Məhkəmə qərarları › İş №2(102)-1619/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1619/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1619/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri almaq tələbi (vindikasiya tələbi), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1898/2023 nömrəli, 18 dekabr 2 023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Mercedes Benz E220 CDİ minik” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobil 25 iyun 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 2. 9 fevral 2021-ci il tarixli etibarnamə ilə İddiaçı mülkiyyətində olan həmin nəqliyyat vasitəsini 1 il müddətində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, barəsində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və həmin tapşırığın həyata keçirilməsi ilə bağlı olan bütün hərəkətləri etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icr aat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 150 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan “Mercedes Benz E220 CDİ Minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 09 fevral 2021-ci il tarixdə qohumu Təranə Əsədova ilə faktiki nikahda olan Cavabdeh etibarnamə əsasında idarə etmək məqsədi ilə vermiş, 04 oktyabr 2021-ci il tarixdə etibarnaməni ləğv edərək, həmin avtomobili geri tələb etsə də, ala bilməmişdir.

5. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qət naməsi ilə (hakim Ü.O.Qənbərov) iddia təmin edilmiş, İddiaçı məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 145 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı özünə məxsus olan nəqliyyat vasitəsini 09 fevral 2021-ci il tarixdə 1 il müddətinə Cavabdeh etibarnaməli idarəçiliyinə vermiş və sonradan etibarnaməni ləğv etməsinə baxmayaraq avtomobili geri ala bilməmişdir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 362.1, 365.1.3, 365.2, 366.3-cü, Mülki Prosessual Məcəllənin 76.1, 76.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Cavabdeh apellyasiya şikayəti ve rərək, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil cavabdehə məxsusdur, formal olaraq iddiaçının adına sənədləşdirilmişdir. Cavabdeh həmin avtomobili X5 14.000 ABŞ dolları məbləğində pul ödəyərək, baş etibarnamə əsasında almış və mübahisə olmadan idarə etmişdir. 2017-ci ildə maşını aldığı şəxs, yəni X10 banka borcu olduğunu və maşını adından çıxarılmasını tələb etmişdir. Cavabdeh həmin vaxt bankda zamin olduğu üçün avtomobili öz adına keçirə bilməmiş və arvadı Təranə Əsədova qardaşı oğlu olan İddiaçı adına sənədləşdirmişdir. 2020-ci ildə cavabdeh Təranə Əsədova ilə ayrıldı qdan sonra İddiaçı ondan avtomobili tələb etmişdir. Avtomobilin pulunu cavabdeh ödəmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - P.T.Əhmədov (sədrlik edən və məruzəçi) S.İ.Mayılov və T.S.Kərimov) 1 iyun 2023-cü il tarixli, 2(106)609/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir. 11.Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında mövcud qarşılıqlı münasibətləri düzgün qiymətləndirməmişdir. Belə ki, mübahisəli avtomobilin 2013-cü ildən etibarən Cavabdeh faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tap mamışdır. Həmin avtomobilin Cavabdeh qanuni sahibliyinə verilməsi, hazırkı mübahisənin meydana gəlməsi, habelə tərəflər arasında qohumluq münasibətlərinin pozulmasından törəməsi halı tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir. Bununla da, hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir.

12. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işdə olan "xxxx" ASC-nin 26 may 2023-cü il tarixli məktubuna əsasən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi bankda girovda olmuş, avtokredit 12 iyun 2013-cü il tarixdə X8 verilmiş və 12 iyun 2015-ci il tarixdə kredit borcu tam bağlanmışdır. İş ə əlavə edilmiş mədaxil qəbzlərinə əsasən qeyd edilən zaman çərçivəsində X7 adına olan adıçəkilən kredit ödənişi Cavabdeh və onun izahatına əsasən öz tapşırığı üzrə tanıdığı taksi sürücüləri və digər şəxslər tərəfindən ödənilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillər, iddiaçının izahatında göstərilən məlumatlar, eyni zamanda İddiaçı eyni ünvanda, yəni Xəzər rayonu Buzovna qəsəbəsində yaşadığı və özünün dost olduğunu bildirdiyi X7 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ”Muğanbank” ASC-də girovda olması üzrə avtokreditin Cavabdeh və onun tapşırığı ilə digər şəxslər tərəfindən ödənilməsi və əksər ödəniş qəbzlərinin əsillərinin onun özündə saxlanılmas ı, X7 öz dostu olduğunu bildirməsi halında İddiaçı bunlardan məlumatsız olması, mübahisəli avtomobilə dair etibarnamənin Cavabdeh İddiaçı qayınanası Təranə Əsədova ilə ayrıldıqdan sonra - 04 oktyabr 2021-ci ildə xitam verilməsi və digər hallar iş üzrə tərəflər arasında mübahisəli avtomobil üzrə qarşılıqlı münasibətlərin əsl mahiyyətinin və onların həqiqi niyyətinin birinci instansiya məhkəməsində tam və hərtərəfli araşdırılmadığını bildirmişdir.

14. Bundan əlavə, məhkəmə mübahisəli avtomobilin özündən əvvəlki sahibinin X4 olması barədə cavabdehin izahatında göstərilənlərə dair qeyd etmişdir ki, iş materiallarına görə X10 tərəfindən X3 da mübahisəli avtomobilə istifadə hüququna dair 02 mart 2014-cü il tarixdən 17 mart 2018-ci il tarixə kimi etibarnamə verilmişdir.

15. Apellyasiya instansiya sı məhkəməsi iş üzrə yekun qənaətə gələrkən eyni zamanda, mübahisəli - 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin əsl sahibinin həqiqətən də Cavabdeh olmasını təsdiqləyən kifayət qədər birbaşa və dolayısı sübutların mövcud olmasını nəzərə almışdır.

16. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X10 tərəfindən satılan 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ minik” markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin 25 iyun 2018-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilməsinə baxmayaraq, avtomobilin alıcısı qismində faktiki olaraq Cavabdeh çıxış etmişdir. Buna görə də, həmin avtomobilinin alqı-satqısı barədə X10 və İddiaçı arasında bağlanan əqd yalan əqd olmaqla, əhəmiyyətsizdir.

17. Məhkəmə gəldiyi nəticə ni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 324, 324.5, 337.1, 337.4, 337.5, 340.2, 404.1, 425.1, 560.1, 560.2-ci, Mülki Prosessual Məcəllənin 9.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011- ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli, “G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 noyabr 2016-cı il tarixli, B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il tarixli, N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021- ci il tarixli, “X.Mirzəliyevin şikayəti üzrə” 17 sentyabr 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il i tarixli, 2(103)-609/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Şamayev (məruzəçi), E.Vəliyeva və A.Abbasov) 11 oktyabr 2023-cü il tarixli, 2(102)3500/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(103)609/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi mübahisəli avtomobilin faktiki olaraq 2013-cü ildə cavabdeh tə rəfindən alındığını göstərsə də, mövqeyini yalnız cavabdehin ifadəsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş arayışa əsasən mübahisəli avtomobil 12 iyun 2013-cü ildə gömrük vəsiqəsi əsasında X7 adına qeydiyyata alınmış, etibarnamə əsasında 12 iyun 2013-cü ildən 23 yun 2014-cü ilədək X1, 02 mart 2014-cü ildən 17 mart 2018-ci ilədək X2, 22 may 2017-ci ildən 25 iyun 2018-ci ilədək İddiaçı istifadəsində olmuşdur. 25 iyun 2018-ci il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında X7 adından qeydiyyatdan çıxmaqla, İddiaçı adına qeydə alınmışdır. İddiaçı tərəfindən cavabdehə avtomobilə dair etibarnamə yalnız 09 fevral 2021-ci il tarixdə verilməklə, 04 oktyabr 2021-ci ildə həmin etibarnaməyə xitam verilmişdir.

21. Kassasiya instansi yası məhkəməsi göstrəmişdir ki, mübahisəli avtomobilin üzərində cavabdehin hər hansı əşya hüququnun, o cümlədən qanuni sahiblik hüququnun yaranması üçün əsas ola biləcək əqd (müqavilə) barədə məlumat iş materiallarında mövcud deyildir. Cavabdehə iddiaçı tərəfindən 09 fevral 2021-ci il tarixdə avtomobillə bağlı əqdləri bağlamağı və onu idarə etməyi ehtiva edən etibarnamə verilmişdir ki, bu Mülki Məcəllənin 362-ci maddəsinə görə cavabdehə mübahisəli əmlak üzərində hər hansı hüququnun olmasını ehtiva etmir.

22. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı ilə avtomobilin əvvəlki sahibi arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də qanunsuzdur. Belə ki, ilk olaraq həmin müqavilənin etibarlılığı hazırkı mübahisənin predmeti olmamış və cavabdeh apellyasiya şikayətində avtomobili özü aldığını iddia etsə də, belə tələb irəli sürməmişdir. Apellyasiya məhkəməsi isə müqaviləni etibarsız hesab etməklə, Mülki Prosessual Məcəllənin 218.3 və 372.6-cı maddələrinin tələblərini pozmuşdur.

23. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin bu qaydada həlli, yəni iddiaçı ilə avtomobilin əvvəlki mülkiyyətçisi arasında bağlanan müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsız hesab edilməsi son nəticədə işə cəlb olunmayan şəxsin – X7 müqavilə tərəfi kimi hüquqlarının pozulması ilə nəticələnə bilər ki, Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən bu hal apellyasiya məhkəməsinin qətnaməsinin ləğv üçün birmənalı əsasdır.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.2, 144.1, 152, 157.2, 362.1, 650-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) 2(106)-1898/2023 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin 2(036)1376/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə avtomobillə bağlı əqdlər bağlamağı və onu idarə etməyi ehtiva edən etibarnamə vermişdir ki, bu Mülki Məcəllənin 362-ci maddəsinə görə cavabdehə mübahisəli əmlak üzərində hər hansı hüququ n olmasını ehtiva etmir. Bundan başqa cavabdeh mübahisəli avtomobili özü iddiaçının adına aldığını iddia etsə də, 25 iyun 2018-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsi İddiaçı ilə avtomobilin əvvəlki mülkiyyətçisi X10 arasında bağlanmış, həmin müqavilə əsasında İddiaçı hüquqları dövlət qeydiyyatına alınmış, həmçinin alqı-satqı müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “Beləliklə iddia əsaslı olduğundan təmin edilməli, «Mersedes Bens E220 CDİ Minik » markalı 99 EP689 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq mülkiyyətçi İddiaçı qaytarılmalıdır” qənaətinə gəlməsi mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halla rı aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarət olmuşdur.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.2, 144.1, 152, 152.8, 157.2, 359.1, 359.3, 362.1, 365.1.3, 650-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

30. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh ailənin yeganə övladı, Qarabağ müharibəsi veteranıdır. Məhkəmə cavabdehin maşın sahibinə 14.000 ABŞ dolları pul ödəməyini araşdırmamış və hüquqi qiymət verməmiş, cavabdehin sahiblik hüququnu, çəkişmə, bərabərlik prinsiplərini pozmuş, prosesdə cavabdehin sübutlarını qiymətləndirmədən, yalnız iddiaçının formal tərtib edilmiş sənədə əsaslanan izahatını əsas götürməklə işə qeyri-obyektiv baxmışdır.

31. Cavabdeh kassasiya şikayətində şikayətinə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

33. Maddə 139.1.Mülkiyyət hüququ və daşın maz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə 139.2.Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

35. Maddə 144.1.Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

36. Maddə 152.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 157.2.Mülkiy yətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 362.1.Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

39. Maddə 650.Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

49. Maddə 420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyində olmasını, iddiaçının mülkiyyətçi olaraq avtomobili geri tələb etmək hüququnun olmasını müəyyən etmişdir.

54. Kas sasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Məhkəmə kollegiy ası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1898/2023 nömrəli mülki iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar