Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1616/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X4 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Məmmədov Zaur İsa oğlu, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2, digər nümayəndəsi və vəkili xqızının iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2, digər nümayəndəsi və vəkili xqızının Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsindən ve rdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin x nömrəli, 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmrlərin etibarsız hesab edilməsi, işə bərpa və əmək hüquqlarının bərpası” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimli) xnömrəli, 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin x nömrəli, 01 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-k nömrəli 04.04.2019-cu il tari xli əmri ləğv edilməsi, İddiaçı “X12” X6 baş mühasibi vəzifəsinə bərpa edilməsi, 04 aprel 2019-cu il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-k nömrəli 04.04.2019-cu il tarixli əmrinə əsasən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 04 aprel 2019-cu il tarixdən xitam verilmişdir. Belə ki, 05 sentyabr 2018-ci il tarixdə “X12” Tarix- Memar lıq Qoruğunda təftiş keçirilmiş və bu barədə akt qəbul olunmuşdur. Həmin aktın tərtib olunmasından 7 ay keçir və həmin müddət ərzində İddiaçı həmin müəssisənin baş mühasibi vəzifəsində çalışmışdır. Bu müddət ərzində fəaliyyəti müsbət qiymətləndirilmişdir. Müəssisənin iddiaçı ilə bağlı heç bir şikayəti olmamış və əmək fəaliyyətinə lazımınca davam etmişdir. Belə ki, onun hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində işəgötürənə hər hansı maddi ziyan vurmamış və əmək fəaliyyəti zamanı hər hansı kobud səhvə, hüquq pozuntularına yol verməmiş, bunun nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməmişdir. Göstərilənlərə əasən, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-k nömrəli 04.04.2019-cu il tarixli əmrinin ləğv e dilməsi və İddiaçıov oğlunun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2, digər nümayəndəsi və vəkili xqızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2, digər nümayəndəsi və vəkili xqızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və vəkili X oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın xnömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olu nması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: 08.07.2014-cü il tarixli 244-K nömrəli əmrə əsasən İddiaçı 2014-cü il iyulun 8-dən Hacıqabul rayon “X12” Tarix-Memarlıq qoruğunun baş mühasibi vəzifəsinə təyin edilməsi, vəzifə maaşının ştat cədvəli əsasında ödənilməsi və Hacıqabul rayon “X12” tarix-memarlıq qoruğunun direktoru (M.Xəlilov) İddiaçıla əmək müqaviləsinin bağlanmasının təmin edilməsi əmr edilmişdir. Əsas kimi İddiaçı ərizəsi və Hacıqabul rayon “X12” tarix- memarlıq qoruğunun 18 iyun 2014-cü il tarixli 28 nömrəli məktubu göstərilmişdir. Hacıqabul rayon “X12” Tarix-Memarlıq Qoruğunun 08 iyul 2014-cü il tarixli, 46 nömrəli İddiaçı baş mühasib vəzifəsinə təyin olunması barədə əmrinə əsasən İddiaçı baş mühasib əvəzi 2014-cü il iyulun 08-dən Hacıqabul rayonu “X12” Tarixi-Memarlıq Qoruğuna baş mühasib vəzifəsinə təyin edilməsi əmr edilmiş, əsas kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 08.07.2014-cü il tarixli 244-K nömrəli Əmri göstərilmişdir. Hacıqabul rayon “X12” X7 baş mühasib İddiaçı işdə yol verdiyi nöqsanlar barədə 29 dekabr 2016-cı il tarixli 85 nömrəli Əmrinə əsasən işə müntəzəm gəlmədiyinə görə, öz vəzifəsini layiqincə icra etmədiyinə görə, rəhbərliyin tapşırdığı lazımı köçürmələri vaxtında etmədiyinə və işdə özünü intizamsız apardığına görə şəxsi işinə tikilməklə şiddətli töhmət elan edilməsi əmr edilmişdir. Hacıqabul rayon “X12” TarixMemarlıq qoruğunun 10 nömrəli 01 oktyabr 2018-ci il tarixli akta əsasən 2018-ci il oktyabr ayının birində qoruğda ümumi iclas keçirilmişdir. İclasda qoruğun baş mühasibi İddiaçı qoruğun direktoru tərəfindən işlədiyi müddətdə dəfələrlə kobud səhvlərə yol verildiyi bildirilmiş, bunun nəticəsi olaraq 2018-ci ilin avqust ayında Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidmətinin 7 saylı müfəttişliyi tərəfindən qoruqda təftiş aparılarkən mühasibatlıq sənədlərində ciddi çatışmazlıqlar aşkar edilmişdir. Buna görə də qoruq rəhbərliyi ciddi cəzalandırılmış, xeyli məbləğdə vəsait (5600 manat) geri ödəməli olmuşdur. 12 nömrəli 01 noyabr 2018-ci il tarixli akta əsasən 2018-ci il tarixdə Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Müfəttişliyi tərəfindən aparılmış təftiş yekununa dair Mədəniyyət Nazirliyinin X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tələbinə uyğun olaraq qoruğun direktoru baş mühasib İddiaçı izahat yazmağı tələb etmişdir, o isə cavabında izahat yazmayacağını bildirmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-K nömrəli 04.04.2019-cu il tarixli İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətinə əsasən aparılan son maliyyə yoxlamasının nəticələrinə əsasən vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, maliyyə sənədlərində dəfələrlə ciddi nöqsanlara yol verdiyinə görə “X12” Tarix- Memarlıq Qoruğunun baş mühasibi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 04 aprel 2019-cu il tarixində xitam verilmiş, əsas kimi isə X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 13-Q nömrəli 15 mart 2019-cu il tarixli məktubu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidmətin in X nömrəli 22 oktyabr 2018-ci il tarixli məktubu və “X12” Tarix-Memarlıq Qoruğunun 10 nömrəli 01 oktyabr 2018-ci il və 12 nömrəli 01 noyabr 2018-ci il tarixli aktları göstərilmişdir. 05 sentyabr 2018-ci il tarixli aktda təftişin Azərbaycan Respublikası Prezident Fərman və Sərəncamlarına, Azərbaycan Respublikasının Konstitusiyasına, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidməti haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 15 fevral 2013-cü il tarixli Q-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidməti tərəfindən nəzarət tədbirlərinin planlaşdırılması, aparılması və nəticələrini n rəsmiləşdirilməsi Qaydaları”na və Q-21 nömrəli 23 avqust 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidməti tərəfindən nəzarət tədbirlərinin aparılması zamanı nəzarət obyektlərində ayrı- ayrı sahələrin və sualların seçmə üsulu ilə yoxlanılmasına dair Metodik Tövsiyyələr”ə uyğun hazırlanmış proqram əsasında aparılmaqla, 2017-ci ilin avqust tarixində başlanıb, 05 sentyabr tarixdə başa çatdırıldığı qeyd olunur. Həmçinin həmin aktda təftişin nəticələri göstərilir. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 13-Q nömrəli 15 mart 2019-cu il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, “Pir-Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun idarəolunmasında və kompleksin təyinatı üzrə məd əniyyət təsisatı kimi istifadəsində buraxılan ciddi nöqsanlara görə 2015-ci ildə sabiq direktor Mübariz Xəlilov Nazirliyin müvafiq əmrinə əsasən işdən azad edilmiş (öz xahişi əsasında), qoruğun baş mühasibi İddiaçı isə xəbərdarlıq edilərək qısa müddətdə maliyyə nöqsanlarının aradan qaldırılması tapşırılmışdır. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyi tərəfindən “Pir-Hüseyn Xanəgahı” qoruğunda 2015-ci ilin avqust ayından 2018-ci ilin avqust ayına kimi olan müddətdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı maliyyə nöqsanları, həmçinin mühasibat uçotu işlərinin milli mühasibat uçotu standartlarına uyğun təşkil olunmadığı müəyyən edilmişdir. Nöqsanların yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin ğörülməsi barədə X8 Xidməti tərəfindən Mədəniyyət Nazirliyinə ünvanlanmış DX-03/0303-1116 nömrəli 22 oktyabr 2018-ci il tarixli məktuba əsasən 2016- cı ilin 23 may tarixindən qoruğa direktor təyin edilmiş Məhərrəm Müslümov və qoruğun baş mühasibi İddiaçı Dövlət Xidmətinə dəvət edilmiş və məsələyə dair izahat verilməsi tələb edilmişdir. Lakin, İddiaçı izahat verməkdən imtina etmişdir. Qoruğun direktoru M.Müslümovun verdiyi izahata əsasən maliyyə müfəttişliyi tərəfindən 5600 manat məbləğində çərimə müəyyən edilmişdir. Məbləğin 2800 manatı baş mühasibin sabiq direktor Mübariz Xəlilovun dövründə yol verdiyi və ödəmədiyi cərimə idi. Azərbaycan Beynəlxalq Universitetinin X1 fakultəsini bitirmiş İddiaçı 2012-ci ildə qoruğa böyük elmi iş çi vəzifəsinə təyin edilmiş, 2014-cü ildə isə baş mühasib vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində maliyyə sənədlərində dəfələrlə ciddi nöqsanlara yol vermişdir. Aparılan son maliyyə yoxlamasının nəticələri İddiaçı baş mühasib kimi vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyini bir daha təsdiq etmiş və ona qoruğun ümumi iclasında baş fond mühafizi vəzifəsinə keçirilməsi təklif edilmişdir. Qoruğun əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2018-ci il tarixli akta əsasən İddiaçı bu vəzifədən imtina etmişdir. Qoruğun maliyyə problemlərinin aradan qaldırılması və nizam-intizam məsələlərinə riayət edilməsi üçün qoruq rəhbərliyinin xahişinə əsasən baş mühasib İddiaçı Dövlət Xidmətinə dəvət edilmiş və onunla söhbət aparılmışdır. Lakin, aparılan danışıqlar nəticə verməmiş və verilən tapşırıqlar yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidmətinin DX-03/03-03-1116 nömrəli 22 oktyabr 2018-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarəti təmiri etmək məqsədi ilə 2018-ci ilin İİİ rübü üçün təsdiq edilmiş iş planına uyğun olaraq “Pir-Hüseyn Xanəgahı” X9 2015-ci ilin avqust ayından 2018-cı ilin avqust ayına kımı olan dövrdə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmış, nəticədə bu sahədə bir sıra nöqsanlara yol verildiyi və bu hesaba büdcə vəs aitinin artıq xərcləndiyi aşkar olunmuşdur. Belə ki, Qoruqda aparılmış yoxlama ilə avtonəqliyyat vasitələrinə hər 100 km məsafə üçün onların texniki göstəricilərinə əsasən müəyyən edilmiş normadan 2,86 min manat dəyərində yanacağın, habelə müvafiq silgi aktlarında Qoruğun direktorunun və digər aidiyyəti şəxslərin imzaları olmadığı halda maddiməsul şəxslərin hesablarından 2.24 min manat dəyərində maddi qiymətlilərin əsassız olaraq silindiyi, Mədəniyyət Nazirliyinin müvafiq dəvəti olmadığı halda Bakı şəhərinə ezamiyyətə göndərilməsi rəsmiləşdirilmiş işçilərə 0.48 min manat məbləğində ezamiyyə xərcinin artıq ödənildiyi, işçilərə hesablanmış əmək haqlarından 0.04 min manat məbləğində gəlir vergisinin az tutulduğu, həmçinin mühasibat uçotu işlərinin milli mühasibat uçotu standartlarına uyğun tə şkil olunmadığı müəyyən edilmişdir. Aparılmış yoxlama ilə aşkar edilmiş nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilmiş, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş inzibati xətala'r törətdiyinə görə 2 nəfər vəzifəli şəxsə 1.6 min manat məbləğində cərimə tətbiq edilmiş və həmin cərimələrin vəzifəli şəxslər tərəfindən nağd qaydada dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Yoxlama ilə aşkar olunmuş nöqsanların aradan qaldırılması, gələcəkdə belə nöqsanlarır təkrarına yol verilməməsi məqsədi ilə, habelə həmin nöqsanlara yol veri lməsində təqsiri olar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi və görülmüş tədbirlər barədə Maliyyə Nazirliyinin X8 Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. Hacıqabul rayon “X12” Tarix-Memarlıq Qoruğunun 10 nömrəli 01 oktyabr 2018-ci il aktından görünür ki, 2018-ci il oktyabr ayının birində qoruqda ümumi iclas keçirilmiş, iclasda qoruğun baş mühasibi İddiaçı qoruğun direktoru tərəfindən işlədiyi müddətdə dəfələrlə kobud səhvlərə yol verdiyi bildirilmiş, bunun nəticəsi olaraq 2018-ci ilin avqust ayında Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidmətinin 7 saylı müfəttişliyi tərəfindən qoruğda təftiş aparılarkən mühasibatlıq sənədlərində ciddi çatışmazlıqlar aşkar edilmiş, buna görə də qoruq rəhbərliyi ciddi cəzalandırılmış, xeyli məbləğdə vəsait (5600 manat) geri ödəməli olmu ş, bunun nəticəsi olaraq qoruğun rəhbəri onunla baş mühasib vəzifəsində işləyə bilməyəcəyini bildirmiş və qoruqda vakant olan Baş Elmi işçi və ya Baş fond Mühafizi vəzifələrində işləməsini təklif etmiş, İddiaçı cavabında baş mühasib vəzifəsindən başqa heç bir vəzifədə işləməyəcəyini bildirmiş, qoruğun direktoru bir neçə dəfə təkrar bu vəzifələri təklif etməsinə baxmayaraq o fikrinin qəti olduğunu bildirmişdir. 12 nömrəli 01 noyabr 2018-ci il tarixli aktdan görünür ki, 2018-ci il tarixdə Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Müfəttişliyi tərəfindən aparılmış təftiş yekununa dair Mədəniyyət Nazirliyinin X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tələbinə uyğun olaraq qoruğun direktoru baş mühasib İddiaçı izahat yazmağı tələb etmiş, o isə cavabında izahat yazmayacağını bildirmiş, qoruq direktorunun dəfələrlə tələb etməsinə baxmayaraq o, izahat yazmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X3 bildirmişdir ki, 2016-cı ildə həmin qoruğun direktoru vəzifəsinə təyin edilmiş, təftiş 2015-ci il tarixdən 2018-ci il tarixədək olan dövrü əhatə etmiş, 2800 manat vəsaitin ondan öncə bu vəzifələri icra etmiş direktorun dövründə, 3600 manat məbləğdə olan vəsaitin isə onun dövründə məxaric sənədləri olmadan silindiyi aşkarlanmışdır. Əvvəlki direktor vəzifəsini icra edən şəxsə zəng etdikdə sonuncu günahın İddiaçı olduğunu qeyd etmişdir. Məhərrəm Müslümov həmin məbləği ödəmək üçün İddiaçı 1600 manat pul məbləği verdiyini qeyd etmişdi. Eyni zamanda dəfələrə onun tərəfindən iddiaçıya muxtəlif vakant vəzifələrə keçməsini təklif etmiş, lakin İddiaçı bununla razılaşmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-K nömrəli 04.04.2019-cu il tarixli əmri ilə yuxarıda göstərilənlər nəzərə alınaraq İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad olunması ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, 04.04.2019-cu il tarixli əmrə görə iddiaçı 04.04.2019-cu il tarixdən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətinə əsasən aparılan son m aliyyə yoxlamasının nəticələrinə əsasən vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, maliyyə sənədlərində dəfələrlə ciddi nöqsanlara yol verdiyinə görə) tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, ç). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürəni n, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən onun tərəfindən əmək funksiyalarının və öhdəliklərin yerinə yetirilməməsinə istinad olunsa da, barəsində intizam tənbehi qanunvericilikdə müəyyən edilmiş müddətdə verilməmişdir. Belə ki, iddiaçı tərəfindən yuxarıda göstərilən nöqsanlara yol verildiyinin aşkar olunduğu, yəni 05 sentyabr 2018-ci il tarixli aktın tərtib olunduğu vaxtdan təxminən 7 ay sonra, 04.04.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının aşkar edilən vəzifə hüquqpozması müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə bağlı olduğundan ona həmin xətaların törədildiyi gündən vaxtında, yəni iki il müddətində intizam tənbehi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Həmin Məcəllənin 187.3-cü madd əsinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, qanunvericilik intizam tənbehinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay müddətində verilməsini nəzərdə tutmuşdur. Digər normada qeyd olunan “maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı aşkar edilmiş vəzifə hüquqpozması ilə əlaqədar intizam xətalarına görə nəzərdə tutulmuş iki illik müddət” isə intizam tənbehinin verilməsi üçün müəyyən edilmiş son müddət kimi deyil, intizam tənbehinin verilm əsinin həmin müddətdən sonra qeyri-mümkünlüyünü nəzərdə tutan müddət kimi qəbul edilməlidir. Belə ki, qanunun normasından da görünür ki, sözügedən hüquqpozmaya görə intizam tənbehinin iki illik müddət keçdikdən sonra verilməsi qeyri-mümkündür, yəni həmin müddətin iki il müəyyən edilməsi əslində üzrlü səbəblərə görə işəgötürən tərəfindən intizam tənbehinin iki il müddətində verilməsinin mümkünlüyü ilə bağlıdır. İşdən müəyyən olunur ki, işçi barəsində intizam tənbehi onun tərəfindən müvafiq hüquqpozmalara yol verildiyi aşkar olunduqdan 7 ay sonra verilmiş, həmin 7 ay ərzində işçi ilə əmək münasibətləri davam etdirilmiş və bu müddət ərzində ona hər hansı tənbeh tədbiri görülməmiş, irad belə bildirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işəgötürən iddi açı ilə bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır barədə gəldiyi nəticə ilə razılaşır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub- olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İş materiallarında olan izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məc musu, sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, uzun müddət həmin qurumda işləməsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halla rını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbində məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi xahişini irəli sürməsə də, onun əvvəlki işinə bərpa olunması xahişi özü- özlüyündə həmin tələbi də ehtiva edir; çünkü işinə bərpa olunan işçinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməli olduğu bilavasitə qanundan irəli gələn göstərişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2, digər nümayəndəsi və vəkili xqızının kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1616/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1616/2020
06.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver