Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1616/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarma, istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 625/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respubli kası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 736 q ünvanında yerləşən bağ evi X1 mülkiyyətində olmuş, onun tərəfindən bacısı İddiaçı (bundan sonra – iddiaçı) bağışlanmış və xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə sonuncunun asına qeydə alınmışdır.
2. Cavabdeh1 qızı iddiaçının ölmüş qardaşı X2 arvadı, Cavabdeh2 isə onların qızıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 qızına və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 736 q ünvanda yerləşən f ərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək, tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər müvəqqəti yaşamaq üçün bir müddət həmin evdə qalmalarını xahiş etmiş, iddiaçı isə qohumluq münasibətlərinə görə etiraz etməmiş və evdə qalmalarına icazə vermişdir. Cavabdehlərə yalnız müvəqqəti yaşamaq üçün icazə verilmiş, aralarında istifadə hüququnun verilməsi ilə bağlı razılaşma olmamış, hətta cavabdehlər həmin evə qeydiyyata belə salınmamışlar. Hazırda iddiaçı evi satmaq qərarına gəlmiş və bununla bağlı cavabdehlərdən həmin fərdi yaşayış evini tərk etmələrini xahiş etsə də, cavabdehlər buna etiraz etmişlər. Cavabdehlər tərəfindən iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülki yyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur.
5. Cavabdeh1 qızı iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, yaşadıqları fərdi yaşayış evi onun mərhum həyat yoldaşı X4 tərəfindən alınmış, evdə və həyətdə təmir işləri aparılmışdır. 2008-ci ildən etibarən o, ailəsi ilə birlikdə həmin evdə yaşayır, ev faktiki olaraq onlara məxsusdur. İşin bu hallarını təsdiq edə biləcək şahidləri də var. Sadəcə olaraq, ev mərhum ərinin qardaşı X1 adına müəyyən səbəblərə görə sənədləşdirilmişdir. Əri övladlarının yetkinlik yaşına çatmalarını gözləyirdi ki, oğlu Yamən evlənəndə ona toy hədiyyəsi etsin, yəni ev qardaşının adından oğlunun adına keçsin. X7 etibarından suiistifadə edərək öz bacı-qardaşlarını həmin evə pasport qeydiyyatına salmış, sonradan həmin evi Rüfət adlı şəx sin adına formal olaraq rəsmiləşdirmişdir. O, Rüfətlə danışaraq evin faktiki olaraq onun ərinə məxsus olmasını demiş, Rüfət də bunu təsdiq edərək onunla razılaşmışdır. Bundan sonra, Qabil qardaşı Faiqin ölümündən sui-istifadə edərək, evi bacısı Nailənin adına rəsmiləşdirmişdir. Onların ailəsi bağ evində 2008-ci ildən etibarən yaşayırlar. Baldızı Nailə evi onun adına keçirilməsi üçün külli miqdarda pul istəmiş, lakin maddi imkanı olmadığından və həmin evin onun vəfat etmiş ərinə məxsus olması səbəbindən Nailə ilə razılaşmamışdır. Qanunvericiliyin tələblərinə əsasən, həyat yoldaşının vərəsəsi olaraq ev oğluna və qızına düşür. Digər cavabdeh də oxşar məzmunlu izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir.
6. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1565/2023 nömrəli, 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Rüstəmov) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evində 2008-ci il tarixindən etibarən yaşayırlar. Bu səbəbdən halhazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.1 və 228.2-ci maddələrinə uyğun həll edilməlidir. Həmin normada yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onun mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilən yazılı razılaşma lazımdır. Hazırkı iş üzrə isə belə bir yazılı razılaşma mövcud deyildir və bu da onu deməyə əsas verir ki, cavabdehlərin ümumiyyətlə mübahisə predmeti olan yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Hal-hazırda cavabd ehlər evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur. Cavabdehlərin mübahisə predmeti olan yaşayış evindən istifadə etmək barədə hərhansı hüquq müəyyənedici sənədləri olmadığından və həmin yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152, 158, 228-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 81, 106-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli və 19 noyabr 2004-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabde h2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hazırda mübahisəli mənzildə faktiki yaşamaqlarına baxmayaraq, məhkəmə istifadə hüquqlarının yaranması anını və kompensasiya ödənilməsi ilə bağlı məsələni araşdırmadan mənzildən çıxarılmaları barədə qanunsuz qətnamə çıxarmış və bununla da Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinə dair addan-ada keçirilmə zamanı evdə faktiki kimlərin yaşadığını araşdırmamışdır. Məhkəmə Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini 3-cü şəxs qismində işə cəlb edilməsini tə min etməli idi. Belə ki, həmin qurum tərəfindən mübahisəli sahəyə çıxarış verilməməlidir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-625/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı sayaraq, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına uyğun olaraq mənzildən istifadə ilə bağlı tərəflər arasında yaranmış mübahisəni Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun həll etməkdə haqlı olmuşdur.
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, dəlillər yalnız formal mülahizələrdən ibarətdir. Belə ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evində 2008-ci il tarixindən etibarən yaşayırlar. Bu səbəbdən, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onun mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilən yazılı razılaşma lazımdır. Həmin dövrdə də evin mülkiyyətçisi olmuş X3 ilə aralarında notarial qaydada yazılı razılaşma olmadığından cavabdeh tərəfin həmin evə istifadə hüquqları y aranmamışdır. Belə olan halda, iddiaçı da evi istifadə hüququ baxımından yüklü qəbul etməmişdir. Halhazırda cavabdehlər evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur.
14. Məhkəmə hesab etmişdir ki, hazırkı mülkiyyətçinin mülkiyyət hüququ 2022-ci ildən qeydə alınmış və mülkiyyətçi isə işdən müəyyən edildiyi kimi evi istifadə hüququ ilə yüklü şəkildə əldə etməmişdir. Hətta 2022-ci il tarixdə yeni mülkiyyətçinin mülkiyyət hüquqlarının əmələ gəlməsi baxımından, mübahisəyə qiymət verilməsi halında belə 2009- cu ilin 1 oktyabr tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən Cavabdeh2 evin mülkiyyətçinə (bibisinə) münasibətdə ailə qanunvericiliyi əsasında sonuncunun ailə üzvü (keçmiş ailə üzvü) olmamaqla, yaşayış sahəsinin mülkiyyət çisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur.
15. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152, 157 və 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, MPM-in 14, 77, 119-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iştirakını təmin etməmiş və beləliklə də onun sübutlarına düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının adın a verilmiş “çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbi üzrə işin yekunlaşmasına qədər apellyasiya instansiyası məhkəməsindəki icraatın dayandırılması barədə vəkil tərəfindən verilmiş vəsatətə münasibət bildirilməmiş və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə onun ailə üzvləri ilə birlikdə hazırda da mübahisəli mənzildə yaşamağa davam etməsini, mübahisəli fərdi yaşayış evinin atası Faiq tərəfindən alındığını, mənzilə dair sübutları, həmin dövrdə Qabilin mübahisəli evi almaq imkanının olması məsələsini tam araşdırmamışdır. Evin atası tərəfindən alındığı bilindiyi üçün müxtəlif yollarla ev başqasının adına keçirilmiş və sonradan Nailənin adına sənədləşdirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tət biq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəs t surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə m alikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
25. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 8
8. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövq eyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
35. İş üzrə icraatın dayandırılması barədə vəsatətə apellyasiya instansiyası məhkəməsi tərəfindən ayrıca qərardadla əsaslandırılmış qiymət verilmişdir. Həmçinin iş materiallarında məhkəmənin icraatında iddiaçıya məxsus mülkiyyət sənədinin mübahisələndirildiyi barədə ayrıca işin olduğu barədə sübutlar mövcud deyildir.
36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və ya yalnız ehtimallara əsaslanır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
37. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-625/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.