Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-629/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq ödənişləri, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 iyun tarixli 2-2(103)-642/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında 2017-ci il 27 noyabr tarixli 06-LA/17 nömrəli soyuducu kameranın lizinqə verilməsi barədə müqavilə bağlanmış, lizinq müqaviləsi və ödəniş qrafiki hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, lizinq verən dəyəri 1.202.400 manat, tutumu 1.500 ton olan soyuducu kamera üçün avadanlıqları quraşdıraraq dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətə lizinqə verir. - 1.2-ci bəndinə əsasən, lizinq alan avadanlığın dəyərindən 60.120 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəmə yi öhdəsinə götürür.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 aprel tarixli e-2-2(113)-590/2024 nömrəli qətnaməsindən görünür ki, Agentlik tərəfindən Cavabdehə 2023-cü il 31 avqust tarixinə olan əsas və cərimə borcu tələb edilmiş, qətnamə ilə iddia qismən təmin olunaraq, Cavabdehdən 773.797 manat əsas borc, 25.000 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 798.797 manat pulun tutularaq Agentliyə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 4 iyul tarixli 2-2(103)-661/2024 nömrəli qətnaməsi ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2024-cü il 23 dekabr tarixində Ca vabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il 27 noyabr tarixli 06-LA/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2024-cü il 18 dekabr tarixinə hesablanmış 184.238 manat gecikdirilmiş borc və hesablanmış 47.349,17 manat cərimə borcunun, həmçinin hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi 232.087,17 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2017-ci il 27 noyabr tarixli lizinq müqaviləsi (bax § 1) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2024-cü il 18 dekabr tarixinə müqavilə üzrə 184.238 manat gecikdirilmiş borcu və hesablanmış 47.349,17 manat cərimə borcu yaranmışdır.
5. Cavabdeh tərəf iddiaya etiraz edərək, iş üzrə artıq məhkəmə aktının çıxarıldığını, həmin aktın qüvvədə olduğunu, bundan başqa, cərimənin mütənasiblik prinsipinə uyğun hesablanmadığını, yüksək məbləğdə olduğunu bildirmiş, həmçinin iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 4 aprel tarixli e-2-2(113)-1485/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2017-ci il 27 noyabr tarixli müqaviləyə əsasən əsas borc üzrə 184.238 manat, cərimə borcu üzrə 9.000 manat olmaqla, cəmi 193.238 manat pulun, həmçinin hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 483,24 manat pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmi ş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – K.Hüseynov).
7. Məhkəmə iş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tədqiq edərək hesab etmişdir ki, cavabdehin 2024-cü il 18 dekabr tarixinə müqavilə üzrə 184.238 manat ödənilməmiş əsas borcu qalmışdır.
8. Cavabdehin etirazını isə məhkəmə əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qətnamələrdən, həmçinin 2024-cü il 18 dekabr tarixli maliyyə arayışından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 aprel tarixli e-22(113)-590/2024 nömrəli qətnaməsindən ödənilməmiş 773.797 manat əsas borc hazırkı iş üzrə tələb olunan əsas borca daxil edilməmişdir.
9. Həmçinin məhkəmə 2017-ci il 27 noyabr tarixli müqaviləyə əsasən 184.238 manat əsas borca münasibətdə 9.000 manat məbləğində dəbbə pulunu daha ağlabatan və ədalətli hesab etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 467, 747.1, 748-1.12 və 748-1.12.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 iyun tarixli 2-2(103)-642/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
14. Bununla belə, hazırkı mübahisə üzrə yuxarıda qeyd edilən meyarlar qarşılanmamışdır. Hazırkı mübahisə eyni tərəflər və eyni əsaslar üzrə olsa da, iddianın predmeti fərqli olmuşdur. Belə ki, cavabdehin istinad etdiyi mübahisədə iddiaçı cavabdehin 2023-cü il 31 avqust tarixinə olan əsas və cərimə borcu tələb etmişdir, həmin icraat çə rçivəsində həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi məhz həmin tarixə qədər olan borcla bağlı iddia tələbinə baxmışdır.
15. Hazırkı mübahisə üzrə isə iddiaçı eyni müqavilə üzrə əlavə olaraq, 184.238 manat pul vəsaitini tələb etmiş, bununla bağlı isə istinad olunan icraatlarda münasibət bildirilməmişdir. Belə olan halda isə iddiaçı hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuş və birinci instansiya məhkəməsinin sözügedən iddia tələbinə baxmaq hüququ olmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 385, 442 və 443.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və “R.Süleymanov və F.Adıgö zəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 12 iyul tarixli qərarlarına, MPM-in 14.2, 77.1, 82.3 və 261.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MPM-in 261.0.2-ci maddəsi üzrə - İddiaçı eyni predmet barəsində və eyni əsaslar üzrə cavabdehə qarşı artıq bir dəfə iddia qaldırmışdır. Belə ki, iddiaçı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müra ciət edərək, 2017-ci il 27 noyabr tarixli 06-LA/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il 31 avqust tarixinə hesablanmış 773.797 manat gecikdirilmiş borc və hesablanmış 744.571,21 manat cərimə borcunun, həmçinin hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərc olmaqla, cəmi 1.519.268,21 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 aprel tarixli e-2-2(113)-590/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Qətnamədən cavabdehin verdiyi şikayəti apellyasiya məhkəməsinin təmin etməmiş, qətnamə qüvvəyə minmiş və icra olunması üçün icra şöbəsinə yönləndirilmişdir. Belə olan halda məhkəmə bunu nəzərə alaraq iddianın yolverilməzliy inə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi.
19. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqdan sonra eyni tərəflər arasında, eyni əsaslar üzrə iddia ərizəsinin icraata qəbul edilməsi və həmin işə mahiyyəti üzrə baxılması, başqa sözlə, əqdə əsaslanan tələb üzrə məhkəmə aktının qəbul olunduğu nəzərə alınmadan, eyni tələbin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə ziddir. Belə ki, pul məbləğinin tələbi barədə işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən lizinq müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etməli və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verməlidir. Ona görə də bu mübahisəyə artıq baxıldıqdan sonra yenidən eyni tələbin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyil.
20. Əqdə əsaslanan iddiaya artıq baxılıb qərar qəbul edildiyi halda, işdə iştirak etmiş şəxslər tərəfindən yenidən eyni tələbin irəli sürülməsi və ona baxılması yolverilməzdir. Ona görə də, verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalıdır.
21. MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəs ində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iş üzrə icraata xitam verilməlidir.
22. Apellyasiya məhkəməsi istinad edilmiş normanın tələblərini pozmuşdur. Məhkəmə onu da nəzərə almamışdır ki, iddiaçının eyni müqavilə üzrə həmin müqavilədən irəli gələn tələbləri hissələrə bölməklə hər dəfə məhkəmə mübahisəsi açmaqla prosessual qənaət prinsipinə də əməl etməmişdir. İşin hallarından görünür ki, iddiaçının istinad etdiyi müqavilə üzrə cavabdehin tərəfindən götürülmüş öhdəliklərə əməl edilməsi mümkün olmamış, öhdəliklərin pozulmasından uzun bir müddət keçmişdir. İddiaçı bu prizmadan çıxış edərək cavabdehə qarşı tələblərini bir iddia çərçivəsində irəli sürə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmamasını xahiş etmişdir.
24. Cavabdeh şikayətində qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı iş üzrə iddiaçının xeyrinə qəbul edilmiş 2024-cü il 19 aprel tarixli e-2-2(113)-590/2024 nömrəli qətnaməni nəzərə almadan, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qətnamə qəbul etmiş, bununla da prosessual normalar pozulmuşdur.
25. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 aprel tarixli e-2-2(113)-590/2024 nömrəli qətnaməsindən məlum olur ki, cavabdehin 2023cü il 31 avqust tarixinə olan əsas və cərimə borcu tələb olunmuş və qətnamə ilə iddia qismən təmin edilmiş, cavabdehdən 773.797 manat əsas borc, 25.000 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardımla bağlı xərc olmaqla, ümumilikdə 7 98.797 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 4 iyul tarixli 2- 2(103)-661/2024 nömrəli qətnaməsi ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. İş materiallarına əlavə edilmiş 2024-cü il 18 dekabr tarixli maliyyə arayışından da görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 aprel tarixli e-2-2(113)-590/2024 nömrəli qətnaməsindən ödənilməmiş 773.797 manat əsas borc hazırkı iş üzrə tələb olunan əsas borca daxil edilməmişdir.
27. Qeyd etmək lazımdır ki, əvvəlki müraciət 2023-cü il 27 noyabr tarixində məhkəməyə təqdim olunmuş, 2023-cü il 31 avqust tarixinə olan gecikdirilmiş borc və cərimənin ödənilməsi tələb olunmuşdur. O dövrə aid borc hesablanmış və həmin borc üzrə məhkəməyə müraciət edilmişdir. Məhkəmə həmin dövrə aid borcun ödənilməsi ilə bağlı qətnamə qəbul etmiş, iddianı qismən təmin etmişdir.
28. Daha sonra 2024-cü il 23 dekabr tarixində məhkəməyə müraciət olunmuş və bu dəfə 2024-cü il 18 dekabr tarixinə olan gecikdirilmiş borc və cərimə yenidən hesablanaraq məhkəməyə təqdim edilmişdir. Bu müraciət üzrə məhkəmə qərarı verilmiş və həmin dövr üzrə olan borc barədə yeni bir qətnamə çıxarılmışdır.
29. Beləliklə, hazırkı iddia tələbi üzrə olan borc Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 4 aprel tarixli e-2-2(113)-1485/2025 nömrəli qətnaməsi qəbul edildikdən sonrakı dövr üçün mövcud olan borcdur. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qan uniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini i cra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisə ləndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
35. İş materiallarından görünür ki, kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
36. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
37. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-i n 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 33) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyun tarixli 2-2(103)-642/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyun tarixli 2-2(103)-642/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.