Məhkəmə qərarları › İş №2(102)-1608/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1608/2021

26.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1608/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər xxx, X11 İdarəsinə və Azərbaycan Respublikası X4rşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxnun, Cavabdeh Azərbaycan Respublikasının X6 nümayəndəsi X5 və vəkili Vəkil, Cavabdeh X11 İdarəsinin vəkili xxxnun iştirakları ilə, Ş əki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(107)1736/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının X13 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 01 dekabr 1996-cı il tarixdən xxxndə kiçik elmi işçi vəzifəsində işləmişdir. İddiaçı 28 yanvar 2020-ci il tarixdə X11 idarəsinin rəisinə ərizə ilə müraciət edərək, onu başqa işə keçməsi ilə əlaqədar olaraq 29 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. X11 İdarəsinin rəhbərliyinin 28 yanvar 2020-ci il tarixli, 10 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli, 356 nömrəli qərar ına əsasən bir sıra mədəniyyət müəssisələrində, o cümlədən xxx, X16 xxx və X17 Qalareyasında Nazirlər Kabinetinin 07 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X6 strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na daxil edilməsini nəzərə alınaraq, həmin qurumların siyahı üzrə işçilərin, o cümlədən xxxnin kiçik elmi işçisi İddiaçı ərizələri nəzərə alınmaqla, başqa işə keçmələri ilə əlaqədar olaraq onlarla bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-in 69-cu maddəsinin 3-cü bəndinə əsasən 29 yanvar 2020-ci il tarixdən xitam verilməsi və axırıncı haqq-hesabın ödənilməsi əmr edilmişdir. xxxnin direktorunun 29 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli, 356 nömrəli qərarına əsasən bir sıra mədəniyyət müəssisələrində, o cümlədən xxx, X16 xxx və X17 Qalareyasında Nazirlər Kabinetinin 07 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X6 strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na daxil edilməsini nəzərə alınaraq, muzeyin kiçik elmi işçisi İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onunla bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 29 yanvar 2020-ci il tarixdən xitam verilməsi və axırıncı haqq-hesab ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası X13 xxxnin direktorunun 02 iyul 2020-ci il tarixli, 23/k nömrəli əmri ilə xxx müdiriyyətinin 29 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmri texniki səhv kimi qəbul edilərək hüquqi əhəmiyyəti olmadığı üçün ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx nin direktorunun 29 yanvar 2020-ci il tarixli, 01 saylı və X11 İdarəsinin 28 yanvar 2020-ci il tarixli, 10 saylı əmrlərinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə xxx əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən xxxndə kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 2020-ci ilədək öz vəzifəsini qüsursuz icra etmiş, həmin muzeydə 24 il işl əmişdir. Şəki X1 Regional Mədəniyyət İdarəsinin tərkibində olduğu zaman 2-ci kateqoriya statusuna aid olmuş, xxxndə 22 nəfər muzey işçisi çalışmışdır. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası X6 strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X11 İdarəsinin tabeliyində fəaliyyət göstərən xxx Azərbaycan Respublikası X6 tabeliyinə verilmişdi r. Bundan sonra 29 yanvar 2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar iddiaçıya və digər muzey işçilərinə Azərbaycan Respublikasının X13nə keçmələri ilə bağlı ərizə yazdırmışlar. Hamı kimi iddiaçı da struktur daxilində başqa işə keçirilmə barədə ərizə yazmışdır. Həmin vaxt o, başqa təşkilata deyil, yalnız struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət X3 strukturlarında işə keçirilməsi üçün ərizəni yazmışdır. Belə ki, o, həmin vaxt başqa işə götürənlə müqavilə bağlamamış və ya başqa hər hansı qeyri-rəsmi öhdəliklə işə girməmiş, əksinə əvvəlki iş yerində işinə davam etmişdir. Lakin sonradan Agentliyin Kadrlar şöbəsindən bildirmişlər ki, 6 nəfər muzey işçisinin ştatı ixtisar olunmuşdur. Ərizə yazsa da, 13 fevral 2020-ci il tarixədək işə getmiş və davamiyyət cədv əlini imzalamışdır. Lakin sonra muzeyin müdiri ona ştatının ixtisar, onun isə işdən azad olunduğunu bildirmişdir. Buna əsas kimi isə onun işdən azad olunması barədə yazdığı ərizə bildirilmişdir. Halbuki, ona həmin ərizənin xxxnin Azərbaycan Respublikasının X13n tabeçiliyinə keçməsi ilə bağlı yazıldığı bildirilmişdir. Beləliklə o, aldadılmaqla iradəsi ziddinə işdən azad olunmuşdur. Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia qismən təmin etmiş, X11 İdarəsinin İddiaçı işdən azad olunması barədə 28 yanvar 2020-ci il tarixli, 10 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə xxx işə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkə məsi qeyd etmişdir ki, İddiaçı xxxnin direktorunun 29 yanvar 2020-ci il tarixli, 01 saylı və X11 İdarəsinin 28 yanvar 2020-ci il tarixli, 10 saylı əmrlərinin ləğv edilməsini xahiş etsə də, hazırda Azərbaycan Respublikası X13 xxxnin direktorunun 02 iyul 2020-ci il tarixli, 23/k nömrəli əmri ilə xxx müdiriyyətinin 29 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmri texniki səhv kimi qəbul edilərək hüquqi əhəmiyyəti olmadığı üçün ləğv edilmişdir. Odur ki, məhkəmə X11 İdarəsinin 28 yanvar 2020-ci il tarixli, 10 saylı əmrinin qanuni və əsaslı olub-olmaması ilə bağlı məsələyə baxmışdır. Məhkəmə müəyyən etmişdir ki, işəgötürən iddiaçı ilə aralarında olan əmək müqaviləsini ƏM-in 69.3-cü maddəsinə (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) istinad etməklə elə iddiaçıdan ərizə alındığı gün, yəni 28 y anvar 2020-ci il tarixdə ləğv etmişdir. Məhkəmə hesab etmişdir ki, işəgötürənlə iddiaçı arasında olan əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət olunmadan onun müddəalarına zidd şəkildə xitam verilmişdir. Belə ki, iddiaçı ərizə yazaraq “başqa işə keçirilmələri ilə əlaqədar” işdən çıxarılmasını 28 yanvar 2020-ci il tarixdə işəgötürəndən xahiş etsə də, o, bu ərizəni başqa müəssisə, idarə və təşkilatda başqa işə keçirilməsini deyil, struktur dəyişikliyi ilə bağlı X6 tabeliyinə verilmiş xxxndə başqa işə keçirilməsi məqsədilə yazmışdır. Bu hal məhkəmə araşdırması zamanı xxxnin direktoru X2 izahatı ilə də təsdiq olunmuşdur. Belə ki, sonuncu məhkəmə iclasında bildirmişdir ki, “Muzeydə vakant yer olmadığı üçün iddiaçını işlə təmin etmək mümkün olmamış, iddiaçıdan ərizə onun struktur dax ilində işlə təmin edilməsi məqsədilə alınmışdır. İddiaçı heç vaxt ona başqa işəgötürənlə müqavilə bağladığını deməmiş və bu barədə hər hansı müqaviləni ona təqdim etməmişdir. Muzeydə ştatlarda ixtisar edildiyindən iddiaçını işlə təmin etmək mümkün olmamış və buna görə də ərizəsi nəzərə alınaraq onunla əmək müqaviləsinə xitam verilmişdir”. Bundan başqa, Azərbaycan Respublikasının X6 nümayəndəsi izahatında göstərmişdir ki, “Azərbaycan Respublikası X13 tərəfindən təsdiq edilmiş 08 yanvar 2020-ci il tarixli xxxnin ştat cədvəli üzrə ixtisarlar aparılarkən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 18 iyul 1998-ci il tarixli 13-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsində aid olan qulluqçu vəzifələrinin tarif-ixtisas sorğu kitabçası”nın 76-cı hissəsinə əsasən ümumiyyətlə nə “kiçik elmi işçi”, nə də “elmi işçi” ştat vahidinin tələblərinə uyğun olmadığı bəlli olmuşdur. İddiaçı tərəfindən ali təhsilini təsdiq edən hər hansı sənəd Azərbaycan Respublikası X13nə təqdim edilmədiyi üçün saxlanılmış “elmi işçi” ştat vahidi üzrə muzeyin qeyd edilən tələblərini ödəyən digər əməkdaşı həmin vəzifəyə təyin edilmişdir. Məhkəmə şərh olunanları ümumiləşdirərək hesab etmişdir ki, iddiaçı işdən azad olunma barədə ərizəsini aldadılmaqla yazmışdır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində istinad edərək hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin ruhuna uyğun olmamaqla ona zidd olmuşdur. Buna görə də işəgötürən tərəfindən əmək müqavi ləsinə əmək qanunvericiliyinin göstərilən tələblərinin pozulması ilə xitam verildiyindən, həmin əmr qanunauyğun hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Azərbaycan Respublikası X13 və X11 İdarəsi ayrı-ayrılıqda аpellyаsiyа şikаyətləri verərək, Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(107)-1736/2020 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən ibarət tərkibdə) cavabdeh Azərbaycan Respublikası X13 və X11 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Nazirlər Kabinetinin qərarına əsasən xxx 14 avqust 2019-cu il tarixdən Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq X6 tabeliyinə verilmiş, bununla Muzeyin mülkiyyətçisi dəyişilmiş və onun yeni mülkiyyətçisi X7muşdur. Qeyd edilən vəziyyətdə xxxnin işçilərinin müqəddəratı mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulmuş qaydada həll edilməli idi. Qanunun tələbinə müvafiq olaraq ca vabdeh X13 digər cavabdeh xxxnin əmlakını və işçilərini (rəhbər işçilər istisna olmaqla) olduğu vəziyyətdə qəbul etməli (təhvil götürməli) idi. Bundan sonra həmin işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla, o cümlədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə “işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi” əsası ilə ləğv edilə bilərdi. Eyni zamanda, işçinin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilərkən ona işəgötürən tərəfindən həmin Məcəllənin 77-ci maddəsi ilə müəyyən olunmuş təminatlar verilməlidir. Konkret halda da, İddiaçı ilə əmək müqaviləsinə cavabdehlər X13 və xxx tərəfindən yalnız əmək qanunvericiliyinin şərh olunan tələblərinə əməl edilməklə xitam verilə bilərdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə eyni qənaətdə olaraq hesab etmişdir ki, İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxarılması qanunsuz olmuşdur. Belə ki, iddiaçı ərizə yazaraq “başqa işə keçirilmələri ilə əlaqədar” işdən çıxarılmasını 28 yanvar 2020-ci il tarixdə işəgötürəndən xahiş etsə də, o, bu ərizəni başqa müəssisə, idarə və təşkilatda başqa işə keçirilməsi üçün deyil, struktur dəyişikliyi ilə bağlı X6 tabeliyinə verilmiş xxxndə başqa işə keçirilməsi məqsədilə yazmışdır. İddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxarılması nə işin faktiki hallarına, nə də onun iradəsinə uyğun olmamışdır. Apellyasiya şikayətlərinin dəlilləri ilə ba ğlı apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbi əsaslıdır və cavabdehlər X13 və xxx iddiaçını öz işinə bərpa etməklə ona məcburi iş buraxma (boşdayanma) dövrü üçün orta aylıq əmək haqqı ödənilməsini, onu öz işinə bərpa etmək və ya başqa uyğun iş təklif etmək mümkün olmadıqda isə iddiaçıya məhkəmə qətnaməsi icra olunan vaxtadək məcburi iş buraxma (boşdayanma) dövrü üçün orta aylıq əmək haqqı həcmində kompensasiya və onun ştatının ixtisara düşməsi ilə əlaqədar Əmək Məcəlləsinin 77-ci maddəsində müəyyən olunmuş birdəfəlik ödəniş verməklə müvafiq əsasla işdən azad olunduğu (əmək müqaviləsinə xitam verildiyi) barədə əmr verilməsini təmin etməlidirlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlillər i Cavabdeh Azərbaycan Respublikası X13 kasassiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(107)1736/2020 nömrəli qətnaməsinin ləğv edilərək apellyasiya instansiya məhkəməsinin müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasassiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsi düzgün tətbiq etməmiş, iddiaçının X11 İdarəsinin işçisi olmasını, həmin İdarənin Agentliyin tabeliyinə verilməməsini, regional mədəniyyət idarələrinin isə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2018-ci il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyinin strukturunda saxlanılmasını nəzərə almamışdır. Regional mədəniyyət idarəsinin işçisi olan şəxslə əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pouzlması ilə xitam verilməsi, işçi ilə heç bir hüquqi və faktiki hüquq münasibətlərində olmayan üçüncü şəxs üçün öhdəlik yarada bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının X6 nümayəndəsi X9 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X11 İdarəsinin vəkilixxx kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq, təmin edilməsini məhkəmə koll egiyasından xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız cavabdeh Azərbaycan Respublikasının X13 tərəfindən mübahisələndirilsə də, qətnamənin tam ləğv olunmasını xahiş etdiyindən və irəli sürülmüş tələb bölünməz olduğundan, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlə rində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 63-cü maddəsinin 1-ci hissəsinə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 63-cü maddəsinin 3-cü hissəsinə əsasən mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkar lıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 -ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlillə rinə hüquqi qiymət vermiş və kassasiya məhkəməsi həmin qiymətləndirmə ilə tam razılaşır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr təqdim olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçıdan alınan yuxarıda qeyd olunan ərizə onun iradəsinə uyğun olmamış, iddiaçı ərizəni başqa müəssisə, idarə və təşkilatda başqa işə keçirilməsi üçün deyil, struktur dəyişikliyi ilə bağlı X6 tabeliyinə verilmiş xxxndə başqa işə keçirilməsi məqsədilə yazmışdır. Belə olan halda, məhkəmələrin iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxarılmasının qanunsuz olmasına dair mövqeyi maddi hüquq normalarına uyğun olmuşdur. Cavabdeh kassasiya şikayətində də həmin halı mübahisələndirmir. Kassasiya şikayətində mübahisələndirilən hal ondan ibarətdir ki, işəgötürən olan X11 Mərkəzinin əmrinin ləğvinin nəticəsinin aradan qaldırılması struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikasının X6 üzərinə qoyulması əsassızdır. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının işlədiyi qurumda struktur dəyişiklikləri baş verdiyindən barəsində Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-ci hissəsinin tələbləri tətbiq olunmalıdır. Hazırki halda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə istinad edilməklə xitam verildiyindən, o, həmin Məcəllənin 77-ci maddəsi ilə müəyyən olunmuş təminatlardan istifadə etmək hüququndan məhrum olunmuşdur. Beləliklə, məhkəmə kolle giyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası X13 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(107)-1736/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar