Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1620/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-284/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları A № 181266 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən cavabdeh İddiaçı Qax rayonu Çüdüllü kəndində 3344,19 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2020-ci il tarixli, 10/832 nömrəli ekspert rəyinə görə Qax rayon Aqrar İstehsalat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş, X2 kitabında 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydə alınmış, Qax rayonu Çüdüllü kəndində yerləşən 3344,19 kv mетр torpaq sahəsinin A № 181266 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi torpaq s ahəsinin fiziki sərhədlərinə uyğun tərtib edilməmişdir və iddiaçının texniki sənədində göstərilən torpaq sahəsinin ölçüləri 3344,19 kv mетр, faktiki istifadəsindəki torpaq sahəsi 3333,0 kv metrdir. Həmin torpaq sahəsində hər hansı çatışmazlıq yoxdur. İddiaçının adına tərtib edilmiş torpaq sahəsinin Plan və Ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi torpaq sahəsinə uyğun tərtib edilməmiş, konfiqurasiya fərqləri mövcud olduğuna görə həmin torpaq sahəsinin 350 kv metr hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10/641 saylı, 06 aprel 2021-ci il tarixli ekspert rəyi ilə də yuxarıdakı rəydə göstərilən hallar təkrar müəyyən edlmişdir. "xxxx" MMC-nin 291 saylı, 27 avqust 2020-ci il tarixli rəyinə görə İddiaçı məxsus 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydiyyata alınmış A № 181266 saylı “Torpaq sahəsinin planı və ölçüsü” texniki sənədinin 1:1000 miqyaslı plan hissəsi əsasında naturadakı vəziyyətini əks etdirən ortofotoplan «ArcMap» proqramı vasitəsilə hazırlanmışdır. İddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfindən 182 kv metr hissəsini Cavabdeh faktiki olaraq istifadə edir. Belə ki, cavabdehə məxsus fərdi evin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və orada olan toyuq damı tikilisi iddiaçının 1:1000 miqyaslı, torpaq sahəsinin planı üzrə 0,3344 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı verilən 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydiyyata alınmış A № 181266 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsi 3344,19 kv mетр təşkil edir. Amma natu rada iddiaçı faktiki olaraq 0,3162 ha torpaq sahəsindən istifadə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344,19 kv mетр torpaq sahəsinin Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülk iyyətinə verilmiş 3344,19 kv mетр torpaq sahəsinin 182 kv mетр hissəsindən məcburi qaydada çıxarılması və 3344,19 kv mетр torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarına əsasən 3344,19 kv mетр həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Lakin Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 350 kv metr hissəsi zəbt edilmiş və həmin yerdə qanunsuz tikililər inşa edilmişdir. Nəticədə o mülkiyyətində olan torpaq sahəsindən məhrum olmuşdur. Qonşusu Cavabdeh qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsini qaytarmalı, qanunsuz tikdiyi tikililəri sökməli və onun dövlət tərəfindən qorunan mülkiyyət hüququ bərpa olunmalıdır. Cavabdeh iddianı qəbul etməyərək iddiaçının adına tərtib edilmiş torpaq sahəsinə dair texniki sənədlərin yanlış olduğunu, heç kimi torpaq sahəsini zəbt etmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində ifadə verən "xxxx" MMC-nin eksperti X1 göstərmişdir ki, mübahisə ilə bağlı tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı verilən torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 3344,19 kv metr torpaq sahəsinin şərq tərəfindən 182 kv metr hissəsindən istifadə edir. Həmin torpaq sahəsi üzər ində cavabdehə məxsus fərdi yaşayış evinin 1 metr eni, 11 metr uzunluğunda olan hissəsi və toyuq damı yerləşir. Mübahisəli ərazi ilə bağlı mövcud vəziyyətə uyğun rəy tərtib olunmuşdur. Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Malik Qarayev, iş N 2(024)-49/2020 nömrəli) iddia təmin edilmiş, Cavabdeh Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş 3344,19 kv metr torpaq sahəsinin 182 kv metr hissəsindən məcburi qaydada çıxarılması və 3344,19 kv metr torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsinin və toyuq damı tikilisinin sökülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Resp ublikası Konstitusiyasının 13, 29-cu maddəsinin 2-ci bəndi, 26 və 60-cı maddələri, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, Mülki Məcəllənin 152.2, 152.5, 157.2, 157.4, 164.1, 165.1 və 170.2-ci, Torpaq Məcəlləsinin 84.1, 49.1 və 111.1-ci, Mülki Proosessual Məcəlləsinin 14.2, 76.1 və 77.1-ci maddələrinə istinad edərək, iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə Cavabdeh məxsus fərdi yaşayış evinin və toyuq damının İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 182 kv metr hissəsində inşa edilməsi öz təsdiqini tapmışdır. İddiaçı mübahisəli torpaq sahəsi üzərindəki hüquqlardan istifadə edərək torpaq sahəsinin yuxarıda qeyd edilən 182 kv metr hissəsinə düşən tikililərin sökülməsini təl əb etməkdə də haqlıdır. İddia tələbi ekspert rəyinə uyğun təmin edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, əvvəllər də iddiaçı guya zəbt edərək inşa etdiyi tövlənin sökülməsi barədə Qax Rayon Məhkəməsində iddia qaldırmış, rayon məhkəməsinin qətnaməsi ilə həmin iddia təmin olunsa da, Şəki Appellyasiya Məhkəməsi tərəfindən qətnamə ləğv edilərək iddia rədd olunmuşdur. Bununla razılaşmayan və qonşuluq münasibətlərini daha da gərginləşdirən İddiaçı hazırkı iddianı qaldırmışdır. Rayon məhkəməsi iddiaçının ona qarşı qərəzli olmasını nəzərə almamışdır. İddiaçı özü 3344,19 kv metr həyətyanı torpaq sahəsinin ona Aqrar İs lahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli qərarı ilə verildiyini göstərmiş, lakin onun həyətyanı torpaq sahəsinin hasarı 1985-1986-cı illərdə mərhum atası tərəfindən inşa edilmişdir. Təkcə bu hal əsas verir ki, Aqrar İslahat Komissiyası iddiaçıya onun hasarı daxilində olan torpaq sahəsini verə bilməzdi və "xxxx" MMC tərəfindən verilmiş rəy yanlış olmuşdur. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.Məcidov-sədrlik edən və məruzəçi, M.Əsədli, A.Mahmudov, iş № 2(107)-284/2021) Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344,19 kv metr torpaq sahəsinin 182 kv metr hissəsindən məcburi qaydada çıxarılması və 3344,19 kv metr torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damının sökülməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Proosessual Məcəllənin 76.1, 76.2, 76.3, 106.1, 80, 81-ci maddəsi, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmış, göstərmişdir ki, hazırki iş üzrə sübutetmə yü kü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, müstəqil ekspertiza olan "xxxx" MMC tərfindən verilm iş rəyə münasibətdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2020-ci il tarixli, 10/832 nömrəli və 10/641 saylı, 06 aprel 2021-ci il tarixli ekspert rəyləri daha mötəbər sayılmadır. Həmin rəylərə görə Qax rayon Aqrar İstehsalat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş, X2 kitab ında 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydə alınmış, Qax rayonu Çüdüllü kəndində yerləşən 3344,19 kv mетр torpaq sahəsinin A № 181266 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi torpaq sahəsinin fiziki sərhədlərinə uyğun tərtib edilməmişdir və iddiaçının texniki sənədində göstərilən torpaq sahəsinin ölçüləri 3344,19 kv mетр, faktiki istifadəsindəki torpaq sahəsi 3333,0 kv metrdir. Həmin torpaq sahəsində hər hansı çatışmazlıq yoxdur. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edib, iddia tələbinin təmin olnması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə torpaq sahəsi üzərində olan mülk iyyət hüququ pozulmuşdur. Cavabdeh ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılmalı və onun mülkiyyətində olan torpaq sahəsində inşa edilən tikililər sökülməlidir. O, cavabdehin qanunsuz sahibliyindən öz əmlakını məhkəmə qaydasında geri tələb etməkdə haqlıdır. Məhkəmə işin obyektiv və hərtərəfli araşdırılması üçün ən vacib məsələ olan dolğun ekspertiza rəyinin alınmasını təmin etməmişdir. Şəki Apellyasiya Məhkəməsi ümumiyyətlə heç bir araşdıma aparmamışdır. Onların vəsatəti əsasında ekspertiza təyin etmiş, lakin ekspert rəyinin alınmasına nail ola bilməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyət lər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri iddianın dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyləri ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsini istifadə etməsi və həmin torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti inşa edilməsi müəyyən edilməmişdir. İddiaçının adına tərtib edilmiş Torpaq sahəsinin Plan və Ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi torpaq sahəsinə uyğun tərtib edilməmiş, konfiqurasiya fərqləri mövcud olduğuna görə həmin torpaq sahəsinin 350 kv metr hissəsinin Cavabdeh tərəfindən, yaxud başqa şəxsldər tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri ilə razılaşmamasını əsaslandırmadan, özəl məhkəmə eksperti şəhadətnaməsi olmadan verilmiş ekspert rəyini sübut kimi qəbul etməkdə haqsız olmuşdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-284/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.