Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1627/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5932/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxxxxx 2006-cı il tarixdə “xxxx” MTK ilə Cavabdeh2 arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni G ünəşli qəsəbəsi “V” yaşayış massivində inşa etdiyi binanın 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 177 saylı mənzili (144.5 kv.metr) Cavabdeh2 təhvil vermək barədə üzərinə öhdəlik götürmüşdür. Mənzilin tam dəyəri Cavabdeh2 tərəfindən ödənilmişdir. xx xxxx 2010-cu il tarixdə həmin MTK tərəfindən həmçinin İddiaçı ilə yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa olunmuş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 177 saylı ümumi sahəsi 71.3 kv.metr olan bir otaqlı mənzili İddiaçı təhvil vermək barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh2 xx xxxxxx 2006-cı il tarixli müqavilə əsasında dəyərini ödəməklə aldı ğı üç otaqlı mənzilin ona təhvil verilməməsi ilə əlaqədar o, həmin mənzilin (ümumi sahəsi 144.5 kv.metr təşkil edən və 4-cü mərtəbədə yerləşən) ona təhvil verilməsi və eləcə də ona dəymiş 108.000 manat məbləğində maddi ziyanın tutulması barədə “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək üç otaqlı mənzilin MTK-dan alınaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi üç otaqlı mənzilin MTK-dan alınaraq Cavabdeh2 təhvil verilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan R espublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə maraqlı şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2016-cı il tarixli qətnamə icra olunarkən yanlışlığa yol verilərək Cavabdeh2 məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş ümumi sahəsi 144.5 kv.metr təşkil edən 3 otaqlı mənzilə (4-cü mərtəbədə yerləşən) deyil, həmin binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71.3 kv.metr təşkil edən 1 otaqlı mənzilə köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin fevral ayında Mahmudov X1 rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh2 və maraqlı şəxs “xxxx” MTK-y a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MTK ilə bağladığı yaşayış binasında mənzil tikintisi haqqında xx xxxx 2010-cu il tarixli müqaviləyə əsasən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71.3 kv.metr təşkil edən 1 otaqlı 177 saylı mənzili dəyərini tam ödəməklə almasına baxmayaraq, Cavabdeh2 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə MTK ilə bağladığı müqavilə əsasında əldə etdiyi ümumi sahəsi 144.5 kv.metr təşkil edən və 4-cü mərtəbədə yerləşən üç otaqlı 177 saylı mənzilin ona təhvil verilməsinin qət olunmasına baxmayaraq həmin qətnamənin icrası zamanı Cavabdeh2 əsassız olaraq ona məxsus bir otaqlı mənzilə köçürülməsini, cavabdehlərin həmin hərəkətləri nəticəsində onun qanunla qorunan və müdafiə olunan mülkiyyət hüququnun pozulmasını əsas göstərməklə qanuni əsaslarla əldə etdiyi ümumi sahəsi 71.3 kv.metr olan bir otaqlı 177 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1781/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: S.M.Miriyeva) İddiaçı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı qətnamə ilə razılaşmayaraq iddia ərizəsinin dəlillərinə əsaslanmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-989/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Q.Nəbiyev (sədrlik edən və məru zəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3016/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-989/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının müqavilə əsasınd a və dəyərini ödəməklə əldə etdiyi mənzilinin ona təhvil verilməsindən imtina edərkən sübutlara düzgün qiymət verməmiş, qətnaməni tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5932/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1781/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 müqavilə əsasında əld ə etdiyi üç otaqlı mənzilə köçürülməli olduğu halda İddiaçı məxsus bir otaqlı mənzilə köçürüldüyündən, onun iddia tələbi əsaslıdır və təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək onunla MTK arasında müqavilə bağlandıqdan sonra binanın ilkin layihəsində 2009-cu ildə dəyişiklik edilməklə sahəsi 144.5 kv.metr təşkil edən mənzillərin yeni layihədə nəzərdə tutulmamasını, xx xxxxxx 2006-cı il tarixli müqaviləyə görə isə MTK-nın 177 saylı mənzili ona təhvil vermək barədə üzərinə öhdəlik götürməsini və 177 saylı 1 otaqlı mənzilin ona təhvil verilməklə müqavilə öhdəliyinin icra olunmasını, işə baxan apellyasiya instansiyası məhkəməsinin işin həmin hallarını nəzərə almamaqla düzgün olmayan nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə Cavabdeh2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. İddiaçının vəkili şikayətlə razılaşmayaraq təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, MTK tərəfindən Cavabdeh2 ilə üç otaqlı mənzilə, İddiaçıla isə bir otaqlı mənzilə dair müqavilələr bağlanmış və tərəflər aldıqları mənzillərin ölçülərinə uyğun olaraq, MTK-ya pay haqqı ödəmişlər. MTK Cavabdeh2 ümumi sahəsi 144.5 kv.metr olan üç otaqlı mənzili təhvil vermək barədə üzərinə öhdəlik götürsə də, müqavilədə nəzərdə tutulmuş 4-cü mərtəbədə üç otaqlı mənzil mövcud olmadığından öhdəliyin icrasını təmin etmək mümkün olmamışdır. Bununla belə, Cavabdeh2 müqavilə üzrə müəyyən olunmuş üç otaqlı mənzilin (4cü mərtəbədə) ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmış və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Lakin müəyyən olunduğu kimi Cavabdeh2 həmin qətnamənin icrasında yol verilmiş yanlışlıq səbəbindən müqavilə üzrə iddiaçıya təhvil verilməsi müəyyən olunmuş 5ci mərtəbədə yerləşən 1 otaqlı mənzilə köçürülmüşdür. İşdən göründüyü kimi, mübahisə predmeti olan bir otaqlı mənzilə dair müqavilə iddiaçı ilə bağlandığından və həmin mənzil müqavilədə göstərilən 5-ci mərtəbədə yerləşməklə sıra nömrəsi 177 olduğundan, eləcə də, həmin müqavilə qüvvədə olmaqla onun iştirakçılarının öhdəliklərini müəyyən etdiyindən apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı bir otaqlı mənzilin dəyərini tam ödəməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən onun mülkiyyəti olduğundan və mülkiyyət hüququ Mülki Məcəllənin 152-ci maddəsi ilə müdafiə olunduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə əməl edilməklə çıxarılmış, qətnamənin ləğv edilməsinə əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5932/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl
Məhkəmə qərarları › İş №2(102)-1627/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1627/2021
17.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver