Məhkəmə qərarları › İş №2-2(103)-206/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-206/2023

11.01.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-206/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, avadanlıqların qaytarılması” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1491/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən iddiaçının çıxarılmasının qeyri-qanuni hesab edilməsi, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçının istifadəsi ilə bağlı Cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması, 3-cü şəxslərin icarə obyektindən çıxarılması, cavabdeh tərəfindən icarə obyektindən çıxarılmış icarəçiyə məxsus avadanlıq və əşyaların icarə obyektinə qaytarılması, sökülmüş reklam və banerlərin yerinə bərpa edilməsi və icarə obyektinin mübahisə yaranmadan əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçının istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsindən Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nin çıxarılması qeyri-qanuni hesab edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı Cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)- 756/2022 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli 2-2(102)-597/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-756/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1491/2022 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Cavabdeh sözügedən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1491/2022 saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayəti üzrə müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsinə dair cavabdehin ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə əlavə etdiyi ümumvətəndaş pasportunun fotolarından görünür ki, cavabdeh, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan dövrdə Azərbaycan Respublikasında olmamışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə, o, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan dövrdə diz qapağının implantasiyası diaqnozu ilə ambulator müalicədə olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-597/2022 saylı qərardadının cavabdehin elektron kabinetinə yerləşdirildiyi xx.xx.2022-ci il tarixdən sonrakı 14 gündə, əvvəl Azərbaycan Respublikasında olmaması, sonra isə səhhətindəki xəstəlik kimi üzrlü səbəblərdən, o, xx.xx.2022-ci il tarixə kimi apellyasiya şikayətini verə bilməmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh ona hüquqi yardım göstərməsi üçün vəkillə müqavilə bağlamış, elə həmin tarixdə də apellyasiya şikayəti və müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa olunmasına dair ərizə Bakı Kommersiya Məhkəməsinə təqdim olunmuşdur. Hesab edir ki, şərh olunanlar, eləcə də, ərizədə göstərilənlər nəzərə alınaraq, apellyasiya şikayəti üzrə müddətin buraxılmasının səbəbi üzrlü hesab oluna bilərdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1491/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1491/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə tərəfərin nümayəndələrinin, o cümlədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə bitmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətini ilk dəfə prosessual müddəti ötürmədən xx.xx.2022-ci il tarixdə versə də, qüsurlu-yəni qanunla müəyyən edilmiş formada vermədiyindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(103)-756/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-597/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli 2-2(102)-597/2022 saylı qərardadı cavabdehin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2-2(113)-1491/2022 saylı qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət isə xx.xx.2022-ci il tarixdə (14 gün sonra) verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, cavabdehin apellyasiya şikayətində yol verilmiş nöqsanı qısa müddət ərzində aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət etmək imkanı olduğu halda 2022-ci ilin iyun ayında qəbul edilmiş qətnamədən oktyabr ayında 2 saylı formaya uyğun apellyasiya şikayəti vermiş, oktyabr ayınadək müddətin ötürülmə səbəbinin üzürlü sayılması üçün hər hansı əsas olmamışdır. Ərizədə müddətin buraxılmasının üzürlü səbəbi kimi cavabdehin xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan dövrdə Azərbaycan Respublikasında olmaması, Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan dövrdə diz qapağının implantasiyası diaqnozu ilə ambulator müalicədə olması qeyd edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkii Vəkil1 verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədə (xx.xx.2023-cü il tarixədək qüvvədə olan) nümayəndəyə və vəkilə məhkəmə aktlarından şikayət vermək, o cümlədən cavabdehin adından sənədləri imzalamaq hüququ verildiyindən cavabdeh Azərbaycan Respublikasında olmadığı və ya müalicə aldığı vaxtda nümayəndəsinə apellyasiya şikayətindəki qüsuru aradan qaldırmaqla yenidən şikayətin verilməsi ilə bağlı tapşırıq vermək imkanına malik idi. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin hallar müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1491/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1491/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar