Məhkəmə qərarları › İş №2-2(102)-781/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-781/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-781/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 avqust tarixli 2-2(106)-139/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən v erilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 30 aprel tarixli MK 032 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 3 (ədəd) Asma disklimala, 3 (ədəd) Asma rotasion mala, 3 (ədəd) Pnevmatik asma toxumsəpən, 3 (ədəd) asma kultivator-bitkiqidalandırıcı, 3 (ədəd) kultivator torpaqdarayıcı mala, 3 (ədəd) Asma gübrəsəpən, 3 (ədəd) qoşqulu 5000 litrlik su çəni, 3 (ədəd) torpaq qırıcılı kotan, 3 (ədəd) Asma beşgövdəli kotan, 3 (ədəd) 24-lü taxılsəpən gübrəsəpənlə, 1 (ədəd) 4 sıralı diskayaqlı pnevmatik to xumsəpən, gübrəsəpənlə (Aniza ekim makinası), 2 (ədəd) Suvarma üçün qurğular pompası ilə birgə, 1 (ədəd) 4x2 sıralı pnevmatik çarpaz toxumsəpən, gübrəsəpənlə adlı texnikanın saz və işlək vəziyyətdə geri qaytarılması və 47966.71 manat gecikdirilmiş əsas borcun, 34919.76 manat cərimə borcunun və 339 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 15 aprel tarixli e-2-2(121)-642/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 30 aprel tarixli MK 032 nömrəli X1 Müqaviləsinə xitam verilməsi, Lizinq predmeti olan 3 (ədəd) Asma diskli mala, 3 (ədəd) Asma rotasion mala, 3 (ədəd) Pnevmatik asma toxumsəpən, 3 (ədəd) asma kultivator-bitkiqidalandırıcı, 3 (ədəd) kultivator torpaqdarayıcı mala, 3 (ədəd) Asma gübrəsəpən, 3 (ədəd) qoşqulu 5000 litrlik su çəni, 3 (ədəd) torpaq qırıcılı kotan, 3 (ədəd) Asma beşgövdəli kotan, 3 (ədəd) 24-lü taxılsəpən gübrəsəpənlə, 1 (ədəd) 4 sıralı diskayaqlı pnevmatik toxumsəpən, gübrəsəpənlə (Aniza ekim makinası), 2 (ədəd) Suvarma üçün qurğular pompası ilə birgə, 1 (ədəd) 4x2 sıralı pnevmatik çarpaz toxumsəpənin iddiaçıya geri qaytarılması, cavabdehdən 47966,71 manat məbləğində əsas borc, 2000 manat məbləğində cərimə borcu və ödənilmiş 239,9 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50206,61 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 99,1 manat məbləğində dövlət rüsum u məbləğinin iddiaçıya geri qaytarılması qət edilmişdir (hakim Z.Abbasov). Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, yeni qərar qəbul edilməklə, iddianın rədd edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 avqust tarixli 2-2(106)-139/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər M.Əsədli və T.Kərimov). Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, yeni qərar qəbul edilməklə, iddianın rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkün lüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassas iya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Baxılan işin materiallarından göründüyü kimi, qiymətləndirilən iddianın qiyməti 82.886,47 manat təşkil etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilən məbləğdə 339 manat dövlət rüsumu ödənilmişdir. İstinad olunan normaların tələbləri baxımından məhkəmə icraatının sonrakı mərhələsində, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində deyil (338.66manatx50%=169.33 manat), cəmi 122 manat məbləğində ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kas sasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 avqust tarixli, 2-2(106)-139/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətin in icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar