Məhkəmə qərarları › İş №2(102)-1615/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1615/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1615/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6372/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzili 1993-cü ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ½ hissədə İddiaçı1, ½ hissədə isə digər İddiaçı2 verilmiş, hazırda da eyni qaydada onların xüsusi paylı mülkiyyətindədir və bununla bağlı adlarına müvafiq çıxarış vardır;

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(005)2555/2009 saylı qətnaməsi ilə nikahın pozulması haqqında AZ-İ 106469 saylı şəhadətnamə və məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 Xidmətinin verdiyi xx.xx.2023-cü il tarixli cavabla müəyyən edilmişdir ki, İddiaçı2la cavabdehin 2004-cü il tarixdə bağladığı nikah 2009-cu ildə pozulmuş, pozulma 2010-cu ildə dövlət qeydiyyatına alınmış, cavabdeh sonradan yeni nikaha daxil olmamışdır;

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Musayeva (Hüseynova) Emma Tofiq qızının cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edimiş və Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilinə köçürülməsi qət edilmiş, həmin qətnamədən İddiaçı1 və İddiaçı2 verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1594/10 nömrə li, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

5. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qərardadından görünür ki, Emma Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək mənzilə köçürülmə barədə icra sənədinin yenidən icra edilməsini xahiş etmiş, məhkəmə tərəfindən də, ərizə təmin edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqi ilə bağlı icraat təzələnməklə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil onların paylı mülkiyyətindədir, İddiaçı2 cavabdehlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, ailə qurduqdan sonra cavabdehi həmin mənzilə qeydiyyata salmışlar, bir müddət orada birlikdə yaşamışlar, birgə nikahdan övladları olmamış, cavabdehlə münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə aralarında nikah pozulmuş, bundan sonra cavabdeh həmin mənzildən anasına məxsus başqa mənzilə çıxıb getmiş, hazırda da anası ilə anasının mənzilində yaşamaqdadır. İddiaçı s onradan başqa xanımla ailə qurmuş, həmin xanımdan 3 övladı olmuşdur, hazırda hamısı birlikdə mübahisəli mənzildə yaşayırlar. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onların hüquqlarını pozur.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)875/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, hazırkı qətnamənin Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir.

9. Məhkəmə iddia tələbini təmin ed ərkən ona istinad etmişdir ki, cavabdeh İddiaçı2la 2004-cü il tarixdə nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçdüyündən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsi tətbiq edilməlidir. Belə olan halda aydın olur ki, cavabdeh mənzilə köçən zaman mənzilin bir hissəsi İddiaçı2 mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdehin həmin mənzildən istifadə hüququ olsa da, o, 2009-cu ildən mənzildən çıxıb getdiyindən və orada yaşamadığından, həmçinin bu illər ərzində mübahisəli mənzillə bağlı hər hansı iddiası olmadığından məhkəmə hesab etmişdir ki, onun mübahisəli mənzilə hər hansı ehtiyacı olmamışdır və hazırda da yoxdur. Cavabdehin həmin mənzildə formal qeydiyyatda qalması isə iddiaçıların mülkiyyət hüquqlarını poz ur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və cavabdehin həmin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızı apellyasiya şikayəti verərək qətnamənin ləğ v edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya o, boşandıqdan sonra onun həmin mənzilə iddiası olmamışdır. Halbuki o, boşandıqdan sonra 2010-cu ildə məhkəmə qaydasında həmin evə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli qərardaddan da göründüyü kimi, həmin mənzilə köçürülsə də, iddiaçı onun evdə olmadığı zaman qıfılı sındırmış, mənzili o, orada yaşaya-yaşaya başqalarına kirayəyə vermiş, ona mənzildə yaşamağa imkan verməmişdir. İş materiallarına əlavə edilmiş 2(005)-3330/2009 saylı qətnamədən də göründüyü kimi, onun həmin mənzilə məhkəmə qaydasında köçürülməyinin səbəbi o olmuşdur ki, iddiaçılar onu bir bəhanəylə anası gilə göndərmiş, evdən ç ıxan kimi dərhal qapının qıfılını dəyişmiş, məhz buna görə də həmin mənzilə gedə bilməmişdir. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət versələr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə onun evə köçürülməyi qət edilmişdir. Məhz bu səbəbdən də, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6372/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Bəhrəmzadə - sədrlik edən və məruzəçi, E.Həsənov və X.Mərdanov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdi r.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində, cavabdehin mülkiyyətlərində olan mənzilə istifadə hüququnun uzun müddətdir orada yaşamaması səbəbindən kompensasiya ödənilmədən xitam verilməsini bildirsələr də, işə baxılarkən müəyyən olunmuş faktiki hallara əsasən kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ qanunla (tərəflər arasındakı münasibətlər 2004-cü ildə yarandığına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən) yaranmış və qanunla yaranmış istifadə hüququnun (istifadə hüququnun sahibinin) yaşayış sahəsinə ehtiyacın aradan qalxması əsası ilə kompensasiya ödənilmədən xitam verilməsi düzgün hesab edilə bilməz.

15. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh mübahisəli mənzilə iddiaçılardan biri, eyni zamanda mülkiyyətçi olan ərinin razılığı əsasında köçüb orada yaşamağa başlamışdır. Bu isə o deməkdir ki, əslində Cavabdeh mənzilə köçməklə onun həmin mənzildən mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ yaranmış, sonradan da məhkəmə qətnaməsi bu hüququnun mövcudluğunu əsas götürülməklə həmin mənzilə köçürülmüşdür.

16. Bununla yanaşı, kollegiya hesab etmişdir ki, cavabdeh Mülki Məcəllənin 228.5ci maddəsinin 2-ci cümləsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir; bu isə o deməkdir ki, ona qarşı yönələn tələbin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlü yünün müəyyən edilməsindən asılıdır.

17. Kollegiya hesab etmişdir ki, Cavabdeh uzun müddətdir mübahisəsi gedən mənzildə yaşamaması özü-özlüyündə onun sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət etmir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından tərəflərin uzun illərdir münasibətlərinin gərgin olması, eyni zamanda mənzilin cəmi iki otaqdan (çıxarışda 182 metr göstərilib) ibarət olmaqla onların mənzildə birgə yaşamalarının mümkün olmaması, yəni cavabdehin keçmiş qayınanası İddiaçı1, o cümlədən keçmiş əri olan İddiaçı2 yenidən nikaha daxil olaraq 3 övladı və arvadı ilə birlikdə həmin mənzildə yaşaması və cavabdehin də onlarla birlikdə yaşaması cavabdehin həmin mənzilə olan ehtiyacının normal səviyyədə qarşılanması üçün əlverişli olmamışdır. İş üzrə cavabdeh də məh kəmə kollegiyasının iclasında verdiyi izahatında həmin mənzildə bu vəziyyətdə yaşamanın real olaraq mümkün olmaması səbəbindən həmin mənzildən çıxıb anasının yanında qalmasını bildirmişdir. Yəni, hazırkı vəziyyətdə cavabdehin orda yaşamamasının səbəbi real olaraq işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasından deyil, mövcud şəraitin bunun həyata keçirilməsinə özlüyündə onun iradəsindən asılı olmayaraq maneə yaratması ilə bağlı məcburiyyət qarşısında yaşaya bilməməsi ilə bağlıdır. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin adına rəsmi qeydə alınmış hər hansı daşınmaz əmlak da mövcud deyil. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh (Hüseynova) istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Bu hüquqa mülkiy yətçilərin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

20. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mülki işin materiallarından və cavabdehin özünün izahatından görsənir ki, cavabdeh onlara məxsus mənzildən könüllü şəkildə çıxmış, evdən çıxarkən özünə məxsus geyim, şəxsi və cehiz əşyalarını (yataq dəsti və s.) da evdən çıxararaq, anasına məxsus evdə yaşamağa başlamışdır və 10 ildən çoxdur ki, anasının evində yaşayır. Deməli, cavabdeh 10 ildən çoxdur ki, öz zəruri ehtiyaclarını onlara məxsus evdə deyil, başqa yaşayış sahəsində qarşılamışdır. Cavabdehin onlara məxsus mənzildə formal qeydiyyatda qalması onların mülkiyyət hüquqlarını həyata keçirməklərinə maneçilik törədir və olar ondan asılı vəziyyətdə qalırlar.

21. Mülki işin materialları və apellyasiya baxışında keçirilən iclaslarda cavabdehin izahatları ilə müəyyən olunmuşdur ki, onlar tərəfindən cavabdehin mənzildə yaşamasını mümkünsüz edən, hər-hansı bir hüquqa zidd və qanuna zidd hal baş verməmişdir. Çünki o evdən gedərkən evdə heç kim olmamışdır və heç kim onun evdə yaşamasına maneçilik törətməmişdir.

22. Cavabehin guya mənzilin qapısının kilidini dəyişdirməkləri barədə apellyasiya şikayətinin dəlilləri də heç bir mötəbər sübutla təsdiq olunmamışdır.

23. İşin hallarından göründüyü kimi, Cavabdeh 2009-cu ildən evdən köçüb getmişdir və onun daha çox yaşadığı yer artıq 10 ildən çoxdur ki, anasının evidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 X3:

28. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ na malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

32. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

33. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh xx.xx.2004-cü ildə İddiaçı2la nikaha girmiş, bu nikah 2009-cu ildə pozulmuş və Bakı şəhəri Nərimanov Ra yon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamənin icrası səbəbilə icra icraatına xitam verilsə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qərardadı ilə icra icraatı təzələnmişdir (§ 3-5).

42. İddiaçılar cavabdehin uzun müddət ərzində daimi olaraq başqa yerdə yaşamasına istinadən kompensasiya ödəmədən istifadə hüququna xitam verilməsini tələb edirlər, cavabdeh isə iddiaya etiraz edir (§ 6-7, 12).

43. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir mübahisəsi gedən mənzildə yaşamaması özü-özlü yündə onun sözügedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığına dəlalət etmir. İşin hallarından tərəflərin uzun illərdir münasibətlərinin gərgin olması, eyni zamanda mənzilin cəmi iki otaqdan (çıxarışda 182 metr göstərilib) ibarət olmaqla onların mənzildə birgə yaşamalarının mümkün olmaması, yəni cavabdehin keçmiş qayınanası İddiaçı1, o cümlədən keçmiş əri olan İddiaçı2 yenidən nikaha daxil olaraq 3 övladı və arvadı ilə birlikdə həmin mənzildə yaşaması və cavabdehin də onlarla birlikdə yaşaması cavabdehin həmin mənzilə olan ehtiyacının normal səviyyədə qarşılanması üçün əlverişli olmamışdır. Hazırkı vəziyyətdə cavabdehin orda yaşamamasının səbəbi real olaraq işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasından deyil, mövcud şəraitin b unun həyata keçirilməsinə özlüyündə onun iradəsindən asılı olmayaraq maneə yaratması ilə bağlı məcburiyyət qarşısında yaşaya bilməməsi ilə bağlıdır. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin adına rəsmi qeydə alınmış hər hansı daşınmaz əmlak da mövcud deyil (§ 17).

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prossessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

45. Məlum olduğu kimi, məhkəmə aktı ilə yarandığı təsbit edilmiş mənzildən istifadə hüququna yaşayış sahəsinə ehtiyacın aradan qalxmasına görə kompensasiya ödənilmədən xitam verilə bilər (§ 33).

46. Belə ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əld ə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

47. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin mənzilə olan ehtiyacının normal səviyyədə qarşılanması üçün əlverişli olmaması barədə apelyasiya məhkəməsinin mövqeyi kifayət qədər əsaslandırılmış və mübahisənin düzgün həlli üçün yetə rli sayıla bilməz. Ehtiyacın normal səviyyəsi dedikdə, bunun meyarlarının nədən ibarət olması aydın şəkildə göstərilməli və qanunvericiliyə uyğun qaydada əsaslandırılmalıdır.

48. Əgər bununla otaq və şəxslərin sayına görə mənzildə birgə yaşamanın mümkün olmaması nəzərdə tutulursa, qeyd olunmalıdır ki, həmin xüsusatlara bir qayda olaraq, yaşayış sahəsinə köçürülmə məsələsi məhkəmə tərəfindən həll edilərkən hüquqi qiymət verilməlidir. Yaxud icra icraatında köçürülmənin bu kimi obyektiv səbəbdən mümkün olmaması təsbit olunarsa, həmin fakt rəsmiləşdirilməlidir. Bu halda tərəflər icra məmurunun qərarı (hərəkəti) ilə razılaşmadıqda onu müvafiq məhkəmədə mübahisələndirilə bilərlər.

49. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə şəxsin mənzilə köçürülməsi qət edildikdən və məhkəmə qərarı ic ra edildikdən sonra orada kimin hansı hissədə yaşamasına, yəni “yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi”nə dair yaranan mübahisə isə ayrıca iddianın predmeti ola bilər.

50. Yuxarıda göstərilən rəsmiləşdirilmələr aparılmadan, istifadə hüququ sahibinin “şəraitin arzuolunmaz və ya normal səviyyədə olmaması” düşüncəsi ilə uzun müddət və daimi olaraq başqa yerdə yaşaması ona əsas vermir ki, mənzildən istifadə hüququ “ehtiyat hüquq” kimi müddətsiz saxlanılsın, yaxud bu ehtiyacın aradan qalxmasına baxmayaraq mülkiyyətçidən kompensasiya tələb etsin. Əks yanaşma mülkiyyət hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.

51. Kollegiya onu da vurğulayır ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibin mülkiyyətində başqa yaşayış sahəsinin olma sı, yaxud başqa yerdə mənzildən istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququnun itirilməsinə əsas verə bilər.

52. Belə hallar qiymətləndirilərkən istifadə hüququ sahibinin mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi), etməmişsə bunun səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair d iqqətəlayiq hallar nəzərə alınmalıdır.

53. Baxılan işdə cavabdehin mübahisəli mənzilə köçürülməsinə dair icra sənədinin icrasının təzələndiyi 2012-ci ildən hazırkı iddianın qaldırıldığı 2022-ci ilədək icra icraatının gedişi, nəticəsi, cavabdehin sözügedən yaşayış sahəsinə köçürülməməsinin konkret səbəbləri, bunun iddiaçılardan qaynaqlandığını, yoxsa cavabdehin iradəsindən irəli gəldiyi və digər mühüm hallar tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Halbuki, həmin xüsusatların aydınlaşdırılması təxminən 10 il müddətində başqa ünvanda yaşayan cavabdehin mübahisəli mənzilə olan ehtiyacının aradan qalxıb-qalxmamasına düzgün hüquqi qiymət verilməsi üçün əhəmiyyətli olmuşdur.

54. Qeyd olunanlar apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəra it yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 34, 37, 39).

55. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan ve rmir.

56. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 27-28).

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

58. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğ ulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

59. Qeyd olunanları nəzə rə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

60. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yek un hüquqi qiymət verilməlidir.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6372/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar