Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1622/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(107)1838/2021 nömrəli qətnaməsindən c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Qəbələ rayon AİK-nın 07 noyabr 1997-ci il tarixli 19 saylı qərarı ilə Cavabdeh və ailə üvzlərinin mülkiyyətinə Qəbələ rayonunun Böyük Əmili kəndində 0,50 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Ağdaş MQKS-nin əməkdaşları tərəfindən tərtib olunmuş 19 may 2020-ci il tarixli akta görə Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinə məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasın da, kəmərdən 35 metr məsafədə yaşayış evi inşa olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 19 avqust 2020-ci il tarixli rəyinə əsasən ekspert baxışında iştirak edən “Qaz İxrac” İdarəsinin əməkdaşlarının göstərdikləri D 325 mm-lik yeraltı qaz kəmərinin təqribi nöqtəsindən, qaz kəmərinə perpendikulyar olaraq hər iki istiqamətdə, mühafizə qaydalarına uyğun olaraq 50 metr mühafizə zonası göstərilmişdir. Cavabdeh inşa etdiyi birmərtəbəli natamam tikili yeraltı qaz kəməri keçən nöqtəsindən 40 metr məsafədə yerləşir. Apellyasiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 yanvar 2021-ci il tarixli rəyinə əsasən hüquq müəyyənedici sənədə görə iddiaçının mübahisələndirdiyi, Cavabdeh tərəfindən inşa edil ən tikilinin cavabdehə məxsus (JN105G, kod-********) 0,50 ha torpaq sahəsinin plan-cizgi sxeminin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində qaz kəmərin mühafizə zonasında inşa edilməkdə olan tikilinin (yaşayış evinin) dayandırılması, cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 325 mm-lik yüksək təzyiqli, yeraltı Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun, Böyük Əmi li kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Böyük Əmili kəndi ərazisindən keçən yeraltı 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə yaşayış evi inşa olunur. Cavabdeh tərəfindən inşa edilməkdə olan yaşayış evi yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(025)-604/2020 nömrəli qətnaməsi ilə (hakim E.B.İsayev) iddia təmin edilməmişdir. Birinci instansiya məh kəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə, Avropa Məhkəməsinin presedent hüququna istinad edərək hesab etmişdir ki, sözügedən yaşayış evi Qəbələ rayon AİK-nın 07 noyabr 1997-ci il tarixli qərarı ilə JN-105G (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsində tikildiyindən, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun qeydə alınmasında heç bir maneə olmadığından, Cavabdeh həmin yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları “mülkiyyət” anlamını təşkil edir. Cavabdeh məxsus yaş ayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasını sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(025)-604/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələb inin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)-168/2021 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və V.İ.Məlikovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(025)-604/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, Cavabdeh məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz k əmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasını sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Ona görə də, edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(1 07)-168/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(102)-3908/2021 nömrəli qərarı ilə (V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(107)-168/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Lakin tikilinin şəhərsalma və tikinti qayd alarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması müəyyən olunmur. İddiaçı tərəfin iddia tələbində və müvafiq olaraq şikayətlərində olan dəlilləri - mübahisəli yarımçıq tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsi, həmin tikilinin sözügedən “Qaydalar”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsi ilə bağlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri isə məhkəmələr tərəfindən bu dəlillərin araşdırılmaması ilə bağlıdır. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin araşdırılması üçün heç bir təşəbbüs göstərməmiş, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcudluğu müəyyən olunmamış, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında tikilib-tikilməməsi ekspertiza rəyi ilə müəyyən olunmalı olduğu halda belə rəyin alınması təmin olunmamışdır. (iş materiallarında olan rəy vermiş qurumun həmin rəyin verilməsinə səlahiyyətinin olub-olmaması və müvafiq olaraq qeydiyyatdan keçməsi müəyyən olunmur). d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(107)-1838/2021 nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovdan və İ.H.Şükürovdan ibarət tərkibdə) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(025)604/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində qaz kəmərin mühafizə zonasında inşa edilmiş tikilinin (yaşayış evinin) cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 325 mm-lik yüksək təzyiqli, yeraltı Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması qət edilmişdir. Apell yasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili JN-105G (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-nın 07 noyabr 1997-ci il tarixli qərarı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşən 0,50 ha torpaq sahəsində inşa edilmişdir. İddiaçı cavabdehə inşa etdiyi evin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən, həmin kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola biləcəyindən aparılan tikinti işlərinin dayandırılmasını, sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını təklif etmişdir. Lakin cavabdeh qeyd edilən məsələ ilə bağlı heç bir addım atmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən torpaq sahəsinin cavabdehin mülkiyyətində olması, tikilinin onun mülkiyyətini təşkil etməsi, tikilinin sökülməsinin isə cavabdehin mülkiyyət hüququna müdaxilə edilmiş olmasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olsa da, tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması müəyyən olunmur. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23, 2.7-ci bəndlərinə istinad etməklə hesab etmişdir ki, cavabdeh tərəfində n inşa edilməkdə olan yaşayış evinin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə “Texniki təhlükəsizlik haqqında” 02.11.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri (QPS-lər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektləri kateqoriyasına aid edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2021-c i il tarixli, 2(107)-1838/2021 nömrəli qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, MM-in 152.1, 157.1, 157.2, 157.4-cü maddələrini düzgün qiymətləndirməmiş, mülkiyyətçi hüquqlarına düzgün yanaşma etməmiş, cavabdehə məxsus yaşayış evinin əvəzi ödənilmədən, qarşılıqlı razılaşma əldə etmədən öz mülkiyyətində inşa etdiyi yaşayış binasının sökülməsi tələbi qoymaqla, onun dövlət tərəfindən toxunulmaz elan edilən və müdafiə edilən mülkiyyət hüququnun kobud şəkildə pozmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat q aydasında baxılmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki etiraz cavabdehin tikili üzərində mülkiyyət hüququ ilə bilavasitə bağlı deyildir. İddianın əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozulmaqla, tikilinin qaz kəmərinin təhlükəsizlik və mühafizə zonasında tikilməsi təşkil edir. Bu isə işin mübahisəsiz halıdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının pred metini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180. 1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün t əhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayr ılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əv vəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və y aranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət müha kiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, eksp ertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və ikinci apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə ba ğlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Lakin torpaq sahəsinin mülkiyyətdə olması özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşdiyindən, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmadığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunmalı və ona MM-in 180-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin bu mövqeyi Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da uyğundur. Belə ki, “Önəryı ldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 18 iyun 2002-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.... Həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəb ərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(107)-1838/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1622/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1622/2022
11.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver