Məhkəmə qərarları › İş №2(102)-1620/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1620/2024

10.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1620/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, Cavabdeh4 və X17 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, vurulmuş maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, Cavabdeh4 və X17 qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 04)-1298/2023 nömrəli 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bərdə rayonu Otuzikilər kəndində 0,40 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 43,6 kv.m yaşayış, 30,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-cu il tarixli 15 nömrəli qərarı ilə İddiaçı, X15, X2, X7, X18, X8 və X12 ümumi birgə mülkiyyətinə Bərdə rayonu Otuzikilər kəndində yerləşən 4,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

3. Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X3, X15, X19, X9, X4 və X12 ümumi birgə mülkiyyətindədir.

4. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 nömrəli qərarı ilə Cavabdeh1, X13, X20, X5, X10 və X6 ümumi birgə mülkiyyətinə Bərdə rayonu Otuzikilər kəndində yerləşən 3,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

5. Bərdə rayonu Otuzikilər kəndində yerləşən 2,10 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

6. Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0,2 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

7. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-cu il tarixli 15 nömrəli qərarı ilə Cavabdeh1, X13, X20, X5, X10 və X6 ümumi birgə mülkiyyətinə Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 zəbt etdiyi ona məxsus MH seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin arxa hissəsindən uzunluğu 14,2 metr, eni 2,5 metr olan mühafizə zolağından çıxarılması və həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehlərin ona məxsus 583Z nömrəli 0,20 ha torpaq sahəsindən çıxarılmaları, 2000-ci ildən 2020-ci il tarixədək müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər 13300 manat ziyan, 200 manat hüquqi xidmət və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ona məxsus yuxarıda qeyd olunmuş fərdi yaşayış evinin arxa divarlarının mühafizə zolağını zəbt etmiş və mühafizə edilməsinə maneçilik törətmişdir. Texniki pasportda qeyd edilmiş “A” yaşayış evinin arxasında yerləşən 14,2 m uzunluğunda, 2,5 m enində torpaq sahəsini mənimsəyərək mütəmadi olaraq həmin sahəyə sulanma aparmaq adı ilə su buraxır. Nəticədə evin divarları daimi su çəkir və korroziyaya uğrayır. Bundan əlavə, Cavabdeh1 etibarından sui-istifadə edərək ona və ailəsinə məxsus torpaq sənədlərinin içərisindən ayrıca vərəqdə çap edilmiş 583 Z nömrəli 0,20 ha torpaq sahəsinin “mülkiyyətə verilmiş torpaq sahəsinin planı” vərəqini götürmüşdür. Cavabdeh1 ona məxsus 0,20 ha torpaq sahəsini özünə məxsus olduğunu bildirərək kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vermişdir. Həmin sahələrin boşaldılması barədə adları qeyd olunan şəxslərə müraciət edərkən onlar torpaq sahəsini Cavabdeh1 aldıqlarını bildirmişlər. 7 fevral 2000-ci il tarixdən ona məxsus 0,20 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən mənimsənilmiş və digər cavabdehlərə verilmişdir. Nəticədə keçən 20 il müddətində 0,20 ha torpaq sahəsindən əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Mütəxəssis hesablanmasına dair rəyə əsasən orta hesabla 20 il ərzində 0,20 ha torpaq sahəsindən ildə orta hesabla 190 yonca kipi götürməklə, hər il bir yonca kipi 3,5 manat olmaqla 665 manat gəlirdən məhrum olmuşdur.

10. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı saxta sənədlər düzəldib, torpağ a aldığı sənəd qanuni deyil, iddiaçının tələb etdiyi torpaq sahəsi onun evinin arxasıdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 22 fevral 2021-ci il tarixli rəyinə əsasən, mübahisənin predmetini təşkil edən 0,20 ha torpaq sahəsi ləğv edilmiş DT və XK-nın Bərdə rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 583Z nömrəli, 7 fevral 2000-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə məxsusdur, 583Z nömrəli Dövlət aktına əsasən 0,20 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 22 iyun 2020-ci il tarixli **********14 reyestr nömrəli çıxarış verilmiş; İddiaçı Soltan oğlunun və ailə üzvlərinin mülkiyyətində olan torp aq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışa əsasən, Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür, İddiaçı məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən 2,0 metr enində 14,2 metr uzunluğunda mülkiyyətində olan torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş, həmin torpaq sahəsi 13 oktyabr 2008-ci il tarixli 6385 inventar nömrəli texniki pasporta əsasən İddiaçı Soltan oğlunun mülkiyyətində olan torpaq sahəsidir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 aprel 2021-ci il tarixli rəyinə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 aid tikililərin koordinatları müəyyən edilərkə n Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********14 reyestr nömrəsi ilə İddiaçı Soltan oğlunun və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0,20 ha torpaq sahəsinin A 483432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla müqayisə etdikdə tikililərin həmin torpaq sahəsi üzərində yerləşmədiyi müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 4 noyabr 2022-ci il tarixli rəyinə əsasən, İddiaçı Soltan oğlunun və ailə üzvlərinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsi Cavabdeh4 tərəfindən istifadə olunur, DT və XK tərəfindən tərtib edilmiş torpaq islahatı zamanı sürüşmə koordinatlarla hazırlanmış yerquruluşu xə ritəsinə əsasən İddiaçı Soltan oğlunun və ailə üzvlərinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin 0,0587 ha hissəsi Cavabdeh4 tərəfindən istifadə olunur, 0,06164 ha hissəsi Cavabdeh5 tərəfindən istifadə olunur, qalan 0,07966 ha hissəsi isə sürüşmə koordinatlarla kənd daxili yola və qonşuya məxsus digər bir həyətin bir hissəsinə düşür.

14. Bərdə Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(021)-54/2023 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı Soltan oğluna məxsus zəbt etdiyi seriya MH ******* nömrəli çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin arxa hissəsindən uzunluğu 14,2 metr, eni 2,5 metr olan mühafizə zolağından çıxarılması və həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, İddiaçı Soltan oğl u və onun ailə üzvlərinə məxsus olan 583Z nömrəli 0,20 torpaq sahəsindən Cavabdeh4 və X16 çıxarılması, İddiaçı Soltan oğlunun 2000-ci ildən 2020-ci ilədək müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi 13300 manat maddi ziyan, 200 manat hüquqi xidmətə görə ödənilmiş pul və 30 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X14 tutularaq İddiaçı Soltan oğluna ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 95 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X14 müştərək qaydada tutularaq X40 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən ona məxsus olan torpaq sahələri aparılmış ekspertiza tədqiqatlarının rəylərindən də müəyyən edilmişdir ki, cavabdehlərin hamısı tərəfindən deyil, yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tərəfindən törədilmişdir.

16. Məhkəmə ona görə də hesab etmişdir ki, iddia tələbi zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi hazırkı vəziyyətdə yalnız həmin 3 cavabdehə münasibətdə təmin edilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X29 tərəfindən zəbt edilməsi faktı öz təsdiqini tapdığından iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi hissəsində də iddiaçı haqlıdır və bu hissədə də iddia tələbi təmin edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 385.1, 386.1, 1096, 1097.1-ci, Torpaq Məcəlləsinin 84, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1, 107, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, 2000-ci ildən torpaq sahəsini zəbt etmişlərsə, iddiaçının 20 il sonra hazırkı tələblə müraciət etməsi və digər orqanlara şikayət etməməsi sual doğurur. Eləcə də, 14,2 metr uzunluğu və 2,5 metr enində olan torpaq sahəsinin mübahisə predmeti olan 0,20 ha torpaq sahəsinin tərkib hissəsi olub-olmadığı müəyyən edilməmişdir.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 sentyabr 2023-cü il tarixli 10/6640 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 22 fevral 2021-ci il tarixli **********62 nömrəli və 4 noyabr 2022-ci il tarixli ******** **26 nömrəli mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən 2,0 metr enində 14,2 metr uzunluğunda olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən olunmuş, təqdim olunan mütəxəssis rəyindən mübahisəli torpaq sahəsi daxilində tikilinin inşa edilməsi ilə bağlı məlumat verilmədiyindən torpaq sahəsində hər hansı tikili inşa edilib edilməməsinin müəyyən edilməsi mümkün olmamış, İddiaçı mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin 0,0587 ha hissəsinin Cavabdeh4 tərəfindən, 0,0664 ha hissəsinin Cavabdeh5 tərəfindən istifadə olunduğu, qalan 0,07966 ha hissəsinin isə sürüşmə koordinatlarla kənd daxili yola və qonşuya məxsus digər bir həyətin bir hissəsinə düşür təqdim olunan mütəxəssis rəyində mübahisəli torpaq sahə si daxilində tikilinin inşa edilməsi ilə bağlı məlumat verilmədiyindən torpaq sahəsində hər hansısa tikilin inşa edilib edilməməsinin müəyyən edilməsi mümkün olmamışdır.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1298/2023 nömrəli mülki iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 İddiaçı məxsus zəbt etdiyi seriya MH ******* nömrəli çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin arxa hissəsindən uzunluğu 14,2 metr, eni 2,5 metr olan mühafizə zolağından çıxarılması” hissədə dəyişdirilmiş, Cavabdeh1 İddiaçı mülkiyyətində olan MH ******* nömrəli çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin arxa hissəsin dən uzunluğu 14,2 metr, eni 2,0 metr olan mühafizə zolağından çıxarılması, qətnamə “13300 manat maddi ziyan, 200 manat hüquqi xidmətə görə ödənilmiş pul və 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 tutulması” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsindən 2,0 metr enində, 14,2 metr uzu nluğunda olan hissəni zəbt etmişdir. Belə olan təqdirdə, Cavabdeh1 həmin hissədən çıxarılmalıdır.

24. Kollegiya, iddia tələbinin “13300 manat maddi ziyan, 200 manat hüquqi xidmətə görə ödənilmiş pul və 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 tutularaq iddiaçıya verilməsi” barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və bununla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, işin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0,20 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən 20 ildən artıq müddətdir zəbt olunduğunu və bunun nəticəsində ona 13300 manat maddi ziyan dəydiyini iddia edir.

25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 sentyabr 2023-cü il tarixli 10/6640 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0,20 ha. kənd təsərrüfatlı torpaq sahəsinin 0,0587 ha hissəsi Cavabdeh4 tərəfindən, 0,0664 ha hissəsi Cavabdeh5 tərəfindən istifadə olunur, qalan 0,07966 ha hissəsinin isə sürüşmə koordinatlarla kənd daxili yola və qonşuya məxsus digər bir həyətin bir hissəsinə düşür. Göründüyü kimi, Cavabdeh1 tərəfindən iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi zəbt edilməmişdir.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 140, 152.1, 157.4, 158.4, 238.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Torpaq Məcəlləsinin 111.1, 111.2, MPM-in 14.1, 77.1, 87.2, 88, 119.1, 124.1, 217.3, 384.0.2, 384.03, 385.1, 396, 388-ci maddələrinə istinadla əs aslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti işin hallarına və iddia ərizəsinin dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir ki, bununla da maddi və prosessual hüquq normaları pozulmuş və nəticədə apellyasiya şikayətinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmış, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. 7 fevral 2000-ci il tarixdən ona məxsus 0,20 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən mənimsənilmiş və digər cavabdehlərə verilmişdir. Nəticədə keçən 20 il müddətində 0,20 ha torpaq sahəsindən əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Mütəxəssis hesablanmasına dair rəyə əsasən orta hesabla 20 il ərzində 0,20 ha torpaq sahəsindən ildə orta hesabla 190 yonca kipi götürməklə, hər il bir yonca kipi 3,5 manat olmaqla 665 manat gəlirdən məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyy ətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 13 9.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

35. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.

38. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasın da təyin edilir.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

41. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət d aşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

42. Maddə

84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.

43. Maddə 111 (bənd 1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

44. Maddə 111 (bənd 2). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyasının mö vqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, süb utları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1298/2023 nömrəli 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar