Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1618/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin V İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1951/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin V İdarəsi tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 mart 2022-ci il ta rixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh AR "xxxx" ASC-nin X3 MMC-nin V İdarəsinə qarşı “İşəgötürənin 02 iyun 2021-ci il tarixli, 65-K saylı əmrinin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin V İdarəsinin rəisinin 65-K saylı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə V idarəsinə rəhbərlik yanında aparatın aparatın təchizat üzrə mühəndisi vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1971-1974-cü illərdə Şuşa kənd Təsərrüfatı Texnikumunu baytar-feldşer ixtisası üzrə bitirdikdən sonra Yevlax rayonu Sabir adına kolxozda baytar texniki kimi əmək fəaliyyətinə başlamış, daha sonra fəaliyyətini Mingəçevir şəhərində davam etdirmişdir. 1978-ci ildə AZ DRES-də əmtəəşünas, 1979-cu ildə X1 şöbə müdiri, müditin müavini, Dövlət Standartlaşdırma və Metereologiya idarəsində 5 saylı ərazi üzrə sektor müdiri, idarə rəisi və s. kimi mühüm vəzifələrdə çalışmışdır. 1992-ci ildə X2 İnstutunu, iqtisadçı-mühəndis ixtisası üzrə qiyabi yolla bitirərək ali təhsil almışdır. 2013-cü ildən cavabdeh təşkilat olan V idarəsində təchizat üzrə mühəndis vəzifəsinə qəbul olunaraq, işdən azad edilənədək fasiləsiz və ardıcıl olaraq həmin müəssisədə işləmişdir. Həmin iş sahələrinin hamısı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən daimi xarakterli olmuşdur və o, həmin iş və vəzifələrdə müddətsiz əmək müqaviləsinə əsasən işləmişdir. Lakin 2019-cu ilin sentyabr ayında bütün müəssisə çalışanlarına, o cümlədən ona gözlənilmədən işəgötürən tərəfdən təklif olunmuşdur ki, işdən çıxma ərizələri yazsınlar, sonra müddətli müqavilə əsasında yenidən işə bərpa olunacaqlar. Əks təqdirdə təklif olunan şərti yerinə yetirməyənlər birdəfəlik işdən azad olunacaqlar. 17 ildən artıq müddətdə işlədiyi və yeganə qazanc və gəlir mənbəyi olan işini itirməmək xatirinə işəgötürənlə razılaşmaq məcburiyyətində qalmışdır. Beləliklə 02.09.2019-cu il t arixli 304-K saylı əmrə əsasən onunla işəgötürən arasında 463 saylı 3 ay müddətinə əmək müqaviləsi imzalanmış və o, həmin tarixdən 10-cu dərəcə ilə "xxxx" ASCnin "xxxx" MMC-nin V İdarəsinin Rəhbərlik yanında aparatına əməyin təşkili üzrə operator təchizatı üzrə mühəndis vəzifəsində fəaliyyətini davam etdirmişdir. Onunla yalnız 3 ay müddətinə əmək müqaviləsi bağlanmış, bundan sonra aralarında heç bir yazılı razılaşma və ya əmək müqaviləsinə dəyişiklik olunmamışdır. Tamamilə qanunsuz və əsassız hesab etdiyi işəgötürənin 65-K saylı, 02 iyun 2021-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddəsinin birinci bəndinə əsasən xitam verilmişdir. Əvvəla o, cavabdeh təşkilatda 2013-cü ildən fasiləsiz və etirazsız olaraq mühəndis kimi 10 ilə yaxın müddət ərzində işl əmişdir. İşlədiyi müddət ərzində barəsində işi ilə bağlı heç bir intizam, inzibati və ya tənbeh tədbiri görülməmişdir. Öhdəsində heç bir yerdə işləməyən həyat yoldaşı və digər ailə üzvləri vardır. Ailələri həssas ailə hesab olunur. Oğlu 2013-cü ildə vəfat etdikdən sonra əvvəldən də onunla birlikdə və himayəsində yaşayan onun bir oğlu və bir qız övladı, həyat yoldaşı tamamilə onun maddi və mənəvi himayəsi altında yaşayır. Böyük nəvəsi BDU-nun 4-cü kursunda təhsil alır, digər nəvəsi isə artıq bu ilki qəbul imtahanlarında iştirak edir. Onların və işləməyən həyat yoldaşının yeganə gəlir və qazanc mənbəyi onun iş yeridir. Onunla cavabdeh təşkilat arasında yalnız bir dəfə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. Belə çıxır ki, onunla sınaq müddətinə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin, o cümlədən işçinin (yəni onun) sonrakı taleyi açıq qalmışdır. Maraqlıdır ki, 2013-cü ildən cavabdeh təşkilatda rəhbər vəzifələrdə uzun müddət çalışdıqdan sonra 2019-cu ilin sentyabr ayında onunla yalnız sınaq müddəti ərzində müddətli əmək müqaviləsi bağlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 avqust 2021-ci il tarixli, 2(051)-1421/2021 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMCnin V İdarəsinin rəisinin 65-K saylı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə V idarəsinə rəhbərlik yanında aparatın təchizat üzrə mühəndisi mühəndis vəzifəsinə bərpa olu nması, İddiaçı 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə müəyyən etmişdir ki, İddiaçı 20.09.2013-cü ildən V İdarəsində çalışmışdır. V İdarəsinin Rəhbərlik yanında aparatın təchizat üzrə mühəndisi vəzifəsinə 20 sentyabr 2013-cü il tarixdən 20 sentaybr 2014-cü il tarixədək təyin edilmişdir. Sonradan V İdarəsinin Rəhbərlik yanında aparatına təchizat üzrə mühəndis vəzifəsinə 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019-cu il tarixinədək 3 ay müddətinə qəbul edilmişdir. Lakin bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətin in bitməsi ilə əlaqədar olaraq xitam verilmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İş materiallarından da göründüyü kimi İddiaçı hazırki vaxta kimi işlədiyi vəzifədə və cavabdeh olan müəssisədə uzun illərdir ki işləyir. Onun əvvəllər və hazırda tutduğu vəzifə daimi xarakter daşımışdır. İddiaçının planlı şəkildə daimi işdən azad olunaraq 3 aylıq müddətli müqavilə əsasında iş ə qəbul olunması İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə V İdarəsinin tərəfindən verilmiş əmr yuxarıda qeyd olunan əsaslara görə qanunsuz qəbul olunmuşdur. İddiaçı işdən azad olunmasının hər hansı əsası olması əmri verən V İdarəsinin tərəfindən sübut olunmadı. Bundan əlavə iş materiallarında olan tərəflər arasında bağlanmış 463 saylı əmək müqaviləsindən də görünür ki, müqavilənin nəticə hissəsində imza İddiaçı tərəfindən icra olunsa da qanuna və kargüzarlıq haqqında təlimata əsasən müqavilənin digər səhifələri imzalanmamışdır. Halbu ki, bir neçə səhifədən ibarət olan müqavilənin hər səhifəsi müqavilə bağlayanlar tərəfindən imzal anmalı və ya qanuna müvafiq olaraq tikilməli olduğu halda yalnız sonuncu vərəq imzalanmışdır. 463 saylı müqavilədə sözügedən müqavilənin müddətli olması qeyd olunmuş vərəq iddiaçı tərəfindən imzalanmamışdır. Bu hal isə öz növbəsində müqavilənin əsassız və işçinin hüquqlarının pozulması və aldatma nəticəsində bağlanmasını ehtimal etməyə zəmin yaradır. Bunun əksini təsdiq edən mötəbər sübutlar isə işə götürən təşkilatın yəni cavabdehin nümayəndəsi tərəfindən sübut oluna bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin V İdarəsi “əmək müaviləsinə xitam verilməsinə dair” əmri çıxararkən Əmək Məcəlləsinin müvafiq maddələrində göstərilmiş prosedur qaydalarını ciddi şəkildə pozmuşdur. Belə ki, əmr verilməzdən əvvəl əmək müqaviləsinə xitam verilməsi məsələsinə dair Həmkarlar İttifaqının iclası keçirilməli həmin iclasın sonunda müvafiq protokol tərtib olunmalı və Həmkarlar İttifaqının sədri əmək müaviləsinə xitam verilməsinə razı olub-olmadığını cavab məktubu ilə həmin müəssisənin rəhbərinə bildirməli idi. Bundan əlavə İddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə aid olub-olmamağı araşdırılmamışdır. İş materiallarından da görünür ki, həmin qaydaların heç birinə əməl edilməmiş, işçinin 7 illik əmək stajı nəzərə alınmamışdır. Ona görə də məhkəmə iddianı tam əsaslı hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsin in 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 14, 43.3, 45.4, 45.5, 46.6, 78, 80.2, 292.2, 300.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115, 121-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli- sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 21 oktyabr 2021-ci il tarixli, 2(107)1951/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(051)-1421/2021 saylı qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 20.09.2013-cü ildən V İdarəs ində çalışmışdır. V İdarəsinin Rəhbərlik yanında aparatın təchizat üzrə mühəndisi vəzifəsinə 20 sentyabr 2013-cü il tarixdən 20 sentaybr 2014-cü il tarixədək təyin edilmişdir. Sonradan iddiaçı ilə 02.09.2019-cu il tarixli 304-K saylı əmrə əsasən işəgötürən arasında 463 saylı 3 ay müddətinə əmək müqaviləsi imzalanmış və iddiaçı həmin tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin V İdarəsinin Rəhbərlik yanında aparatına əməyin təşkili üzrə operator təchizatı üzrə mühəndis vəzifəsində fəaliyyətini davam etdirmişdir. İddiaçı ilə 3 ay müddətinə əmək müqaviləsi bağlanmış, V İdarəsinin Rəhbərlik yanında aparatına təchizat üzrə mühəndis vəzifəsinə 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019-cu il tarixinədək 3 ay müddətinə qəbul edilmişdir. Bundan sonra aralarında heç bir yazılı raz ılaşma və ya əmək müqaviləsinə dəyişiklik olunmamışdır. Lakin bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilmişdir. İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqavilə sinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürən in işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, apellyator 29.08.2019-cu il tarixində İddiaçı könüllü olaraq ərizə yazaraq əmək müqaviləsinin 3 0 avqust 2019-cu il tarixdə ləğv olunmasını xahiş etməsini əsaslandıra bilməmişdir. Məhkəmə Kollegiyası iddiaçının uzun müddət bir müəssisədə müddətsiz qaydada işləyərkən birdən-birə yeganə qazanc yerinin itirilməsinə səbəb ola biləcək işdən azad olunma barədə ərizə yazmasını inandırıcı hesab etmir. Belə ki, iddiaçı işdən azad olunma barədə ərizə yazdıqdan sonra onunla yeni əmək müqaviləsi bağlanmaya da bilərdi. Buradan da belə qənatə gəlmək olar ki, cavabdeh tərəf iddiaçını yeni qısa müddətli əmək müqaviləsi bağlamağa məcbur etməklə onun konstitusiyon hüququnu pozmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi dir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respu blikası "xxxx" ASC-nin X3 MMC-nin V İdarəsi (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hər hansı dəyişiklik edilməmiş, struktur dəyişikliyini nəzərə alaraq yeni əmək müqaviləsi bağlanmış və müqavilənin təsdiq edilmiş digər nüsxəsi iddiaçıya təqdim edilmişdir. Əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya təqdim edildiyi öz imzsı ilə təsdiq edilmişdir. Qanunda və ya digər qanunvericilik aktlarında müqavilənin hər səhifədə imzalanmalı olmasını vurğulayan hər hansı imperativ norma mövcud deyil. Bundan əlavə, müqavilənin müddətli olmasından xəbərdar olmadığını iddia edən iddiaçı bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. O, məhkəməyə iddia ərizəsini təqdim etməklə kifayətlənmiş, iddia etdiyi halları təsdiq edən hər hansı sübut göstərməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçı imza etməklə öz razılığını bildirmiş, hətta müqavilə bağlandıqdan sonra öz əmək funksiyasını həyata keçirmiş, müqavilənin müddəti bitdikdən sonra müqaviləyə xitam verilmişdir. Bu zaman onun müqavilənin müddətli bağlanması ilə əlaqədar heç bir iradı olmamış, bir ildən çox müddət keçdikdən sonra məhkəməyə əsassız olaraq iddia vermək qərarına gəlmişdir. Məhkəmə nəinki bu hallara məhəl qoymamış, hətta iddia müddətinin ötürülməsi məsələsinə də diqqət yetirməmişdir. İddiaçı iddia ərizəsini məhkəməyə 2012-ci ilin iyul ayında təqdim etmişdir. Əmək müqa viləsinin surətini isə 02.09.2019-cu il tarixində almaqla müqavilədə qeydiyyat aparılmışdır. Bundan əlavə, 02.12.2019-cu ildə əmək müqaviləsinə dəyişikliyə imza etməklə qəbul etmişdir. Həmin vaxtdan isə nəinki ay, hətta il keçmişdir. İddiaçı 3 aylıq müqavilə bağlanmasını hüququnun pozulması hesab edirsə, müqavilə 02.09.2019-cu ildə bağlanmış və işçi əmək münasibətlərini heç bir narazılığı olmadan davam etdirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunun tələblərini pozaraq əsassız və qanunsuz olaraq işi icraata qəbul etmiş və qanunsuz qətnamə qəbul etmiş, apelyasiya məhkəmə bu qanun pozuntusuna məhəl qoymayaraq heç bir hüquqi qiymət verməmişdir. Ümumiyyətlə apelyasiya şikayətinin dəlillərinə diqqət yetirilməmiş, hüquqi qiymət verilməmişdir. b) Kasasiya şikayətinə qarşı etiraz ın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlər ə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4 Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.1. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 83.2. Əmək müqaviləsinə xit am verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 296.1 Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini əsasən iki dəlillə əsaslandırmağa çalışmışdır. Belə ki, onun birinci dəlili iddiaçının könüllü raz ılığı əsasında onunla müddətli əmək müqaviləsi bağlanması ilə əlaqədardır ki, bu istiqamətdə olan dəlili üzrə bildirilməlidir ki, apelyasiya kollegiyasının Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən qərarına istinadən vurğuladığı kimi, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Hazırki mübahisə üzrə də işdən görünür ki, iddiaçı uzun müddət (7 il) cavabdeh müəssisədə daimi xarakter daşıyan əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan, yəni 2019-cu ildə müəssisə rəhbərliyinin təklifi ilə öz ərizəsi əsasında tutduğu iş dən azad edilib onun yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh təşkilat hazırki kasasiya şikayətində də bu halı etiraf etmiş, bu halı struktur dəyişikliyi ilə əlaqələndirməyə çalışmışdır. İddiaçı cavabdeh müəssisənin işçisi olaraq oradan əmək haqqı alıb ailəsinin dolanacağı qarşıladığı üçün onun müəssisə ilə yeni müqavilə bağlaması heç də könüllü müqavilə bağlanması kimi qiymətləndirilə və dəyərləndirilə bilməz. Cavabdehin ikinci dəlili olan iddia müddəti ilə əlaqədar dəlili üzrə isə qeyd edilməlidir ki, cavabdeh iddiaçının hüquqlarının pozulmasını bildiyi gün qismində onunla müddətli əmək müqaviləsinin bağlandığı tarixi nəzərə alıb iddiaçının həmin tarixdən məhkəməyə müraciət etməli olduğu halda bunu etməməklə hazırki tələb üzrə iddia müddətini ötürməsini bildirmiş olsa da, bir inci dəlil üzrə göstərilənlərin davamı kimi qeyd edilməlidir ki, iddiaçının onunla yeni müddətli əmək müqaviləsi bağlanmaqla hüquqlarının pozulmasını həmin tarixdə aşkar etməsi mümkünsüz haldır. Belə ki, iddiaçı cavabdeh müəssisə rəhbərliyinin istəyi əsasında müddətsiz əmək müqaviləsinə xitam verilib onunla yeni müddətli əmək müqaviləsi bağlanılmaqla hüquqlarının pozulmasını müəyyən edə bilməzdi. Çünki iddiaçı tələbində də onun işinin davamlı xarakter daşıdığını bilməsini, özünün uzun müddət həmin müəssisədə işlədiyini, peşəkar olmasını göstərmiş, bu xüsusda onunla bağlanmış son müqavilənin bitmə tarixi ilə əmək münasibətlərinə xitam veriləcəyini zənn edə bilməzdi ki, həmin müqavilənin xarakterini hüquqlarını pozan hal kimi nəzərə alıb məhkəməyə müraciət etsin. Göstərilənələrə əsasən kasas iya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin V İdarəsi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(107)-1951/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.