Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1626/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2064/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın dövlət r eyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayonu, 31 saylı evin, 2 otaqlı, ümumi sahəsi 55,11 kv.metr olan 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1086/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, mübahisəli mənzildən 10.000 manat kompensasiya ödənilməklə Cavabdeh istifadə hüququna xitam verilmiş, Cavabdeh İddiaçı və X1 qarşı “bağışlama müqaviləsi”-nin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2 (102)-191/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1086/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh ödənilməli olan 10.000 manat kompensasiya məbləği Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4-dən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əs aslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının atasıdır. O, iddiaçıya məxsus mənzildə qeydiyyatdadır və hal-hazırda həmin mənzildə yaşayır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1086/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən 10.000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilmiş, Cavabdeh İddiaçı və X1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Ona görə də cavabdeh sözügedən mənzildən çıxarılmalıdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) xx.xx.2023-cü il tarixli, e2(060)-4113/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4-dən çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı həmin mənzildən cavabdehin istifadə hüququna 10.000 manat kompensasiya verilməklə xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsə də Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1086/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-191/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır.
9. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçı tərəfindən cavabdehə 10.000 manat kompensasiya verilməklə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin kompensasiya məbləği ödənildiyi üçün artıq cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilmişdir. Belə olan halda iddiaçı cavabdehin həmin mənzi ldən çıxarılmasını tələb etməkdə haqlıdır.
10. Məhkəmə Mülki Məcəllənin 152.1, 157.1, 175.2, 157.4-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. Belə ki, bağışlama müqaviləsi bağlanarkən o, notarial qaydada razılıq ərizəsi vermişdir. Xırdalan şəhərində biznes fəaliyyəti ilə məşğul olan oğlu Ceyhunun maddi təminatı baxımından bu addımı atmışdır. Razılıq ərizəsinin kökündə də yuxarıda göstərdiyi hal durur. O, öv ladlarını maddi cəhətdən daim təmin edib. Fikirləşmişdir ki, övladları ilə birlikdə yaşayıb, ömrünü onların himayəsi altında başa vurar. Hal-hazırda ona məlum olmuşdur ki, övladları onun kimi fikirləşmirlər. Onlar yaşının bu vaxtında onu mənzilsiz qoymaq istəyirlər. Hal-hazırda ona təklif edilən kompensasiya hesabına normal yaşamağı üçün mənzil ala bilmir, bu halda yeganə yaşayış yeri evsiz-eşiksiz insanlar üçün nəzərdə tutulmuş obyektlər olacaq. Yeganə çıxış yolu bağışlama müqaviləsinə verdiyi razılığın və müqavilənin özünün etibarsız hesab olunmasıdır. Məhkəmə də bütün bu faktları gördüyü və bildiyi halda 10.000 manat kompensasiyanı yetərli bilir. Kompensasiyada yetərli görüntüsü yaratmaq üçün heç bir həqiqəti əks etdirməyən qiymətləndirici rəyinə istinad edir. Həmin rəydə mənzilin orta bazar qiyməti 33-38.000 manat arası kimi görünür. Mənzilinə gələn müştəri isə ona 65.000 manat pul təklif edir. Məhkəmə işə baxarkən ona 10.000 manat kompensasiya verilməsi məsələsini əsas götürmüş, digər halları isə araşdırmaqdan imtina etmişdir. Digər hallar dedikdə isə fikrini onunla əsaslandırır ki, öz mənzilinə görə 10.000 manat kompensasiya təklif edərkən, mənzilin dəyərini ekspertiza mərkəzi 35.000 manat təyin etmişdir. Hal-hazırda isə mənzilin dəyəri təqribən 65.000 manat dəyərindədir. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2064/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (L.Məmmədova sədrlik edən, məruzəçi, A.Mahmudov və S.Qafari) cavabdehin apellyasiya şikayətinin təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçı tərəfindən cavabdehə 10.000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin kompensasiya məbləği ödənildiyi üçün artıq cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Belə olan halda iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
15. Göstərilənlərə əsasən cavabdehin mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur və iddianı təmin etməklə birinci instansiya m əhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 157.4-ci maddələrinə, habelə MPM-in 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etir az təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konsti tusiyası
22. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilmə si və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
36. Belə ki, işdən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonu, 31 saylı evin, 2 otaqlı, ümumi sahəsi 55,11 kv.metr olan 4 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1086/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, mübahisəli mənzildən 10.000 manat kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilmiş, habelə cavabdehin iddiaçıya və digərlərinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddiası rədd edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehə 10.000 manat kompensasiya ödənilməklə onun mənzildən istifadə hüququna xitam verilmişdir və həmin məbləğ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına köçürülmüşdür.
38. Göründüyü kimi cavabdeh mənzildə yaşamaqla iddiaçının həmin mənzilə olan mülkiyyət hüququnu pozur və məhdudlaşdırır.
39. Belə ki, cavabdehin təqsiri üzündən iddiaçı ona mənsub olan mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu həyata keçirə bilmir.
40. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələri nin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(105)-2064/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.