Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1629/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1629/2019 Bakı şəhəri 28 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qərardadından Cavabdeh3-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-51/14) iddia tə min edilərək, “xxxx” ASC ilə “Cavabdeh2” MMC arasında bağlanmış 26 sentyabr 2008-ci il tarixli LB-022 saylı X2 Müqaviləsinin ləğv edilməsi, lizinq obyektləri olan dövlət qeydiyyat nişanları **-TF-***, **-TF-***, **-TF-***, **TF-***, **-TF-***, **-TF-***, **-TF-***, **-TF-***, **-TF-***, **-TF-***, **-TF-***, **-TF-***, **TF-***, **-TF-***, **-TF-***, **-TF-*** olan 16 ədəd “İsuzu Urban” markalı avtobusların iddiaçı “xxxx” ASC-yə təhvil verilməsi, cavabdehlər “Cavabdeh2” MMC-dən, Cavabdeh1 Sadıq oğlundan və Cavabdeh3-dən əsas borc üzrə 351467,66 manat, faiz borcu üzrə 135812,67 manat, dəbbə pulu 35925,42 manat olmaqla, cəmi 523205,75 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” ASCnin xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, M.Məmmədov, E.Nağıyeva, iş№ 2(103)-740/17) Cavabdeh3-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 Sadıq oğlu və “Cavabdeh2” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsi qismən-yəni iddia tələbinin zamin Cavabdeh1 Sadıq oğluna münasibətdə təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin Cavabdeh1 Sadıq oğlundan əsas borc üzrə 351467,66 manat, faiz borcu üzrə 135812,67 manat, dəbbə pulu 35925,42 manat olmaqla, cəmi 523205,75 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” ASCnin xeyrinə tutulmas ı hissəsində rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)-4226/18) cavabdeh “Cavabdeh2” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 29.09.2018-ci il tarixdə Cavabdeh3-nin direktoru Q.N.İsmayılov və onun vəkili X1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərardadı kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, M.Məmmədov, Ş.Məhərrəmova, iş № 2(103)-740/17) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə tam olaraq yoxlanıldığından, həmin qətnamədən Cavabdeh3-nin direktoru Q.N.İsmayılov və onun vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh3-nin direktoru Q.N.İsmayılov verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib onun kassasiya şikayəti üzrə işə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qər ardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsi hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini kassasiya qaydasında işə baxarkən artıq tam həcmdə yoxlamış və 25 iyun 2018-ci il tarixdə yekun qərar qəbul etmişdir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub- olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilibedilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 oktyabr 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2018-ci il ta rixli qərarı ilə tam olaraq yoxlanıldığından, həmin qətnamədən Cavabdeh3nin direktoru tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işüzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qərardad prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündü
Məhkəmə qərarları › İş №2(102)-1629/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1629/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver