Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1624/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, (üçüncü şəxslər X8 və X3 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ 2(102)-1624/2023 (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi) 17 may 2023-cü il Bakı şəhəri Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh, 3-cü şəxslər X5 və X2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “12” “dekabr” “2022”-ci il tarixli 2(107)1328/2022 saylı qətnaməsindən Cavabdeh tərəf indən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) oğludur. O, ünvan 1 ünvanında yaşamışdır. Həmin mənzil valideynlərinin, bacıqardaşlarının və onun istifadəsinə verilmiş, 1995-ci ildə atası Zakir Əsədovun adına özəlləşdirilmiş, 17 fevral 1995-ci il tarixdə X7 mülkiyyətinə keçmişdir.
2. İddiaçı, Cavabdeh və digər şəxslər Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilində qeydiyyatdadırlar.
3. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili bölünərək mənzilin iki otağının Cava bdeh, X8, X3 və İddiaçı mülkiyyətinə, bir otaq isə atası X6 mülkiyyətinə verilməsi qət edilmişdir.
4. İddiaçı xx.xx.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
5. İddiaçı cavabdehə qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslanmışdır ki, cavabdeh onun doğma anasıdır. O, ünvan 1 ünvanında yaşamışdır. Həmin mənzil valideynlərinin, bacı-qardaşlarının və onun istifadəsinə verilmiş, sonra atası Zakir Əsədovun adına özəlləşdirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili böl ünərək iki otaq anası Cavabdeh, qardaşı X8, bacısı X3 və onun mülkiyyətinə, bir otaq isə atası X6 mülkiyyətinə verilməsi qət edilmişdir. O, xx.xx.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan bir müddət sonra, yəni sentyabr ayının 15-də anası ilə arasında mənzillə bağlı mübahisə yarandı. Belə ki, arvadı Könül Mustafayevanın qardaşı öz adına ipoteka ilə ev almış, Könül isə qardaşına zamin durmuşdur. Həmin ipoteka ödənişlərini Könülün qardaşı özü edir. Bununla bağlı anası Cavabdeh ona deyib ki, arvadı Könülü qardaşının evinə aparsın, 20000 manat kredit borcu bitdikdən sonra gətirər. Anası Nuridə “bu mənzil qızımındır” deyərək onları evdən qovdu. Onlar da məcbur olub evi tərk etdi. Hal-hazırda kirayədə yaşayırlar. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhər i, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçıla Cavabdeh münasibətləri normal olmadığından onların bir mənzildə yaşamaqları mümkün deyil. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M. Kərimova.) 10 avqust 2022-ci il tarixli, 2(051)-1112/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh İddiaçı anasıdır. Mübahisəli mənzil olan Mingəçev ir şəhəri, Təbriz (indiki Naxçıvan) küçəsi, 42 saylı evin, 15 saylı mənzili dövlət fondunun mənzili olmuş, iddiaçının, cavbdehin və onların ailə üzvlərinin istifadəsinə verilmiş, 1995-ci ildə mənzil iddiaçının atası, cavabdehin əri X7 adına özəlləşdirilmiş və onun adına qeydə alınmışdır. Məhkəmənin 15 noyabr 2002-ci il tarixli qətnaməsi ilə həmin mənzilin iki otağı iddiaçının, anasının və bacı-qardaşlarının, bir otağı atasının mülkiyyətinə verilməsi qət edilsə də, məhkəmə qərarı icra olunmamış, onlar mülkiyyət hüququnu təsdiq edən Çıxarış almamışlar. İddiaçı xx.xx.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan bir müddət sonra, yəni sentyabr ayının 15-də anası ilə arasında mənzillə bağlı mübahisə yaranmışdır. İddiaçının cavabdehlə münasibətləri pozulmuşdur. Cavabdeh iddiaçının mənzilə köçüb yaşamağına icazə vermir.
10. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə iddia tələbi 01 oktyabr 2009cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
11. Məhkəmə işin hallarını 01 oktyabr 2009-cu ilədək, yəni tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalı, iddiaçının Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququ tanınmalı və sözügedən mənzilə köçürülməlidir.
12. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
13. İş üzrə cavabdeh apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(051)-1112/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin (h akimlər A. A. Mahmudov (sədrlik edən və məruzəçi), M. A. Əsədli, V.İ. Məlikov,) xx.xx.2022-ci il tarixli, 2(107)-1328/2022 nömrəli qətnaməsi ilə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin 10 avqust 2022ci il tarixli, 2(051)-1112/2022 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işin mübahisəsiz hallarına əsasən iddiaçı ilə cavabdeh ana-oğul münasibətində olmaqla, “ailə üzvü” statusuna malik olan şəxslərdirlər. İddiaçının sözügedən mənzillə bağlı hüququ 2000-ci il tarixdən əvvəl yaranmışdır. Ona görə də hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
16. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı ikinci dəfə ailə qurduqdan sonra da bir müddət mübahisəli evdə yaşamış, orada yaşayan digər şəxslərlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır. Göründüyü kimi iddiaçının evdən çıxıb getməsi də heç də könüllü deyil, cavabdehlə münasibətləri pozulması səbəbindəndir. Aralarında yaranmış narazılığa görə iddiaçı hazırda arvadı ilə birlikdə kirayədə yaşayır. İddiaçının hazırki yaşayış yeri iradəsindən asılı olmayan səbəbdən başqa ünvandır. Cavabdeh tərəf iddiaçını evə buraxmadığından o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.
17. Məhkəmə kollegiyası hesab edib ki, iddiaçı anadan olan tarixdən mübahisəli ünvanda fasiləsiz olaraq ailə üzvləri ilə birlikdə yaşamaqla təsərrüfat aparması həm iddiaçının, həm cavabdeh tərəfin etirazı tam sübuta yetir. Beləliklə də, iddiaçı qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında mübahisəli yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüququ əldə etmişdir.
18. Apellyasiya şikayətinə dəlillərinə ümumilikdə qiymət verən məhkəmə kollegiyası qeyd edib ki, mübahisəli mənzilin məhkəmə qərarından sonra bölünmüş (payları müəyyən olunmuş) vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur.
19. Belə ki, mübahisəli mənzil məhkəmə qərarından sonra bölünmüş (payları müəyyən olunmuş) vəziyyətdə d aşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzil faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli mənzildə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
20. Bu yanaşmanın əksi, yəni iddiaçının digər şəxslərlə yaşamasının qeyrimümkün olması, həmin mənzildə digər şəxslərin də payının olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının t əmin edilməməsinə səbəb ola bilər.
21. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54, 123-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-1328/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassator şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının qətnaməsində qeyd edilir ki, guya iddiaçı uzun müddət fasiləsiz olaraq həmin mənzildə yaşamışdır. Bu doğru deyildir. İddiaçı əvvəllər başqa qadınla evli olmuşdur və böyük uşaqları var. Həmin ailəsi ilə də mübahisəli mənzildə yaşamamışdır. Həmin mənzildə böyük bir ailənin bir yerdə yaşaması mümkün deyildir. Yeni ailə qurduğu qadınla da bir gün olsun belə həmin mənzildə yaşamamışdır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməməklə, cavabdehin hüquqlarını pozur. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzəktamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tə rkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Məhkəmə bu tələbə də diqqət yetirməmiş, mənim hüququmu pozmuşdur. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Lakin məhkəmə F. Əsədovun mənzilə köçürülməsini qət edərkən digər mülkiyyətçilərin razılığının olmamasını nəzərə almamışdır. Ümumiyyətlə, F. Əsədov uzun müddət həmin mənzildə yaşamamışdır, başqa yer də yaşamışdır.
24. Kassator kasasiya şikayətinin hüququi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222, 226-cı maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il Qərarına, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
26. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarı na malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
27. Maddə 53. icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, i carədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
28. Maddə
54. İicarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İddiaçı ilə cavabdeh ana-oğul münasibətində olmaqla, “ailə üzvü” statusuna malik olan şəxslərdəndirlər. Mənzil əvvəllər dövlət mənzil fonduna aid olmaqla iddiaçının, cavabdehin və onların ailə üzvlərinin istifadəsinə verilmişdir. 1995-ci ildə mənzil iddiaçının atası, cavabdehin isə əri X7 adına özəlləşdirilmiş və sonuncunun adına qeydə alınmışdır. Məhkəmənin 15 noyabr 2002-ci il tarixli qətnaməsi ilə həmin mənzilin iki otağı iddiaçının, anasının və bacı qardaşlar ının, bir otağı atasının mülkiyyətinə verilməsi qət edilmişdir. Lakin məhkəmə qərarı əsasında mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
41. İddiaçının sözügedən mənzillə bağlı hüququ 2000-ci il tarixdən əvvəl yaranmış, xx.xx.2002-ci il tarixli qətnamədə mənzilin iki otağına cavabdeh və 3-cü şəxslərlə birlikdə iddiaçının da mülkiyyətinə(istifadəsinə) verilmişdir. Belə olan halda, onunla eyni hüququa malik cavabdeh və 3-cü şəxslərin onun mənzilin iki otağından istifadəsini qadağan etmək hüquqları yoxdur.
42. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi mənzilin birgə mülkiyyət olması və digər birgə mülkiyyətçilərin razılığı olmadan iddiaçının mənzilə köçürülməsinin düzgün olmadığı barədə dəlilinə münaisbətdə məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabd eh və 3-cü çəxslər məhkəmə qətnaməsinə əsasən həmin mənzilin birgə mülkiyyət olduğunu qəbul edirlərsə, həmin qətnaməyə əsasən iddiaçı da həmin birgə mülkiyyətçiliyin iştirakçılarından biridir və onun da həmin şəxslərlə bərabər eyni qaydada həmin mənzildən istifadə hüququ vardır.
43. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-1328/2022 nömrəli il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.