Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1617/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış hesab olunması, torpağa mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(107)1889/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mü lki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Zərdab rayonu Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Cavabdeh2, X3, X12 və X6 mülkiyyətinə Zərdab rayonunun Təzəkənd kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,53 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh2 adından yazılmış yazılı qəbzə əsasən sonuncu ona və ailə üzvlərinə düşən 1,35 hektar torpaq sahəsini özünün və ailəsinin razılığı ilə əvəzi ödənilməklə X9 ömürlük bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Aqrar İslahat Komissiyası tərəfindən cavabdehlərə verilmiş Zərdab rayonunun Təzəkənd kəndinin ərazisində yerləşən JN:161 nömrəli (KOD:********) 2,53 hektar torpaq sahəsinin 1,35 hektarına dair 15 dekabr 2004-cü il tarixdə cavabdehlərlə mərhum həyat yoldaşı X13 arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri Hamlet Əliyevlə cavabdehlər arasında rəsmi alqı-satqı müqaviləsi olmadığından, habelə cavabdehlər həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə razı olmadıqlarından, eləcə də Cava bdeh2 yaşayış yeri məlum olmadığından torpaq sahəsini öz adına sənədləşdirə bilmir. Zərdab Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(035)-314/2021 nömrəli qərardadı ilə (hakim M.T.Qubadov) iddia ərizəsi üzrə işin icraatına “mülkiyyət hüququnun tanınması”na dair hissədə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Zərdab Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(035)-314/2021 nömrəli qətnaməsi ilə (hakim M.T.Qubadov) İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə X13 arasında nəinki notariat qaydasında təsdiq edilmiş hər hansı bir m üqavilə olmamış, heç sadə yazılı forma da tərtib edilmiş müqavilə də olmamışdır. Onların arasında məzmunun dəqiq məlum olmayan yazılı qəbz olmuşdur ki, həmin yazılı qəbzdə də bir tərəfdən torpağın əvəzi ödənilməklə verildiyi, digər tərəfdən bağışlanıldığı qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsini, 56-cı maddəsinin 9-cu hissəsini, 66-cı maddəsinin 1-ci hissəsini, 67-ci maddəsinin 4-cü hissəsini, 68-ci maddəsini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsini tətbiq edərək qeyd etmişdir ki, torpaq sahəsi iddiaçının mərhum əri X7 ixtiyarına keçmiş olsa da, bunun hər hansı hüquqi əsası yoxdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Zərdab Rayon Məhkəməsin in 16 iyun 2021-ci il tarixli, 2(035)-314/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(107)-1889/2021 nömrəli qətnaməsi ilə (hakim A.M.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Q.Abbasovdan və İ.H.Şükürovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(035)-314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış əqd qanun nöqteyi-nəzərindən etibarsız olmuş, bir inci instansiya məhkəməsinin həmin əqdi bağlanmamış hesab etməsi isə qanuna müvafiq və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(107)-1889/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 24 may 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsini tətbiq etməli olduğu halda, bunun etməm iş, torpaq sahəsinin X1 dair üçüncü şəxs X8 ifadəsi nəzərə alınmamışdır. Daha sonra iddiaçı məhkəməyə yazılı izahat və vəsatət verərək, torpaq sahəsinin X2 təsdiq edən səs yazısının nəzərə alınmasını xahiş etmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 335.2-ci maddəsinə əsasən (24 iyun 2005-ci il tarixədək olan redaksiyada) əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu hal da əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasə n hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllə nin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddiaya Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin tətbiqi qeyri-mümkündür. Belə ki, “Ə.Qəhrəmanov və İ.Qəhrəmanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 iyun 2007-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qeyd olunan maddəyə əsasən bağlanmış hesab edilməsi yalnız qanunvericilikdə belə müqavilələrin bağlanması və səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilməsi üçün müəyyənləşdirilmiş qaydaları və tələbləri ciddi nəzərə almaqla həyata keçirilə bilər. Əks halda bu, sözügedən əqdlərin qanunun tələblərindən yan keçməklə rəsmiləşdirilməsinə və nəticədə mülki dövriyyə iştirakçılarının hüquq və qanuni mənafelərinin pozulması riskinin artmasına gətirib çıxara bilər. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, göstərilən maddənin (MM-in əvvəlki redaksiyasında olan 335.2-ci maddəsinin) mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyalar ın alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına sə bəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırki işdən isə müəyyən olunur ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 adlı şəxsin adından imzalanmış yazılı qəbzin kserosurətini təqdim etsə də, həmin qəbzi yazılı daşınmaz əmlakın alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir. Belə ki, həmin sənəd qeyri-müəyyən olaraq tərtib olunmaqla alqı-satqı müqaviləsinin mühüm şərtləri, o cümlədən satılan torpaq sahəsinin qiyməti qeyd olunmamış, qəbzdə “1-35 hektar” torpaq sahəsinin “əvəzi ödənilməklə” “ömürlük bağışlanması” göstərilmişdir. Digər tərəfdən qeyd olunan qəbzdə tarix göstərilməmiş və bu səbəbdən ümumiyyətlə həmin qə bz tərtib edildiyi tarixdə MM-in 335.2-ci maddəsinin qüvvədə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının məhkəməyə ünvanladığı vəsatətlə bağlı məhkəmə kollegiyası izah edir ki, kassasiya instansiyası məhkəməsi yeni sübutlar qəbul etmir və sübutlara hüquqi qiymət vermir. Kassasiya məhkəməsinin səlahiyyətlərinə yalnız apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması aiddir. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5, 416.1, 416.2-cı maddələrindən aydın görünür. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olm amasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(107)-1889/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1617/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1617/2022
11.04.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver