Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1615/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10402/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova, iş № 2(005)-2007/2019) İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh MMC-nin ştatların ixtisarına dair xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.Ə.Kərimli və A.Q.Hüseynov) MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmasına dair hissədə ləğv edilərək iddianın həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin xüsusi araşdırmalar və təhlil şöbəsinin meneceri vəzifəsinə qəbul olunmuş və MMC direkto runun xx xxxxxx 2019-cu il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (ştatların ixtisar olunmasına görə) xitam verilmişdir. İşdən çıxarılmasını qanunsuz hesab edən İddiaçı 2019-cu ilin mart ayında iddia və dəqiqləşdirilmiş iddia tələbi ilə məhkəməyə müraciət edərək 2019-cul ilin fevral ayında işlədiyi müəssisəyə yeni işçilərin qəbul edildiyi halda onunla bağlanmış əmək müqaviləsinə ona məlum olmayan səbəblərdən xitam verilməsini əsas göstərməklə bu barədə olan əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək hər hansı b ir qanuni əsas olmadan ştat ixtisarı ilə işdən çıxarılmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonr a hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, MMC direktorunun xx xxxxxx 2019-cu il tarixli əmri ilə müəssisənin xərclərinin azaldılması ilə bağlı xüsusi araşdırmalar və təhlil şöbəsinin meneceri vəzifəsi ləğv edilmişdir. Müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçıya tutduğu vəzifəsinin ləğv olunacağı ilə bağlı əvvəlcə şifahi, sonra isə rəsmi qaydada xəbərdarlıq edilmiş, onun müəssisədəki stajının 1 ildən az olması nəzərə alınaraq iki təqvi m həftəsi ərzində xəbərdarlıq müddəti əvəzinə ona orta aylıq əmək haqqının 0,5 misli miqdarında müavinətin ödənilməsi təklif edilmiş, iddiaçı buna razılıq verdiyi üçün xəbərdarlıq müddəti əvəzinə iddiaçıya kompensasiya ödənilmişdir. Bundan başqa, iddiaçıya “bölgə rəhbəri” vəzifəsi təklif edilmiş, lakin o, həmin vəzifənin ixtisasına uyğun olmamasını əsas göstərməklə bundan imtina etmişdir. İşdən görünür ki, iddiaçı ştat ixtisarı ilə işdən çıxarılarkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Cavabdeh ştat ixtisarının səbəbini xərclərin azaldılması il ə əsaslandırdığından, kollegiya hesab edir ki, iddiaçı ilə qanunun tələbləri gözlənilməklə əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya iddia tələbini əsassız sayan apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1615/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1615/2020
11.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver