Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1625/2021 05.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qəzeti redaksiyasına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, Cavabdeh qəzeti redaksiyasının baş redaktoru X1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7337/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh qəzetinin redaksiyası (bundan sonra – cavabdeh və ya cavabdeh qəzet) 27.10.1994-cü ildə dövlət qeydiyyatına alınmış, baş redaktoru (qanuni təmsilçisi) X2r. İddiaçı (bundan sonra – iddiaçı) 19 avqust 2004-cü il tarixdən cavabdeh qəzetdə 7k saylı əmrlə müxbir vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında 21.01.2019-cu il tarixdən 01.01.2020-ci il tarixinə kimi 1 il müddətinə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh qəzetə müxbir vəzifəsinə təyin edilmişdir. Cavabdehin 09.10.2019-cu il tarixli 33 №li əmri ilə, iddiaçı redaksiyanın daxili əmək intizamını sistematik olaraq pozduğuna, günlərlə heç bir səbəb olmadan işə gəlmədiyinə, redaksiya əməkdaşları ilə kobud davranış hərəkətlərinə görə ona töhmət elan olunmuşdur. Qəzetin baş redaktorunun 14 noyabr 2019-cu il tarixli, 32 №li əmri ilə iddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Əmrin verilməsinə əsas qəzet redaksiyasının ümumi yığıncağının qərarı və baş redaktorun sərəncamı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 14.11.2019-cu il tarixli, 32 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsində işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, işdən azad edilməsi ilə bağlı əmrdə işdən azad edilməsinin səbəbi qəzetin tutduğu mövqeyə zidd olaraq sosial şəbəkələrdə redaksiyanın icazəsi olmadan müx alifətin icazəsiz keçirdiyi piket və mitinqlərdə iştirak edərək şəkillər paylaşması göstərilib. Göstərilən səbəblər qanuni və əsaslı deyil. Belə ki, əmrdə göstərilənlər böhtan xarakterlidir və cavabdeh təşkilat istinad etdiyi halı təsdiq edən sübutlara malik deyil. Əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) tələblərinə uyğun deyil. Əmrdə Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməyib. Cavabdeh onu qanunsuz və əsassız olaraq işdən azad etmiş, onun qanunsuz hərəkətləri nəticəsində əmək haqqı almaq hüququndan məhrum olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-739/2020 saylı iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onun la əsaslandırmışdır ki, iddiaçının tutduğu vəzifəsindən azad edilməsinə dair əmrin məzmununda, o, qəzetin əməkdaşı kimi qeyd edilsə də, əmək müqaviləsi üzrə onun vəzifəsinin (peşəsinin) adı konkret qeyd olunmamış, cavabdehin hüquqi ünvanı, əmək münasibətlərinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, eləcə də, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il göstərilməmişdir. Əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuş, iddiaçı barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş hansı intizam tənbehi tədbiri görülməsi əmrdə göstərilməmişdir. Məhkəmə, həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçını tutduğu vəzifəsindən azad etməmişdən əvvəl sonuncudan yazılı izahatın verilməsinin tələb edilməsinə dair Əmək Məcəlləsinin 187-ci maddəs inin 1-ci hissəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəf iddiaçının belə bir izahat verməkdən imtina etməsini göstərsə də, işin materiallarından görünür ki, o, yalnız iddiaçıya tutduğu vəzifədən azad olunmasına dair əmrin çıxarışı ona verilərkən onun təhqiramiz ifadələr işlətməklə çıxarışı nümayişkaranə şəkildə çırparaq yerə atmasına dair qəzetin əməkdaşları tərəfindən tərtib edilmiş 14.11.2019-cu il tarixli aktı təqdim etmişdir. Həmin aktda isə iddiaçıdan əmr verilməmişdən əvvəl yazılı izahat verilməsinin tələb edilməsi və ya onun bundan imtina etməsi qeyd edilməmişdir. Qeyd edilənərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı barəsində cavabdeh tərəfindən 14.11.2019-cu il tarixli 32 saylı əmr verilərkən əmək qanunvericiliyin tələblərinə tam əməl edilməmişdir. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 76(1), 83(1), 83(2), 84(1), 84(2), 300(1)-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3, 217.4, 218.1, 218.3-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7337/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası apellyatorun məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olmuşdur. Digər tərəfdən iddiaçının işdən azad olduqdan sonra “Ədalət” qəzetində məqalələrinin çap edilməsi və bununla da gəlir əldə etməsi barədə cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübuta yetirməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinə görə, iddiaçı onsuz da əmək kollektivi ilə yola getməməklə, redaksiyanın daxili nizam-intizam qaydalanm dəfələrlə pozmuş və işəgötürənin hər hansı əmri və ya tapşırığı olmadan xarici qüvvələrin maliyyələ şdirdiyi müxalifətin icazəsiz keçirdiyi mitinqlərdə iştirak edərək şəkillər çəkib paylaşmışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının bu hərəkətləri “Cavabdeh" qəzetinin məram və məqsədlərinə uyğun gəlmədiyindən, işgüzar nüfuzuna xələl gətirdiyindən iddiaçı barədə sözügedən əmr tərtib edilmiş və işdən azad edilmişdir. Şikayətdə daha sonra qeyd edilmişdir ki, iddiaçı işdən azad edildikdən sonra ”Ədalət" qəzetində məqalələri dərc edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı özünə yeni iş yeri tapmış, məntiqə uyğun olaraq həmin işin müqabilində də əmək haqqı almaqla qazanc əldə etmişdir. Belə olan halda, cavabdehdən 14.11.2019-cu il tarixdən qətnamə icra edilən müddətədək məcburi əmək haqqının tutulması birmənalı olaraq yalnışdır. Cavabdeh tərəfindən məhkəmə iclasında sübutların t əmin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə vəsatətə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayinə baxılması zamanı kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən MPM-in 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələb inə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 83(1). Əgər işçi ilə bağlanmış əmə k müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83(2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84(1). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Maddə 84(2). Bu maddənin birin ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 186(1) İşçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Maddə 300(1). Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək müb ahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qəzeti redaksiyası tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7337/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1625/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1625/2021
05.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver