Məhkəmə qərarları › İş №2(102)-1617/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1617/2020

16.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1617/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, YYYna və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12489/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 və v əkili Cəbrayılov Cəbrayıl Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hаkim S.İ.Ədilova) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, YYYna və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, YYY və Cavabdeh1 “xxxx” ASC-nin xüsusi mülkiyyətində olan 111 küçəsində yerləşən 10a nömrəli evin, 29 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, YYY və Cavabdeh1 tərəfindən həmin mənzilin boşaldılması və mənzilin “xxxx” ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 2(103)-12489/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov, İ.Ə.Kərimli) Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-63/2019 saylı 18.07.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh4 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4, YYYna və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, YYY və Cavabdeh1 “xxxx” ASC-nin xüsusi mülkiyyətində olan 111 küçəsində yerləşən 10a nömrəli evin, 29 nömr əli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması və mənzilin “xxxx” ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh4 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh4 və vəkili Cəbrayılov Cəbrayıl Rafiq oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsasland ırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Zamin Əli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4, YYY və Cavabdeh1 heç bir üzrlü səbəb gö stərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Zamin Əli oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh4 oğlunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2 (005)-5142/15 saylı, 29.12.2015-ci il tarixli məhkəmə qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 111 saylı, 18 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 13.979,03 ABŞ dolları ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumu və ödənilmiş dövlət rüsumuna görə 30 manat “xxxx” ASC-nin xeyrinə tutulması, kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 250.000 manat olan 111 küçəsi 10a saylı evin üç otaqlı 29 saylı mənzilin satışından əldə edilmiş pul vəsaitindən borcun ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2699/16 saylı, 14.10.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh4 apelyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5142/15 saylı, 29 dekabr 2015-ci il tarixli qətnaməsinin qismən, 18 iyul 2014-cü il tarixli 111 saylı kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh3 tutulması, habelə Cavabdeh4 20.067,88 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməsi, 18 iyul 2014-cü il tarixli, 340/F14 saylı kredit müqaviləsi üzrə faiz borcunun Cavabdeh4 tutulması hissəsində iddianın qismən təmin edilərək, Cavabdeh4 18 iyul 2014-cü il tarixli 111 saylı kredit müqaviləsi üzrə yaranmış 132.979,03 ABŞ dolları əsas borc,10.734,94 ABŞ dolları faiz borcu, cəmi 143.713 ABŞ dolları 97(doxsan yeddi) sent, ödənişin icra ediləcəyi gün Azərbaycan Respu blikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə qətnamənin Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılması, ekspertiza xərcinin İddiaçı ASC-dən 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra sözügedən mənzil bankın adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* nömrəli çıxarışa əsasən 111 küçəsi, ev 10 a, mənzil 29 tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 2159 nömrəli reyestr kitabının ******* nömrəli vərəqində 10.11.2017-ci ildə qeydiyyata alınmışdır. İddiaçı ASC Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 ünvanladığı 305 saylı 23 noyabr 2017-ci il tarixli məktubla bildirmişdir ki, 111 küçəsində yerləşən 10 a nömrəli evin 29 nömrəli mənzilini 10 (on) gün müddətində boşaldaraq könüllü şəkildə banka təhvil verməlidirlər, əks təqdirdə mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azər baycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istif adə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunveric ilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvv əyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qanuni və əsaslı olduğundan (qətnamənin mübahisələndirilən hissəsi üzrə) təmin etmiş və cavabdehlər Cavabdeh3, Cavabdeh4, YYY və Cavabdeh1 “xxxx” ASC-nin xüsusi mülkiyyətində olan 111 küçəsində yerləşən 10 a nömrəli evin, 29 nömrəli mənzilindən istifadə hüquqlarına xitam vermiş, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılaraq “xxxx” ASC-yə təhvil verilməsi qət edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd et sə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şik ayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12489/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar