Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-162/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış evinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)183/2023 nömrəli mülki iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 20 24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X4n Tİİ üzrə direktor müavini Alövsət Həsənov, Həmkarlar təşkilatının sədri Vaqif Şıxıyev, Liseyin müəllimi Qamət Qədirovun iştirakı ilə bağlanmış xx.xx.2020-ci il tarixli akta əsasən,1999-cu il tarixdə liseyin sabiq direktoru Binyət Əhmədovun göstərişi ilə liseydə Təsərrüfat müdiri işləyən İddiaçı Yəhyazadə oğluna (bundan sonra-iddiaçı) liseyin yataqxanasından ailə və uşaqları ilə birlikdə yaşamağa ev vermişdir. Yaşayandan bir neçə il sonra İddiaçı həyat yoldaşı vəfat etmiş, iddiaçı 2-ci dəfə 2008-ci ildə Cavabdeh2 (bundan sonra-cavabdeh) ilə ailə qurmuşdur. 2015-ci ildə ailə münaqişəsi yarandığına görə onların nikahları pozulmuşdur. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Şa maxı rayonunda baş vermiş zəlzələyə qədər həmin evdə tək yaşamışdır. 2. 05 fevral 2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və qəzalı hesab edilən evlər siyahiya alınmışdır. X2 yataqxana binası qəzalı vəziyyətdə olduğu üçün orada yaşayan sakinlər X4 tərəfindən təqdim olunmuş siyahıya əsasən yaşayış sahəsi almalı olan şəxslər kimi qeydə alınmışdır. Təqdim olunmuş siyahıda Cavabdeh2 adı olduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhəri, M.Hadi küçəsində inşa olunmuş 110 mənzilli binanın 36-cı mənzili püşkatma nəticəsində ona verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, onu uşaqları ilə birloikdə Şamaxı şəhəri, M.Hadi küçəsindəki yeni inşa olunmuş 110-cu binanın 36-cı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Peşə Liseyində 1999-cu ildən təsərrüfat müdiri vəzifəsində işləyir. Ona görə də ona liseyin yataqxanasında həyat yoldaşı və 3 uşağı ilə yaşamağa mənzil verişmişdir. Liseyin yataqxanasının kommunal xərclərini o ödəmişdir. Yoldaşı uzun sürən xəstəlikdən vəfat etmişdir. İkinci dəfə 2008-ci ildə cavabdehlə rəsmi qaydada ailə qurmuşdur. Cavabdeh həmin yataqxanaya gəlin gəlmişdir. Cavabdeh gələn gündən uşaqları ilə yola getməmişdir. Cavabdehlə nikahdan övladı yoxdur. xx.xx.2019- cu il tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində yaşadıqları liseyin yataqxanası qəzalı vəziyyətə düşdüyü üçün onlara yeni mənzil tikmişlər. Hal-hazırda həmin yeni inşa edilmiş mənzildə keçmiş arvadı Cavabdeh2 yaşayır. Cavabdeh onları həmin mənzilə buraxmır, polislə hədələyir. Mənzil cavabdehin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alıqnmamışdır. Şamaxı rayon İcra Hakimiyyətinin Ş-03-2327 saylı xx.xx.2020-ci il tarixli məktubuna əsasən 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X2 yataqxanasında məskunlaşdıqları mənzilin əvəzinə Şamaxı şəhəri M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzili püşkatma nəticəsində verilmişdir. Həmin mənhzildə onun da istifadə hüququ vardır. Odur ki, Şamaxı şəhəri, M.Hadi küçə sindəki yeni inşa olunmuş 110-cu binanın 36-cı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ilə aralarındakı nikaha xx.xx.2015-ci ildə xitam verilmişdir. Sözügüdən mənzil, yəni Şamaxı şəhəri M.Hadi küçəsində yerləşən 110-cu binanın 36-cı mənzili halhazırda mülkiyyətindədir. İddiaçı 2014-cü ildə onu atıb getmiş, 2015-ci ildə rəsmi olaraq boşanmış və başqa qadınla rəsmi ailə həyatı qurmuşdur. Cavabdehin Şamaxı rayonu Mirikənd kəndində şəxsi evi var. Hal-hazırda ailə və uşaqları ilə birlikdə yaşayırlar. Onun yaşadığı mənzilllə heç bir əlaqəlsi yoxdur. İddia tamamilə əsassız olduğundan rədd edilməsini xahiş edir.
6. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiy a məhkəməsi) 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulduğuna görə, iddiaçı qanunvericiliyin tələbləri baxımından cavabdehin ailə üzvü hesab olunmur və işin bu halında onun cavabdehə məxsus fərdi yaşayış evindən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Bundan başqa, işin faktiki hallarından həmçinin görünür ki, tərəflər arasında iddiaçının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada notarial qaydada təsdiq edilmiş razılaşma da olmamış, iddiaçının yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə al ınmamışdır.
8. Məhkəmə, hesab etmişdir ki, iddiaçı mübahisəli mənzildə yaşamamışdır. Ona görə də iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunduğundan, onun uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsi barədə verilmiş iddia tələbi də təmin oluna bilməz.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-cü maddələrinə, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayə ti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, cavabdehlə aralarında yaranan mübahisələrdən sonra yaşadığı yataqxanadakı evin qapısının qıfılı cavabdehin qardaşı tərəfindən dəyişdirildiyinə görə evə gedə bilməmişdir. 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində X2 yataqxanaları qəzalı vəziyyətə düşdüyünə görə orada məskunlaşdığı mənzilin əvəzinə onlara Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzili püşkatma ilə verilmişdir. Cavabdeh onun xəbəri olmadan Şamaxı Rayon İcra Hakimiyyətinə verilən məktuba yalnız öz adını yazdırmışdır. Bundan xəbər tutanda Şamaxı Rayon İcra Hakimiyyətinə o siyahıya ümumilikdə hamının adının yazılmasını tələb etsə də, gec olduğunu bildirərək məhkəməyə müraciət etməsini bildirmişl ər. Digər tərəfdən cavabdeh Bakı şəhərində qeydiyyatdadır. Düşünürdü ki, cavabdeh bu evdə tək, uzun müddət yaşamaz və onu ailəsi gəlib öz evlərinə apararlar, lakin belə olmadı. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş m/605 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən, Azərbaycan Respublikasında adına ev yoxdur. Övladları ilə birgə kirayədə yaşayır, bu baxımdan cavabdehin Şamaxı rayonu Mirikənd kəndində guya onun şəxsi evinin olması barədə məhkəmədə söylədikləri həqiqətə uyğun deyildir.
12. Məhkəməyə təqdim edilmiş Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Mirikənd İnzibati Ərazi Dairəsinin xx.xx.2021-ci il tarixli, 39 saylı məktubda qeyd olunmuşdur ki, Mirikənd İƏD üzrə nümayəndəliyin 02 saylı təsərrüfatbaşına kitabında iddiaçıya məxsus olan 60 saylı şəxsi hesabında 0,10 ha həyətyanı torpaq sahəsi və 2011ci ildə tikilmiş ümumi sahəsi 180 kv metr olan fərdi yaşayış evi vardır.
13. Məhkəməyə təqdim edilmiş vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair xx.xx.2021-ci il tarixli elektron arayışa əsasən iddiaçının oğlu Dadaşov Şəmsinin ünvanı Şamaxı rayonu, Mirikənd kəndi kimi qeyd olunmuşdur.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-228/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli mənzil cavabdehə 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş, qəzalı hesab edilən evlərə dair tərtib olunmuş siyahı əsasında verilmişdir ki, həmin vaxt iddiaçı ilə cavabdeh artıq ailə üzvü sayılmırdılar, yəni onların nikahı 2017-ci ildə pozulmuşdu.
16. Məhkəmə, həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin məzmunundan eləcə də məlum olur ki, iddiaçı mübahisəli mənzilin cavabdehə verilməsindən narazıdır. Lakin o, həmin mənzilin verilməsinə dair sənədləri mübahisələndirməmişdi. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdir, bu dəlillər birinc i instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayətinə uyğun dəlillərlə əsaslandırılmışdır.
19. Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki kollegiyasının 2(102)2974/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov, V.Həsənov, İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(105)-328/2022 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
20. Ali Məhkəmə işi yeni baxışa göndərərkən qeyd etmişdir ki, istər X1 yataqxanasında yerləşən mənzilin, istərsə də həmin mənzilin əvəzinə verilmiş Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 mənzilli binanın 36 saylı mənzilinin hüquqi statusunu, yəni həmin mənzillərin dövlət və ya xüsusi mülkiyyətdə olmalarını özündə ehtiva edən heç bir yazılı sənəd yoxdur və həmin mənzillərin tərəflərin qanuni icarəsində və ya mülkiy yətlərində olmasını mülki iş materialları ilə müəyyən etmək mümkün deyildir.
21. Apellyasiya instansiyası məhkəməsi işin obyektiv həlli üçün iddiaçının və ailə üzvlərinin sözügedən yataqxanadakı mənzilə hansı əsasla köçdüklərini, həmin mənzilin ona X2 müdüriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilib-verilmədiyini, mənzilə köçmək üçün onun adına order olub-olmadığını aydınlaşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi iddiaçıya, habelə X3 təklif etmədən, 2015-ci ildən sonra iddiaçının və ailə üzvlərinin hansı statusla, hansı evdə yaşamalarını mötəbər yazılı sübutlarla dəqiqləşdirmədən, 2015-ci ildən sonra yataqxanadakı mənzilin kirayə müqaviləsinin cavabdehin adına dəyişdirilib-dəyişdirilmədiyini, sonuncunun həmin mənzilə hər hansı hüququnun əmələ g əlib-gəlmədiyini, X4 tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinə göndərilmiş 07 may 2019-cu il tarixli yataqxanada məskunlaşmış şəxslərin siyahısında iddiaçının və ailə üzvlərinin göstərilməməsinin səbəblərini araşdırmadan, həmin siyahının verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etməyi X3 təklif etmədən, yataqxanadakı mənzildə cavabdehin tək yaşadığı qənaətinə gəlib.
22. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qəzalı vəziyyətə düşmüş mənzilin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 binanın 36 saylı mənzilinin hansı hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehə verildiyini araşdırmadan, həmin sənədlərin surətlərini məhkəməyə təqdim etməyi Şamaxı Rayon İcra Hakimiyyətinə təklif etmədən, ailə başçısı kimi tək özü göstərildiyi halda cavabdehə hansı əsasla ü mumi sahəsi 100 kv metr olan 5 otaqlı mənzilin verildiyini, bu zaman hüquqmüəyyənedici sənədlərdə iddiaçının və üç övladının ailə üzvü kimi göstərilibgöstərilmədiyini, həmin mənzilə köçmək üçün cavabdehin adına hansı hüquqmüəyyənedici sənədlərin verildiyini aydınlaşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi cavabdehə təklif etmədən və işdə sözügedən mənzilin mülkiyyətdə olmasına dair hər hansı qərar, order, çıxarış və sair sənədlər olmadığı halda, həmin mənzilin cavabdehin mülkiyyətində olması, habelə iddiaçının mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan əsasların olmadığı qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Apellyasiy a məhkəməsi tərəfindən verilmiş sorğu üzrə X2 xx.xx.2022-ci il tarixli, 68 nömrəli məktubuna əsasən X2 şagird yataqxanasının bir girişində qaçqın ailələri və bir neçə yaşayış yeri olmayan ailələr yaşamışdır. Həmin sakinlərin orda yaşamaları barədə əmr, order və ya mənzil kirayə müqaviləsi olmamışdır. Ancaq işıq və qaz işlətdikləri üçün kommunal xərcləri ödəmişlər. Cavabdeh 2008-ci ildən 2014-cü ilə qədər X4ndə işləmişdir. Bununla yanaşı liseyə yaxın olan şəhər 10 №-İi tam orta məktəbində də işləyir. 2015-ci ildə tərəflər arasında bağlanmış nikahları pozulmuş, birgə yaşaya bilmədikləri üçün iddiaçı uşaqları ilə birlikdə yaşadığı yataqxanadan getmişdir. Cavabdeh isə həmin yataqxanada xx.xx.2019-cu ildə baş vermiş zəlzələ olana qədər tək yaşamışdır. Cavabdeh iddiaçı ilə nikahları olduğu səbəb dən yataqxanada yaşamışdır. Yataqxanada yaşayanların hamısı kimi onun da mənzil kirayə müqaviləsi olmamışdır. X2 şagird yataqxanasında yaşayan 10 ailə sakinlərinin mənzillərinin qanuni əsaslarla icarədə olmadığı kimi cavabdehin da qanuni icarəsində olmamışdır. X4 tərəfindən Şamaxı İcra Hakimiyyətinə göndərilmiş 7 may 2019- cu il tarixli yataqxanada məskunlaşmış şəxslər siyahısında iddiaçının və ailə üzvlərinin adları göstərilməmişdir. Hər il Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinə, Rayon İcra Hakimiyyətinə X2 şagird yataqxanasında məskunlaşmış qaçqın və başqa ailələr haqqında verilmiş siyahılar və gündəlik nəzarət əsas sənəd olmuşdur. Liseyin yataqxanasında məskunlaşmış ailələr haqqında daha dəqiq məlumat sabiq direktor R.Soltanovdan alınmışdır.
24. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, 02 dekabr 2022-ci il tarixdə Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 110 mənzilli binanın 36-cı mənzilin üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmış və ona ********** nömrəli reyestrdən çıxarış verilmişdir.
25. Şamaxı Rayon İcra Hakimiyyətindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün dövlət vəsaiti hesabına fərdi yaşayış evləri ilə yanaşı 5 ədəd çoxmənzilli yaşayış binası inşa olunmuşdur. Həmin binalardakı mənzillər vətəndaşların mülkiyyət ində olan qəzalı evlərin yaşayış sahələrinə uyğun olmaqla, humanizm prinsipləri və dövlətin vətəndaşa olan qayğısı nəticəsində mövcud imkanlar nəzərə alınaraq dövlət mülkiyyətində olan yaşayış sahəsində, o cümlədən X2 balansında olan xidməti yaşayış və yataqxana binasında müvəqqəti məskunlaşmış vətəndaşlara da paylanılmışdır. Cavabdeh də uzun illərdir peşə liseyinin yataqxana binasında yaşadığı üçün Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binadan ona da iki otaqlı mənzil verilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin 2(105)-183/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Z.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.
27. Məhkəmə hesab etmişdir ki, həmin yataqxanada məskunlaşmış bütün digər sakinlər kimi cavabdehin də hüquqmüəyyənedici sənədləri olmamış, bina qəzalı vəziyyətə düşdüyü üçün mənzil, X2 07 may 2019-cu il tarixli, Şamaxı Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubuna əsasən faktiki yaşama əsası ilə verilmişdir. İddiaçının və ailə üzvlərinin cavabdeh ilə nikahlarının 2015-ci ildən pozulmasından sonra yataqxanada yaşamadıqları səbəbindən siyahıda onların adları göstərilməmişdir. Məhkəmə iclasında iddiaçı 2015-ci ildən sonra yataqxanada yaşamadığını bildirmiş, cavabdehin nə vaxtsa çıxıb gedəcəyini düşündüyünü göstərmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbinin təmin edilməsini və ya qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi yenə də qanuni və ədalətli qərar çıxarılmamış, Ali Məhkəmənin qərarında yazılmış nöqsanlar aradan qaldırılmamış, verilmiş tövsiyələrə məhəl qoyulmamışdır. Cavabdehin yataqxanada yaşaması barədə hüquqmüəyyənedici sənədlərinin olmaması birbaşa hüquq pozuntusu yaratmış olur. Apellyasiya məhkəməsinin qətnaməsində cavabdehin həmin yataqxanada hüquq-müəyyənedici sənədlərinin olmaması yazılmışdır. Mübahisəli mənzilin məhkəmə gedə-gedə özəlləşdirilməsinə yol verilmişdir. Vaxtında mübahisəli mənzilin üzərin ə həbs qoyulmasını məhkəmədən xahiş etsə də müraciəti nəzərə alınmamışdır. Qətnamənin əsaslandırma hissəsində yazılmış qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməməklə səhv nəticəyə gəlinmişdir. Bu da nəticə etibarı ilə maddi hüquq normalarının pozulması deməkdir. Məhkəmə prosesi müddətində cavabdehin mübahisəli mənzili özəlləşdirilməsi yolverilməz idi. Cavabdehlə arasında bu mübahisə başlayarkən mübahisəli mənzilin özəlləşdirilməmişdi, ona görə də bu özəlləşdirilmə nəzərə alınmamalıdır. Apellyasiya məhkəməsi qanunsuz olaraq cavabdehə mübahisəli mənzili məhkəmə prosesi müddətində özəlləşdirməyə şərait yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəl ləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
34. Maddə 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun tə miri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.
35. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir.
36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
37. Maddə 31.8. Yaşayış sahəsinin mülkiyyətçisi ilə razılaşmaya əsasən ona satın alınan yaşayış sahəsinin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə, başqa yaşayış sahəsi verilə bilər.
38. Maddə
85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qadaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlər də nəzərə alınaraq tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
48. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiy ası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-183/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.