Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1611/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1611/2019 18 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli, 2(103)12282/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları olan 26.10.2010-cu il təvəllüdlü X6 və 15 iyul 2012-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh1 məxsus olan *** ünvanında yerləşən evə köçürülməsi və dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.Həsənov) 16 iyul 2018-ci il tarixli, 2(008)-4137/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) 14.11.2018-ci il tarixli, 2(103)-12282/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmuş, Bakı şəhəri SabunçuRayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edi lmiş, iddia təmin edilmişdir. Cavabdeh1 və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçını heç kəs mübahisəli mənzildən ona təsir və təzyiq göstərmək yolu ilə qovmamışdır. O, özbaşına, öz xoşu ilə mənzildən çıxıb getmişdir. Mübahisəli mənzil özbaşına tikilidir. Bu tikili Abşeron rayonu S.Əliyev adına Südçülüık Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisəsi tərəfindən ona ayrılmış torpaq sahəsində tikilmişdir. Həmin tikili mülkiyyət hüququ ilə heç kəsə məxsus deyildir. Oğlu ilə 2010-cu ildə ailə həyatı quran iddiaçı həmin tikiliyə gəlin köçməmişdir, Bakı şəhəri Keşlə qəsəbəsi 8-ci Köndələn küçəsində olan evə gəlin köçmüşdür. Mübahisəli ev oğlu evlənməmişdən əvvəl onun öz vəsaiti ilə tikilmişdir. İddiaçı 2015-ci ildə könüllü olaraq həmin mənzildən getmişdir. O, mənzildən getdikdən sonra dəfələrlə ona yaşadığı evə qayıtması barədə xahişlər olunmasına baxmayaraq, o, evə qayıtmamışdır. Bakı Apellyasiya Məhkəməsində işə baxan məhkəmə kollegiyası işin mühüm əhəmiyyəti kəsb edən hallarını ətraflı araşdırmamışdır. Eyni predmet və eyni mübahisə barədə 2 dəfə məhkəmədə iddia qaldıran iddiaçının iddia ərizələrinə düzgün hüquqi qiymət verilməmişdir. Eyni predmet və eyni mübahis ə üzrə iddiaya baxılmışdırsa, həmin iddaya təkrarən məhkəmədə baxılması Azərbaycan Respublikası MPM-nin tələblərinə ziddir. Məhkəmə baxışı zamanı onun bir cavabdeh kimi izahat verməyinə imkan yaradılmamış və tez-tələsik məhkəmə kollegiyası müşavirəyə çıxıb, qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının bu hərəkəti də Azərbaycan Respublikası MPM-nin tələblərinin pozulmasıdır. Bu barədə o, məhkəmə kollegiyasına bildirsə də onun sözlərimə heç bir əhəmiyyət verilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkilinin dediklərinə uyğun izah at vermişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.11.2018-ci il tarixli qətnaməs i ilə iddiaçının apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli, 2(007)-4753/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh2 ilə *** Sevinc Bayram qızı arasında 29 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 76 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 26 oktyabr 2010-cu il təvəllüdlü X6 və 15 iyul 2012-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılması, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 2(007)-6210/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh2 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 26 oktyabr 2010-cu il təvəllüdlü X4 və 15 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(008)11388/2017 saylı qətnaməsinin surətinə əsasən, İddiaçı Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Sabun çu rayonu İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 15 mart 2018-ci il tarixli, 953 saylı arayışına əsasən qonşuların tərtib etdiyi 14.03.2018-ci il tarixli ərizəyə əsasən İddiaçı Ramana Südçülük sovxozu qaynatasına məxsus özbaşına tikilidə 2011-ci ildə gəlin gəlmiş və azyaşlı övladı ilə 20112016-cı illərdə bu evdə qeydiyyatsız yaşamışdır. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 15 mart 2018-ci il tarixli, 834 saylı arayışına əsasən Cavabdeh2 Ramana Südçülük sovxozunda özbaşına tikilidə qeydiyyatsız yaşayır. Beləliklə işin araşdırılmış halları ilə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Abşeron rayon S.Əliyev adına Südçülük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli, 6 saylı əmrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunun ərazisində yerləşən 0,05 ha torpaq sahəsi sovxozda işləyən Cavabdeh1 fərdi ev tikintisi üçün ayrılmış, sonuncu tərəfindən həmin torpaq sahəsində özbaşına tikinti olmaqla, yaşayış evi inşa edilmişdir. *** X3 *** ilə 29 yanvar 2010-cu il tarixdə rəsmi olaraq nikah qeyd etdirmiş, 2011-ci ildə həmin özbaşına tikiliyə gəlin köçmüşdür. İddiaçı *** Sevinc Bayram qızının Cavabdeh2 ilə nikahlarından 26 oktyabr 2010-cu il təvəllüdlü X6 və 15 iyul 2012-ci il təvəllüdlü X2 adlı iki uşaqları dünyaya gəlmişdir. İddiaçı uşaqları ilə birlikdə 2016-cı il tarixə kimi özbaşına tikilidə yaşamış, orada cavabdehlə birgə təsərrüfat idarə etmiş, sonradan isə evə buraxılmamışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya ko llegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (Qanunun analogiyası); 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəz ərə alınmalıdır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər; 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar; 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1 -ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; 180.1 və 180.2-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki işdən görünür ki, iddiaçı mübahisəli evə mülkiyyət hüququnun tanınması nı və həmin evdən ona payın ayrılmasını tələb etmir və həmin ev üzərində mülkiyyət hüququ iddianın predmetini və ya tələbin əsasını təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək, iddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən özbaşına tikili olan evə köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən və apellyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə,apellyasiya instansiyası məhkəməsiqanunun analogiyası üzrə Mülki Məcəllənin yuxarıda istinad edilən müddəalarını tətbiq etməklə düzgün olaraq qənaətə gəlmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçı həmin özbaşına tikilidə 2011-ci ildən 2016-cı ilə kimi cavabdehin ailə üzvü kimi birlikdə yaşamış, iddiaçının 2 azyaşlı uşağı ilə birlikdə həmin evə buraxılmaması onun yaşayış hüququnun pozulmasıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsasl ı qətnamə qəbul etmişdir. İlk növbədə qeyd edilməlidir ki, tərəf kassasiya şikayətində eyni tərəflər arasında eyni əsasla eyni tələb üzrə qətnamənin olduğunu qeyd etsə də buna dair istinad etdiyi qətnaməni məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, kollegiya qeyd edir ki, apellyasioya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində hər hansı pozuntuya yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstəril ənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli, 2(103)-12282/2018 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1611/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1611/2019
18.03.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver