Məhkəmə qərarları › İş №2(102)-162/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-162/2023

09.01.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-162/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi, zərər, ekspertiza rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilə öhdəliklərinin icra edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qar şı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4761/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətinə əsasən, ünvan 1 saylı qeyri-yaşayış sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.

2. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh1 MMC a dından Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin surətinə əsasən icarəyə verən ünvan 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. 3. 08.09.2020-ci il tarixli bildirişin surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 10 təqvim günü ərzində sahənin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir.

4. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 İddiaçı ünvanlandığı məktubun surətinə əsasən İddiaçı icarə müqaviləsinin növbəti il üçün uzadılmasına dair mövqeyinin bildirilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi, iddia tələbinin artı rılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv metr olan qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMC-nin və onun qanuni təmsilçisi Cavabdeh2 məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi, həmçinin cavabdehlərdən 9600 manat icarə haqqının, əldən çıxmış faydaya görə 11200 manat, icarə haqqının qanunsuz olaraq gecikdirilməsinə görə illik 5 faiz nəzərə alınmaqla 2 il üçün 2080 manat və 30 manat dövlət rüsumunun tutulması və İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.

6. İlk iddiada göstərilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 121,4 kv metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. xx.xx.2019-cu il tarixdə qeyd edilən qeyri-yaşayış sahəsi 1 il müddətinə Cavabdeh1 MMC-yə icarəyə vermişdir. Bu zaman icarə müqaviləsi 41 saylı Notariat Kontorunda təsdiqlənmiş və Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilə şərtlərinə əsasən aylıq icarə haqqı 800 manat müəyyən edilmişdir. Bütün bu müddət ərzində cavabdeh aylıq icarə haqqını ödəməmiş və müqavilə müddəti bitdiyi halda sahəni könüllü surətdə tərk etməkdən imtina etmişdir. Cavabdehin icarəçi qismində 1 il üçün ödəməli olduğu icarə haqqı üzrə borcu 9600 manat təşkil edir, həmin borc bu günə qədər ödənilməmişdir. Bundan başqa icarə müddəti bitdiy inə və icarəçinin sahəni tərk etməməsinə görə iddiaçı hər ay ən azı 800 manat olmaqla vəsait itirir. Çünki həmin sahəni başqa bir şəxsə icarəyə vermək imkanından məhrum ollmuşdur.

7. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən qeyri-yaşayış sahəsinə çəkilən xərclərin əvəzi olaraq 206000 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddiada onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı və anası X1 Bakı şəhər sakini İddiaçı məxsus ünvan 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,4 kv metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair razılığa gəlmişlər. Razılığa əsasən qeyri-yaşayış sahəsi qarşılıqlı iddiaçı tərəfindən təmir edilməli, bundan sonra icarə müqaviləs i bağlanmalıdır. Qarşılıqlı iddiaçı da icarəyə verənlə razılaşdıqları kimi qeyri-yaşayış sahəsində yüksək keyfiyyətli təmir işləri aparmışdır. Təmirdən sonra qeyri-yaşayış sahəsi tamamilə təzələnmiş və dəyəri də əvvəlkinə nisbətdə əhəmiyyətli dərəcədə qalxmışdır. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 2019-cu ilin sentyabr ayında İddiaçı ilə Cavabdeh1 MMC arasında notariat qaydada təsdiqlənmiş müqavilə bağlanmış, müqaviləni MMC-nin direktoru və təsisçisi Cavabdeh2 imzalamışdır. Qarşılıqlı iddiaçı cavabdehə etibar etdiyindən onun dediklərinin hamısına əməl etmişdir. Cavabdeh müqavilənin hər il uzadılacağına iddiaçını əmin edərək hazırkı müqaviləni 1 il müddətinə bağlamaqla qeyri-yaşayış sahəsinə külli miqdarda sərmayə qoyulmasına nail olmuşdur. Hazırda isə cavabdeh icarə müqaviləs inin müddətini uzatmaq istəmir və yaranmış vəziyyətdən istifadə edərək iddiaçını qeyri-yaşayış sahəsindən çıxarmaq niyyətindədir. Qeyri-yaşayış sahəsi əsaslı təmir olunub, ora bahalı avadanlıqlar yerləşdirilib və artıq bir ildən çoxdur ki, restoran kimi fəaliyyət göstərir. Hazırda icarəyə verən iddiaçıya səbəbsiz olaraq qeyri-yaşayış sahəsinin boşaldılmasına dair bildiriş göndərmişdir. Eyni zamanda iddiaçını qeyri-yaşayış sahəsindən çıxarmaq üçün müxtəlif üsullardan istifadə edir. Bunun üçün gah elektrik enerjisinin, gah da, qazın dayandırılması ilə bağlı “Azərişıq” və “Azəriqaz”a yazılı müraciətlər göndərmişdir. Qeyri-yaşayış sahəsinin təmirinə iddiaçı tərəfindən 206000 manatdan çox vəsait qoyulmuşdur. İcarə müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlansa da, qeyri-yaşayış sahəsi pandemiya i lə bağlı 6 aydan çoxdur ki, işləməmişdir. Buna baxmayaraq icarə haqqı mütəmadi olaraq artıqlaması ilə ödənilmişdir.

9. İş materiallarında olan, "xxxx" MMC Qiymətləndirmə Şirkətinin Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli № MB 13/1042 saylı qiymətləndirmə hesabatına əsasən ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektində (Hasly restoran) aparılmış təmir-bərpa işlərinin və avadanlıqların xx.xx.2020-ci il tarixinə hesablanmış bazar dəyəri 206709 manat təşkil edir

10. İş materiallarında olan, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2915 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı vəziyyətdə olan təmirinə 2019-cu il üçün mövcud olan bazar qiymətlərinə çəkilmiş xərclərin ümumi dəyəri təqribən 19564,50 man at məbləğində müəyyən olunmuşdur.

11. İş materiallarında olan, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/93xx-xx/6921 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki vəziyyətdə olan təmirinə mövcud olan orta bazar qiymətlərinə uyğun çəkilmiş xərclərin ümumi dəyəri təqribən 20865,50 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilən ayrıla bilməyən əşyaların amortizasiya nəzərə alınmaqla hazırkı vəziyyətdə orta bazar qiymətləri 1300 manat müəyyən olunur.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək Cavabdeh1 MMC və onun qanuni təmsilçisi Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv metr olan qeyri-yaşayış sahəsind ən məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin İddiaçı təhvil verilməsi, Cavabdeh1 MMC-dən 9146,6 (doqquz min yüz qırx altı manat altmış qəpik) manat icarə haqqı, 11200 (on bir min iki yüz) manat əldən çıxmış fayda və 2034,66 (iki min otuz dörd manat altmış altı qəpik) manat illik 5 faiz olmaqla hesablanmış faiz borcu olmaqla, cəmi 22381,26 (iyirmi iki min üç yüz səksən bir manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək İddiaçı 22165,5 (iyirmi iki min yüz altmış beş manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə tə min edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən, 100 (yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına görə ilk İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, müqavilə xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş və xx.xx.2019-cu il tarixdə isə müqavilənin müddəti bitmişdir. Müqaviləyə görə İddiaçı özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 nömrəli binanın 1-ci mərtbəsində yerləşən, ümumi sahəsi 121,4 kv metr olan qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi üzrə aylıq icarə haqqı 800 manatdır.

14. Məhkəmə ilk iddia tələbinin “xx.xx.2019-cu il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə xitam verilməsi”nə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia qeyd edilən hissədə əsassızdır. Çünki tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə icarə müddətinin son tarixi xx.xx.2020-ci il olaraq müəyyən edilmişdir və artıq həmin müddət qurtarmışdır.

15. Məhkəmə ilk iddia tələbinin “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMC-nin və onun qanuni təmsilçisi Cavabdeh2 məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab etmişdir ki, ilk iddia qeyd edilən hissədə əsaslıdır.

16. Belə ki, bağlanmış icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən, cavabdehlər Cavabdeh1 MMC və onun qanuni təmsilçisi Cavabdeh2 tərəfindən icarə predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv metr olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi sonuncuya təhvil verilməli idi. Lakin ilk cavabdehlər müqavilə üzrə müəyyən edilmiş müddət bitdikdən sonra icarə predmetini təhvil verməkdən əsassız olaraq imtina etmişlər. Odur ki, ilk İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv metr olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən öz hesablarına boşaldılmasını və sahənin ona təhvil verilməsini tələb etməkdə haqlıdır.

17. Bundan başqa müqavilə müddəti bitdikdən sonra cavabdehlər icarə predmetini iddiaçıya təhvil verməmiş və bununla da iddiaçı əldə edə b iləcəyi mümkün gəlirdən məhrum olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (ilk iddiaçının tələb etdiyi vaxta) keçən 1 il 2 ay müddətində ödənilməli olan icarə haqqı nəzərə alınmaqla icarə haqqının məbləği 11200 manat (800x14=11200) Cavabdeh1 MMCdən alınaraq iddiaçıya ödənilməlidir.

18. Həmçinin, ilk iddiaçı icarə haqqının ödənilməməsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla faiz borcunun ödənilməsini tələb etməkdə də haqlıdır. Cavabdehlər tərəfindən ödənilməmiş icarə haqqının ümumi məbləği 20346,6 manat, gecikdirilmiş müddət isə 2 il olmaqla, həmin dövr üçün ödənilməli olan gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış faiz borcu 2034,66 manat Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməlidir

19. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişd ir ki, iddia tələbi qeyd edilən hissədə Cavabdeh2 münasibətdə rədd edilməlidir, ona görə ki, icarə müqaviləsi Cavabdeh1 MMC ilə bağlanmış, MMC həmin obyektdə hüquqi şəxs kimi fəaliyyət göstərmiş, Cavabdeh2 isə hüquqi şəxsin təmsilçisi olmuşdur.

20. Məhkəmə qarşılıqlı iddianın “cavabdehdən qeyri-yaşayış sahəsinə çəkilən xərclərin əvəzi olaraq 206000 manat pulun alınıb iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir.

21. İş materialları, tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, icarə obyekti olan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv metr olan qeyri-yaşayış sahəsi qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən təmir edilmiş və obyekt boşaldıldığı təqdirdə həmin təmir nəticəsində İddiaçı əsassız varlanmış olur.

22. Qarşılıqlı iddiaçı Cavabdeh2 qeyri-yaşayış sahəsinin təmirinə ümumilikdə 206000 manat xərc çəkdiyini bildirsə də, təmirə çəkilmiş xərclərin amortizasiya dəyəri nəzərə alınmaqla ümumi dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, Məhkəmə Eksperizası Mərkəzi tərəfindən verilmiş 9/93xxxx/6921 saylı ekspert rəyinə görə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv metr olan qeyri-yaşayış sahəsinin təmirinin və ondan ayrıla bilməyən avadanlıqların hazırkı vaxta olan ümumi dəyərinin 22165,5 manat olması müəyyən edilmişdir.

23. İş üzrə verilmiş iki ekspert rəyindən “9/936710/6921 saylı” rəydə qeyri-yaşayış sahəsində aparılmış təmir işlərinin və həmçinin orada olan ayrıla bilməyən avadanlıqların dəyəri s onradan məhkəmə araşdırılması zamanı təqdim edilmiş qaimə-fakturalar nəzərə alınmaqla, müəyyən olunduğuna görə, məhz bu rəy vurulmuş maddi zərərin miqdarının müəyyən edilməsi üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 399.4, 700, 1091 və 1092.1-ci və Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7 və 103.1-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İlk İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı apellyasiya şikayətini, iddia tə ləbi ilə eyni məzmunda əsaslandırmış, həmçinin göstərmişdir ki, məhkəmə maddi hüquq normalarına istinad edərək ilkin iddianı haqlı olaraq təmin etmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 20-si icarə haqqı ödənilməli idi. Lakin məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" MMC tərəfndən müqavilənin qüvvədə olduğu müddət ərzində icarə haqqı ödənilməsi sübuta yetirilməmişdir. Bundan başqa müqavilə müddəti bitdikdən sonra cavabdehlər icarə predmetini iddiaçıya təhvil verməmiş və bununla da iddiaçı əldə edə biləcəyi mümkün gəlirdən məhrum olmuşdur.

27. Cavbadeh və qarşılıqlı ididaçı Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.

28. Cavabdeh2 apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı ilə aralarındakı münasibətləri düzgün olaraq icarə münasibətləri kimi müəyyən etsə də, çəkilən xərclərin dəyəri ilə bağlı ekspert rəyi ilə razılaşmaqda haqlı olmamışdır. Məhz bunun nəticəsi olaraq Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını onların ziyanına tətbiq etmişdir. Xətai Rayon Məhkəməsi qarşı tərəfin xeyrinə əldən çıxmış fayda tutmaqda da səhvə yol vermişdir. Hamıya yaxşı bəllidir ki, pandemiya ilə bağlı qeyriyaşayış sahələri uzun müddət işləməmişdir. Xətai Rayon Məhkəməsi həm növbəti illər üçün icarə pulunun, həm də, əldən çıxan fayda və ödənilməyən pul məbləğinin illik 5 faizi müəyyən etməklə tutulmasını qərara almışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə barışmaq mümkün deyildir. Belə ki, ödənilməyən icarə haqqına görə 9100 manat, əldən çıxmış faydaya görə 11200 manat pulun müəyyən eilməsini heç cür əsaslandırmamışdır.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi 2(103)-4761/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq,qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin təmirinə 206000 manatdan çox vəsait qoyulmasının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə həm müstəqil q iymətləndiricinin rəyini almış, həm də iki dəfə məhkəmə tikintitexniki ekspertiza keçirmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli N MB 13/1042 saylı qiymətləndirmə hesabatında ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış obyektində (Hasly restoran) aparılmış təmir-bərpa işlərinin və avadanlıqların xx.xx.2020-ci il tarixinə hesablanmış bazar dəyərinin 206709 manat təşkil etməsi qeyd olunsa da, qiymətləndirici qeyri-yaşayış sahəsində yerləşən avadanlıqların bazar dəyərini də hesablamışdır. Lakin məhkəmə tikinti-texniki eksprertizası tərəfindən qeyri-yaşayış sahəsinin təmirinə çəkilən ümumi xərcin 20865,5 manat olduğu, ayrıla bilməyən əşyaların orta bazar qiyməti isə 1300 manat müəyyən edilmişdir. Demək, qarşılıqlı iddiaçının ayrıla bilməyən əşyalardan başqa ayrıla bilən avadanlıqların üzərində hüquqları mövcuddur və bunun dəyərini qarşı tərəfdən tələb edə bilməz. Ona görə də ekspert rəylərində qeyriyaşayış sahəsinin təmirinə çəkilən xərclərin on dəfə az, yəni 20865,5 manat məbləğində müəyyən edilməsi əsassız olmamışdır.

31. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, 399.4, 700, 705, 1091.1, 1091.2,1092.1 və1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

32. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4761 /2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsini ləğv edilərək ilkin idddianı rədd edilməsi və qarşıl ıqlı iddia tələbinin tam təmin olunması barədə yeni çıxarılmsını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları, ekspert rəyləri iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymət verilməmişdir. Qarşılıqlı iddianın tam təmin edilməsi üçün birinci instansiya məhkəməsinə bütün zəruri sübutlar təqdim edilmiş və şahidlər dindirlimişdir. Məhkəmə şahid ifadəlrində göstərilən məlumatları nəzərə almamasını əsaslandırmamışdır ki, bu da düzgün olmyana qətnamənin çıxarılması ilə nəticələnmişdir.

34. Cavbadeh və qarşılıqlı iddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 21, 385.1, 385.2, 386.1, 700, 705 və 1091-ci və MPM-nin 8.2, 14.1, 76.1, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

38. Maddə

700. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüq uqu da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

39. Maddə

705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

40. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

42. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

43. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədl əri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh və qarşılıqlı iddiaçı Sevinc Həsənova tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Kassasiya inst ansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

54. Qarşılıqlı iddiaçının ilk ididaya etirazının və qarşılıqlı iddia tələbinin əsasları kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəm əsi tərəfindən həmin dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

55. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4761/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar