Məhkəmə qərarları › İş №2(102)-1620/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1620/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1620/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı X qızı, vəkili Vəkil oğlu və Cavabdeh2 vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri rayon Məhkəməsinin 2(004)-2237/2019 saylı 14 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cava bdehlər Bakı şəhəri X notariat ofisinə və Cavabdeh2 qarşı kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-10176/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən), İ.K.Xəlilov və V.N.Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri rayon Məhkəməsinin 2(004)-2237/2019 saylı 14 may 2019-cu il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Bakı şəhəri X notariat ofisinə və Cavabdeh2 qarşı “kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 43408,50 manat məbləğində əsas borcun, 2018-ci ilin noyabr-dekabr ayından etibarən 43408,50 manat məbləğində pulun qərarın çıxarıldığı gün üçün illik bank uçot dərəcəsi əsas götürülməklə müvafıq faizlərin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına hüquqi qiymət verməmiş, məhkəmələr iddiaçının həm də məhkəmə təminatı hüququnu pozmuş, iddiaçıya çatası kompensasiya məbləğini müvafiq ərizə yazmaqla qəsdən götürülmüş cavabdehin bu hüquqa zidd hərəkətinə “haqq qazandırmışlar”. Ona görə də Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10176/2019 saylı 07 avqust 2019cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı X qızı, vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10176/2019 saylı 07 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, Cavabdeh2 vəkili X5 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10176/2019 saylı 07 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhk əmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10176/2019 saylı 07 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.8, 1.1.12, 5, 5.1.1, 5.1.2, 5.2, 7.1, 7.2, 7.3.1, 10.1, 29.1, 29.2,-ci, Mülki Prosessual Məcəllənin 51, 54-cü maddələrinə istinadən gəldiyi nəticələrə əsasən İddiaçı Ünvan, ümumi sahəsi 138,1 kv.m. olan, 7 otaqlı fərdi yaşayış evinin Cavabdeh2 məxsus olan 1/3 hissəsindən istifadə hüququnun olması müəyyən edildiyinə görə onun alınmanın təsirinə məruz qalan şəxs kimi kompensasiya hüququ yaranmışdır, lakin iddia tələbi hazırkı halda ona cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin tam araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Ünvan, ümumi sahəsi 138,1 kv.m. olan, 7 otaqlı fərdi yaşayış evi 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə X1, 1/6 hissədə X6 və 1/6 hissədə X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşin materiallarından həmçinin görünür ki, 02.02.2019-cu il tarixli, AN-İ ******* saylı daşınma z əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 Ünvan, ümumi sahəsi 138,1 kv.m. olan, 7 otaqlı fərdi yaşayış evinin ona məxsus olan 1/3 hissəsini 86817 manata alıcı Bakı şəhəri rayon İcra Hakimiyyətinə satmışdır. Bakı şəhəri, X notariat ofisi tərəfindən təqdim edilmiş 4Ə-120 reyestr nömrəli notariat işində olan notarius Xnın “xxxx” ASC-yə ünvanladığı 01.02.2019-cu il tarixli, N/X 193 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri rayonu İcra Hakimiyyətinin adından (18.05.2018-ci il tarixli, 114 saylı sərəncama əsasən) nümayəndə - X9 ilə alqısatqı müqaviləsi üzrə ödənilməli olan cəmi 86817 manat məbləğində pulun müvafiq müqavilə tərəfındən təsdiq edildikdən sonra məktubu əsasında satıcı Cavabdeh2 verilməsi üçün bankda olan 4Z02AİİB******************** nömrəli depozit hesabına qəbul oİunması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İddiaçı ünvanlanmış 15.01.2019-cu il tarixli, DX-03/0505-60 saylı məktubdan görünür ki, iddiaçının ünvan 1 ünvanda istifadəsində olan yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya ödənilməsi ilə əlaqdar müraciətlərə Xidmətdə baxılmışdır. Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında alan orqan kimi müəyyən edilmiş rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada təşkil edilmiş “Daşınmaz əmlakın alınması qrupu” vasitəsi ilə “Torpaqların dövlət ehtiyaclan üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi bildirilmiş, müraciətdə göstərilənlərin Xidmət tərəfindən araşdırılması zamanı qeyd olunan ünvanda yaşayış sahəsinə görə mövcud qaydalara uyğun olaraq hesablanmış 86817 manat kompensasiya məbləğinin 08.01.2018-ci il tarixdə iddiaçı ilə razılaşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə heç kəs məhk əmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 5, 5.1.1 və 5.1.2-ci maddələrinin tələblərinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 5.2-ci maddəsinə görə, dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna m alikdir. Həmin Qanunun 7.3.1-ci maddələrinə görə isə torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı bu Qanunun tələblərinə əməl edilməsi üçün zəruri olan bütün məlumatları toplamalıdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən alan orqanın və ya torpağın alınması qrupunun hərəkətləri nəticəsində zərər çəkmiş alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu b ildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı istifadə hüququ tanındığı Ünvan, sahəsi 138,1 kv.m. olan, 7 otaqlı ev 7 söküldükdən sonra evin 1/3 hissəsinə görə verilməsi nəzərdə tutulan kompensasiya məbləği ona ödənilməməsini, bu ödənişlə bağlı cavabdehlə aralarında 08.05.2008-ci il tarixdə saziş imzalanmasına baxmayaraq Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək yayınmasını, onun razılıq ərizəsi alınmadan Cavabdeh2 digər cavabdeh X notariat ofısində 02.02.2019-cu il tarixdə AN-İ ******* nömrəli müqavilə ilə alqı-satqı edərək mübahisəli 86817 manat məbləğində pulu alması və nəticədə onun kompensasiya almaq hüququnun pozulmasını iddia etmişdir. Cavabdeh2 iddiaya olan etirazının əsasını paylı mülkiyyətçi olmayan iddiaçının cavabdehdən pul tələb etməsinin qanunsuz olması təşkil edir. İş materiallarında olan Bakı şəhər Rayon Məhkəməsinin 05.07.2016-ci il tarixli, 2(004)-5742/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməs i və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.11.2016-cı il tarixli 2(103)-8391/2016 saylı qətnaməsi ilə Rayon Məhkəməsinin 05.07.2016-ci il tarixli, 2(004)-5742/2016 saylı qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyasının qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.05.2017-ci il tarixli, 2(102)2474/2017 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı Ünvan, ümumi sahəsi 138,1 kv.m. olan, 7 otaqlı fərdi yaşayış evinin Cavabdeh2 məxsus olan 1/3 hissəsindən istifadə hüququnun olması müəyyən edildiyinə görə onun alınmanın təsirinə məruz qalan şəxs kimi kompens asiya hüququ yaranması ilə bağlı nəticəsi işin araşdırılmış hallarına uyğun olsa da, iddia tələbinin hazırkı halda ona cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən təmin oluna bilməməsinə və cavabdeh kimi Bakı şəhər rayon İcra Hakimiyyətinin göstərilməli olmasına dair nəticəsi qanuni və əsaslı olmamışdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə əsasən və işin materiallarından göründüyü kimi, rayon İcra Hakimiyyəti inzibati orqan olaraq iddiaçının istifadə hüququ olduğu və Cavabdeh2 paylı mülkiyyətində olan evi inzibati prosedur qaydasında dövlət ehtiyacları üçün aldığından ona qarşı iddia tələbi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətinin bu dəlili ilə əlaqədar Bakı şəhəri rayon İcra Hakimiyyəti Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiy yətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında alan orqan kimi təyin edilməsini düzgün qeyd etsə də, apellyasiya şikayətinin bu dəlilinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, kollegiya qeyd edir ki, Bakı şəhəri, rayon İcra Hakimiyyəti artıq sözügedən evi paylı mülkiyyətçidən almış və iddiaçı Ünvan, 7 saylı evin 1/3 hissəsinə görə Cavabdeh2 verilən məbləği mübahisələndirməmişdir. Belə olan halda isə hazırki iddianın predmetini evin satılması nəticəsində pulu almış paylı mülkiyyətçinin iddiaçı qarşısında 08.05.2008-ci il tarixdə sazişə əsasən Ünvan, 7 saylı ev söküldükdən sonra evin 1/3 hissəsinə görə veri lməsi nəzərdə tutulan kompensasiya məbləğinin tərəflər arasında könüllü olaraq bərabər şəkildə bölünməsindən yayınmasından ibarət olmasına və rayon İcra Hakimiyyətinin hazırki iş üzrə cavabdehlik daşımalı olmamasına apellyasiya instansiyası məhkəməsi diqqət yetirməyərək bu hallara düzgün qiymət verməmişdir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən iş materiallarında olan (i.v 11) iddiaçı ilə Cavabdeh2 aralarında 08.05.2008-ci il tarixdə bağladıqları sazişə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Belə ki, həmin Sazişə əsasən tərəflər Ünvan, 7 saylı evin 1/3 hissəsinin Cavabdeh2 adına rəsmləşdirilməsinə baxmayaraq İddiaçı məxsus olmasını, həmin evdən İddiaçı istifadə hüququnun olmasını mübahisəsiz qəbul etmiş və öhdəlik götürmüşlər ki, Ünvan, 7 saylı ev söküldükdən sonra evin 1/3 hissəsinə görə verilməsi nəzərdə tutulan kompensasiya məbləği tərəflər arasında könüllü olaraq bərabər şəkildə bölünəcəkdir. Sazişin 3-cü bəndində göstərilənlər könüllü şəkildə yerinə yetirilmədiyi halda tərəflər pozulmuş hüquqlarının bərpa olunması üçün (kompensasiyanın ödənilməsinə dair) məhkəməyə müraciət etmək hüququna malikdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmasına da düzgün hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri X notariat ofisi tərəfindən təqdim edilmiş 4Ə120 reyestr nömrəli notariat işində olan Cavabdeh2 notariat ofisində 01.02.2019-cu il tarixdə ünvanladığı ərizəsində ünvan 2ləşən 7 saylı evdən ona məxsu s 1\3 hissənin sökülməsi və satılması ilə əlaqədar gələcəkdə hər hansı (ailə üzvlərindən və qeydiyyatda olanlardan) payçılar ortaya çıxarsa onları həmin paylı və maddi ödənişlə təmin etməyi öz öhdəsinə götürməsinə dair göstərdiklərinin iddiaçı ilə aralarında 08.05.2008-ci il tarixdə bağladıqları sazişin məzmunundan irəli gələn öhdəliklər olub-olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçılar ı – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetir ilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan büt ün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə qeyd edilən tələblərə cavab verməməklə yanaşı, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını d üzgün müəyyənləşdirməmiş, maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüq uqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10176/2019 saylı 07 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar