Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1626/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdeh “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh ASC “Bank” Ba nkın üzərinə İddiaçı çatası son haqq hesabın, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi və əmək kitabçasının təhvil verilməsi öhdəliyinin qoyulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11462/2019 saylı 04 noyabr 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi İ.K.Xəlilov, hakimlər X.A.Cəmilova və İ.Ə.Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İddiaçı1 oğlu cavabdeh "xxxx" ASC-yə qarşı tələblə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona çatası son haqq hesabın, əmək kitabçasının və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müvainətin alınıb o na verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 iyun 2010-cu il tarixdən 3 yanvar 2019-cu il tarixədək Cavabdeh-də Baş ofisdə arxivçi vəzifəsində işləmiş, 3 yanvar 2019-cu il tarixdə əmək müqaviləsinə Cavabdeh tərəfindən xitam verilmişdir. Cavabdeh-nin rəhbərliyinin əmək qanunverciliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 5 saylı region üzrə X3 müraciət etmiş, Cavabdeh-nin rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq İnzibati Xəta haqqında “Protokol” tərtib edilərək inzibati mənsuliyyətə cəlb olunmuşdur. Onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, əmək qanunvericiliyi ndə nəzərdə tutulduğu kimi işçi işdən çıxdığı təqdirdə son haqq hesab, əmək kitabçası, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ona verilməsi təmin edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi kobud səhv edərək və prosessual qanunvericiliyin tələbini əhəmiyyətli dərəcədə pozaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişd ir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11462/2019 saylı 04 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin vəkili X4 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11462/2019 saylı 04 noyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11462/2019 saylı 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdi r ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət də daxil olmaqla son haqq-hesabın ödənilməməsi işin təsdiq olunmuş mübahisəsiz halıdır. Cavabdeh bunu iddiaçının bank qarşısında öhdəliliyinin olması ilə əlaqədar həmin öhdəlik üzrə tutmanın son-haqq hesaba yönəldilməsi ilə izah edir. Apellyasiya kollegiyası cavabdehin dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçının bank qarşısında öhdəliyi üzrə tutmanın iddiaçıya çatası son haqq-hesaba və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müvainətə yönəldilməsi əsassız və qanunsuzdur. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında bununla bağlı heç bir razılaşma olmamışdır. Cavabdeh bildirir ki, bankın tutmanın sonhaqq hesaba yönəldilmə si səlahiyyəti tərəflər arasında bağlanmış 14.01.2015-ci il tarixli Kredit Müqaviləsinin 3.4. maddəsinin 3.4.3 bəndi və 3.4.3.3 yarımbəndinin tələblərindən irəli gəlir. Həmin şərtə əsasən Bankla Borcalan arasında bağlanmış Əmək Müqaviləsinə hər hansı səbəbdən xitam verilərsə, Bank kredit üzrə əsas borcun qaytarılmasını və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Lakin apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan müqavilə şərti banka belə bir hüququn verilməsini nəzərdə tutmur. Həmin müddəa hansı hallarda bankın kredit müqaviləsi üzrə ödənilməli olan borcun vaxtından əvvəl tələb etməsi hüququnun yaranmasını göstərir. Yəni bank əgər əmək müqaviləsinə vaxtından əvvəl xitam verilərsə kredit borcunu sadəcə vaxtından əvvəl tələb edə bilər. Borcun ödənilməsini tələb etmək isə müqaviləni ləğv etmək təklifinə bərabər tutulur. Belə ki, əmək müqaviləsinə xitam verildikdən sonra bank 12.02.2019-cu il tarixli məktubla borcun ödənilməsini iddiaçıdan xahiş etmiş, lakin iddiaçı bununla bağlı heç bir tədbir görməmişdir. Həmçinin 29 sentyabr 2016-cı il tarixli Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcun ödənilməsi müddəti 14.09.2020-ci il tarixədək uzadılmaqla kredit restrukturizasiya olunmuşdur. Bu halda bank müqavilənin ləğv edilməsi və borcun ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421, 423, 424-cü maddələrinin tələblərinə uyğun olaraq ümumi qaydada məhkəməyə müraciət etməli idi. Bundan başqa, apellyasiya kollegiyası qeyd etmişdir ki, işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavin ətin və ona çatası son haqq-hesabın verilməsi onun hüququdur. Bu hüququn bankın birtərəfli mülahizəsinə əsaslanaraq, məhdudlaşdırılması yolverilməzdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, son haqq-hesab sonuncu iş günü işçiyə verilməlidir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh əmək müqaviləsi 03.01.2019-cu il tarixdə ləğv olunduqdan sonra 12.02.2019cu il tarixli bildirişlə işçini borcun ödənilməsi ilə bağlı xəbərdar etmişdir. Borcun dərhal tam olaraq ödənilməsini tələb etmək barədə sonradan verilmiş bildirişlər əslində, işçiyə hesablanmış son haqq-hesabın ona verilməməsi, həmin məbləğin borc məbləği ilə əvəzləşdərilməsinə zəmin yaratmaq üçün əvvəlcədən düşünülmüşdür. İşəgötürən bank həmçinin işçinin əmək və məzuniyyət haqlarının ödəni lməsində yol verilmiş qanun pozuntularına görə inzibati məsuliyyətə cəlb edilməməsi, bununla bağlı Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarlarına da istinad etmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, həmin qərarların mövcudluğu iddiaçıya ona çatası son haqq-hesabın ödənilməməsi üçün əsas ola bilməz. Çünki haqq-hesabın ödənilməməsi işin təsdiq olunmuş mübahisəsiz halıdır. Qeyd olunan qərarlardan da görünür ki, həmin məsələ ilə bağlı işəgötürənin inzibati məsuliyyətə cəlb olunamaması inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi ilə bağlıdır. Müddətin keçməsi inzibati xətaya görə məsuliyyəti aradan qaldırır, həmin inzibati xətanın baş verməməsini təsdiq edən hal kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə ve rilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi kobud səhv edərək və prosessual qanunvericiliyin tələbini əhəmiyyətli dərəcədə pozaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinc i instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik etmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini, eləcə də prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmiş, nəticədə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apell yasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və mübasiləndirilən qətnamə qanuni və əsaslı olduğundan, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “xxxx” ASC-nin kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11462/2019 saylı 04 noyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1626/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1626/2020
16.03.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver