Məhkəmə qərarları › İş №2(102)-1626/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1626/2022

11.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1626/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “özəlləşdirmənin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mənzilin özəlləşdirilməsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(103)8876/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməs inin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 saylı evin 15-ci mənzilinə köçürülməklə həmin mənzilin girişindən sol tərəfdə yerləşən 18 kv.m 1 otağından istifadə edərək, sözügedən mənzildən istifadə qaydası müəyyən edilmiş, ilk iddia qalan hissədə və İddiaçı Cavabdeh qarşı “məhkəmə xərclərinin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2017-ci il tarixl i qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının 11 dekabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Ə.Kürçaylı küçəsi 8 saylı evin 15-ci mənzilinə köçürülməklə həmin mənzilin girişindən sol tərəfdə yerləşən 18 kv.m olan 1 otağının kirayə müqaviləsinin 1 nəfər ailə tərkibi ilə Cavabdeh adına bağlanması və onun həmin otağın kirayəçisi hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 8 saylı evin 15 saylı mənzil (sıxlaşdırılmış) üzərində Cavabdeh mülkiyyət hüququ 28 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instan siya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 saylı evin 15 saylı mənzilin bir hissəsinin özəlləşdirilməsinin ləğv edilməsi və seriya RX № 1097723, 28.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 31 yanvar 1964-cü il tarixli 13516 nömrəli orderə əsasən X1 Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 saylı evin 15 saylı mənzili verilmişdir. Daha sonra X2 vəfat etdiyindən icarə müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Həmin mənzildə Cavabdeh Vasileyvnadan başqa, iddiaçı, yoldaşı X3 və oğlu X5 də qeydiyyatdadır və həmin mənzildən istifadə qaydası məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının 11 dekabr 2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh Ə.Kürçaylı küçəsi ev 8, 15 saylı mənzilinə köçürülməklə həmin mənzil sol tərəfdə yerləşən 18,0 kv.m olan bir otağının kirayə müqaviləsi bir nəfər ailə tərkibi ilə (özü) Cavabdeh adına bağlanılması və onun həmin otağın kirayəçisi hesab edilməsi qərara alınmış, həmin sərəncama əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh seriya RX 1097723, 28 iyul 2017-ci il tarixli çıxarış verilmişdir. Halbuki mənzilin hər hansı bir otağının ayrıca özəlləşdirilməsi qanunvericiliyə ziddir. Belə ki, təyinatı dəyişdirilmədən bölünə bilməyən və qanuni əsasən bölünməli olmayan əşyalar bölünməz əşyalar sayılır. Mənzil isə təyinatında n məlum olduğu kimi bölünməz əşyadır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən çıxarışda Cavabdeh məxsus daşınmaz əmlakın ümumi sahəsi 16,5 kv.m, 28 iyul 2017-ci il tarixdə tərtib edilən texniki pasportda isə otağın ümumi sahəsi 17.4 kv.m qeyd edilmişdir. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilən çıxarış və texniki pasport ziddiyyət təşkil edir. Lakin mənzilin otağının Cavabdeh adına özəlləşdirilməsi zamanı iddiaçının razılığı alınmamışdır. Belə bir razılıq olmadan mənzilin otağının Cavabdeh adına özəlləşdirilməsi qanuna ziddir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(007)-53/2021 nömrəli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia təmin olu nmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsini, Konstitusiya Məhkəməsinin Plenumu “Q.İbadovun şikayəti üzrə” 2016-cı il 7 mart tarixli Qərarını, Mülki Məcəllənin 139.3-ci maddəsini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 12.1-ci maddələrini və MPM-in 14.2, 77.1-ci maddələrini tətbiq etmiş və belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının 11 dekabr 2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh Ə.Kürçaylı küçəsi ev 8, 15 saylı mənzilinə köçürülməklə həmin mənzil sol tərəfdə yerləşən 18,0 kv.m olan bir otağının kirayə müqaviləsi onun adına bağlanılması və onun həmin otağın kirayəçisi hesab edilməsi qərara alındığından, həmin sərəncama əsasən DƏDRX-in Bakı şəhə r Ərazi İdarəsi tərəfindən Cavabdeh 28 iyul 2017-ci il tarixli çıxarış verildiyindən, habelə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin 11 dekabr 2015ci il tarixli sərəncamının ləğv olunması İddiaçı tərəfindən 2 saylı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirildiyindən və iddiası rədd edildiyindən iddia təmin olunmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı hüquqi varisi X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(007)-53/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8876/2021 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakim lər A.N.İmanovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(007)53/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı hüquqi varisi X4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8876/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormaları pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mənzil bölünməz əşyadır və onun bir otağının özəlləşdirilməsi MM-in 135.6-cı maddəsinə ziddir. Həmçinin iddiaçının razılığı olmadan mənzilin otağının özəlləşdirilməsi ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5 və 8-ci maddələri pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Cavabdeh hüquqi varisi Nümayəndə2 nümayəndəsi Nümayəndə1 vasitəsi ilə kassasiya şikayətinə qarşı yazılı etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8876/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Eti raz işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, iş in faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyə ti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müv afiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tə rəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən işin hallarına, habelə hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzil vahid əmlak olsa da, onun ayrı-ayrı hissələrinin, otaqların vətəndaşların mülkiyyətinə verilməsi MM-nin 135.6-cı maddəsinin mahiyyətinə zidd deyildir. Belə ki, həmin maddə əşyalar bölünər və bölünməz ola bilməsini təsbit edir, lakin belə əşyaların üzərinə hüquqları əmələ gəlməsini məhdudlaşdırmır. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları da, mənzilin hər hansı ayrı otağının vətəndaşın mülkiyyətinə verilməsini məhdudlaşdırmır. Belə ki, Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddənin mətni təhlil edilərkən müəyyən olunur ki, onun əvvəllər ikinci hissəsi də mövcud olmuş, lakin həmin norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 oktyabr 2000-ci il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Həmin müddəada göstərilirdi ki, bir neçə kirayəçinin yaşadığı biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli mənzillərin (evlərin) özəlləşdirilməsinə hər bir kirayəçinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə yol verilir. Konstitusiya məhkəməsi qeyd olunan normaya şərh verərkən göstərmişdir ki, mənzil orqanları tərəfindən vətəndaşlara biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli mənzillərin verilməsi öz hüquqi əsaslarına görə təcrid olunmuş mənzillərin verilməsindən fərqlənmir. Hər iki halda mənzillər eyni əsaslarla verilir və onlar ümumi hüquqi rejimə malikdirlər. Buna görə də, məhdud kommunal şəraitli mənzillərin ö zəlləşdirilməsi zamanı hər hansı bir məhdudiyyətin tətbiq edilməsi vətəndaşların mənzil şəraitindən asılı olaraq qeyri-bərabər hüquqi vəziyyətə salınmasını faktiki olaraq qanuniləşdirir. Beləliklə, hazırki mübahisədəki kimi, bir neçə kirayəçinin yaşadığı biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli mənzilin bir hissəsinin kirayəçilərin biri tərəfindən özəlləşdirilməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa zidd deyildir. Belə ki, Cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının 11 dekabr 2015-ci il tarixli sərəncamı ilə mübahisəli mənzilin bir otağının kirayəçisi hesab edilmiş, icra hakimiyyəti orqanının həmin qərarı hazırki iş üzrə iddiaçı tərəfindən inzibati məhkəmə mühakiməsi qaydasında mübahisələndirilsə də, son nət icədə iddiası mümkün sayılmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8876/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar