(006)-4301/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsi əsaslandırdığı mövqeyi ilə bağlı ilk növbədə müəyyən etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən bankdaxili qaydaların pozuntusuna yol verilmişdir. Əməkdaş tərəfindən daha əvvəllər də analoji pozuntulara yol verildiyinə görə 2023-cü il ərzində şifahi xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehləri tətbiq edilmişdir. Növbəti dəfə aparılmış araşdırmalar nəticəsində əməkdaşın yenidən bankdaxili qaydaları, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin və ona əlavələrin şərtlərinin pozulması halları müəyyən edilmiş, aşkar edilmiş nöqsanlar barədə əməkdaşın izahatı alınmış, əməkdaş qayda pozuntularına yol ver diyini bildirmişdir və bir daha bu əməlləri təkrarlamayacağına dair söz vermişdir. Bununla belə sonuncu araşdırma nəticəsində aşkar edilmiş nöqsanlara əsasən əməkdaşın vəzifəyə uyğunluğunun yenidən qiymətləndirilməsi tövsiyə edilmiş, işəgötürən əməkdaşla əmək münasibətlərini davam etdirmək niyyətində olmasına baxmayaraq əməkdaşın növbəti əmək məzuniyyəti, habelə xəstəliklə əlaqədar əmək qabiliyyətsiz olaraq işə çıxmamasından irəli gələrək əmək münasibətlərinə xitam verilməsi mümkün olmamışdır. İşçinin əmək məzuniyyəti və xəstəliklə əlaqədar işdən olmaması nəticəsində onunla əmək münasibətlərini tənzimləmək mümkün olmamış, xx.xx.2023-cü il tarixdə işçiyə müvafiq məzmunda məktub ünvanlanmış, onun işə gəlməməsi səbəblərini bildirməsi tələb olunmuş, əks halda əmək münasibətlərinə xitam verilmə si barədə xəbərdarlıq edilmişdir. Bu müddət çərçivəsində isə müştəri Rasim Nəsrullayevin müraciəti əsasında yenidən araşdırma aparılmışdır. Lakin, işçinin işdən azad edilməsinə əsas məhz Rasim Nəsrullayevin müraciəti deyil, daha əvvəlki aşkarlanmış pozuntulara əsasən aparılmış araşdırma nəticəsində onun vəzifəsinə uyğunluğunun yenidən qiymətləndirilməsi və işəgötürənin səlahiyyətli orqanının gəldiyi nəticə olmuşdur. Əməkdaşın işdən azad edilməsinə bütövlükdə onun üzərinə götürdüyü əmək funksiyalarından kənara çıxmalar, habelə əməkdaşın müəssəsisədaxili qaydalara (hazırkı halda həmçinin korporativ etika məcəlləsi) riayət etməməsi olmuşdur.
16. İşin halları ilə bağlı məhkəmə qeyd etmişdir ki, İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqa viləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamış və Prosessual qanunvericiliyin göstərişlərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsaslı olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə isə iddia əsaslı hesab oluna və təmin edilə bilməz.
17. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddiaçının cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71, 72, 73, 84 və 300-cü və Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, əmrdə istinad edilən cavabdehin daxili sənədləri (Bankdaxili intizam qaydalarını, Korporativ Etika Məcəlləsini, İnformasiya texnologiyalarından məqbul istifadəyə dair Metodiki göstərişlər) ilə iddiaçının tanış edilməsini belə Cavabdeh sübut edə bilmədi. Buna dair heç b ir dəlil ortaya qoyulmadı. Sanki Cavabdehin daxili sənədləri dövlətin normativ hüquqi aktlarıdır və işçilərin onlardan məlumatlı olması prezumpsiyası mövcuddur. Halbuki işgüzar dövriyyə adələtlərinə və sağlam məntiqə görə işçi işəgötürənin daxili sənədləri ilə tanış edilməli və bu barədə işçinin hər hansı formada yazılı təsdiqi mövcud olmalıdır. Əks halda, işəgötürən köhnə tarixlə istənilən sənədi qəbul edib, işçini onu pozmaqda ittiham edərək işdən çıxara bilər. Əmrdə qeyd olunur ki, guya iddiaçı 3 müştəriyə aid bank sirri hesab edilən məlumatların (bank hesablarından çıxarışlar) üçüncü şəxslərin sifarişi ilə müştərilərin yazılı razılığı olmadan əldə etmiş, baxış keçirmişdir. Lakin Məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir. Qətnamədə də bu barədə heç nə deyilmir. Əmrdə qeyd ol unur ki, guya İddiaçı məlumatların əldə edilməsi zamanı digər əməkdaşa məxsus olan və yalnız həmin əməkdaş tərəfindən istifadəsinə icazə verilən profildən istifadə etmişdir. Qətnamədə vurğulanır ki, “Hesab çıxarışları üzrə loglara əsasən əməkdaş İddiaçı Nəsimi filialının digər əməkdaşı Tural Allahverdilinin profili ilə 14:16 radələrində X9 məxsus hesab çıxarışına baxdığı öz təsdiqini tapmışdır”. Əvvəla, bu fakt harada və necə təsdiqini tapmışdır? Cavabdeh bu barədə Məhkəməyə heç bir sübut təqdim etməyib (İddiaçının özünün izahatından başqa – lakin orada heç bir pozuntu etirafı yoxdur). Digər tərəfdən, bu fakt baş veribsə belə, İddiaçının bunu gizli və ya zorla etməsi iddia olunmur. Belə çıxır ki, digər əməkdaş Tural Allahverdili özü buna yol vermişdir. Öz profilini başqasının istifadəsinə verilməsi qadağandırsa, deməli, pozuntunu İddiaçı deyil, Allahverdili etmişdir. Daha sonra, bu əməlin ümumiyyətlə, pozuntu olması heç bir dəlillə sübut olunmayıb. İddiaçı öz izahatında bu prosesi adi işçi qaydasında baş verdiyini vurğulayır, bunun pozuntu olduğunu qeyd etmir. Ən əsası isə vurğulayır ki, bu, qısamüddətli olub və bununla hər hansı pozuntu etmək də mümkün deyildi. Əmrdə qeyd olunur ki, guya iddiaçı müştərilərə növbəsiz olaraq xidmət göstərmişdir. Bununla da bağlı İddiaçı Məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki cəhd edib. Məhkəməyə bir neçə videogörüntü təqdim edilib, amma onlarda bu pozuntunun baş verməsi təsdiqini tapmadı. İddiaçının əvvəlki dövrlərdə yol verdiyi pozuntulara istinad olunması, bunun qabardılması acizlik əlamətidir. Aydın məsələdir ki, təcrübədə işdən azad olunma ilə nəticələnməyən hər hansı intizam tənbehinə işçi, adətən, etiraz etmir. İddiaçı da etməyib, halbuki əvvəlki “pozuntular”ın da tarixi birmənalı deyil: ən azı ona görə ki, həmin “pozuntular” elə İddiaçının rəhbərliyinin göstərişi ilə baş verib. Halbuki, həmin pozuntular olubsa belə, İddiaçı məsuliyyətə cəlb olunub: ona hətta töhmət də verilib. Həmin əməllər guya sonradan baş vermiş pozuntuların sübutu qismində çıxış edə bilməz. Daha sonra, Cavabdehin hansısa müştəri Rasim Nəsrullayevin müraciəti barədə Məhkəməyə çoxsaylı məlumatlar və sənədlər təqdim etməsi yolverilməz fənddir. Cavabdeh Əmrdəki əsaslarını sübut edə bilmədiyi üçün faktiki olaraq İddiaçının korrupsiya əməlinə eyham vurur. Lakin bunu nəinki sübut edə bilməyib, ümumiyyətlə hətta həmin X9 cavab da verməyib. Nəhayət, hər bir halda İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi sırf Əmrdəki əsaslarla qiymətləndirilə bilər. Lakin Qətnamədə həmin əsasların hansılarının və niyə doğru olduğunu qeyd olunmur. Qətnamədə qeyd olunur ki, “Həmkarlar xx.xx.2023cü il tarixli 110 nömrəli iclas protokolundan çıxarışdan göründüyü kimi, qeyd olunan məsələ X4 Rəyasət Heyətinin iclasının gündəliyinə çıxarılaraq müzakirə edilmiş və iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir.” Lakin həmin çıxarışdan iclasın, həqiqətən, keçirildiyi bəlli olmur. Belə ki, çıxarışda iclasda iştirak etmiş şəxslərin adları belə göstərilməyib. Bu cür protokol/çıxarış sağlam məntiqə və təşəkkül tapmış təcrübəyə uyğun deyil. İclas iştirakçılarının adı göstərilmədir. Əks halda, belə çıxır ki, anonim sənəddir. Ən əsası isə belə sənədi asanlıqla saxtalaşdırmaq olar və etimad doğurmur. Bu şübhələri artıran məqam həm də odur ki, guya iclas Əmrlə eyni gündə keçirilib və guya İddiaçı orada iştirak etməyib. Halbuki iştirak etməyib. X6 Cavabdehin Baş ofisində yerləşir, İddiaçı isə filialda çalışıb.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-947/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmişdir.
22. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmadan birbaşa iddianın əsaslılığına mahiyyəti üzrə qiymət verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 296.2 və 296.6-cı maddələrinə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır.
23. Bunun la əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi yekun məhkəmə aktı çıxarılan zaman həmin ərizəyə, ümumiyyətlə, münasibət bildirməmiş, işə sırf mahiyyəti üzrə baxaraq iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Buna görə də qanunvericiliyin tələblərinə əsasən kollegiya ilk növbədə iddia müddəti ötürülməsi ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab etmişdir.
24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
25. Məhkəmə kollegiyası iddiaçının sözügedən maddənin tələblərinə əsasən qeyd olunan bütün sənədlərin verilməsi halında iddia müddətinin başlanmasının mümkünlüyünə dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmçinin qeyd etmişdir ki, normanın məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də adı çəkilən sənədlərin hamısının eyni vaxtda təqdim edilməsi şərtləndirilməmiş, on lardan birinin olması yetərli hesab olunmuşdur. Çünki həmin sənədlərin hər biri özlüyündə işçinin müvafiq hüquqi və faktiki vəziyyətini əks etdirməklə ona bu hüquqların pozulmasını aşkar etmək üçün kifayət qədər əsas təşkil edir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı işin materiallarındakı hesabdan çıxarışdan da göründüyü kimi işçiyə onunla bağlanılan əmək müqaviləsinin xitam verilməsi nəzərdə tutulan tarixdə, yəni xx.xx.2023-cü il tarixdə son haqq-hesab məbləği köçürülmüş, bu hal iddiaçının nümayəndə və vəkili tərəfindən də təkzib olunmamışdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 6-2-40/227058/2023 saylı məktubdan görünür ki, işəgötürən tərəfindən iddiaçının ünvan 3 ünvanına (iddia ərizəsində də qeyd edilən ünvan) onunla bağlanmış əmək müqaviləs inə xx.xx.2023-cü il tarixində xitam verildiyi, həmin iş gününün sonunadək onun əmək kitabçasını təhvil almadığı bildirilmiş, qısa müddət ərzində Banka yaxınlaşaraq əmək kitabçasını təhvil alması xahiş olunmuş, sözügedən məktub sonuncunun atası tərəfindən təhvil alınmışdır və bu barədə poçt qaiməsi də iş materiallarında mövcuddur.
27. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, istər iddiaçıya son haqq-hesabla bağlı ödənişin olunması, istərsə də əmək kitabçasının təhvil alınması ilə bağlı məktubun çatdırılması aspektindən baxıldıqda, hər bir halda iddiaçının Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Lakin iş materiallarında olan v ə iddiaçı tərəfindən göndərilən mediasiya prosesi barədə təklifdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və həmin təklif Banka xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bununla da “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.6 və 35.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş iddia müddətinin axımı mediasiya barədə arayış alınacağı vaxtadək dayandırılır. Həmin tarixlərə əsasən müəyyən olunur ki, iddiaçının yuxarıda qeyd edildiyi kimi ən geci xx.xx.2023-cü il tarixdə hüququnun pozulduğunu aşkar etdiyi vaxtdan mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə göndərməsinə qədər 9 aya yaxın vaxt keçmişdir. Bu da o deməkdir ki, artıq bundan sonra mediasiya prosesini n başladılması üçün mediatora nə zaman müraciət etməsinin, mediasiya sessiyasının nəticələri barədə arayışı nə zaman almasının və məhkəməyə nə zaman müraciət edilməsinin müəyyənləşdirilməsinin iddianın həllinin ona münasibətdə nəticəsinə hər hansı dəyişikliyi olmayacaqdır və elə bu qeyd edilənlər onun iddiasının müddətin ötürülməsi və eyni zamanda cavabdeh tərəfindən də bu barədə ərizənin məhkəməyə təqdim edilməsi səbəbindən rədd olunmasına əsas verir.
28. Həmin müddətin ötürülməsinə dair üzrlü səbəblərin olub-olmamasına münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırkı iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.
29. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməli, apelyasiya şikayəti qalan hissələrdə təmin edilməməlidir.
30. Apellyasiya instansiyası məhkəm əsi öz mövqeyini, Əmək Məcəlləsinin 10, 68.1, 70-ci maddənin “ç” bəndi, 71.2, 296.2, 296.3 və 296.6-cı və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 384.0.2, 385.1.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi faktiki olaraq məhkəmə mövcud qanunvericiliyin normalarını təhrif edir və onları volyuntaristcəsinə şərh edir. Belə ki: 1. 38-ci bənddə Məhk əmə deyir ki, guya “işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də adı çəkilən sənədlərin hamısının eyni vaxtda təqdim edilməsi şərtləndirilməmiş, onlardan birinin olması yetərli hesab olunmuşdur. Çünki həmin sənədlərin hər biri özlüyündə işçinin müvafiq hüquqi və faktiki vəziyyətini əks etdirməklə ona bu hüquqların pozulmasını aşkar etmək üçün kifayət qədər əsas təşkil edir”. Halbuki, Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 296.3-cü maddəsinə (əmək müqaviləsinə xitam verildiyi gündəki redaksiyada) əsasən “Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür”. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin həmin dövrdəki redaksiyasında da deyilirdi: “Əmək müqaviləsinə xitam verilməsi barədə şəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.” Hər iki maddədə aşkar görünür ki, “işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsin in, çekinin) verildiyi” gün dedikdə bütün bu sənədlərin eyni vaxtda təqdim olunmasını ehtiva edir. Çünki sənədlər “və ya” bağlayıcısı olmadan sadalanır.
33. Qanunvericiliyimizin şərhi təcrübəsinə görə bu məhz o deməkdir ki, bütün sənədlər eyni vaxtda təqdim olunmalıdır. Bunun əksini iddia etmək dilçilik və təşəkkül tapmış şərh təcrübəsinin alt-üst edilməsi deməkdir! Qətnamənin 39-cu bəndində qeyd olunur ki, “əmək müqaviləsinin xitam verilməsi nəzərdə tutulan tarixdə, yəni xx.xx.2023-cü il tarixdə son haqq-hesab məbləği köçürülmüş”dür. Əvvəla, vəsaitin köçürülməsi Əmək Məcəlləsinin 296.3-cü maddəsində təsbit olunan “haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin)” tam təqdim olunması demək deyil. Çünki bununla “kitabçasının, vərəqəsinin, çekinin” təqdim olunmadığı etiraf olunur. Həmin sənədlərin təqdim olunduğunu nə Cavabdeh, nə də Məhkəmə heç yerdə qeyd etmir!
34. Qətnamənin 40-cı bəndində qeyd olunur ki, guya Cavabdeh “əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi, həmin iş gününün sonunadək onun əmək kitabçasını təhvil almadığı bildirilmiş, qısa müddət ərzində Banka yaxınlaşaraq əmək kitabçasını təhvil alması xahiş olunmuş, sözügedən məktub sonuncunun atası tərəfindən təhvil alınmışdır və bu barədə poçt qaiməsi də iş materiallarında mövcuddur”. Əvvəla, məktubun İddiaçının məhz atası tərəfindən qəbul edilməsinə sübut yoxdur. Poçt qaiməsinin olması bunu təsdiqləmir. Hər bir halda İddiaçı heç bir məktub almayıb. Ən əsası isə bu məktubun olması sənədlərin (əmək kitabçası və əmr) İddiaçıya təqdim edilməsi demək deyil. Əksinə, işin mübahisəsi halı od ur ki, həmin sənədlər İddiaçıya yalnız Cavabdehin 12 iyun 2024-cü il tarixli məktubu ilə təqdim olunub.
35. Qətnamənin 41-ci bəndində Məhkəmə qeyd edir ki, “istər iddiaçıya son haqqhesabla bağlı ödənişin olunması, istərsə də əmək kitabçasının təhvil alınması ilə bağlıməktubun çatdırılması aspektindən baxıldıqda, hər bir halda iddiaçının Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır.” Halbuki, Əmək Məcəlləsinin 296.3-cü maddəsində birmənalı olaraq təsbit olunub ki, “Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsi nin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür”. Bu sənədlərin hamısı təqdim edilməyibsə, hüququn pozulması da ən azı hələlik tam aşkar edilməyib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
36. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
37. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
38. Maddə 3 72.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
41. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
42. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquq larına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
43. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
44. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsind ə mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməll ərə yol verməsi.
45. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
46. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
47. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X4 qabaqcadan razılığı alınmaqla ləğv edilir.
48. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini b u maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X6na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X6 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
49. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
50. Maddə 186 (2-ci hissənin “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədi kdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
51. Maddə 296 (2-ci hissə) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
52. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron info rmasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
53. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməs inə dair” 30 iyul 2021-ci il tarixli qərarı.
54. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığ ını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.
69. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
70. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
71. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
72. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
73. Əmək Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
74. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
75. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
76. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
77. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşı r və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur. Odur ki, iddia müddətinin buraxılmaması barədə kassasiya şikayətinin dəlili əsassızdır.
78. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instans iyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
80. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-947/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.