Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1615/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1615/21 (Açar sözlər: mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması) Bakı şəhəri, 26 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6692/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı atası X5 27 avqust 2019-cu il tarixdə Xaçmaz rayonunda onun yanında vəfat etmişdir.
2. İddiaçının atasından ünvan 1, mənzil 60 miras qalmışdır.
3. İddiaçı 25 noyabr 2019-cu il tarixli ərizə ilə atasından miras qalan bütün əmlaklardan bacısı Cavabdeh xeyrinə imtina etmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X3 məxsus olmuş ünvan 1 ünvanında yerləşmiş 60 saylı mənzildən ibarət miras əmlakla bağlı Cavabdeh xe yrinə miras payından imtina etməsi barədə ərizəsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsə kimi tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh 25 noyabr 2019-cu ildə Xaçmaz rayonun gəlib iddiaçıya bildirib ki, onun adına etibarnamə versin, sonra evi satıb onun payını da verəcəyini bildirmişdir. İddiaçı cavabdehə bacısı olduğundan inanmışdır.
6. Həmçinin onların aralarında dil problemi də var. İddiaçı rus dilini yaxşı, Azərbaycan dilini isə pis bilir. Bacısı isə, əksinə, rus dilini zəif bilir.
7. Cavabdeh iddiaçını evindən götürərək Xaçmaz rayonunda yerləşən 1 saylı notariat ofisinə aparmış, iddiaçıya bir sənədə imza atmalı olmasını bildirmişdir.
8. Cavabdeh sənədin məzmununu oxum ağa iddiaçıya imkan verməmişdir. İddiaçı sənədi imzalamışdır.
9. Daha sonra cavabdeh zəng edərək evi satmaqdan imtina etdiyini, iddiaçının heç bir payının olmadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür.
10. İddiaçı Bakıya gəlmiş, bir hüquqşünasdan məsləhət almış və 3 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notariusa müraciət edərək, vərəsəlik işinin dayandırılmasını xahiş etmişdir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1134.1-ci maddəsinə istinad etmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazlı etiraz verərək, göstərib ki, 25 noyabr 2019-cu il tarixli ərizəni iddiaçı şəxsən imza edib və ərizə notariusda təsdiq edilib. Mülki Məcəllənin 1268.1-ci maddəsinə görə də vərəsə mirası qəbul etməkdən imtina etdiyi ərizəni g eri götürə bilməz. İddiaçı bacısı ilə arasında dil problemi olduğunu bildirsə də, bu fakt da həqiqəti əks etdirmir. Mirasdan imtina ərizəsi, eləcə də verilmiş iddia ərizəsi belə iddaçı tərəfindən şəxsən imzalanmışdır.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1104/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Həqiqət Əhmədova)
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, İddiaçı 25 noyabr 2019-cu il tarixdə notarial qaydada ərizə yazaraq, atası X2 27 avqust 2019-cu il tarixli vəfatından sonra miras qalmış bütün əmlaklarından Cavabdeh xeyrinə imtina etmiş, həmin imtinanın etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir əsas yoxdur. Çünki ərizə yazılan zaman ərizəçinin şəxsiyyəti müəyyən edilmi ş, hüquq və vəzifələri izah edilmiş, İddiaçı isə iradə ifadəsini öz hərəkətləri ilə nümayiş etdirərək, atasından miras qalmış bütün əmlakdan imtina barədə sözügedən 25 noyabr 2019-cu il tarixli ərizəni imzası ilə təsdiq etmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd edib ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında cavabdehin onu evindən götürərək Xaçmaz rayonunda yerləşən 1 saylı notariat ofisinə aparmasını, bir sənədə imza atmalı olduğunu bildirməsini, sənədin məzmununu oxumağa ona imkan verməməsini bildirsə də, məhkəməyə həmin hallarla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.
16. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, iddia tələbi 25 noyabr 2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
17. Biri nci instansiya məhkəməsi hesab edib ki, iddianın digər hissələri iddianın təmin olunmayan hissəsinə nisbətdə törəmə tələblər hesab olunur, iddianın əsasını təşkil edən hissə təmin edilmədiyi üçün törəmə tələblər də əsassız hesab edilərək təmin olunmamalıdır.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 1257.2, 1261, 1268.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş ediblər.
20. Apellyasiya şikayətində iddiaçı cavabdehin onu aldatması kimi işin faktiki halına, qanunvericilik normalarına istimad etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6692/2020 nömrəli, 10 senty abr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(007)-1104/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, xxx xüsusi mülkiyyət hüququ üzrə X3 məxsusdur. X5 27 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun qızı olan hazırki İddiaçı, 25 noyabr 2019-cu il tarixdə notarial qaydada ərizə yazaraq, atasının vəfatından sonra miras qalmış bütün əmlaklarından Cavabdeh xeyrinə imtina etmişdir. İddiaçının atasına məxsus olmuş miras paydan bacısının xeyrinə imtina etməsi barədə ərizə verərkən, qanunvericiliyin tələblərinə riayət edilmişdir.
23. Apellyasiya məhkəməsi iddiaçının vermiş olduğu ərizənin etibarsızlığını mübahisələndirərkən bacısının onu aldatması, bacısı ilə onun arasında dil problemi olması barədə apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə prosesinin gedişində İddiaçı Azərbaycan dilində sərbəst danışa bilməsi, həmçinin kiril əlifbası ilə Azərbaycan dilində yazıb oxuya bilməsi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı təqdim etdiyi orta məktəbdə oxumasına dair Attestata əsasən onun Azərbaycan dili fənnindən qiymətləri «əla» olmuşdur.
24. Apellyasiya məhkəməsi həmçinin qeyd edib ki İddiaçı bir tərəfdən onun bacısı ilə aralarında d il problemi olduğunu, buna görə də bir-birlərini başa düşmədiklərini, digər tərəfdən isə bacısı ilə aralarında razılaşdıqlarını, bu razılığa əsasən bacısının mənzili öz adına sənədləşdirib satdıqdan sonra ona pul verəcəyini bildirmişdir.
25. Bununla da, apellyasiya məhkəməsinin mövqeyinə görə hazırkı işin araşdırılması zamanı İddiaçı mirasdan imtinaya dair vermiş olduğu ərizənin etibarsız hesab edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı oğlu (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayətinin də lilləri: - mirasdan imtina barədə 25 noyabr 2019-cu il tarixli ərizəyə 29 yanvar 2020-ci il tarixdə xitam verilməsinə apellyasiya instansiyası qiymət verməyib; - miras qoyan X5 0-da yaşasa da mənzil onun mülkiyyətində olmayıb. Mənzil mülkiyyət hüququ ilə X2 adına 09 dekabr 2019-cu il tarixində qeydə alınıb. İddiaçı cavabdehin xeyrinə mirasdan imtina ərizəsini 25 noyabr 2019-cu il tarixdə verərkən həmin mənzil miras kütləsinə daxil deyildi. Yəni, mirasdan imtina barədə ərizə verilərkən miras mövcud olmayıb. Buna görə də hətta qüvvədə olmuş olsa belə, 25 noyabr 2019-cu il tarixli ərizə 09 dekabr 2019-cu il tarixdə qeydə alınmış daşınmaz əmlakla bağlı tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
28. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı d axil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X4 oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə 221 Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolve rilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin v ahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apelyasiya şikayətinin dəlillərinə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbi mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Azərbaycan dilini pis bilməsi səbəbindən cavabdehin onu aldatmasına istinad etmişdir. Belə olan halda da iddianın təmin olunmasının əsas şərti də məhz iddiaçının istinad etdiyi həmin halın sübuta yetirilməsidir.
37. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə iddiaçının istinad etdiyi halları müəyyən etməmişlər. Əksinə, müəyyən edilib ki, iddiaçı Azərbaycan dilində sərbəst danışa, həmçinin kiril əlifbası ilə Azərbaycan dilində yazıb-oxuya bilir. Üstəlik, orta məktəbdə oxumasına dair Attestata əsasən iddiaçının Azərbaycan dili fənnindən qiymə tləri «əla» olmuşdur.
38. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçı bir tərəfdən onun bacısı ilə aralarında dil problemi olduğunu, buna görə də bir-birlərini başa düşmədiklərini, digər tərəfdən isə bacısı ilə aralarında razılaşdıqlarını, bu razılığa əsasən bacısının mənzili öz adına sənədləşdirib satdıqdan sonra ona pul verəcəyini bildirməklə də istinad etdiyi halı, yəni dili bilməməsi səbədindən aldadılması halını təkzib etmişdir.
39. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddianı rədd edən birinci instansiya mə hkəməsinin mövqeyi ilə razılaşmaqla düzgün nəticəyə gəlmişdir.
40. Məhkəmə kollegiyası mirasdan imtina barədə 25 noyabr 2019-cu il tarixli ərizəyə 29 yanvar 2020-ci il tarixdə xitam verilməsinə apellyasiya instansiyası tərəfindən qiymət verməməsi barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Çünki iddiaçı nə apellyaisya şikayətində, nə apellyasiya baxışında, ümumiyyətlə, belə dəlil irəli sürməmişdir. Belə olan halda, apellyasiya şikayətində irəli sürmədiyi dəlilə apellyasiya instansiyası tərəfindən qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
41. Miras əmlak olan xxx miras qoyan X2 adına mülkiyyət hüququ ilə 09 dekabr 2019-cu il tarixində qeydə alınması, mirasdan imtina ərizəsinin isə 25 noyabr 2019-cu il tarixdə verilməsi və bununla da həmin imtin anın 09 dekabr 2019-cu il tarixdə qeydə alınmış daşınmaz əmlakla bağlı tətbiq edilə bilməməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil işə mahiyyəti üzrə baxan heç bir məhkəmə instansiyasında irəli sürülməyib. Kassasiya instansiyasına isə yeni dəlil verilməsi və yeni dəlilə baxılması istisna edilir. Üstəlik, qeyd edilən dəlil işin faktiki hallarının araşdırılması, yeni halların müəyyən edilməsi ilə əlaqəlidir. İşin faktiki hallarının araşdırılması isə kassasiya baxışının predmeti ola bilməz.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kassasiya şikayətinin dəlillərini əsasız sayır və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6692/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.