Məhkəmə qərarları › İş №2(102)-1615/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1615/2025

29.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1615/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Soltanmurad oğlu və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, vərəsələrin miras paylarının müəyyən edilməsi, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarə t tərkibdə, İddiaçı (mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Soltanmurad oğlu və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-552/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçının anası X4 xx.xx.2018-ci ildə vəfat etmişdir və mərh um anasından Ucar rayonu, Gəraybəyli kəndində yerləşən 0,06 ha sahəsi olan həyətyanı sahəsi, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.4 kv.m. olan 3 otaqlı mənzil Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi miras qalmışdır.

2. İddiaçı Azərbaycan Respublikasında yerləşən ona məxsus bütün əmlaklar üzərində həmin əmlakların idarə edilməsi və sərəncam verilməsi və.s hüquqların həyata keçirilməsi ilə bağlı atası Cavabdeh1 10 il müddətinə baş etibarnamə vermişdir.

3. Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından Notariat ofisinə ünvanlanmış və ünvan 4ş xx.xx.2019-cu il tarixli ərizə ilə, onlar xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakdan onlara çatan payı q əbul etməmişlər və etmək fikrində deyillər. Müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəklər. 4. ünvan 4ş xx.xx.2019-cu il tarixli, 2V-116 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 Teymur oğludur və o, miras əmlak olan ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzildən 1/1 hissədə, Ucar rayonu, Gəraybəyli kəndində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən 1/1 hissədə, Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsindən 1/1 hissədə, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzildən 1/1 hissədə pay almalıdır. 5. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən Cavab deh3 ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 105.6 kv.m. olan mənzili, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 95.7 kv.m. olan mənzili atasının qardaşı olan hədiyyə alan Cavabdeh4 Soltanmurad oğluna bağışlamışdır və hazırda həmin əmlaklar sonuncunun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Soltanmurad oğlu və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış əmlaklar barəsində, yəni ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil, ünvan 11rləşən ümumi sa həsi 0.06 ha torpaq sahəsi, ünvan 10ləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 57.4 kv.m. olan mənzilə dair qardaşı, iş üzrə Cavabdeh3 yeganə vərəsə kimi verilmiş 03 iyun 2019-cu il tarixli, 2V-116 nömrəli, 2V117 nömrəli, 2V-118 nömrəli, 2V-119 nömrəli Qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 Soltanmurad oğlu arasında 4Ə103 reyestrlə qeyd edilmiş və 4Ə-104 reyestrlə qeyd edilmiş Daşınmaz əmlakların bağışlanma müqavilələrinin etibarsız hesab edilərək miras əmlakın vərəsələr tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilməsi, miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki ha llarına istinadla tələbini onunla əsaslandırmışdır ki, mərhum anasından miras qalmış əmlaklar tərəflərindən faktiki olaraq qəbul edilmişdir. O, miras əmlakları qəbul etməklə yanaşı, həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etmişlər. Ailə olaraq tez-tez qısa müddətli işləmək üçün Rusiya Federasiyasına gedib gəlirlər. Miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün o, atası iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Lakin son vaxtlarda məlum olmuşdur ki, mərhum anasından miras qalmış əmlaklar 3 iyun 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrlə qardaşı, iş üzrə Cavabdeh3 yeganə vərəsə kimi tanınmış və bütün miras əmlaklar onun adına keçmişdir. Tərəfindən məlumat əldə edildikdən sonra Bakı şəhəri 23 saylı Notariat ofisinə müraciət edilmiş və nəticədə məlum olmuşdur ki, 8 aydan sonra iş üzrə cavabdeh olan atası Cavabdeh1 onun adından ərizə verərək miras qalmış əmlakları qəbul etmədiyini, mirası qəbul etmək fikrində olmadığını və məhkəməyə müraciət etməyəcəyi kimi öhdəlik götürmüşdür. Onun veridiyi etibarnamənin ziddinə olaraq etibarnamə verdiyi şəxs olan Cavabdeh1 onu miras əmlakdan məhrum etməklə yanaşı onun üzərinə öhdəliklər qoymuş, iradə ifadəsinin ziddinə yekun vermişdir. Onun bu əməliyyatlardan yeni xəbəri olmuş və hüquqları kobud şəkildə pozularaq ondan asılı olmayan səbəblərdən üzərinə öhdəlik qoyularaq məhkəməyə müraciət etmək hüquqları belə pozulmuşdur. O, mərhum anasının birinci növbəli vərəsəsi və onun razılığı olmadan miras əmlakdan ona düşən paydan məhrum edilmişdir. Dəfələrlə işin sülh yolu il ə həll edilməsini tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. Əksinə cavabadehlərin təhdidlərinə məruz qalmışdır.

8. Məhkəmə iclasında Cavabdeh4 Soltanmurad oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini qəbul etməyərək, onların təmin edilməməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh1 etibarnamə verməsini etiraf edir və atasına etibarnamə verib-vermədiyini mübahisələndirmir. O yalnız miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün Cavabdeh1 etibarnamə verdiyini göstərir. Bu isə iş materiallarında olan etibarnamə ilə təkzib olunur. Belə ki, həmin etibarnamədə iddiaçının atasına verdiyi səlahiyyətlər miras əmlakların idarə edilməsi və miras əmlakdan payının müəyyən edilməsi üçün deyil, daha genişdi r. İddiaçı ona dəymiş real zərərin Cavabdeh1 təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, yalnız sonuncudan dəymiş zərərin əvəzini tələb edə bilər. Cavabdeh1 iddiaçının veridiyi etibarnamənin ziddinə heç bır hərəkət etməmiş və etibarnamədə verilmiş hüquqlardan kənara çıxmamışdır. İddiaçı da etibarnaməni imzalayarkən etibarnaməni nəyə görə anasının ölümündən 2 ay 13 gün sonra verdiyini bilmiş və vacib əhəmiyyətli yanılmamışdır. Əgər Cavabdeh1 iddiaçının istəyinə zidd hər hansı bir əqdi bağlamışdırsa, iddiaçı yalnız ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli və dəymiş ziyanı Cavabdeh1 tələb etməli idi. Cavabdeh1 onun iradəsinə zidd əqdi imzalamasında digər cavabdehlərin heç bir təqsiri yoxdur. İddia ərizəsində həmçinin göstərilmişdir ki, həmin miras əmlaklar iddiaçı tərəfində n faktiki olaraq qəbul edilmiş, o, miras əmlakları qəbul etməklə yanaşı həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etmişdir, iddiaçı həm də göstərmişdir ki, ailə olaraq tez-tez qısa müddətli işləmək üçün Rusiya Federasiyasına gedib gəlirmiş. Lakin iddiaçı miras əmlakların tərəfindən faktiki olaraq hansı formada qəbul edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, o, miras əmlakları faktiki olaraq qəbul etməmişdir. Əks halda atası olan nümayəndəsi onun adından mirası qəbul etməməsi barədə ərizə verməzdi. İddiaçı həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə də etməmişdir. Bunu dolayı yolla o özü də etiraf etmişdir. Guya ki, həmin əmlakların özgəninkiləşdirilməsi barədə məlumatı 5 ildən sonra əldə etmişdir. Qısa müddətli işləmək üçün Rusiya Federasiyasına gedib gələn şəxs necə ola bilər ki, miras əmlakların qardaşı tərəfindən tək qəbul edilməsindən, 26 yanvar 2022-ci il tarixdə isə qardaşı tərəfindən həmin əmlakı özgəninkiləşdirilməsindən xəbəri olmasın. Əslində iddiaçının bunlardan vaxtında xəbəri olmuşdur. Sadəcə olaraq o, əqdlərin etibarsız hesab edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmadığını göstərmək üçün sonradan formal olaraq notariusa müraciət etmiş və guya ki, bundan sonra etibarsızlığını tələb etdiyi əqdlər barədə məlumat əldə etmişdir, iddiaçı bununla Mülki Məcəllənin 354-cü maddəsi ilə (Etibarsız əqdlər üzrə müddətlər) müəyyən edilmiş müddətdən yayınmaq istəmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, tərəfindən məlumat əldə edildikdən sonra Bakı şəhəri 23 saylı Notariat ofisinə müraciət edilmiş və nəticədə məlum olmuşdur ki, 8 aydan sonra iş üzrə cavabdeh olan atası Cavabdeh1 onun adından ərizə verərək mərhum anası X1 miras qalmış əmlakları qəbul etmədiyini, mirası qəbul etmək fikrində olmadığını və məhkəməyə müraciət etməyəcəyi kimi öhdəlik götürmüşdür. Burdan aydın olmur ki, iddiaçının tərəfindən “məlumat” nə vaxt əldə edilmişdir. İddia ərizəsinin girişində də, o, həmin vaxtı “son vaxtlarda” ifadəsindən istifadə etməklə göstərmişdir. İddia ərizəsindən yalnız o aydın olur ki, o, Bakı şəhəri 23 saylı Notariat ofisinə müraciət edəndə artıq məlumatlı olmuşdur. Əslində isə onun miras əmlakdan imtina edəcəyi barədə məlumatı atasına etibarnamə verərkən olmuşdur. İddiaçı daha sonra bildirir ki, verdiyi etibarnamənin ziddinə olaraq etibarnamə verdiyi şəxs olan Cavabdeh1 onu miras əmlakdan məhrum etməklə yanaşı üzərinə öhdəliklər qoymuş, iradə ifadəsinin ziddinə yekun vermişdir. Lakin o, Cavabdeh1 etibarnamədə qeyd edilməyən hansı hərəkətləri elədiyini iddia ərizəsində göstərməmişdir. O bunu göstərə də bilməzdi. Çünki Cavabdeh1 onun tələbindən kənara çıxmamışdır. Eyni zamanda eyni ərizə ilə Cavabdeh1 eyni öhdəlikləri öz üzərinə də götürmüşdür. Həm də bu zaman nəzərə alınmalıdır ki, əgər Cavabdeh1 mirasdan imtina etməsəydi, mərhumun əri olduğuna görə onun miras əmlakın yarısı qədər öz payı olacaq, əlavə olaraq 1/3 qədər də mirasdan pay alacaqdı. Yəni iddia ərizəsində qeyd edilən əmlaklarda onun 4/6, iddiaçının isə 1/6 hissə payı olacaqdı. İddiaçı daha sonra bildirir ki, sözügedən əməliyyatlarla 03 iyun 2019-cu il tarixli, 2V-116 nömrəli, 2V-117 nö mrəli, 2V-118 nömrəli, 2V-119 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə qardaşı, iş üzrə Cavabdeh3 yeganə vərəsə kimi tanınmış və bütün miras əmlaklar onun adına keçmişdir. Həmçinin göstərir ki, işdən məharətlə istifadə edən Cavabdeh3 həmin miras əmlakları 26 yanvar 2022-ci ildə bağışlanma müqaviləsi əsasında iş üzrə cavabdeh olan Cavabdeh4 Soltanmurad oğluna bağışlamış və o da öz növbəsində miras əmlakları öz adına sənədləşdirmişdir. Lakin burdan aydın olmur ki, Cavabdeh3 məharəti nədən ibarət olmuşdur. İddiaçının özünün də göstərdiyi kimi, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə Cavabdeh3 03 iyun 2019-cu il tarixdə yeganə vərəsə kimi tanınmışdır. Bağışlanma müqaviləsi isə bundan 2 il 7 ay 23 gün keçəndən sonra, 26 yanvar 2022-ci ildə bağlanmışdır. Cavabd eh3 iddiaçının eyham etdiyi kimi məharətli olsaydı bu qədər müddəti niyə gözləyirdi? İddiaçı atasının və qardaşının sonrakı hərəkətlərindən nə vaxt xəbər tutmasını göstərməsə də, mirasdan imtinanın vaxtının anasının ölümündən 8 ay sonra baş verdiyini xüsusi ilə qeyd etmişdir. Hesab edir ki, o bununla həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 1246 (Mirasın qəbul edildiyi müddət) və 1273-1-ci (Vərəsənin susması) maddələrinin tələblərini pozmadığını göstərmək istəmişdir. Lakin o, susmadığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, ümumi sözlərlə kifayətlənmişdir. Əgər iddiaçı bununla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına diqqət çəkdirmək istəmişdirsə, qeyd edilməlidir ki, həmin qərarın nəticə hissəsinin 3-cü bəndi ilə qərara alınmışdır ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki işdə isə vərəsəlik münasibətləri həmin qərardan əvvəl 2019-cu ildə yaranmış, bağışlama predmeti olmuş mübahisələndirilən əmlaklar isə özgəninkiləşdirilmişdir. İddiaçının tələblərindən biri kimi miras əmlakın vərəsələr tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsini istəməsi isə cari işin hazırki vəziyyət də məhkəmənin icraatında olan mübahisə kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Onda belə çıxar ki, qeyd edilən qərar çıxmamışdan əvvəl də mirasdan hər hansı formada imtina etmiş və ya mirası faktiki qəbul etməmiş, susmuş vərəsələr də həmin tələbi irəli sürərək, iddiasının təmin olunmasına nail ola bilər. Bu isə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının həmin bəndinin mənasızlığına səbəb olar. Sonda bildirmək istəyir ki, iş materiallarından görünür ki, hazırki iddia ərizəsini elektron qaydada iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi imzalamışdır, iddia ərizəsinə kağız daşıyıcıda yazılmış iddia ərizəsinin nüsxəsi əlavə edilsə də, orda da iddianı həm öz adından, həm də iddiaçının adından iddiaçının nümayəndəsinin imzaladığını ehtimal edir. Çünki iddiaçının iddia ərizəsin ə əlavə etdiyi şəxsiyyət vəsiqəsindəki imzası ilə kağız daşıyıcıda olan iddia ərizəsinin sonundakı imzası fərqlidir və həmin imza nümayəndənin imzası ilə oxşardır. Əlbəttə, vəkilin iddia ərizəsini iddiaçının əvəzindən imzalamaq hüququ vardır. Çünki o, etibarnamə ilə vəkilə iddia ərizəsini imzalamaq səlahiyyəti də vermişdir. O, məhkəmənin diqqətini başqa bir məsələyə cəlb etmək istəyir. Necə zəmanət vermək olar ki, iddiaçı sonradan vəkilin onun veridiyi etibarnamənin ziddinə olaraq hərəkət etdiyini bəyan etməyəcək? Axı, o, doğma atasına verdiyi etibarnamə əsasında doğma atasının onun iradə ifadəsinin ziddinə “yekun verdiyini” göstərir. Beləliklə, iddiaçının məntiqindən belə çıxır ki, vəkilin onun adından verdiyi iddia ərizəsini, izahatı, vəsatəti və sairləri də sonradan dana bilər. Əlbəttə, belə bir hal olsa da, bu qanunvericiliklə qəbul olunmur. Əgər bu hal qanunvericiliklə qəbul olunmursa, iddiaçının atasına verdiyi etibarnamədə göstərilən səlahiyyətlər əsasında atasının elədiyi hərəkətlər də qanunsuz hesab edilə bilməz. Əks yanaşma bütün etibarnamələrin həqiqiliyi prezumpsiyasının şübhə altına alınmasına, mülki dövriyyənin tamamən alt-üst olmasına, indiyədək verilmiş etibarnamələr əsasında bağlanmış bütün əqdlərin mübahisələndirilməsinə səbəb ola bilər.

9. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(009)1468/2024 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın təmin edilməsi, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-116, 2V-117, 2V-118 və 2V-119 reyestr №-li Qan un üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022ci il tarixli 4Ə-103 və 4Ə-104 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 101,4 kv.m. olan 3 otaqı mənzil, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 57,4 kv.m. olan mənzil, ünvan 11rləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi və ünvan 10ləşən ümumi sahəsi 0,0225 ha torpaq sahəsi üzərində Cavabdeh1 4/6 hissədə, İddiaçı və Cavabdeh3 hər birinin 1/6 hissədə miras payının müəyyən edilməsi və Cavabdeh1 4/6 hissədə, İddiaçı 1/6 hissədə və Cavabdeh3 1/6 hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməs inin Bakı şəhəri 23 saylı notariat ofisinə həvalə edilməsi qət edilmişdir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandıraraq qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər

11. Qanunvericilik, mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirasın qəbulunun qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasın qeyri-formal (faktiki) qəbulunun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakına fakti ki sahib durur və ya faktiki cəhətdən onu ələ keçirir. Faktiki sahiblik müxtəlif usullarla həyata keçirilir: vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması, yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün etmiş olsun. (AR Konstutusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərarı).

12. Məhkəmə Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarını rəhbər tutatarq hesab etmişdir ki, Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından Notariat ofisinə ünvanlanmış və ünvan 4ş mirasdan imtinaya dair ərizə xx.xx.2019-cu il tarixdə, yəni miras açıldıqdan 8 ay sonra verildiyi üçün öz-özlüyündə etibarsızdır.

13. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından miras açıldıqdan 8 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə mirasdan imtinaya dair notariat qaydasında təsdiq edilmiş ərizə ilə Notariat ofisinə müraciət edərkən hüquqlarından sui-istifadə etmiş, iddiaçıya miras payından məhrum olunması ilə nəticələnən ziyan vurmuşdur.

14. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab etmişdir ki, iddia tələb i təmin edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 5.3, 16.1, 560.1, 560.2, 1145 və 1162-ci, Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməs inin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh4 Soltanmurad oğlu ona bağışlanmış əmlaka münasibətdə vicdanlı əldə edən olmuş, reyestrin məzmununun dəqiqliyinə inanaraq, bağışlama müqaviləsini bağlamışdır. Məhkəmə isə bütün bu halları nəzərə almadan bağışlama müqaviləsini də etibarsız hesab etmiş və nəticədə maddi hüquq normalarının tələblərini pozmuşdur. Qətnamədə qeyd edilir ki, Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından miras açıldıqdan 8 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə mirasdan imtinaya dair notariat qaydasında təsdiq edilmiş ərizə ilə Notariat ofisinə müraciət edərkən hüquqlarından sui-istifadə etmiş, iddiaçıya miras payından məhrum olunması ilə nəticələnən ziyan vurmuşdur. Yəni, məhkəmə imtinanın Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd etdiyi 3 ay müddətdən sonra verilməsini əsas gətirməklə iddia tələbini təmin etmişdir. Bununla bağlı qeyd etmişdir ki, iddiaçı atası Cavabdeh1 etibarnaməni xx.xx.2018-ci il tarixdə - yəni anasının öldüyü xx.xx.2018-ci il tarixdən 3 ay keçməmiş vermişdir. Bundan başqa iddiaçının atası Cavabdeh1 tək iddiaçıya çatası paydan deyil, eyni ərizə ilə arvadından miras qalmış öz payından da imtina etmişdir. Məhkəmənin mövqeyindən isə aydın olmur ki, mirasdan imtina etməyəcəyi təqdirdə iddiaçıldan dörd dəfə çox - əmlakdan 4 /6 pay almalı olan şəxs, mirasdan imtina edərək öz hüquqlarından necə sui-istifadə etmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, Cavabdeh1 bilərəkdən oğluna ziyan vurmaq istəmiş, həmin əmlakları qardaşı Cavabdeh4 Soltanmurad oğluna verməyə çalışmışdır. Lakin, nəzərə almaq lazımdır ki, əmlakları Cavabdeh4 Soltanmurad oğluna o deyil, iş üzrə digər Cavabdeh3 bağışlamışdır. Yuxarıda qətnamədən gətirilən sitatda da, göründüyü kimi məhkəmə qeyd etmişdir ki, Cavabdeh1iddiaçıya miras payından məhrum olunması ilə nəticələnən ziyan vurmuşdur. Əgər iddiaçıya atası Cavabdeh1 ziyan vurmuşdursa, iddiaçı ona dəymiş ziyanı nümayəndəsi vəatası olan Cavabdeh1 tələb etməli idi. Digər cavabdehlərin ona vurulan ziyanda heç bir təqsiri yoxdur. Beləliklə, iddiaçı atasının onun işlərini tapşırıqsız apardığı bar ədə qənaətə gəlmişdirsə (əslində belə bir hal dayoxdur, çünki atasına etibarnamə vermişdir), bu halda ona dəymiş ziyanı başqasından deyil, məhz atasından tələb etməli idi. Hazırkı halda isə əmlak özgəninkiləşdirildiyindən, özgəninkiləşdirilmiş əmlakın dəyərini atasından tələb edə bilərdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası tərəfindən onun iradə ifadəsi zədələnmişdir. Ancaq bunun nədə ifadə olunmasını göstərə bilməmişdir. Məhkəmə bağışlama müqavilələrini etibarsız hesab edərkən nəzərə almamışdır ki, iddiaçının etibarnamənin etibarsız hesab edilməsi barədə tələbi yoxdur. Yəni, məhkəmə qətnaməsi qanunini qüvvəyə minmiş olsa belə həmin etibarnamə etibarsız olmayacaqdır. Eyni zamanda iddiaçı ona dəymiş ziyanı yalnız nümayəndəsi və atası olan Cavabdeh1 tələb edə bilərdi. Məhkəmə idd iaçıya Cavabdeh1 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququnu izah etməklə, iddianın təmin olunmaması barədə qətnamə qəbul etməli idi. İddiaçı etibarnaməni miras əmlaklarla bağlı verilməsini özü də etiraf etmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün o, atası - iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Yəni, etibarnamə başqa məqsədlərlə deyil məhz miras əmlaka dair verilmişdir. Sadəcə olaraq iddiaçı hal-hazırda həmin etibarnaməni guya ki, miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün verdiyini göstərmişdir. Halbuki, etibarnamədə verilmiş səlahiyyətlər “miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi” ilə məhd udlaşdırılmır. İddiaçının etibarnamə verərkən hüququ olmuşdur ki, etibar etdiyi şəxsin səlahiyyətlərini “miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi” səlahiyyətləri ilə məhdudlaşdırsın. Lakin o bu hüququndan istifadə etməmişdir. Məhkəmə hansısa formada iddiaçının etibarnaməni verərkən niyyətinin mirasdan imtina olmamasını “müəyyən eləmiş” və nəticədə qeyd edilən maddi hüquq normasının tələblərini pozmuşdur. İddia ərizəsindən yalnız o aydın olur ki, o Bakı şəhəri 23saylı Notariat ofisinəmüraciət edəndə artıq məlumatlı olmuşdur. Məhkəmə nəinki kəsici müddətlərlə bağlı qanunvericiliyin tələblərinə əməl etməmiş, həmçinin iddiaçının qeyd edilən ərizəsinə münasibət bildirməmiş və nəticədə göstərilən maddi hüquq normasının tələblərini pozmuşdur. İddiaçı miras əml akların tərəfindən faktiki olaraq hansı formada qəbul edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.Əksinə, o miras əmlakların faktiki olaraq qəbul etməmişdir. Əks halda atası olan nümayəndəsi onun adından mirası qəbul etməməsi barədə ərizə verməzdi. İddiaçı həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə də etməmişdir. Bunu dolayı yolla o özü də etiraf etmişdir. Guya ki, həmin əmlakların özgəninkiləşdirilməsi barədə məlumatı 5 ildən sonra əldə etmişdir. Məhkəmə heç bir sübutu olmamasına baxmayaraq onun bu göstərdiklərini qəbul etmiş və qətnamədə göstərmişdir ki, qanunvericilik, mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirasın qəbulunun qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasın qeyri-formal (faktiki) qəbulunun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakına faktiki sahib durur və ya faktiki cəhətdən onu ələ keçirir. Faktiki sahiblik müxtəlif usullarla həyata keçirilir: vərəsənin miras açılandan əvvəl və sonra oradayaşaması, yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tər əfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün etmiş olsun. Beləliklə, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməsə də məhkəmə onun göstərdiklərini qəbul etmiş və nəticədə qeyd edilən prosessual hüquq normasının tələblərini pozmuşdur. Qətnamədə göstərilir: “Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir ki, o da nəzərə alınmalıdırki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.” Qətnamədə həmin qərarın qəbul edildiyi ilin 2022 deyil, 2023 kimi göstərilməsinin hər kəsin edə biləcəyi texniki səhv olduğunu qəbul edərək, bildirmək istəyir ki, məhkəmə Konstutusiya Məhkəməsinin Plenumunun məhz qeyd edilən qərarını, yəni imtinanın 3 aydan sonra verilməsini əsas gətirməklə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Lakin həmin qərarı oxuyanda aydın olur ki, həmin qərar hakim tərəfindən düzgün başa düşülməmişdir. Belə ki, həm həmin qərarqəbul edilərkən, həm də mübahisəli hüquq münasibətinin yaranan zaman Konstutusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı qəbul olunmamışdır və Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədə idi. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçının atası Cavabdeh1 məhkəmənin mirasdan imtina kimi qiymətləndirdiyi xx.xx.2019-cu il tarixli ərizəsində “mirasdan imtina edirik” kimi bir söz yoxdur. Çünki, mirası 6 ay ərzində faktiki qəbul etməməklə, onlar həmi n dövrün qanunvericiliyinə əsasən mirasdan imtina etdiklərini onsuz da nümayiş etdirmişdilər. Qeyd edilən ərizədə yalnız o göstərilmişdir ki, biz miras əmlakdan bizə çatan payı qəbul etməmişik və qəbul etmək fikrində deyilik. Yəni, biz “susduğumuz”üçün miras əmlakdan imtina etdiyimizi başa düşürük və bəyan edirik ki, miras əmlakdan bizə çatan payı qəbul etməmişik vəqəbul etmək fikrindədeyilik. Məhkəmə isə bunu səhvən imtina kimi qiymətləndirmiş və iddiaçının mirasdan 3 ay ərzində imtina edə biləcəyi barədəqənaətə gəlmişdir. Halbuki, iddiaçı 3 ay və ya 6 ay ərzində mirası faktiki olaraq qəbul etməməklə və ya susmaqla miras açılan vaxt qüvvədə olan maddi hüquq normalarına əsasən mirasdan artıq imtina etmişdir. Qətnamədən belə çıxır ki, iddiaçı miras əmlakı həmin vaxt qüvvədə olan maddi hüquq normaları ilə təsbit olunmuş müddətdə faktiki qəbul etmişdir. Lakin, bu hal məhkəmə baxışı zamanı sübut edilməmişdir. Heç iddiaçının özü də məhkəmə də bununla bağlı izahat verməmişdir. Bunu iddia edən yalnız iddiaçının iddia ərizəsini imzalayan nümayəndəsi olmuşdur ki, onun da göstərdikləri başqa sübutlarla təsdiq olunmadığından mötəbər sübut kimi qəbul edilə bilməzdi. Çünki, elə işin özündən aydın olur ki, iddiaçı etibarnamə ilə nümayəndəsi olan atasına verdiyi səlahiyyətləri sonradan danır. Belə olan halda hesab edir ki, iddiaçının nümayəndəsi olan vəkilə verdiyi səlahiyyətləri sonradan danmayacağının qarantı yoxdur. Məhkəmə qətnaməsi ilə miras qalmış daşınmaz əmlaklar üzərində Cavabdeh1 4/6 hissədə, İddiaçı və Cavabdeh3 hər birinin 1/6 hissədə miras payı müəyyən edilmişdir. Lakin Cavab deh1 və Cavabdeh3 iş üzrəcavabdeh olmuş, onların məhkəmədən belə bir tələbləri olmamışdır. Beləliklə, qətnamədə göstərilmiş həmin nəticə işin hallarına uyğun gəlmir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-552/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Günay Axundova və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddianın təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılm ış hesab edilirlər. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Sözügedən mübahisədə mirasqoyan X4 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Bununla da miras həmin tarixdən açılmış hesab olunur.

20. Qanunvericilik, mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirasın qəbulunun qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmə k olur. Mirasın qeyri-formal (faktiki) qəbulunun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakına faktiki sahib durur və ya faktiki cəhətdən onu ələ keçirir. Faktiki sahiblik müxtəlif usullarla həyata keçirilir: vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması, yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün etmiş olsun. (AR Konstutusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli, A.Nadirova və qeyrilərinin şikay əti üzrə xx.xx.2022-ci il tarixli qərarı). 21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarınnda qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarı qüvvəyə minənədək hazırki mübahisə üzrə məhkəmənin icraatında iş olmamış, hazırki mübahisə Qərar qüvvəyə minəndən sonra yaranmamışdır.

23. Göründüyü kimi, m irasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyada təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdu dlaşdırılmamalıdır.

24. İşin mübahisəsiz halı odur ki, mirasın açıldığı tarixdən 6 aylıq müddət ərzində iddiaçı tərəfindən miras əmlakı qəbul etməsinə dair hər hansı bir ərizə müvafiq notariat ofisinə ünvanlanmamışdır, yəni mirası qəbul etmək üçün müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfdən formal üsulla miras qəbul edilməmişdir.

25. Qeyri-formal üsula nəzər saldıqda isə, iddiaçı hər nə qədər iddia ərizəsində faktiki olaraq miras əmlakları qəbul etdiyini-onlara faktiki sahiblik etdiyini, digər vərəsələrlə razılaşdırılmış şəkildə miras əmlakı idarə etdiyini iddia etsə də, faktiki olaraq miras əmlakı qəbul etdiyinə dair və ümumiyyətlə, öz iddialarını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

26. Həmçinin, iddiaçı miras əmlakların tərəfindən faktiki olaraq hans ı formada qəbul edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.

27. Məhkəmə kollegiyası bu qənaətə gələrkən qeyd etmişddir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir

28. Beləliklə, iddiaçı miras əmlakları faktiki olaraq qəbul etməmişdir. Onun özü və atası hazırki iş üzrə Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olmaqla, hər ikisi Moskva şəhəri, Snayperski küçəsi, ev 11, mənzil 58-də qeydiyyatdadırlar. Mirasın onlar tərəfindən qəbul edilməməsi halı, onun nümayəndəsi olan atası tərəfindən öz adından və onun adından mirası qəbul etməməsi barədə verdiyi ərizə ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən iddiaçının həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.

29. Məhkəmə kollegiyasının iclasında iddiaçı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, iddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, əmlakların əmisinə bağışlanmasını Rusiya Federasiyasında olarkən bilmişdir. Qardaşı Rusiya Federasiyasına gələndə, atası ilə birlikdə mülklərin əmisinə bağışlanmasını demişlər. Bunu 2021-ci ildə bilmişdir. So nra aralarında danışıqlar olmuş, Moskva şəhərində olan mülkü əmisindən atasının adına keçirilməsini istəmişlər. Bu baş vermədiyi üçün 2024-cü ildə hazırki iddianı qaldırmışdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə müraciət etməsi üçün ümumiyyətlə subyektiv vərəsəlik hüququ yaranmadığından, yəni o, mirası qəbul etmədiyindən, onun tələblərinə qiymət verilməsinə zərurət qalmır.

31. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 324., 337.1, 337.4, 390.1, 660.1, 666.2, 1133.1, 1134.1, 1145, 1146, 1159.1, 1243.1, 1256, 1301-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, maddi hüquq normaları tətbiq edilərkən səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməyərək iddianın təmin edilməməsiyönündə tətbiq etməyərək iddianın təmin edilməməsiyönündə qanunvericiliyi tətbiq etmişdir. Məhkəmə tərəfindən m ülki iş araşdırılarkən işə birtərəfli qaydada cavabdehlərin mövqeindən yanaşaraq məhkəmə aktı çıxarmışdır. Belə ki, mərhum anası 2018-ci ilin 15 oktyabr tarixində vəfat etdikdən sonra və 3 iyun 2019-cu il tarixində notariat orqanında vərəsəlik işi açılmışdır. Deməli 6 aydan artıq müdddət keçdikdən sonra miras açılmışdır. Məhkəmə tərəfindən qətnamə çıxarılakən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edilərək iddianın rədd edilməsinə nail olunmuşdur ki məhkəmə tərəfindən Mülki Məcəllənin 1243-cü maddəsinin normaları düzgün tətbiq edilməmişdir.

34. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1255, 1256-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh4 Soltanmurad oğlu kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

38. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

39. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götü rənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

40. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

41. Maddə 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

42. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

43. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni n ümayəndələri vasitəsilə qəbul edirlər.

44. Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

45. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

46. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.

47. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddə lərinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı və atası hazırki iş üzrə Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olmaqla, hər ikisi Moskva şəhəri, Snayperski küçəsi, ev 11, mənzil 58-də qeydiyyatdadırlar. Mirasın onlar tərəfindən qəbul edilməməsi halı, onun nümayəndəsi o lan atası tərəfindən öz adından və onun adından mirası qəbul etməməsi barədə verdiyi ərizə ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən iddiaçının həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.

59. Həmiçinin apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əmlakların əmisinə bağışlanmasını Rusiya Federasiyasında olarkən bilmişdir. Qardaşı Rusiya Federasiyasına gələndə, atası ilə birlikdə mülklərin əmisinə bağışlanmasını demişlər. Bunu 2021-ci ildə bilmişdir. Sonra aralarında danışıqlar olmuş, Moskva şəhərində olan mülkü əmisindən atasının adına keçirilməsini istəmişlər. Bu baş vermədiyi üçün 2024-cü ildə hazırki iddianı qaldırmışdır.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəfin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

62. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2(103)-552/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar