Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1618/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, müvəqqəti yaşayış sahəsinin ayrılması və kirayə haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-442/20 24 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMCÜnvan 1, mənzil 14 ünvanda yerləşən, 3 otaqlı, 106.2 kv.m mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqı İddiaçı ödənilməlidir.
2. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 89 nömrəli (1 otaqlı) və 90 nömrəli (2 otaqlı), ümumi sahəsi müvafiq olaraq 55,2 kv.m və 55.8 kv.m olan mənzilləri yüksək keyfiyyətlə tam təmir edərək İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 400 manat kirayə haqqı İddiaçı ödənilməlidir.
3. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Ünvan 1 küçəsi, bina 1-in 10-cu mərtəbəsində yerləşən 60 nömrəli, 3 otaqlı, ümumi sahəsi 123,2 kv.m olan mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqı İddiaçı ödənilməlidir. Cavabdeh MMC müqavilə üzrə əlavə olaraq aşağıdakı işləri yerinə yetirməyi öhdəsinə götürmüşdü r: binanın karkası və bütün hörgü işləri; binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi; binanın xaricində bütün suvaq işlərinin həyata keçirilməsi; binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması; yaşayış binasında inşa ediləcək mənzillərə müvafiq qaydada su və tullantı suları üçün boruları, elektrik və qaz xəttlərini, mənzilləri giriş qapısı, xarici pəncərələr və onların şüşələrini təchiz etmək; mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, müvafiq sınaqlardan keçirilməsinin yoxlanılması; arakəsmələrin hörülməsi; Yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması; bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini; texniki və içməli su anbarının tikilməsi; nasos stansiyalarının quraşdırılması; abadlıq işləri.
4. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı Ünvan 1 küçəsi, yaşayış binasının 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən, 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən İddiaçı 13200 manat ödəməlidir. İddiaçı tərəfindən müvafiq məbləğ tam olaraq ödənilmiş və borcu qalmamışdır. 5. xx.xx.2020-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh MMC-yə 17700 manat ödəniş etmişdir.
6. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı Ünvan 1 küçəsində yerləşən yaşayış binasının 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən, 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m-dən ibarət olan mənzilin 123.2 kv. m sahəsini Ünvan 1 mənzil 14 ünvanında sökülmüş mənzil ilə əvəz etmiş və 11,0 kv.m sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ümumi 13200 manat ödəməlidir. İddiaçı tərəfindən müvafiq məbləğ tam olaraq ödənilmiş və borcu qalmamışdır.
7. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən Cavabdeh MMC tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının bina 1, mərtəbə 7-də yerləşən 41 nömrəli mənzil İddiaçı aiddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (bundan sonra “cavabdeh”) ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə artıq ödənilmiş 4500 manat pul vəsaitinin; cavabdeh ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tari xli müqavilə üzrə artıq ödənilmiş 14800 manat kirayə haqqının; müxtəlif mal-materialların alınması üçün xərclənilmiş 1514 manat pul vəsaitinin; 2 ədəd giriş qapılarına görə 340 manat dəyərində pul vəsaitinin; elektrik naqillərinin alınması üçün xərclənilmiş 525 manat pul vəsaitinin; istilik-kombi sisteminin alınıb-quraşdırılması üçün xərclənilmiş 2030 manat pul vəsaitinin; sanitar qovşaqlarında aksessuarların quraşdırılması üçün xərclənmiş 340 manat dəyərində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi; cavabdehlə iddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzilin yüksək keyfiyyət lə təmir edilmiş vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi; cavabdehlə iddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı və 205 manat məbləğində müvafiq qeydiyyat xərclərinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və iddia verilməsi üçün ödənilmiş 163 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, 2017-ci ilin əvvəllərində müvafiq orqanlar tərəfindən Bakı şəhəri, X rayonu, Ünvan 1 küçəsi ilə Ünvan 2 küçəsinin kəsişməsində yerləşən evlərin sökülməsi və həmin ərazidə yüksək mərtəbəli binanın tikintisi planlaşdırıldığından, X rayonunun İcra Hakimiyyəti tərəfindən səlahiyyət verilmiş nümayəndələr iddiaçıya məxsus mənzilin sahəsini təyin etmək məqsədi ilə ölçmə işləri aparmışlar. Ölçmə zamanı mənzilin divarlarının iç səthindən qarşıdakı divarın iç səthinədək olan məsafə mənzilin sahəsinin təyin edilməsində əsas götürülmüş, mənzilin divarları ölçülməmiş və mənzilin ümumi sahəsinə daxil edilməmişdir. Ölçü işləri aparıldıqdan sonra iddiaçı müqavilə bağlanması üçün X rayonunun İcra Hakimiyyətinin X6 adlı nümayəndəsi tərəfindən İcra hakimiyyətinə dəvət edilərək, Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa ediləcək yüksək mərtəbəli yaşayış binasında sahəsi 106,2 kv.m olan 3 otaqlı mənzilin tam təmir edilməklə mülkiyyətinə verilməsi barədə "xxxx" MMC tərəfindən imzalanmış T85 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləni imzalamışdır. İddiaçı müqaviləni imzalamamışdan öncə X6 adlı şəxsə mənzilinin divarlarının sahəsinin ölçülmədiyini və mənzilin ümumi sahəsinə əlavə edilmədiyini bildirmişdir. X6 bildirmişdir ki, T85 nömrəli xx.xx.2017-ci il tarixli müqavilədə mənzilin sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərinə uyğun hesablanmış və divarların sahəsi ümumi sahəyə daxil edilməmişdir. Eyni zamanda qaydalarda qeyd edilmiş bəzi sahələrin ölçülməsində azalma əmsalları da tətbiq edilmişdir. 2017-ci ilin oktyabr ayında cavabdehin nümayəndəsi telefon vasitəsilə iddiaçı əlaqə saxlayaraq, yuxarıda qeyd edilmiş ərazidə yüksək mərtəbəli binanın "xxxx" MMC tərəfindən deyil, cavabdeh MMC tərəfindən inşa ediləcəyini bildirmiş və yeni müqavilə bağlanması üçün onların ofisinə gəlməyini xahiş etmişdir. Oktyabr ayının 16-da iddiaçı cavabdehin satış ofisində X7 adlı şəxslə görüşmüş, ona sahəsi 106,2 kv.m olan 3 otaqlı mənzilin verilməsi ilə bağlı müqavilə bağlandığını bildirmişdir. X5 müəllim binanın tikintisi üçün tərtib edilmiş layihənin dəyişdirildiyini, yeni layihədə qeyd edilən sahədə mənzilin olmadığını bildirmiş və iddiaçıya inşa edilən binanın 10-cu mərtəbəsində 89 nömrəli (1 otaqlı) və 90 nömrəli (2 otaqlı), ümumi sahəsi müvafiq olaraq 55,2 və 55,8 kv.m olan mənzilləri təklif etmişdir. İddiaçı ona mənzilləri ilk növbədə mənzilləri sökülmüş vətəndaşlara təklif etməliydiniz deyə etirazını bildirdikdə isə mənzillərin artıq satıldığını, qalan mənzilin isə bunların olduğunu demişdir. İddiaçı məcbur qalıb 33 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləni imzalamışdır. İddiaçı həmin gün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarında göstərilən formada qeyd edilən mənzi llərin ümumi sahəsini hesablamış və mənzillərin sahəsinin 106,2 kv.m-dən az olduğunu X5 müəllimə bildirmiş və mənzillərdən imtina etdiyini demişdir. Elə həmin gün bina 1-in 6-cı mərtəbəsində yerləşən 30 nömrəli, ümumi sahəsi 118,3 kv.m olan 3 otaqlı yeni mənzil iddiaçıya təklif olunmuşdur. 33 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə tərəflər arasında bağlanmışdır. Oktyabr ayının 17-də yuxarıda qeyd edilən formada bu mənzilin də ümumi sahəsini ölçmüş və 106,2 kv.m-dən az olduğunu müəyyən etdikdən sonra iddiaçı yenə etirazını bildirmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh ilə iddiaçıya məxsus mənzilin cavabdeh tərəfindən sökülməsi və onun əvəzində Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində cavabdehin inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının bina 1-in 10-cu mərtəbəsində yerləşən 60 n ömrəli, 3 otaqlı, ümumi sahəsi 123,2 kv.m olan mənzilin yüksək keyfiyyətlə tam təmir edilərək iddiaçının mülkiyyətinə verilməsi barədə 33 saylı xx.xx.2017-ci il tarixli müqavilə bağlamışdır. İddiaçı yuxarıda qeyd edilən formada bu mənzilin də ümumi sahəsini ölçərək, 106,2 kv.m-dən az olduğunu müəyyən etmiş və yenə etirazını bildirmişdir. Bu dəfə daha boş mənzilin olmadığını bildirmiş və yeni mənzil təklif etməmişlər. 2019-cu ilin ortalarında iddiaçı həmin binanın 7-ci mərtəbəsində ona təklif edilmiş 60 nömrəli mənzilin sahəsindən daha böyük sahəsi olan 41 nömrəli boş mənzilin olduğunu aşkar etmiş və bu mənzilin ona verilməsini X5 müəllimdən xahiş etmişdir. X5 müəllim isə mənzillərin sahəsi arasındakı fərqin dəyərinin ödənilməsi şərti ilə 41 nömrəli mənzilin iddiaçıya verilməsinin mümkün ol duğunu bildirmişdir. Mənzilin söküntüsü ilə əlaqədar cavabdeh tərəfindən Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının bina 1-in 10-cu mərtəbəsində yerləşən 60 nömrəli, 3 otaqlı, ümumi sahəsi 123,2 kv.m olan mənzilin iddiaçının mülkiyyətinə verilməsi barədə bağlanmış 33 saylı xx.xx.2017-ci il tarixli müqavilə qarşılıqlı razılaşmaya əsasən sonradan ləğv edilmiş və xx.xx.2019-cu il tarixli 33 saylı yeni müqavilə bağlamaqla bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzilin cavabdeh tərəfindən yüksək keyfiyyətlə tam təmir edilməklə iddiaçının mülkiyyətinə təhvil verilməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və əsassız olaraq iddiaçıdan aldığı pul vəsaitini də geri qaytarmamışdır. Belə ki, cavabdeh ilə bağlanmış sonuncu 33 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 4.2.-ci bəndinə əsasən, bundan əvvəl bağlanmış 33 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçıya veriləcək mənzilin sahəsi (123,2 kv.m) yeni bağlanmış müqavilə üzrə mənzilin sahəsindən (134.2 kv.m) az olduğu üçün, həmin mənzillərin ölçüləri arasındakı fərqin dəyəri 13200 manat (134,2 kv.m - 123,2 kv.m = 11 kv.m x 1200 = 13200 manat) ödənilməli idi. Lakin MMC ona müxtəlif bəhanələrlə 17700 manat ödətdirmiş və artıq ödənilmiş 4500 manat pul vəsaitini əsassız olaraq indiyədək geri qaytarmamışdır. Bundan başqa, cavabdeh ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 5.5.-ci bəndinə əsasən mənzil iddiaçıya yüksək keyfiyyətlə t əmir edilib təhvil verilənədək digər yerdə kirayə qalmağı üçün hər ay 400 manat kirayə haqqı ödəməli idi. Lakin son 37 ay (01.02.23-cü il tarixə) üçün cavabdeh iddiaçıya pul verməmiş, hamısını iddiaçı özü ödəmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin iddiaçıya kirayə haqqı borcu 14800 manat (37x400=14800) təşkil etmişdir. Mənzilin təmiri zamanı iş icraçısı X8 adlı şəxsə mal-materialların alınması üçün vaxtında pul ayrılmadığından təmir işlərinin yubanmaması üçün iddiaçı məcbur qalıb lazım olan bəzi mal-materialların alınması üçün 1514 manat xərcləmişdir. Bu məbləğin 1000 manatını X8 iddiaçıya ödəməli idi, lakin dəfələrlə X8dən xərclədiyi pulu tələb etdikdə, şirkət pul ayırmayıb demişlər. İddiaçıya məxsus mənzilin və həmin binanın 11-ci mərtəbəsində qızına məxsus 60 nömrəli mənzilin giriş qapılarını dəyişdirmişdir. Cavabdeh tərəfindən quraşdırılmış qapıları isə çıxarıb satmaq məqsədi ilə qapıların yanına qoymuşdur. Cavabdehin işçiləri qapıları götürüb binada başqa yerlərdə quraşdırmışlar. 2 ildir X8 2 ədəd qapının 340 manat dəyərini şirkətdən alıb iddiaçıya verə bilməmişdir. Hər dəfə soruşanda, “yazdırmışam pul ayırsınlar, hələ verməyiblər” demişdir. Cavabdeh ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 1, 2.1.1., 2.1.2., 2.1.4., 2.2.1.-ci bəndlərinə əsasən, cavabdeh mənzili iddiaçıya binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətində yüksək keyfiyyətlə tam təmir edilmiş vəziyyətdə təhvil verməli idi. Lakin mənzil nəinki yüksək keyfiyyətlə təmir edilməmiş, təmir zamanı adi qaydalara belə əməl edilməmiş və çox sayda nöqsanlara yol verilmiş, işlər key fiyyətsiz yerinə yetirilmişdir. Mənzilində təmir işlərinin aparılması X9ə həvalə olunmuşdur. X9dən sonra isə təmir işlərinə X8 rəhbərlik etmişdir. X9in dövründə şpatlevka işlərini 3 briqada yerinə yetirmiş, hamısı da keyfiyyətsiz icra edilmişdir. Təmir zamanı iddiaçı cavabdehin səlahiyyətli nümayəndəsinə iradlarını bildirmiş, divarlara mayak qurulmasını tələb etmiş, bildirmişdir ki, qapılar qoyulanda naliçniklər divara oturmayacaq, plintuslar vurulanda aralı qalacaq, cavab da bu olmuşdur ki, ustalar şpatlevkanı podreyka vursunlar. İddiaçı bununla razılaşmamışdır. Sonradan divarlara vurulmuş şpatlevkanı müxtəlif yerlərdən balta ilə çapmış, mayak atıb yenidən şpatlevkanın üzərindən 4-5 sm qalınlıqda şpatlevka vurmuşlar, lakin iş keyfiyyətsiz yerinə yetirildiyindən naliçniklər divara oturmamı ş, 0,7-1,5 sm ara məsafəsi qalmışdır. Hörgü işləri yerinə yetirilərkən mənzildaxili divarlar, şaxta divarları əyri-üyrü hörülmüşdür. Bu səbəbdən mətbəxdə yerləşən şaxtanın divarlarının düzəldilməsi üçün 10 sm qalınlıqda şpatlevka vurulmuşdur. Nəticədə cavabdehin ucbatından həm mənzilinin təmiri keyfiyyətsiz yerinə yetirilmiş, həm də əlavə material və əmək haqqı xərclənmişdir. Mənzildaxili divarlar hörülərkən qapı yerləri qapıların hündürlüyünə uyğun hörülməmiş, bu səbəbdən qapılar qoyulduqdan sonra qapıların başında 7-15 sm məsafə qalmış, bunu bağlamaq üçün isə iddiaçı əlavə xərc çəkərək müxtəlif ölçülü naliçniklər hazırlatmaq məcburiyyətində qalmışdır. Mənzildə elektrik xətləri çəkilərkən X9ə bildirmişdir ki, keyfiyyətli, standarta uyğun elektrik naqillərindən istifadə etsin. X9 isə bildi rmişdir ki, istədiyiniz naqilləri özünüz alın pulunu şirkətdən alıb, ona verəcəklər. X9la razılaşdıqdan və onun tərəfindən bildirilən 940 metr uzunluqda, müxtəlif ölçülü (d6, d4 və d2,5) naqilləri alıb iddiaçı ona vermişdir. Elektrik xətləri çəkilərkən naqillər yanmayan qarmoşka plastik boruların içərisinə salınır. Elektrik xətlərinin çəkilməsinə nəzarət üçün mənzilə getdikdə görmüşdür ki, elektrik xətləri çox keyfiyyətsiz çəkilmişdir. Belə ki, X9 ən keyfiyyətsiz qarmoşka borular almış və mənzildə işləyən işçilər ayaqladığından, borular əksər yerdən qırılmış və elektrik xətlərinin üstü 50 sm, bəzi yerlərdə 1 metr açıq vəziyyətdə olmuş, qarmoşka borular yerə dupel mismarla vurulmuş, borular qırıldığından naqillər həmin mismarlarla təmas etmişdir. Belə olduğu halda X9a narazılığını bildirmiş və o, boruları sökdürmüşdür. Bu və digər hallardan da görünmüşdür ki, təmir lazımi keyfiyyətdə aparılmamış və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur.
10. Cavabdeh iddiaya etiraz vermişdir. Etiraz belə əsaslandırlıb: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, X rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən X Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 181 nömrəli Sərəncamına əsasən, Cavabdeh MMC-yə (cavabdehə) rayonun Ünvan 2, Ünvan 1, kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılmasına icazə verilmişdir; - cavabdeh ilə ərazidə yaşayan iddiaçı arasında xx.xx.2017-ci il tarixində T85 saylı ilkin müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı mülkiyyətində olanünvan 1, ev 10, mənzil 14 ünvanında olan 2 otaqlı, 63,8 kv.m ibarət mənzilinin ümumi sahəsinə 15-25% əlavə edilməklə, mənzili cavabdehə təhvil verilməsi barədə öz üzərinə öhdəlik götürmüşdür; - xx.xx.2017-ci il tarixində T85 saylı ilkin müqavilənin 2.1.2-ci bəndinə əsasən tikinti başa çatanadək, cavabdeh iddiaçıya hər ay müvəqqəti yaşayış məqsədi ilə 400 manat kirayə haqqı verilməsi barədə öhdəlik götürmüşdür. Qeyd olunan müqavilənin 2.2.4-cü bəndinə əsasən binanın bünövrəsi qoyulduqdan sonra cavabdeh tikinti işlərini 18 aya çatdırılması barədə öhdəlik götürmüşdür. 2019-cu ilin yanvar ayında tikinti işləri başa çatmışdır. İddiaçı cavabdehin ofisinə dəvə t edilmiş, layihədə 106,2 kv.m. ibarət 3 otaqlı mənzilin olmadığı iddiaçının diqqətinə çatdırılmış, ona yaşayış binasının 1-ci blokunun 10- cu mərtəbəsində yerləşən 60 saylı, 3 otaqlı, ümumi sahəsi 123,2 kv.m ibarət olan mənzil təklif edilmişdir və xx.xx.2017-ci il tarixli 33 saylı müqavilə bağlanmışdır; - iddiaçıya yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m ibarət olan mənzil təklif edilmiş və onunla xx.xx.2019-cu il tarixli, 33 saylı müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli 33 saylı müqavilənin 4.2 bəndində qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli 33 saylı müqavilə qüvvədən düşmüş hesab edilsin, son müqavilə üzrə mənzillərin ölçüləri arasındakı fərqin dəyəri (134.2 kv.m 123,2 kv.m = 1 kv.m. x 1200 manat = 13200 mana t) 13200 manat iddiaçı tərəfindən cavabdehə ödənilməlidir; - iddiaçı oğlu xx.xx.2019-cu il tarixli 33 saylı müqavilə üzrə 13200 manat ödəniş etmişdir. Sadəcə mühasibin səhlənkarlığından onun adından bank hesabına 13200 manat deyil, 17700 manat, yəni artıq 4500 manat ödənilmişdir (qəbzin surətindən görünmüşür ki, banka ödənişi, vətəndaş deyil, cavabdehin əməkdaşı etmişdir); - iddiaçıya müqavilə şərtlərinə uyğun olaraq vaxtında kirayə pulu ödənilmişdir (qəbzin surətindən görünür ki, iddiaçı 11600 manat, noyabr 2019-cu il tarixədək pul ödənilmişdir); - iddiaçının mənzilinə istilik sisteminin – kombi aparatının və radiatorların qoyulması, çəkilməsi barədə müqavilə üzrə öhdəliyi olmamışdır; - iddiaçının tikinti işlərinin keyfiyyətsiz aparılması tələbinə gəldikdə qeyd edilməlidir ki, cavabdeh tə mirin sakinlər tərəfindən aparılmasını ilkin olaraq vətəndaşlara təklif edir və hər bir kv.m uyğun olaraq onlara təmir üçün təklif verir. Vətəndaş təklifdən imtina etdikdə, təmir cavabdeh tərəfindən həyata keçirilir. Təmir işlərinə vətəndaşlar özləri nəzarət edir, onlara rəng, divar kağızlarının, kafel-metlax və aksessuarların seçilməsində üstünlük, sərbəstlik verilir. Bütün sakinlərin mənzillərinə eyni giriş qapıları qoyulur, vətəndaş qoyduğu qapılarla razılaşmadıqda, qapının dəyər qiyməti onlara ödənilir, vətəndaş istədiyi qapını özü alır; - cavabdeh iddiaçıya humanistlik göstərərək mülkiyyətində olan 2 otaqlı, 63.8 kv.m ibarət mənzilin əvəzinə, ona 20-25% faiz deyil, həmin ünvanda 106,2 kv.m ibarət 3 otaqlı təmirli mənzil təhvil vermək barədə öhdəlik götürmüşdür.
11. Bakı şəhəri X Rayon Məhkəməsinin 2(005)-1616/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 33 saylı müqaviləyə əsasən artıq ödənilmiş 4500 manat, ödənilməmiş 14800 manat kirayə haqqı və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147,90 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, cavabdeh ilə iddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzilin yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, cavabdeh ilə iddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqını tam ödənildiyini təsdiq edən maliyyə arayışının cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Aytən Novruzova)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin məzmununa əsasən cavabdeh iddiaçıya Ünvan 1 küçəsində yerləşən yaşayış binasının 1-ci blokunun, 7-ci mərtəb əsində yerləşən, 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m-dən ibarət olan mənzilin 123.2 kv.m sahəsini Ünvan 1 mənzil 14 ünvanında sökülmüş mənzili ilə əvəz etmiş və 11,0 kv.m sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 13200 manat ödəməlidir. İddiaçı tərəfindən müvafiq məbləğ tam olaraq, ödənilmiş və borcu qalmamışdır. Cavabdeh müqavilə üzrə əlavə olaraq aşağıdakı işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür: binanın karkası və bütün hörgü işləri; binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi; binanın xaricində bütün suvaq işlərinin həyata keçirilməsi; binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması; yaşayış binasında inşa ediləcək mənzillərə müvafiq qaydada su və tullantı suları üçün boruları, elektrik və qaz xəttlərini, mənzillə rin giriş qapısı, xarici pəncərələr və onların şüşələrini təchiz etmək; mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, müvafiq sınaqlardan keçirilməsinin yoxlanılması; arakəsmələrin hörülməsi; yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması; bir ədəd sərnişin lifti və bir ədəd yük lift ilə təmini; texniki və içməli su anbarının tikilməsi; nasos stansiyalarının quraşdırılması; abadlıq işləri.
13. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13200 manat ödəməli olduğu halda, 17700 manat ödənilmişdir. Bununla da, 4500 manat pul vəsaiti artıq ödənildiyi üçün iddiaçının bu hissədə tələbi əsaslıdır və ona dəymiş zərər ödənilməlidir.
14. Bir inci instansiya məhkəməsi iddia tələbinin kirayə haqqı hissəsinə münasibətdə qeyd etmişdir ki, bu hissədə də iddia əsaslıdır. Belə ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 5.5-ci bəndinə görə, mənzil təhvil verilən günədək cavabdeh 400 manat kirayə haqqı ödəməlidir. Mənzil iddiaçıya təhvil verilməyib¸ belə olan halda, cavabdeh iddiaçıya 14800 manat (37 ay üçün) kirayə pulu ödəməlidir.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehlə iddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə cavabdeh tərəfində n iddiaçıya təhvil verilməsi hissəsini əsaslı hesab edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
16. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzili iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verməli olmalarına dair vəzifələrini isə icra etməyərə k, müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
18. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçıya veriləcək mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə tələb də təmin edilməlidir.
19. İddia tələbinin “müxtəlif mal-materialların alınması üçün xərclənmiş vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı bu hissədə tələbinin hüquqi əsasını əsaslandıra bilmədiyi üçün həmin tələblər təmin edilə bilməz.
20. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 5, 21, 148, 152, 157, 178, 385, 405, 421, 423, 425, 427, 442, 448, 752, 759-cu, Mənzil Məcəlləsinin 112, 113cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış iddiaçının apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın bir qisminin rədd ed ilməsini iddiaçının həmin tələbləri əsaslandırmaması ilə izah etmişdir. Halbuki iddianın tam təmin edilməsi üçün bütün əsaslar iş materiallarında olmuşdur. Birinci instansiya məhkəməsi təmirin keyfiyyətli olub-olmaması və iddiaçı tərəfindən təmirə çəkilmiş xərclərin müəyyən edilməsi üçün ekspertiza təyin etməli idi.
23. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini əsaslandırmaq üçün Mülki Məcəllənin öhdəliklər və podratla bağlı müddəalarına istinad etmiş, bununla da maddi hüquq pozuntusuna y ol vermişdir. Belə ki, qətnamədə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu göstərilməmiş, tutulmalı olan məbləğlərin əsası və bununla bağlı hər hansı sübut qeyd edilməmiş, iddiaçının izahatı əsas götürülmüşdür. Podrat münasibətlərinin istinad olunan maddələrinə nisbətdə hansı əsasla pozulması qeyd edilməmişdir. Mübahisəli mənzilin tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsinə əhəmiyyət verilməmiş, bu əhəmiyyətli məqam araşdırılmamışdır. Qətnamədə hansı faktiki halların araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Cavabdeh tərəfindən təqdim edilən etiraza münasibət bildirilməmişdir. Mübahisəli mənzilin iddiaçıda olması səbəbindən həmin mənzilin hansı əsasla iddiaçıya bir daha təhvil verilməsi, ona dair sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməli olması aydın deyildir.
25. Apellyasiya baxışında tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 33 №-li müqavilənin predmeti olan mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarına” uyğun hesablanmaqla müəyyən edilməsinə və mənzilin faktiki sahəsinin rəsmi sənədlərdə (binanın layihəsi, “Müqavilə”, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış və texniki pasport) nəzərdə tutulmuş mənzilin ümumi ölçülərinə uyğun gəlib-gəlməməsinin aydınlaşdırılması məqsədi ilə cavabdehin vəsatəti əsasında məhkəmə tikinti-texniki e kspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
26. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9949 saylı ekspert rəyinə əsasən iddiaçının istifadəsində olan və Bakı şəhəri, X rayonu, Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasında, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 41 saylı mənzilin faktiki ümumi sahəsinin (müvafiq azalma əmsalları tətbiq olunmadıqda) 126,4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçının istifadəsində olan 41 saylı mənzilin faktiki ümumi sahəsinin (126,4 kv.metr) tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 34 saylı müqavilədə mənzilin ümumi sahəsinin binanın və mənzilin tikinti layihəsində göstərilən, həmçinin “Müqavilədə” (1 34,2 kv.m) razılaşdırılan mənzilin ümumi ölçülərinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” əsasən, iddiaçının istifadəsində olan Bakı şəhəri, X rayonu, Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasında, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 41 saylı mənzilin ümumi sahəsinin 126,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan 41 saylı mənzilə dair “Reyestrdən çıxarış” və “Texniki pasport” sənədləri iş materiallarında olmadığından müqayisəli təd qiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarında” nəzərdə tutulmuş müvafiq azaltma əmsalları nəzərə alınmadıqda iddiaçının istifadəsində olan Bakı şəhəri, X rayonu, Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasında, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 41 saylı mənzilin faktiki sahəsinin 126,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi mənzildə aparılmış təminirn keyfiyyəti ilə bağlı öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
28. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6535 saylı rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” əsasən, iddiaçının istifadəsində olan 41 saylı mənzilin ümumi sahəsinin 126,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilə dair “Reyestrdən çıxarış” və “Texniki pasport” sənədləri olmadığından müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Mənzilin divarlarında 90 dərəcə hamarlıq gözlənilmədiyi, quraşdırılmış keçid qapılarının kənarlarının və döşəməyə vurulmuş künclüklərin (plintusların) divarlarda 90 dərəcə hamarlıq gözlənilmədiyindən divarlardan aralı şəkildə olduğu, elektrik d əstlərinin elektrik yuvalarına bərkidilmədiyi, divar və döşəmələrə vurulmuş kafel-metlaxların aralarının doldurulmadığı nəzərə alınaraq, mənzildə aparılmış təmir işlərinin tikinti-texniki baxımdan keyfiyyətsiz yerinə yetirildiyi müəyyən olunmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-442/2024 nömrəli mülki iş üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh ilə iddiaçı arasında bağlanmış 33 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzilin yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil üçün pay haqqını tam ödənildiyini təsdiq edən maliyyə arayışının cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul olunmuş, cavabdeh ilə iddiaçı arasında bağlanmış 33 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Ünvan 2 və Ünvan 1 küçələrinin kəsişməsində yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzilin yüksək keyfiyyə tlə təmir edilmiş vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, cavabdeh ilə iddiaçı arasında bağlanmış 33 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən həmin 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil üçün pay haqqını tam ödənildiyini təsdiq edən maliyyə arayışının cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qalan hissəsinin, yəni iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 33 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən “cavabde hə artıq ödənilmiş 4.500 manat, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 14800 manat kirayə haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147,90 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Azad İmanov)
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı bildirir ki, mənzillər arasındakı sahə fərqi nəzərə alınmaqla onun tərəfindən cavabdehə (134.2 kv.m – 123.2 kv.m = 11 kv.m x 1.200 =) 13200 manat ödənilməli olduğu halda, cavabdeh iddiaçıya müxtəlif bəhanələrlə 17700 manat ödətdirmiş və artıq ödənilmiş 4500 manat pul vəsaitini əsassız olaraq indiyədək geri qaytarmamışdır. Cavabdeh müba hisəli mənzilin dəyərinin tam ödənilməsini mübahisələndirməmiş və tələbə etirazında iddiaçı tərəfindən mənzillərin ölçüləri arasındakı fərqin dəyəri kimi müqavilə üzrə cavabdehə 13200 manat ödəniş etdiyini, cavabdehin mühasibinin səhlənkarlığı ucbatından iddiaçının adından bank hesabına 13200 manat deyil, 17700 manat, yəni artıq 4500 manat ödənildiyini bildirmişdir. Lakin cavabdehin bu dəlili iş materialları ilə təkzib olunur. Belə ki, xx.xx.2020-ci il tarixli qəbzə əsasən iddiaçı cavabdehə 17700 manat ödəniş həyata keçirmişdir. Cavabdeh isə etirazının dəlilini təsdiq edən sübutu təqdim etməmişdir. Beləliklə iddiaçının cavabdehə mənzil sahələri arasında yaranmış 11 kv.m sahə fərqi üçün 4500 manat artıq ödəniş edildiyi müəyyən edilir.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına 4500 manat əldə etdiyi üçün həmin məbləğ iddiaçıya geri qaytarılmalıdır. Müzakirə edilən hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassızdır.
32. Apellyasiya instansiyası məhkəməsi göstəmişdir ki, iddiaçı ödənilməmiş kirayə haqqının əvəzi olaraq cavabdehdən 14800 manat pul tələb edərək bildirmişdir ki, mənzil iddiaçıya yüksək keyfiyyətlə təmir edilib təhvil verilənədək digər yerdə kirayə qalmağı üçün hər ay 400 manat kirayə haqqı ödənilməli idi. Lakin 2020-ci ildən cavabdeh iddiaçıya kirayə haqqı verməmiş, iddiaçı kirayə haqqını özü ödəmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya kirayə haqqı borcu (37 ay x 400 manat) 148 00 manat təşkil etmişdir. Cavabdeh isə iddiaçıya müqavilə şərtlərinə uyğun olaraq vaxtında kirayə pulu ödənildiyini, bu məqsədlə 2019-cu ilin noyabr ayınadək iddiaçıya 11600 manat pul ödənildiyini bildirmişdir. Tərəflərin izahatlarından 2020-ci ildən iddiaçıya kirayə haqqının ödənilmədiyi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.
33. Cavabdeh iddiaya etirazında iddiaçı mənzilinin Samir Əhmədova verilməsini xahiş etdiyi üçün xx.xx.2019-cu il tarixli 33 №-li müqavilə bağlandıqdan sonra kirayə pulu dayandırılmasını bildirsə də, etirazda qeyd edilən bu əsas məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qeyd edilən müqavilədə mənzilin Samir Əhmədov adlı şəxsə deyil, iddiaçıya təhvil verilməli olduğu nəzərdə tutulmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahi səli mənzilin iddiaçıya müqavilə şərtlərinə uyğun təhvil verilib-verilməməsi tərəflər arasında mübahisə doğurduğundan kirayə haqqının əvəzinin ödənilməsi tələbinə bu hal aydınlaşdırıldıqdan sonra qiymət verilməli idi. Lakin birinci instansiya məhkəməsi mənzilin iddiaçıya təhvil verilmədiyi qənaətinə gələrkən, bu qənaətini əsaslandırmamış, mənzilin müqavilə şərtlərinə uyğun təhvil verilib-verilməməsini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etməmişdir. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin təmirin keyfiyyətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olması ilə bağlı dəlili əsaslı hesab edilmişdir. Çünki qeyd edilən halın aydınlaşdırılması xüsusi bilik tələb edir və məhkəmə bu sahədə xüsusi biliyə malik deyil.
35. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışınd a alınmış ekspert rəylərinə əsasən xx.xx.2019-cu il tarixli, 33 №-li müqavilədə nəzərdə tutulmuş ölçüdə və keyfiyyətdə mənzilin iddiaçıya təhvil verilmədiyini müəyyən etmiş və belə qənaətə gəlmişdir ki, müqavilənin 5.5-ci bəndinə görə, mənzil təhvil verilən günədək cavabdeh tərəfindən iddiaçıya 400 manat kirayə haqqı ödənilməlidir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya iddia tələbi həddində (37 ay üçün) 14800 manat kirayə pulu ödənilməlidir. Müzakirə edilən hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassızdır.
36. İddia tələbinin “mənzilin təmiri üçün alınmış mal-materialların alınması üçün xərclənmiş vəsaitin əvəzi olaraq 1514 manat, 2 ədəd giriş qapısının dəyərini təşkil edən 340 manat, ele ktrik naqillərinin alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 525 manat, kombi istilik sisteminin alınıb-quraşdırılması üçün çəkilmiş xərcin əvəzi olaraq 2030 manat, sanitar qovşaqlarında aksessuarların quraşdırılması üçün çəkilmiş xərcin əvəzi olaraq 340 manat pul vəsaitinin cavabdehdən tutulması” hissələrinə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbləri bu hissədə təmin edilə bilməz. Çünki iddiaçı MPM-in 77-ci maddəsinin tələblərinə əsasən iddia tələbinin hüquqi əsasını əsaslandıra bilməmişdir.
37. İddianın “mənzilin təhvil verilməsi” hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə şərtlərinə uyğun ölçüdə və keyfiyyətdə mənzilin iddiaçıya təhvil verilmədiyi öz təsdiqini tapdığından iddia həmin hissədə əsaslıdır. Cavabdeh in hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “zəruri sənədlərin təhvil verilməsi” hissəsi ilə bağlı da hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Lakin iddianı həmin hissədə təmin etmiş birinci instansiya məhkəməsi bu nəticəyə gəlmək üçün əsas təşkil edən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan normaları tətbiq etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin tətbiq etmiş olduğu Mülki Məcəllənin 148.2-ci (daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir), Mənzil Məcəlləsinin 112.1-ci (mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir), 113.1-ci (mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir), 113.2-ci (Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır) maddələri hazırkı münasibətlərə tətbiq edilməli olan maddi hüquq normaları deyil. Hazırkı mübahisənin tərəfi mənzil-tikinti kooperativi deyil, məhdud məsuliyyətli cəmiyyətdir, mübahisəli əmlak isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunmur. Əksinə, iddiaçı hüquqlarının q eydə alınması üçün zəruri sənədlərin ona təqdim edilməsini tələb edir və bu tələbində haqlıdır.
39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 178, 385, 386, 405, 421, 423, 425, 427, 442, 448, 752, 759, 1091-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – cavabdehdən iddiaçının xeyrinə 14800 manat kirayə haqqının ödənilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, 33 saylı müqavilə bağlanan tarixədək iddiaçıya 11600 manat məbləğində kirayə haqqı ödənilmişdir. Həmin tarixdən sonra kirayə haqqının ödənilməməsinin səbəbi o olmuşdur ki, iddiaçıya ödənilməli olan kirayə haqqı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən 60 nömrəli, 3 otaqlı, 123.2 kv.m sahəsi olan mənzilin yerləşdiyi binanın tikintisi başa çatanadək verilməsi şərtləşdirilmişdir. Həmin mənzilin yerləşdiyi binanın tikintisi başa çatdıqdan sonra iddiaçının xahişi ilə qeyd olunan mənzil onun qızının əri X1 adına keçirilmiş və xx.xx.2019-cu il tarixli, 33 saylı yeni müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasənünvan 1, bina 1-in, 10-cu mərtəbəsində yerləşən 60 nömrəli, 3 otaqlı, 123.2 kv.m sahəsi olan mənzil iddiaçıya məhz həmin ünvanda yerləşən evinin sökülmə sinin əvəzi olaraq verilmişdir. Belə olan halda iddiaçının həmin mənzili qızının ərinin adına keçirməsinə razılıq verməsi və bundan sonra həmin mənzildən daha böyük sahəsi olan mənzilin alınmasına (eləcə də əlavə sahənin dəyərini ödəməsi) dair xx.xx.2019-cu il tarixli yeni müqavilə bağlaması ilə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən 123.2 kv.m sahəsi olan mənzil iddiaçıya təhvil verilməsi anınadək kirayə haqqının ödənilməsinə dair cavabdehin üzərinə götürdüyü öhdəliyə xitam verilmişdir. Buna baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları ümumiyyətlə nəzərə almamış, Mülki Məcəllənin 385.1-ci maddəsini mübahisəyə tətbiq etməli olmadığı halda tətbiq etmiş, bununla da həmin maddi hüquq normalarının tələblərinin pozulmasına yol verərək, cavabxdehdən iddiaçının xeyrinə 14800 manat kirayə haqqının ödənilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda işin faktiki halları sadalanmış, kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlə rdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə cavabdehdən iddiaçının xeyrinə 14800 manat kirayə haqqının ödənilməsi barədə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəm iyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
48. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə 14800 manat kirayə haqqının ödənilməsi barədə iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 33-cü bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.
49. Hazırda da cavabdeh kassasiya şikayətində iddiaçının mənzili qızının əri X1 adına keçirməsi, xx.xx.2019-cu il tarixli, 33 saylı yeni müqavilə bağlanması və bu əsasla da iddiaçıya kirayə haqqı verilməli olmamasını göstərmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, eyni dəlilə artıq apellyasiya instansiyası məhkəməsi qiymət verib və cavabdehin bu dəlilinin təsdiq edilmədiyini, müqavilədə mənzilin Samir Əhmədov adlı şəxsə deyil, iddiaçıya təhvil verilməli olmasının nəzərdə tutulduğunu göstərib.
51. Məhkəmə kollegiyası da öz növbəsində vurğulayır ki, cavabdehin istinad etdiyi xx.xx.2019-cu il tarixli, 33 saylı mü qavilə iddiaçı ilə bağlanıb, həmin müqavilənin X2 adlı şəxslə bağlanması halı müəyyən edilməyib.
52. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi hissə üzrə istinad etdiyi hal, yəni xx.xx.2019-cu il tarixli, 33 saylı müqavilənin iddiaçı ilə deyil, başqa şəxslə bağlanması iş materialları təkzib edilmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin dəlili qəbul etməmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.