Məhkəmə qərarları › İş №2(102)-657/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-657/2023

07.02.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-657/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı; Cavabdeh MMC-nin İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, pul tələbi, müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə ilk, Cavabdeh MMC-nin İddiaçı qarşı “pul” iddia tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5552/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarix li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Cavabdeh MMC adından X1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə, icarəyə verən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür.

3. Müqavilə təsdiq edildiyi andan xx.xx.2025-ci il tarixədək qüvvədə olmasına dair tərəflər razılaşmış və 6 aylıq icarə haqqı (xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərinə əsasən ümumil ikdə 42000 manat pul) əvvəlcədən icarəçi tərəfindən ödənilmiş, növbəti 6 təqvim ayı üzrə icarə haqqı icarəçi tərəfindən icarə obyektinin təyinatı üzrə hazırlanması üçün ayrılmışdır və bu müddət hesabat dövrünə daxil olmamışdır. Müqavilədə aylıq icarə haqqı 8140 manat müəyyən edilmişdir.

4. Tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası ərazisində pandemiya ilə bağlı məhdudlaşdırılmalar başlanmış, bununla bağlı icarəçi Cavabdeh MMC tərəfindən göstərilən ünvanda təmir işləri tam aparılmamış, həmçinin icarə obyektindən təyinatı üzrə istifadə edilməmişdir.

5. Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublar ünvanlayaraq icarə müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv olunması və pul vəsaitinin ödənil məsi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı – cavabdehdən 48840 manat icarə haqqı, müqavilənin birtərəfli qaydada vaxtından əvvəl pozulmasına görə təzminat olaraq 48840 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 97710 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad edilərək onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarə sahəsi icarəçiyə təmirsiz vəziyyətdə verilmişdir. Ona görə də razılaşmaya əsasən icarəçi müqavilənin qüvvəyə mindiyi tarixdən ilk 6 ayın haqqını ödəmişdir və sonrakı 6 ay isə icarə sahəsinin icarəçi tərəfindən təyinatı üzrə hazırlanması üçün ayrılmış və bu müddət hesabat dövrünə daxil edilməmiş, yəni sonrakı 6 ay üçün icarə haqqı hesablanmamışdır (müqavilənin 3.2 və 5.5-ci bəndləri). Cavabdeh icarə müddətinin ilk 6 ayının icarə haqqını ödəsə də, lakin icarə sahəsinin təmirini həyata keçirməmiş, icarə sahəsini iddiaçıya lazımı qaydada təhvil vermədən müqaviləni faktiki olaraq vaxtından əvvəl pozmuşdur. Halbuki, müqaviləyə görə icarəçi öz hesabına icarə sahəsini təmir etmək öhdəliyi götürdüyü üçün sonrakı 6 ayın icarə haqqından azad edilmişdir. İddiaçı bu öhdəliyini icra etmədiyi üçün xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan 6 ay üçün 48840 manat (8140x6) icarə haqqını iddiaçıya ödəməlidir. Bundan başqa, müqavilənin 6.3.15-ci bəndinə görə müqavilə icarəçi tərəfindən birtərəfli qaydada vaxtından əvvəl pozulduğu halda t əzminat olaraq 6 ayın icarə haqqını icarəyəverənə ödəməlidir. Müqavilənin 6.2.3-cü bəndinə görə icarəyəverən icarəçi tərəfindən bu müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini icarəçidən tələb edə bilər.

8. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinə etiraz ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv olunması və İddiaçı icarə haqqı qismində ödənilmiş 42000 Azərbaycan manatı və ilkin təmir üçün xərclənmiş 7500 Azərbaycan manatının və məhkəmə rüsumu kimi ödənilmiş 30 manat olmaqla, ümumilikdə 49530 Azərbaycan manatı həcmində pul vəsaitinin tutularaq Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi bağlandıqdan cəmi iki həftə sonra (xx.xx.2020-ci il tarixində) Azərbaycan Respublikasında Covid-19 virusuna ilk yoluxma faktı qeydə alınmış, mart ayından etibarən bütün ölkə miqyasında Covid-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə məhdudiyyətlər tətbiq olunmağa başlanılmışdır. Eləcə də, “X3” tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərində yerləşən bütün qeyri-yaşayış sahələrində həyata keçirilən bütün təmir işlərinin dayandırılması ilə bağlı tapşırıq verilmiş və bu tapşırıq ötən ilin may ayına qədər qüvvədə qalmışdır. Pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin zaman etibarilə daha da sərtləşdirilməsi və əlavə məhdudiyyətlərin tətbiqi (sosial məsafə, ictimai iaşə obyektlərinin iş qrafik i ilə bağlı məhdudiyyətlər, biznes konseptinin əsas hissəsi olan qəlyan xidmətləri ilə bağlı nəzərdə tutulmuş əlavə məhdudiyyətlər) və sonradan müharibənin başlanması nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, mövcud şəraitlə bağlı yaranmış maliyyə itkiləri, eləcə də mövcud şərait daxilində biznesin müvafiq layihə üzrə gəlir əldə etmə perspektivinin olmaması səbəbindən tərəfindən müvafiq layihənin icrasının ağlabatan olmaması qənaətinə gəlinmiş və bununla bağlı İddiaçı məlumat verilmişdir. Cari münasibətlər çərçivəsində İddiaçı MM-in 21.2-ci maddəsinə əsaslanaraq hər hansı pul vəsaitinin onlardan tələb etməsi ilə bağlı iddiası tamamilə əsassızdır. Belə ki, həmin maddəyə bir daha diqqət etdikdə aydın olur ki, İddiaçı heç bir real zərər dəyməmişdir (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi). Onun əmlakı zədələnməmiş, əldən çıxmamış və yaxud da real maliyyə itkisi ilə üzləşməmişdir. Buradan məlum ola bilər ki, İddiaçı tələbi real zərərlə bağlı olmayıb, əldən çıxmış fayda ilə bağlıdır. Lakin müqavilə münasibətlərinə daxil olduqdan sonra bu günədək adi mülki-iqtisadi münasibətlər faktiki olaraq mövcud olmamışdır. COVİD-19 virusunun yayılması, bununla bağlı tətbiq olunan və hələ də davam edən məhdudiyyətlər iddiaçıya deməyə əsas verir ki, sözügedən müqavilə bağlanan zaman mövcud olan münasibətlər adi mülki münasibətlər olsa da, dərhal sonra cari pandemiyanın yayılması bu münasibətlərin adi mülki münasibətlər olmaması ilə nəticələnmişdir. Bu baxımdan, İddiaçı adi mül ki münasibətlərə əsaslanmaqla iddiaçıya qarşı hər hansı pul tələbinin olması tamamilə əsassızdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5945 saylı rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 450 kv.metr olan qeyri-yaşayış sahəsinin daxilində əlavə tikinti işləri aparılaraq ilkin vəziyyəti saxlanılmamışdır. Lakin mülki iş materiallarından olan və baxış zamanı təqdim olunmuş foto şəkillərdən görünür ki, qeyri-yaşayış sahəsinin birinci və zirzəmi mərtəbəsinin divarlarına suvaq çəkilmişdir. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2020-ci il fevral ayı üçün mövcud olan bazar qiymətləri nəzərə alaraq ümumi dəyəri təqribən 2486 manat məbləğində müəyyən olunur. Aparılmış təmir işlərinə çəkilmiş xərclərin amortizasiya (köhnəlmə) əmsalı tətbiq olunmaqla dəyərini müəyyən olunmasına dair metodika olmadığı üçün, təmir işlərinə amortizasiya (köhnəlmə) əmsalı tətbiq olunmaqla dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işlərinin nədən ibarət olması, həmin tikinti işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyin tədqiqat hissəsində göstərilən smetada ətraflı göstərilmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 may 2022-ci il tarixli, 2(011)-194/2022 saylı qətnaməsi ilə (hakim L. Kərimli) ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14 fevral 2020-ci il tar ixli icarə müqaviləsinin ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ölkə ərazisində baş vermiş pandemiya şəraiti ilə əlaqədar icarə müqaviləsi üzrə götürülən öhdəliklər tərəflərin iradəsindən asılı olmayan səbəblərdən icra edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan göründüyü kimi, tərəflər aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə qarşılıqlı razıdırlar.

14. Məhkəmə ilk növbədə “icarə müqaviləsinin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, hər iki tərəf müqavilənin ləğv edilməsinə qar şılıqlı şəkildə razı olduqlarından, tərəflər arasında bağlanmış icarə müqaviləsi Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, ləğv edilməli və qarşılıqlı iddia göstərilən hissədə təmin edilməlidir.

15. Həm ilk iddia tələblərinə, həm də qarşılıqlı iddia tələbinin pulun tutulması ilə bağlı hissələrinə hüquqi qiymət verərək hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin onun tərəfləri olan icarəyə verən İddiaçı və ya icarəçi Cavabdeh MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulması müəyyən edilmədiyindən, onlar müqavilə üzrə icra etdiklərini Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən geri ödənilməsini tələb edə bilməzlər. Odur ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia göstərilən hissələrdə əsassız olduğundan təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 421.1, 424.4, 424.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən-ilk iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğv edilməsini, ilk iddianın təmin və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti ilk iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd olunmuşdur ki, ölkədə “Covid-19” virusu ilə bağlı tətbiq olunan məhdudiyyətlər arasında xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək təmir-tikinti işlərinin dayandırılması olmayıb. Bu dövrdə qapalı məkanlarda gözlənilməli olan tələblərə əməl etməklə müvafiq işlər aparıla bilərdi. Odur ki, cavabdehin icarə obyektinin təmiri üzrə öhdəliyini icra etməməsi onun iradəsindən asılı olmayan halla bağlı olmamışdır. Qətnamədə göstərilən “pandemiya ilə əlaqədar icarə obyektindən təyinatı üzrə istifadə edilməməsi” də cavabdehi öz öhdəliyinin icrasından azad etmir. Belə ki, cavabdehin öhdəliyi elə icarə obyektini təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirmək olub və məhz bunun müqabilində o, 6 aylıq icarə haqqının ödənilməsindən azad edilib. Mübahisə bu öhdəliyin yerinə yetirilməməsi və ya əvəzində həmin dövrün icarə haqqının ödənilməməsi ilə bağlıdır. Bundan başqa, müqavilədə icarə haqqının ödənilməsini icarə obyektindən təyinatı üzrə istifadədən götürüləcək gəlirdən asılı edən hər hansı şərt nəzərdə tutulmayıb. Lakin birinci instansiya məh kəməsi bunu nəzərə almayıb. Birinci instansiya məhkəməsi bir tərəfdən icarə müqaviləsinin şərtlərinin pozulmadığını göstərərək tərəflərin bir-birinə qarşı pul tələbi barədə iddiasını rədd edib, digər tərəfdən isə müqaviləni ləğv edib. Halbuki məhkəmə tərəflərdən birinin tələbi ilə müqaviləni yalnız digər tərəf onu əhəmiyyətli dərəcədə pozduqda ləğv edə bilərdi. Beləliklə, məhkəmə ziddiyyətli nəticəyə gəlməklə AR MM-in 421.2 maddəsini pozub.

19. Cavabdeh tərəfindən apelyasiya instansiya məhkəməsinə daxil olmuş etirazda müqavilənin bağlanmasında məqsəd müvafiq sahənin təmir edilməsi olmayıb, həmin sahə təmir edilərək ondan gəlir əldə edilməsi üçün kommersiya fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Lakin baş verən pandemiya şəraiti ilə əlaqədar şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən bu müm kün olmamışdır. Buna görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5522/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya qətnaməsi mübahisələndirilən-ilk iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilən hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia təmin edilməməsi, qarşılıqlı iddianın mübahisələndirilən hissədə təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi qət edilm işdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, ayrı-ayrı vaxtlarda insanların hərəkətinin məhdudlaşdırılması və iqtisadiyyatın bəzi sahələrində fəaliyyətin dayandırılması hamıya bəlli olan hallardır və Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən bu halların sübut olunmasına zərurət yoxdur.

22. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2020-ci ildə tərəflər arasında icarə müqaviləsi bağlanır, cavabdeh xx.xx.2020-xx.xx.2020-ci illər üçün 6 aya görə 42000 manat icarə haqqını ödəyir. 30 mart 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 120 saylı Qərarının 4.6.2-ci bəndinə əsasə n Azərbaycan Respublikası ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər, həmçinin evə götürmə, çatdırma xidmətləri, onlayn satışlar dayandırılmışdır. Müqavilədə xx.xx.2020-xx.xx.2021-ci illər cavabdehə icarə sahəsi təyinatı üzrə hazırlanması üçün ayrılmaqla, həmin müddət hesabat dövrünə daxil olmamaqla, 6 ayın icarə haqqının hesablanmaması nəzərdə tutulmuşdur.

23. İş materiallarında olan cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş biznes-plan və vergi məlumatlarına əsasən cavabdehin bizneslə bağlı fəaliyyəti çayxana fəaliyyəti olmaqla, əsas gəlir mənbəyinin 80%-ni qəlyan təşkil etmişdir (i/v 76-79).

24. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinə geniş anlamda yanaşılmaqla qeyd olunma lıdır ki, cavabdeh icarə sahəsini təmir üçün deyil, təmir edib, istifadə nəticəsində gəlir əldə etmək üçün götürmüşdür.

25. Çayxanalarda qəlyanla bağlı fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları əsasında xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi dayandırılmışdır. Yəni, cavabdeh tərəfindən müqavilə bağlandıqdan sonra şərait əhəmiyyətli dərəcədə dəyişmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri cavabdeh müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməzdi. Cavabdehin biznes fəaliyyətinin əsası olan çayxanadan əldə edilən gəlirin 80%-ni təşkil edən qəlyan fəaliyyətinin karantin rejimi ilə bağlı d ayandırılmasını cavabdeh tərəf müqavilə bağlanarkən, yəni xx.xx.2020-ci ildə görə bilməzdi. Əgər cavabdeh bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənin şərtlərlə bağlayar və ya ümumiyyətlə müqaviləni bağlamaqdan imtina edərdi.

27. Cavabdehin icarə haqqını ödəməkdən azad olduğu xx.xx.2020-xx.xx.2021-ci il ərzində cüzi olaraq təmir işlərinin aparılması işin mübahisəsiz halıdır. Cavabdeh şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən, xx.xx.2020-ci ildə müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya məktub göndərmişdir. Bundan sonra xx.xx.2021 və xx.xx.2021-ci illərdə cavabdeh iddiaçıya yenidən məktublar göndərmişdir.

28. Kollegiya hesab etmişdir ki, müvafiq qeyri-yaşayış sahəsinin təmirsiz olması və təmiri üçün külli miqdarda pul vəsaitinin tələb olu nması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında, cavabdeh üçün öhdəliyin ağır şərtlərlə icrasına gətirib çıxartmış olardı. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi qismən icra etsə də, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində öhdəliyinin qalan hissəsini icra edə bilməmişdir. Kollegiya hesab etmişdir ki, qeyd olunanlar cavabdehin öhdəliyinin pozulmasına görə onun məsuliyətinə səbəb olmur.

29. Apellyasiya instansiya məhkməsi qənaətini Mülki Məcəllənin 6, 386.1, 390.1, 421.1, 422.1, 448.4, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri

30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən –ilk iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğv edilməsi, ilk iddianın təmin və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən “pandemiya ilə əlaqədar icarə obyektindən təyinatı üzrə istifadə edilməməsi” də cavabdehi öz öhdəliyinin icrasından azad etmir. Belə ki, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərindən biri elə icarə obyektini təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirmək olub və məhz bunun müqabilində o, 6 aylıq icarə haqqının ödənilməsindən azad edilib. Mübahisə bu öhdəliyin yerinə yetirilməməsi və ya əvəzində həmin dövrün icarə haqqının ödənilməməsi ilə bağlıdır.

32. Bundan başqa, müqavilədə icarə haqqının ödənilməsini icarə obyektindən təyinatı üzrə istifadədən götürüləcək gəlirdən asılı edən hər hansı şərt nəzərdə tutulmayıb. Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almayıb.

33. Tərəflər arasında icarə müqaviləsi bağlanmaqla həmin müqavilədən yaranan öhdəliyin şərtlərindən biri də odur ki, müqavilə icarəçi tərəfindən birtərəfli qaydada vaxtından əvvəl pozulduğu halda təzminat olaraq 6 ayın icarə haqqını icarəyəverənə ödəməlidir (icarə müqaviləsinin 6.3.15-ci bəndi). İddiaçımüqavilənin bu bəndinə istinad edərək müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozduğu üçün təzminat olaraq 48840 manat pulun ödənilməsini cavabdehdən tələb etsə də, məhkəmə iddianın (həm də apell yasiya şikayətinin) bu dəlilinə, ümumiyyətlə, qiymət verməmiş və onu araşdırmamışdır. İcarə müqaviləsinin məhkəmə tərəfindən ləğv olunması tərəfləri müqavilənin ləğv olunana qədər yol verilmiş pozul masına görə məsuliyyətdən azad etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəx s (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

39. Maddə 422.1.Tərəflərin müqavilə bağlayarkən əsas götürdüklər i şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

40. Maddə 422.2.Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddə də nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

41. Maddə 422.2.1. Müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

42. Maddə 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

43. Maddə 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

44. Maddə 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığ ı irəli gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli Qərarı

45. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiy yətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən maddi hüquq normalarının, həmçinin iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

55. Kassasiya şikayətində irəli sürülən dəlillər ilk iddianın əsasını təşkil edən dəlillərdir və həmin dəlillərin hər birinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə tamamilə razılaşır.

56. Məhkəmə kollegiyası ilk iddiaçının Mülki Məcəllənin 422-ci maddəsinə istinadla irəli sürdüyü dəlillərlə bağlı qeyd edir ki, həmin normanın məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.

69. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur.

70. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar.

71. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraql ı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

72. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün Mülki Məcəllənin 422.2.1-ci maddəsində dörd qrupa bölünən əlavə tələblər nəzərdə tutulmuşdur.

73. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını həmin əlavə tələblər əsasında təhlil etmiş və bildirmişdir ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.

57. Şəraitin əhəmiyyə tli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.

58. Kollegiya apelyasiya instansiya məhkəməsinin iddiaçının apellyasiya şikayətini rədd edərək cavabdehin qarşılıqlı tələbini təmin edərkən məhz müqavilə bağlanarkən mövcud olan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etməsi ilə razılaşır.

59. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2020-ci il bağlanmış, qısa müddət sonra ölkə koronavirus pandemiyasının təsirinə məruz qalmış, ölkədə koronovirusla bağlı məhdudlaşdırıcı tədbirlər 2020-ci ilin mart ayının 20-dən sonra tətbiq olunmağa başlamışdır. Ona görə də cavabdeh koronavirusu n yayılması ilə əlaqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsinə istinad olunmaqla müqavilənin ləğvi edilməsi tələbində haqlı olmuşdur.

60. Mülki Məcəllənin 422.2.2-ci maddəsinə əsasən şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz.

61. Həmin şərt baxımından qeyd edilməlidir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün müəyyən edilən müddətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi müəyyən edilmişdir. Belə ki, 2020-ci ilin mart ayının 20-dən sonra tətbiq olunmuş məhdudiyyətlər sırf ictimai iaşə, təhsil, istirahət sahələri ilə bağlı olmuşdur.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir”.

63. Kassatorun məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5552/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar