Məhkəmə qərarları › İş №2(102)-1624/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1624/2024

14.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1624/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakdan payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras payın alınması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-826/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məh kəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz əmlakın alğı-satqısına dair 01 avqust 2002-ci il tarixli 156141 nömrəli müqaviləyə əsasən satıcı X8 alıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzili satmışdır.

2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı 131842 nömrəli qeydiyyat vəsiqəsinə, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət kadastı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil xx.xx.2002-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir.

3. İddiaçı mərhum əri X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X2 tərəfindən cavabdehin adına alınmış Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilə onun 1/2 hissədə miras payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavad Mirqiyasovla xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında nikaha daxil olmuş, nikahdan 2 övladı doğulmuşdur. Əri xx.xx.2022-ci il tar ixdə ölmüşdür. Cavad Mirqiyasovun nikahdan kənar Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh Cavad Mirqiyasovun maddi imkanlarından istifadə etmək məqsədilə Cavad Mirqiyasovla yaxınlıq etmiş, ona mənzil və avtomobil aldırmışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil mərhum əri Cavad Mirqiyasov tərəfindən cavabdehin adına alınmışdır. Hətta bu bir daha onunla sübut olunur ki, cavabdehin hal-hazırda idarə etdiyi “KİA Sportace” minik markalı, **-ML-*** dövlət qeydiyyat nömrəli avtomobil də mərhum Cavad Mirqiyasovun adınadır.

6. Cavabdeh iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına iddiaçının ona qarşı qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi daxıl olmuşdur. İddiaçı ondan guya onun əri tərəfindən alınmış mənzilə qanun üzrə vərəsə kimi tanınmasını xahiş edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qızının atası tərəfindən qanun üzrə vərəsə kimi tanınması və ona çatası miras əmlakı hər bir yolla (qanunsuz) verməmək üçün iddiaçı belə absurd iddialarla məhkəməyə müraciət edir. Bundan əvvəl məhkəməyə 10 yaşlı qızının ləyaqətsiz vərəsə kimi tanınması ilə əlaqədar iddia qaldırmış və məhkəmənin 31 iyul 2023 tarixli qətnaməsi ilə iddia əsassız olduğu üçün rədd olunmuşdur. İndi də onun əmlakının guya iddiaçının həyat yoldaşı tərəfindən alındığını və ordan da ona pay verilməsi barədə absurd bir iddia ilə məhkəməyə müraciət edib, ondan almağa çalışır. İddia ərizəsi tərtib etmiş şəxs vərəsəlik haqda Mülki M əcəllənin maddələrini və Konstitusiyanın maddələrini boş-boş sadalamaqdan başqa məhkəməyə mənzilin mərhum Cavad Mirqiyasov tərəfindən ona alınmasını sübut edən bir sübut belə təqdim etməmişdir. Ərizədə qeyd edir ki, hətta guya ona maşın belə almışdır. Lakin həmin avtomaşın mərhumun adındadır və ona idarə etmək üçün etibarnamə verilmişdir. İddiada qeyd edir ki, guya o, mərhumla yaxınlıq edib ona mənzil aldırmışdır. X3 03 dekabr 2012-ci ildə anadan olmuşdur. Mənzil isə alğı-satqı yolu ilə 2002-ci ildə ona məxsus başqa mənzili satıb bu mənzili almışdır

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-3958/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100 manat məbləğin də dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin Cavad Mirqiyasov tərəfindən alınması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamış, həmçinin bundan əlavə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin Cavad Mirqiyasovdan miras qalması məhkəmədə sübuta yetirilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin Cavad Mirqiyasovdan miras qalması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubli kasının Mülki Məcəlləsinin 157.2, 1133.1, 1133.2-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 34.1, 36.1, 36.2, 36.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh etiraf edir ki, mərhum Cavad Mirqiyasov ilə 2002-ci ildə münasibətləri yaranıb. Cavabdehin maddi imkanları zəif olduğundan onun adına mənzil almışdır. Mübahisəsi gedən mənzil onların tanış olaraq münasibətləri yaranan zaman alınmışdır. Bu baxımdan iddia tamamilə qanunidir və mənzil ümumi birgə mülkiyyətə aiddir. İddiaçının həmin mənzilə 1/2 hissədə mülkiyyət hüququ vardır. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin maddi hüquq norması ilə iddiaçının təsbit edilən hüquqlarını kobud surətdə pozmaqla tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçının övladları X7 və X5 məhkəmə iclasına şahid qismində dəvət edilib dindirilməsi barədə vəsatət verilmiş, həmin vəsatət təmin olunmuş, lakin onların dindirilməsindən imtina olunmuşdur. Mülki işə obyektiv hüquqi qiymət verilməsi üçün iddiaçının övladları Könül Mircavadzadə və Kamran Mircavadzadə məhkəmədə şahid qismində dindirilməli idi. Lakin məhkəmə səbəbsiz olaraq həmin şahidləri dindirməkdən imtina etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-826/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və İkram Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir, etirazının əsası kimi istinad etdikləri hallara dair sübut təqdim edərək bu halları sübut edə bilir. Belə ki, mübahisəli mənzilin 2002-ci ildə alındığına, üstəlik mülkiyyətində olan başqa mənzilin sa tışından əldə edilmiş vəsait hesabına alındığına dair cavabdeh məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdehin iddiaçının əri ilə 2002-ci ildə münasibətlərinin yaranmasını hansısa formada etiraf etməsi təsdiq olunmur. Əksinə, apellyasiya baxışı zamanı cavabdeh bu cür münasibətlərin iddiaçının miras əmlak saydığı mənzil alındıqdan bir neçə il sonra(2004-cü ildə) yarandığını bildirdi. Hətta bu münasibətlər 2002-ci ildə yaranmış olsa belə qeyd olunan mənzil heç bir halda miras kütləsinə daxil ola bilməzdi. Çünki, həmin mənzil mirasqoyanın birgə yaxud paylı mülkiyyətində olması təsdiq olunmur.

15. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı tərəflərin izahatlarından və işdə olan materiallardan o da bəlli olur ki, cavabdehin qızı da mirasqoyanın q anun üzrə birinci dərəcə vərəsəsi olduğundan onlar arasında miras əmlaklarla bağlı çoxsaylı məhkəmə mübahisələri var və davam edir. Ağlabatan mühakimə də onu təsdiq edir ki, hazırki iddia da məhz tərəflərin bir-birinə hüquqi müstəvidə təsir etmək məqsədilə irəli sürülmüşdür. Əks halda bu cür iddia ortaya çıxmazdı. İddiaçının uşaqlarının şahid qismində dindirilib-dindirilməməsinin də işin nəticəsinə onun istəyi və arzusu baxımından heç bir təsiri ola bilməz. Çünki, şahid qismində ifadə vermək istəyən şəxslər iddiaçının övladlarıdır və istər-istəməz iddiaçının, o cümlədən özlərinin marağına və istəyinə uyğun ifadə verəcəklər. Həmin ifadələr isə hazırki xarakteri mübahisələr üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməzdi.

16. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, məhkəmə müdafiəsində n istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq n iyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda vərəsəlik münasibətlərinin, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan edilməsi institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.2, 225.1, 225.1, 225.2, 1151.1, 1133.1, 1133.2-ci, Ailə Məcəlləsinin 32.1, 34.1, 36.1, 36.2, 36.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

18. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılması bar ədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı mərhum Cavad Mirqiyasovun qanun üzrə tam hüquqlu vərəsəsidir. Lakin təəssüflər olsun ki, birinci instansiya məhkəməsi buna qanunsuz və əsassız olaraq hüquqi qiymət verməmiş, mülki qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə işə birtərəfli qaydada baxmış, sübutları düzgün qiymətləndirməmiş, qətnaməni qeyri-obyektiv və qərəzli olaraq, iddiaçının zərərinə səbəb olan əsaslarla qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “cavabdehin iddiaçının əri ilə 2002-ci ildə münasibətlərinin yaranmasını hansısa formada etiraf etməsi təsdiq olunmur. Əksinə, apellyasiya b axışı zamanı cavabdeh bu cür münasibətlərin iddiaçının miras əmlak saydığı mənzil alındıqdan bir neçə il sonra (2004-cü ildə) yarandığını bildirdi.” Cavabdeh hər bir halda bunu inkar etsə də, faktiki olaraq cavabdeh mərhum Cavad Mirqiyasovun obyektində satıcı olduğu vaxtdan, yəni 2002-ci ildən münasibətləri yaranmışdır. Odur ki, cavabdeh bilərəkdən bunu inkar edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

20. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ü mumi mülkiyyətidir.

22. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

23. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

26. Maddə 32.1. Nik ah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

27. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

28. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

29. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

30. M addə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak e dən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələ ndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə ko llegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bi lməz.

47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

50. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-826/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar