Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1627/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-1627/2023 Açar sözlər: (mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi, darvaza və hasarın sökülməsi) Bakı şəhəri, 17 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddia və Cavabdeh İd diaçı qarşı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1181/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki şəhəri Məmməd Cabbarov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 54 kv/m yaşayış, 108.6 kv/m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½, Cavabdeh ½ adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi tərəflər arasında faktiki olaraq bölünmüş və hər bir tərəf faktiki bölgü üzrə özlərinə aid etdikləri sahələrdən istifadə etməkdədirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50.000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək iddiasındakı “cavabdehin hesabına sökülməsi” sözlərinin əvəzinə “ sökülsün” sözləri ilə əvəz olunmasını, yəni Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50.000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsi 11/23-də yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin qonşuluğunda yaşayan Cavabdeh Abdulləvəl oğlu fərdi yaşayış evinin qarşısında heç bir rəsmi icazəsi olmadan 2 mərtəbəli özbaşına tikili inşa etmişdir. Hansı ki, bu özbaşına tikili fərdi yaşayış evinə giriş-çıxış üçün məhdudiyyət yaratmaqla yanaşı, qəzalı vəziyyətdə olması səbəbindən onun qarşısından keçən insanların həyatı üçün də açıqaşkar təhlükədir. Bununla y anaşı cavabdehin inşa etdiyi özbaşına tikili səbəbindən gələcəkdə öz darvazasının yerini dəyişmək imkanından da məhrum olmuşdur. Belə ki, əgər bunu etsə özbaşına tikilinin divarını uçurtmaq məcburiyyətində qalacaqdır. Belə olan halda isə cavabdehlə aralarında növbəti mübahisə yaranacaqdır. Özbaşına tikilinin sökülməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən həyətyanı sahədən çöl tərəfdə inşa edilmiş tikilinin saxlanılması onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə ümumilikdə maneçilik yaradır. Onun Cavabdeh qarşı qaldırdığı hazırki iddia tələbi üzrə məhkəmə tərəfindən X3 və Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə bir neçə dəfə ekspertiza tədqiqatı aparılmışdır. Lakin həm X2 mütəxəssisləri, həm də Məhkəmə Ekspertizas ı Mərkəzinin ekspertləri tərəfindən ona məxsus darvazanın yerinin dəyişdirilməsinin cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan vura biləcəyi, ziyan vura bilərsə həmin tikilinin hansı hissəsinə ziyan vura biləcəyinə dair sual cavablandırılmamışdır. Həmçinin hesab edir ki, X2 mütəxəssislərinin apardığı tədqiqat ekspertiza tədqiqatı ilə müqayisədə daha dolğun olduğundan məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən məhz X2 verdiyi rəylərə istinad edilməlidir. Bundan başqa uzun müddətdir ki, onunla cavabdeh arasında həm hazırda mübahisələndirilən tikilinin, həm də buna qədər məhkəmədə mübahisələndirdiyi tikilinin sökülməsi ilə bağlı iddia tələbləri üzrə məhkəmə iclaslarında iştirak etmək üçün yaşadığı Bakı şəhərindən Şəki şəhərinə gəlib getmək məcburiyyətindədir. Hər dəfə Şəki şəhərin ə gəlib qayıtması üçün yol pulundan əlavə digər zəruri ehtiyaclarının ödənilməsi üçün pul vəsaitini xərcləməli olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən hüquqlarının pozulması ilə bağlı məhkəmələrə müraciət etməli, məhkəmə prosesləri ilə bağlı mütəmadi olaraq Şəki şəhərinə gəlib-qayıtmalı olduğundan işini də itirmişdir. Buna görə də davamlı olaraq hər hansı fəaliyyətlə də məşğul ola bilmir. Bütün bunlar onun cavabdehin təqsiri ucbatından maddi ziyana məruz qalmasının göstəricisidir. Həmçinin onun hüquqlarının pozulması nəticəsində ona mənəvi ziyan da dəymişdir. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona dəyən ziyanın məbləği onun iddia ərizəsində Cavabdeh tələb etdiyi ziyan məbləğində daha yüksəkdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyy ətində qalmışdır.
6. Cavabdeh İddiaçı qarşı məhkəməyə 31 may 2021-ci il tarixdə daxil olmuş qarşılıqlı iddia ərizəsində onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş cavabdeh İddiaçı məxsus dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın cavabdeh İddiaçı öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ata-anasının birgə nikah dövründə inşa etdirdikləri yaşayış evi olmuş və onlar arasında nikah pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən atası Səlimov Abduləvvəl Mustafa oğlu ilə anası X6 arasında aparılan əmlak bölgüsü zamanı atası Səlimov Abduləvvəl Mustafa oğluna düşən əmlak payı olmuşdur. Sonradan ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 23 yanvar 1974-cü il tarixdə tərtib olunmuş “Dəyişmə müqaviləsinə əsasən onun tərəfindən atası Səlimov Abduləvvəl Mustafa oğluna məxsus H.Sultanov küçəsi 27 ünvanında yerləşən yaşayış evinin 1 /2 hissəsi ilə dəyişdirilmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə bitişik 0.10 ha torpaq sahəsi həyətyanı sahə kimi ona verilmişdir. Belə ki, Təsərrüfatlararası cins malqara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı"nda onun qanuni istifadəsində 0.10 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X11 Filialından verilmiş 30 noyabr 2018-ci il tarixli Arxiv arayışında da onun torpağının cəmi 0.10 ha, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 ha olması qeyd edilmişdir. Bundan sonra müvafiq icazə əsasında onun qanu ni istifadəsində olan torpaq sahəsində tərəfindən mətbəx, hamam və otaq inşa edilmişdir. İddiaçının mübahisələndirdiyi iki mərtəbəli bina onun tərəfindən 1986-1990-cı illərdə inşa edilmiş və hal-hazıradək həmin binanın qarşısından keçən hər hansı bir şəxs üçün təhlükə yaranması ilə bağlı hər hansı qonşudan və ya oradan keçən şəxslərdən şikayət və irad bildirilməmişdir. Onun tərəfindən inşa edilmiş və İddiaçı tərəfindən mübahisələndirilən tikilidə heç bir qəzalı vəziyyət yoxdur. Həmin bina keçən 30 il ərzində çoxlu zəlzələlərə davam gətirmişdir. Əgər bina qəzalı vəziyyətdə olsaydı Şəki Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri zəlzələlərdən sonra şəhərdə qəzalı binaları qeydiyyata alarkən həmin binanı da qəzalı bina kimi qeydiyyata alardılar. Mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X7 İcraiyyə Komitəsi qərara almışdır ki, Şəki şəhəri, 25-ci rayon, Sultanov küçəsi, 11 nömrəli evdə yaşayan 6 nəfər ailə üzvü olan ona həmin ünvanda adına olan bir otaqlı evinə iki otaq və mətbəx calamağa icazə verilmişdir. Qeyd edilən tikililər onun tərəfindən 1986-1990-cı ildə inşa edilmişdir. Həmin vaxt iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi belə olmamışdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı onun tərəfindən inşa edilmiş iki mərtəbəli tikilinin özünün yaşadığı evə aid həyətyanı sahəyə daxil olması üçün quraşdırılmış darvazaya mane olduğunu göstərsə də bu həqiqəti əks etdirmir. Belə ki, həmin darvazadan iri h əcmli yük maşınlarının keçməsi belə mümkündür. Həmçinin iddiaçının açılmasına maneçilik yarandığını bildirdiyi darvaza ona aiddir. Belə ki, həmin darvaza uzun illər əvvəl məhz onun tərəfindən hazırkı yerdə quraşdırılmışdır. Bundan başqa ona məxsus tikili darvazanın açılmasına maneçilik vardırsa həmin darvaza hazırki yerindən götürülməklə bir qədər kənarda quraşdırılmalıdır. İddiaçı ilk iddia ərizəsində qeyd etdiyi dəmir darvaza və həmin darvazaya bitişik çay daşından inşa edilmiş hasar onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Bu da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur, onun mülkiyyətindən istifadə etməsinə maneə yaradır. Ona görə də həmin dəmir darvaza və çay daşından inşa edilmiş hasar iddiaçının öz vəsaiti hesabına sökülməlidir.
8. Cavabdeh İddiaçı ona qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 MMC-nin direktoru X8 ifadəsində göstərmişdir ki, o, Şəki Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərardadının icrası üzrə, həmin qərardadda qoyulmuş suallar üzrə rəy verilməsi məqsədi ilə mütəxəssis Nizami Səmədov və mühəndis Emin Quliyevin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirtmişdir. Ətraflı tədqiqat apararaq mütəxəssis Nizami Səmədov və mühəndis Emin Quliyevin iştirakı ilə 19 mart 2021-ci il tarixli, 13 saylı rəyi vermişlər. Ekspertiza tədqiqatı zamanı hər iki tərəfə aid torpaqların konturu müəyyən edilmişdir. Mülkün ½ hissəsi İmrana, digər ½ hissəsi isə Rahimə aiddir. O, rəy verilərkən əmlakın texniki pasportuna və çı xarışa da istinad etmiş və düzgün, ədalətli rəy vermişdir. Cavabdeh inşa etdiyi mübahisəli tikilinin dam örtüyündan axan yağış iddiaçının istifadəsində olan darvazanın paslanmasına səbəb ola bilər və həmin dam örtüyü vahid dam örtüyü olduğundan o da rəydə vahid fikir bildirmişdir. İddiaçıya aid darvazanın yerinin dəyişdirilməsi iddiaçının istəyi üzrə həyətin yola tərəf olan istənilən hissəsinə dəyişdirilə bilər. Darvaza içəriyə açılmalıdır. Əgər yol tərəfdə maneçilik yoxdursa darvaza çölə və yaxud da içəriyə də açıla bilər. Darvazanın götürülməsinin tikiliyə ziyan vurub-vurmayacağı darvazanın oradan hansı şəkildə götürülməsindən asılıdır. Tikiliyə ziyan dəyməməsi üçün darvazanın açılan hissəsi qaynaqla kəsilib götürülə bilər. Əgər darvazanın dirəyi tikilinin içərisindədirsə darvaza götürül ərkən tikiliyə ziyan dəyə bilər.
10. X2 19 mart 2021-ci il tarixli, 13 nömrəli rəyinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi tikili cavabdehə məxsus **********54-10301 saylı çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşdiyi üçün tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir.
11. X2 11 may 2022-ci il tarixli, 48 nömrəli rəyindən müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh tərəfindən inşa etdiyi tikili cavabdehə məxsus **********54-10301 saylı çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşdiyi üçün tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/3724 nömrəli rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş mübahisə predmeti olan tikilinin dam örtüyünün çıxıntı hissələri faktiki olaraq İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin həmin çıxıntıların torpaq sahəsindən istifadəyə maneçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti ekspertinin səllahiyyətləri xaricində olduğundan qərardadın 3,4 və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 10/1485 nömrəli rəyindən müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehə məxsus **********54-10301 saylı çıxarışda göstərilən həyətyanı tor paq sahəsinin hüdudları xaricində yerləşir. Həmin tikiliyə dair mülki iş materiallarında hər hansı bir layihə sənədi olmadığından həmin tikilinin tikinti norma və qaydalarına uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır.
14. Şəki Rayon Məhkəməsinin (hakim: E.Mehdiyev) xx.xx.2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddiaların təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 54 kv/m yaşayış, 108.6 kv/m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı ilə Cava bdeh ½ hissələrlə paylı mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi tərəflər arasında faktiki olaraq bölünmüş və hər bir tərəf faktiki bölgü üzrə özlərinə aid etdikləri sahələrdən istifadə etməkdədirlər. İddiaçı Cavabdeh tərəfindən paylı mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsinin çöl tərəfində, həyətyanı torpaq sahəsinə bitişik şəkildə inşa etdiyi tikilinin onun istifadəsində olan torpaq sahəsinə daxil olması üçün quraşdırılmış darvazanın açılmasına, Cavabdeh tərəfindən həyətyanı sahədən çöl tərəfdə inşa edilmiş tikilinin saxlanılmasının onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə ümumilikdə maneçilik yaratdığını əsas gətirərək həmin tikilinin sökülməsini tələb edir. Cavabdeh tərəfindən ona qarşı qaldırılmış dəmir darvazanın və daş hasa rın sökülməsi tələbinə dair qarşılıqlı iddianı isə əsaslı hesab etmir. Cavabdeh isə onun tərəfindən mübahisələndirilən tikilinin 1986-1990-cı illərdə inşa edildiyini, həmin vaxt iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi belə olmadığını, onun tərəfindən inşa edilmiş tikilinin iddiaçıya heç bir maneçilik yaratmadığını, əksinə iddiaçının torpaq sahəsinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın ona aid olduğunu, iddiaçının həyətinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın və ona bitişik şəkildə inşa edilmiş daş hasarın saxlanılmasının onun hüquqlarını pozduğunu əsas gətirərək ilk iddianı qəbul etmir və qarşılıqlı iddiasının təmin edilməsini məhkəmədən xahiş edir.
16. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis X2 verdiyi rəylərlə Cavabdeh inşa etdiyi tik ilinin cavabdehə məxsus mülkiyyət sənədində göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşməsi nəzərə alınaraq tikinti norma və qaydalarının tələblərinə uyğun olmaması müəyyən edilsə də Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylə həmin tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. Bundan başqa mütəxəssisin tədqiqatı ilə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin dam örtüyünün çıxıntı hissələrinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dam hissədən axan yağış suları və iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına maneə yaratması, cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin maneə yaradan tikili olması müəyyən edilsə də mütəxəssis tərəf indən verilmiş rəylərdə dam örtüyünün çıxıntı hissələrindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə axan yağış sularının, iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına hansı şəkildə maneə yaratması, cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin maneə yaradan tikili olması qeyd edilsə də maneənin mahiyyəti şərh edilməmiş, yəni bir layı açılan, lakin tam açılmayan darvazanın tam açılması üçün tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin sökülməli olub-olmaması, bunun üçün əsaslı tikilidə söküntü işləri aparılmadan dəmir darvazanın bir qədər kənarlaşdırılması imkanları araşdırılmamışdır. Lakin ekspertiza tədqiqatı zamanı cavabdehin inşa etdiyi tikilinin, həmin tikilinin dam örtüyünün çıxıntı hissələrinin iddiaçının istifadəsində olan t orpaq sahəsindən, iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olması üçün nəzərdə tutulmuş darvazadan istifadədə hər hansı maneçilik törətməsi kimi bir fikir formalaşmamışdır. Bundan başqa həm mütəxəssis həm də ekspertiza tədqiqatı zamanı İddiaçı məxsus darvazanın yerinin dəyişdiriləcəyi təqdirdə cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan dəyə biləcəyi müəyyən edilməmişdir. Əgər İddiaçı məxsus darvazanın yerinin dəyişdiriləcəyi təqdirdə cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan dəyə biləcəkdirsə belə bu hal İddiaçı deyil, Cavabdeh hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə biləcək bir haldır. Cavabdeh isə İddiaçı qarşı qaldırdığı İddiaçı məxsus dəmir darvazanın və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi iddiaçını darvazanın götürüləcəy i halda inşa etdiyi tikiliyə ziyan dəyməsi ehtimalı ilə əsaslandırmamışdır.
17. Beləliklə də mütəxəssis və ekspertiza tədqiqatları zamanı həm cavabdehin inşa etdiyi tikilinin, həm də iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın və darvazaya bitişik şəkildə inşa edilmiş daş hasarın sökülməsi üçün əsas ola biləcək hər hansı bir hal müəyyən edilməməklə yanaşı cavabdehin inşa etdiyi, mübahisə predmeti olan tikilinin reyestr nömrəsi **********54- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşməsi müəyyən edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, 04 oktyabr 2006-cı il tarixdə verilmiş reyestr nömrəsi ******** **54-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə tərəflərin payları sənəd üzrə naturada yerində müəyyən edilməmiş, tərəflər paylı mülkiyyətdə olan əmlakda qarşılıqlı razılıq əsasında faktiki bölgü işlərini aparmışlar.
19. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində inşa etdiyi tikilinin İddiaçı hüquqlarını, həmçinin Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində mövcud olan dəmir darvazanın və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın Cavabdeh hüquqlarını pozması halları müəyyən edilmir.
20. İddiaçı iddia tələbində cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan k imi 50000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də iddia ərizəsində sökülməsi tələb edilən tikilinin daha əvvəllər inşa edilməsi nəzərə alınaraq, tikili istisna olmaqla cavabdehin son qoymalı olduğu qanunsuz əməllərinin nədən ibarət olmasına iddia ərizəsində aydınlıq gətirilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Həmçinin İddiaçı Cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçıya hər hansı məbləğdə maddi və mənəvi ziyan dəyməsi müəyyən edilməmişdir.
21. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, sonradan Maraqlı şəxs də onun iddiasına cavab verməli olan şəxs qismində cəlb edilməsinə dair müraciəti üzrə həmin təşkilatın da cavabdeh qism ində cəlb edilməsinə baxmayaraq, tikililərin, hasarın inşasında, darvazanın quraşdırılmasında Maraqlı şəxs rolunun olub-olmaması, Maraqlı şəxs tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasına dair məhkəməyə heç bir sübutu təqdim etməmişdir.
22. Sadalananlar diqqətə alınaraq məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbində, Cavabdeh isə İddiaçı qarşı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsinə dair qarşılıqlı iddia tələbində haqlı deyildirlər.
23. Cavabdeh İddiaçı ona qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsin ə əsasən İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməli olması nəzərdə tutulmadığından məhkəmə iddia müddətinin tətbiqini əsaslı hesab etməmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 157.4, 170.1, 213.1 220.1, 372.1, 372.2, 384.0.4, 1096.1, 1097.1-ci maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək ilkin iddianın Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi və cavabdehin qanunsuz əməllərinə son q oyulması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin iddianı rədd etsə də gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə özbaşına tikilinin iddiaçıya mane olan dam örtüyünün çıxıntısı ilə araşdırma aparmamışdır. Qətnamədə qeyd olunmuş əsaslandırma işin hallarına uyğun gəlmir. Belə ki, mülki iş materiallarında olan mütəxəssis və ekspert rəyləri məhkəmənin əsaslandırmasına tamamilə ziddir. Hakim öz mülahizəsinə üstünlük vermişdir. Yeni sübut təqdim edilməmişdir.
27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) 2(107)-1181/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edil məmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından İddiaçı apellyasiya şikayətinə münasibətdə əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq İddiaçı iddia tələbinə münasibətdə düzgün olaraq təmin etməmişdir.
29. Apellyasiya şikayətinin ekspert rəyləri ilə bağlı dəlillərini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, birinci ins tansiya məhkəməsi də mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə eksperiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/3724 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022- ci il tarixli, 10/1485 nömrəli rəyinə istinad etməklə iddianı rədd etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qanunverici ekspertizanın təyin edilməsi üçün əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Hazırki iş üzrə iddiaçı ekspertizanın təyin edilməsinə dair birinci instansiya məhkəməsində işə baxılarkən vəsatət versə də, vəsatətinin əsaslı olduğuna dair hər hansı bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Qanunv erici isə ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur və onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157, 170, 171, 172 və 560-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 372, 101 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassas iya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə iş üzrə səhv nəticəyə gəlinmişdir. Yəni mütəxəssis və ekspertiza tədqiqatları zamanı özbaşına tikilinin Cavabdeh həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşməsi, tikilinin dam örtüyünün və darvazaya bitişik hissəsinin İddiaçı mülkiyyətinə maneə yaratdığı müəyyən edilsə də, kollegiya buna münasibət bildirməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin formal mülahizələ rə əsaslandığını, kassasiya şikayətində göstərilənlərin iş materialları ilə təsdiq olunmadığını əsas göstərərək şikayətin təmin olunmamasını, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2022-ci il tarixli, 2(107)-1181/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz ə mlak qonşunun sahəsi və ya əmlakı sayılır.
36. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
37. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlə rin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
38. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
39. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Ma ddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sü butlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
49. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı qanunsuz inşa ediliş tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.
50. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
51. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların v arlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
53. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Həmçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkə mənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı cavabdehin inşa etdiyi tikilinin iddiaçının evinə giriş–çıxışa hər hansı bir maneə yaratması halı müəyyən edilməmişdir.
56. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qanunsuz tikildiyi halda belə iddia edilən tikililərin iddiaçının hüquq mənafelərini pozmadığı müəyyən edildiyindən iddiaçının həmin tikililərin sökülməsini tələb etmək hüququ yoxdur.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlill ərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1181/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.