Məhkəmə qərarları › İş №2(102)-1622/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1622/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1622/2025 02.06.2025 ALİ MƏHKƏMƏ

58. Apellyasiya instansiyası məhkəməsinin Cavabdeh2 təqdim etdiyi yeni sübutları və yeni tələbləri qəbul etməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, D.Andreyava apellyasiya baxışında yeni tələblər, o cümlədən mənəvi zərərlə bağlı tələb də irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi MPM-in 372.4-cü maddəsinə əsasən həmin tələblərə baxılmasını mümkün hesab etməmişdir. Həmin normaya görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

59. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya baxışında verdiyi yeni tələblərə baxılmasının mümkün olmaması barədə apellyasi ya instansiyası məhkəməsinin mövqeyini prosessual qanunvericiliyin qeyd edilən tələbinə uyğun sayır.

60. Həmçinin məhkəmə kollegiyası izah edir ki, belə bir tələbin müstəqil olaraq ayrıca verilməsi istisna edilmədiyindən, Cavabdeh2 apellyasiya baxışında verdiyi yeni tələblərə baxılmaması onun hazırda hər hansı hüququnu məhdudlaşdırmamışdır.

61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-633/2025 nömrəli, xx.xx.20 25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Aqil Abbasov Əhməd Nurməmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar