Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1625/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Atakişiyeva (Azadova) Vahidə Vahid qızına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin hüquqları, əşyaların çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Atakişiyeva (Azadova) Vahidə Vahid qızına qarşı əmlakların evdən çıxarılması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1376/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Atakişiyeva (Azadova) Vahidə Vahid qız ı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 5, mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – mənzil) İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətindədir.
2. Atakişiyeva (Azadova) Vahidə Vahid qızı (bundan sonra - cavabdeh) ilə X1 (iddiaçının oğlu) 2006-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2 uşaqları doğulmuşdur.
3. İddiaçının oğlu ilə cavabdehin nikahı Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, cavabdehin cehiz əmlaklarının onun mənzilindən çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin iddia ərizəsində sadalanan cehiz əmlakları onun evindədir. Həmin əmlakların evdən çıxarılmasını istəyir.
6. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(016)-620/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Əsgərov) iddia təmin edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. O, öz mülahizəsinə görə həmin evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin cehiz əmlaklarını evdən könüllü olaraq çıxarmaması nəticəsində iddiaçı öz hüquqlarını həyata keçirə bilmir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, öz əm lakı olan mənzildən cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
10. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, X1 ilə nikaha daxil olduğu vaxtdan mənzildə yaşamışdır. Hər iki övladı həmin evdə qeydiyyatdadır, övladları ilə birlikdə orada yaşayır. Onlardan başqa həmin evdə heç kim yaşamır və o, ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Onun və övladlarının yaşamağa başqa yeri y oxdur. Övladlarının və onun mənzil istifadə hüquqları olduğu halda, ona məxsus cehiz əmlaklarının evdən çıxarılmasına etiraz edir.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-1376/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, boşaldılması tələb edilən əmlak iddiaçının qanuni mülkiyyətindədir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün nə əvvəllər, nə də hazırda hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.
13. Məhkə mə cavabdehin uşaqlarının həmin mənzildə qeydiyyatda olmasına münasibət bildirərək qeyd etmişdir ki, onların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır.
14. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etmişdir. Məhkəmə işin hallarına, tərəflər arasındakı münasibətlərə düzgün hüquqi qiymət verməmiş və nəticədə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.
17. Cavabdehlə iddiaçının oğlu 2009-cu ildən əvvəl nikaha girdiyindən hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinə əsasən qiymət verilməlidir. Cavabdeh ailə həyatı qurarkən iddiaçının mülkiyyətində olan mənzilə gəlin gəldiyi işin mübahisəsiz halıdır. Aydın məsələdir ki, mülkiyyətçinin razılığı olmadan cavabdeh həmin evə gəlin gələ və orada yaşaya bilməzdi. Odur ki, iddiaçının həmin evə gəlin gəlməsi Mülki Məcəllənin 228.5-ci maddəsində qeyd edilən “ mülkiyyətçinin razılığı” ilə həmin mənzilə köçürülməsinə və cavabdehin həmin mənzildən istifadə hüququnun mövcudluğuna dəlalət edir.
18. Digər tərəfdən, Ailə Məcəlləsi, beynəlxalq aktlar və uşaq hüquqlarına dair yerli qanunvericilik aktları yetkinlik yaşına çatmayan uşaqların öz yaxın qohumları, nənə-baba və digər qohumları ilə ünsiyyətdə olmaq hüququ verir. İş materiallarından da görünür ki, cavabdehin övladlarının ata yurdu olan Ağsuda başqa bir yaşayış yeri yoxdur. Təhsildən kənar vaxtlarda onların da qeydiyyatda olduqları ünvanda, nənələrinin evində yaşamaq və onlarla ünsiyyətdə olmaq hüquqları vardır. Cavabdehin uşaqlarının həmin ünvanda qeydiyyatda olmaqları barədə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilə məhkəmənin verdiyi hüquqi qiymət qanuni deyildir. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə cav abdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə, o cümlədən, apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegi yası həmin əsaslandırmalarla razılaşır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün nə əvvəllər, nə də hazırda hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.
36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Atakişiyeva (Azadova) Vahidə Vahid qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1376/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.