Məhkəmə qərarları › İş №2(102)-1610/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1610/2022

22.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1610/2022 22.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh3 kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(105)-252/2021 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qə bul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Normanın tələbinə görə apellyasiya instansiyası məhkəməsinin aktının hansı hissədə (tam və ya qismən) mübahisələndirilməsi, habelə kassasiya instansiyası məhkəməsinin MPM-nin 417.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən hansının tətbiq edilməsi barədə xahişi şikayətdə dəqiq və aydın şəkildə əksini tapmalıdır. İş üzrə Cavabdeh3 kassasiya şikayətinin nəticə hissəsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv olunması xahiş edilsə də, bundan sonra hansı prosessual hərəkətin edilməsinin kassasiya məhkəməsindən istənilməsi göstərilməmişdir. Belə olan halda həmin şikayətlə kassasiya instansiyası məhkəməsinin MPM-nin 417.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən hansının tətbiqinin xahiş edildiyi məlum deyil. Qeyd edilənlər kassasiya şikayətinin 407.1.4-cü maddəsinin tələblərinə uyğun şəkildə tərtib olunmadığına dəlalət edir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzif əsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh3 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli 2(105)-2528/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar