Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-774/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti 05.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Hüseyn Aida Əli qızının məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 2 sentyabr tarixli e-2-2(113)-2673/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə y azılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 2024-cü il 17 iyul tarixli D170 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi; (lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə) 1 saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi; ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması; lizinq obyekti olan mənzilin - AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 62, M5, m2 ünvanında boşaldılaraq iddiaçıya təhvil verilməs i barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh tərəf aidiyyətin dəyişdirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi bilavasitə mənzilə məhdudlaşdırılmanın aradan qaldırılması ilə mülkiyyət hüquqlarının bərpa edilməsi, mülkiyyətin başqasının sahibliyindən geri qaytarılması, həmçinin mənzilin boşaldılmaqla iddiaçıya tam təhvil verilməsi ilə bağlı sahibkarın mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı olmuşdur. Bu səbəbdən məhkəmə aidiyyəti və müstəsna aidiyyət qaydasına uyğun olaraq iddia ərizəsinə mənzilin yerləşdiyi ünvan üzrə aidiyyəti məhkəmədə baxılmağa göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 2 sentyabr tarixli e-2-2(113)-2673/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim Z.Axundova).
4. Birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin subyektiv tərkibi mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, mübahisəyə hazırkı məhkəmədə baxılmalı və cavabdeh tərəfindən verilmiş vəsatət əsassız olmuşdur. Belə ki, iddiaçı və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış cavabdehin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Mübahisə tərəflər arasında bağlanmış lizinq müqaviləsi ndən irəli gələn mübahisədir. Tələb lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğv edilməsindən ibarətdir.
5. Məhkəmə lizinq obyektinin mənzil olması ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizədə bildirilir: “ünvan 2eni qaydalarla: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2 ünvanında olan daşınmaz əmlakı almaq niyyətindəyəm. Əmlakı 425.000 manat qiymətinə satıcı ilə razılaşdırmışam. Bununla bağlı 372.300 manat vəsaitə ehtiyacım var. Həmin vəsaitin ABŞ dolları məzənnəsi ilə uçotunun aparılmasına etiraz etmirəm. Bu vəsaitin mənə lizinq şərtləri ilə sizin tərəfinizdən maliyyələşdirilməsini xahiş edirəm. Qeyd olunan əmlak icarəyə verilmək məqsədilə alınır və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəkdir. Bundan başqa, öz sahibkarlıq fəaliyyətimdən də əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişi aparılacaqdır”.
6. Göründüyü kimi, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmuş və qeyd olunan əmlakın icarəyə verilmək məqsədilə alındığını və icarədən əldə olunan gəlirin lizinq öhdəliklərinin ödənilməsinə yönələcəyini bildirmişdir.
7. Eləcə də, “AZEMİS” elektron məhkəmə informasiya sistemində hazırkı iş üzrə “vergi məlumatları” bölməsindən müəyyən olunur ki, vergi orqanında uçota alınmış cavabdehin əsas fəaliyyət istiqaməti yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmuşdur.
8. Qeyd olunanlara əsasən məhkəmə mübahisənin ümumi məhkəmədə baxılmalı olmasına dair mövqeyi ilə razılaşmamışdır.
9. Cavabdeh həmin qərardaddan şikayət verərək, onun ləğv olunması və məhkəmə aidiyyəti və müstəsna aidiyyət qaydasına uyğun olaraq işin mənzilin yerləşdiyi ünvan üzrə aidiyyəti məhkəmədə baxılmağa göndərilməsini xahiş etmişdir
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 oktyabr tarixli e-2-2(113)-2673/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Z.Axundova).
11. Məhkəmə əvvəlki mövqeyini (bax §§ 4-7) bir daha vurğulamış, həmçinin qeyd etmişdir ki, ödəniş cədvəlindən göründüyü kimi, lizinq alan 24 ay müddətində 8.251 manat məbləğində lizinq ödənişinin həyata keçirilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin hal cavabdehin nümayəndəsinin qeyd etdikləri ilə bir araya sığmır. Aldatma və sair hallar mövcud ola bilər, bunlara da araşdırma nəticəsində sonradan qiymət verilərək, müvafiq prosessual hərəkətlər edilə bilər. Şikayətin dəlilləri
12. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 60, 72.2, 80, 125.7, 127.2, 127.4 və 129-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6.1 və 46-cı maddələri, Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” 1993-cü il 19 aprel tarixli və “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddə Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı üzrə bildiril ir ki, məhkəmə ərizədə qeyd edilən halları təhrif etmiş və iddiaçının xeyrinə maddi normanı düz tətbiq etməmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında (bundan sonra – “Plenum Qərarı”) şərtlər fərqlidir. Sahibkarlıq fəaliyyəti, fərdi sahibkar barədə tələb, işlərin hansı halda aidiyyəti üzrə kommersiya məhkəməsində baxılması halları məhkəmənin bildirdiyi kimi təsbit olunmamışdır.
13. Tərəflər arasında ********** nömrəli VÖEN ilə daxili maliyyə lizinq müqaviləsi bağlanılması faktı təsdiq edilmişdir. Eyni zamanda, müqavilə bağlanandan dərhal sonra həmin VÖEN ilə fəaliyyətin dayandırılması təsdiq edilmiş, mənzilin heç bir halda icarəyə verilmədiyi, bununla bağlı aylıq gəlir əldə edilmədiyi təsdiq edilmişdir. Cavabdehin hər hansı başqa fəaliyyət növünün olması, müqavilə müddətində fərdi sahibkar kimi hər hansı başqa fəaliyyətinin olması bu işə heç bir aidiyyətinin olmadığı da təsdiq edilmişdir. Nəticədə aydın olur ki, aidiyyət ilə bağlı ərizəyə və təqdim edilmiş sübutlara yanlış hüquqi münasibət bildirilmişdir.
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 99.3 99.3.3. 99.3.6, 124, 140.1, 140.6-cı maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-1.1, 747-1.2, 7471.3, 747-2.1 və 747-2.2-ci maddələri, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1, 2 və 10-cu ma ddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarı üzrə - məhkəmə cavabdehin vergi orqanından təqdim etdiyi həqiqi rəsmi məlumatları nəzərə almalı idi. Burada əsas məsələ lizinq müqaviləsinin maliyyə lizinqi müqaviləsi olmasıdır. Bu münasibətdə tərəflərin sahibkar olması, vergi orqanında uçota alınmaları tələb edilir.
15. Qanunvericiliyin verdiyi anlayışa əsasən şəxsin sahibkar hesab edilməsi üçün və onun fəaliyyətinin sahibkarlıq fəaliyyəti hesab edilməsi üçün bir sıra məqamlara diqqət etmək lazımdır: mənfəət və ya gəlir əldə etmək məqsədi: müntəzəm fəaliyyət: vergi məsuliyyəti. Burada əsas amil icarənin daimi, sistematik, fasiləsiz bazar xarakteri alıb-almamasıdır. Əgər fiziki şəxs bir və ya bir neçə məxsusi yaşayış sahəsini təsadüfi və ya epizodik qaydada icarəyə verirsə, bu bir qayda olaraq sahibkarlıq fəaliyyəti deyil, mülki-hüquqi münasibət hesab olunur və belə halda diferensial yanaşma vacibdir. Əgər icarə fəaliyyəti böyük həcmdə və davamlı, hətta digər fiziki şəxslə müqavilə bağlamaqla bu fəaliyyətdən sistematik gəlir əldə etmək niyyəti ilə görülürsə, artıq sahibkarlıq fəaliyyəti elementi formalaşa bilər. Belə olan halda VÖEN və digər sahibkarlıq atributlarının əldə olunması gündəmə gəlir. Lakin, Vergi Məcəlləsinə əsasən fiziki şəxs yalnız icarə fəaliyyəti ilə məşğuldursa və başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, belə gəlir “qeyri-sahibkarlıq fəaliyyəti” hesab olunur və gəlir v ergisi ilə ödəmə mənbəyində 14% tutulur. Yəni, əgər fiziki şəxs təkcə icarə fəaliyyəti ilə məşğuldursa və heç bir sahibkarlıq fəaliyyətində yoxdursa, bu fəaliyyət “sadə icarə gəliri”nin vergi rejimi kimi qiymətləndirilir.
16. Nəticə odur ki, fiziki şəxsin mənzili icarəyə verməsi, əgər bu fəaliyyət gəlir əldə etmək məqsədi ilə və müntəzəm həyata keçirilirsə, sahibkarlıq fəaliyyəti sayılır. Şəxs sahibkarlıq fəaliyyətini dayandırsa da, hər bir halda vergi uçotunda qalmış olmasına baxmayaraq, əgər şəxsin fəaliyyətini dayandırması və mütəmadi şəkildə öz mənzilini heç bir icarəyə vermədiyi halı sübut edilirsə, bu halda şəxsin sahibkar olması faktı inkar edilir. Fəaliyyət sistemli sahibkarlıq xarakteri daşımadığından, bu mülki hüquqi münasibət sayılır və “qeyri-sahibkarlıq fəaliyyəti” çərçivəsind ə qiymətləndirilməlidir. Bu halda əsas vergi öhdəliyi ödəmə mənbəyində 14% gəlir vergi tutulması üçün əlavə sahibkarlıq qeydiyyatı, VÖEN tələb olunmur, gəlir vergisi bəyannaməsi verməyə ehtiyac qalmır.
17. Lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə götürülməsi Vergi Məcəlləsinin 140.1-ci maddəsindən irəli gəlməsi ilə əsaslandırılır. Lakin, Mülki Məcəllənin sadalanan normalarından göründüyü kimi, lizinq alan istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin normalarında lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb mövcud deyil. Həmçinin, mövcud qanunvericiliyə uyğun olaraq, lizinq müqaviləsinə əsasən lizinq alan istənilən fiziki və ya hüquqi şəxs ola bilər və həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması tələb olunmur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) üzrə - 9.1,14.1, 24.3, 26, 31.1, 32, 39.1, 40, 45, 80, 88, 263.6, 269.2, 385.1, 387.2.9 və 387.3cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarı üzrə - məhkəmə müəyyən etmişdir ki, iddiaçı hüquqdan sui-istifadə etməklə həqiqəti təhrif edərək, əsassız varlanmağa nail olmaq niyyətindədir. Lakin, məhkəmə cavabdeh tərəfindən bilavasitə yazılı və şifahi sübut edilmiş halları iddiaçının xeyrinə təhrif etmişdir.
19. Əlaqəli məsələ cava bdehin fərdi sahibkar olması faktının inkar edilməsidir. Məhkəmə cavabdehin bu fəaliyyəti hansı VÖEN ilə açdığını, VÖEN nömrəsinin neçə olması, nə vaxt qeydiyyata alınması, hansı müddətdə aktiv olması, nə vaxt bağlaması, hansı vergi növündə uçotda durması, qeyd edilən sahəyə aid olması və tikinti fəaliyyətinin hansı təsnifat koduna daxil edilməsini nəzərə almamışdır.
20. Qərardadda qeyd edilən fəaliyyətin iş üzrə təqdim edilmiş müqavilələrdə qeyd edilən ********** nömrəli VÖEN ilə əlaqənin olmasına dair fakt mövcud deyil.
21. Plenum Qərarında qeyd edilir ki, VÖEN-nin sadəcə dayandırılması fərdi sahibkar statusunun itirilməsi demək deyil. Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarda uçotdan çıxarılma halında bu status itirilmiş hesab edilir. Lakin hüquqi münasibətin xa rakteri – əməliyyatın (burada mənzilin lizinq predmetinə çevrilməsi və istifadə istiqaməti) sahibkarlıq fəaliyyəti məqsədilə olub-olmaması meyarı aidiyyətin müəyyən edilməsində əsas olaraq qalır. Belə ki, şəxs mənzili əldə edir, lakin onu nə sahibkarlıq fəaliyyəti üçün icarəyə vermir, nə də başqa kommersiya məqsədi ilə istifadə etmir. Mənzil yalnız şəxsi yaşayış evi kimi istifadə edilibsə, burada artıq sahibkarlıq fəaliyyəti elementi itir.
22. Mübahisənin heç olmasa bir tərəfi sahibkarlıq məqsədi güdmürsə və ya fəaliyyət sahibkarlıq məqsədilə həyata keçirilməyibsə iddia tələbinə ümumi məhkəmə aidiyyəti üzrə baxılır. Əgər müqavilə fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti məqsədi daşımadan, məsələn, mənzilin şəxsi istifadəsi üçün alınması ilə bağlanmışsa, müqavilədən doğan münasibətin şəxsi yaşama və mənzil ehtiyacının ödənilməsi məqsədilə həyata keçirilməsi halında, aidiyyət ümumi məhkəmələrə aiddir.
23. Əgər lizinq alan şəxs müqavilə bağladığı zaman fərdi sahibkar statusunu (VÖEN) əldə etmişsə, sonradan fəaliyyəti dayandırıbsa və ya lizinq obyektindən yalnız şəxsi yaşayış məqsədilə istifadə edirsə, burada hüquq münasibəti artıq sahibkarlıq fəaliyyəti yox, şəxsi ehtiyacların ödənilməsi üçün istifadə ilə səciyyələnir. Yəni, yalnız VÖEN-in passiv olması işin kommersiya məhkəməsinə keçməsinə yol açmır. Mənzilin istifadəyə verilməsi (icarəyə verilməsi və s.) kimi sahibkarlıq fəaliyyəti həyata keçirilibsə, həm öhdəliklərin, həm də sənədlərin buna dair birbaşa sübutları olmalıdır. Lakin, qeyd edilən hadisədə “şəxsi yaşayış məqsədilə istifadə” baş verdiyindən, kommersiya ele menti itirilmiş hesab olunur.
24. İddia tələbi daşınmaz əmlaka yönəldiyindən müstəsna aidiyyət qaydaları pozulmuşdur. Qanunvericiliyə əsasən, müstəsna aidiyyət normasına tabe olan işlər sırasına daşınmaz əmlakla bağlı istənilən mülkiyyətçinin və ya istifadəçinin hüququnun bərpası, mülkiyyət hüququnun geri qaytarılması, yüklülüyə dair lizinq qeydinin dövlət reyestrindən silinməsi, lizinq alan tərəfin əmlakın boşaldılması daxildir. Bu halda kommersiya məhkəməsinin səlahiyyəti istisna edilir.
25. Nəticə etibarı ilə tələblərin motivi və məqsədi bilavasitə mənzilə məhdudlaşdırmanın aradan qaldırılması ilə mülkiyyət hüquqlarının bərpa edilməsi, mülkiyyətin başqasının sahibliyindən geri qaytarılması, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın hüquqlarının pozulmasını aradan qaldırmaqla mənzildən sərbəst şəkildə sahiblik və istifadənin təmin edilməsi ilə bağlıdır. Bu halda daşınmaz əmlak olan mənzil - Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 62, M5, M2 ilə bağlı iddia tələbləri təmin edilə bilməz. Çünki, müstəsna aidiyyətə dair prosessual normalara əsasən belə tələb bilavasitə daşınmaz əmlaka yönəldiyindən, həmin tələbə daşınmaz əmlakın yerin məhkəməsində baxılmalıdır. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublik asının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir....”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi 28.Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 2 sentyabr tarixli e-2-2(113)- 2673/2025 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. 29.MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır. 30.İş materiallarından məlum olur ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkardır. 31.Mübahisə tərəfi olan fiziki şəxsin vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırmasına gəldikdə, məhkəmə kollegiyası Plenum Qərarının 28-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə uyğun olaraq vurğulayır ki, həmin hal iddiaçının fərdi sahibkar statusuna m alik olan şəxs kimi qiymətləndirilməsini və bununla əlaqədar mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna etmir. 32.Beləliklə, subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması üçün hər hansı hüquqi maneə mövcud deyildir. 33.Tərəflər arasındakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə əlaqədar qeyd edilməlidir ki, Plenum Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. 34.Hazırkı iş üzrə iddia ərizəsi və iş materiallarından müəyyən olunanlara görə, mübahisə tərəflər arasında bağlanmış lizin q müqaviləsindən irəli gəlməklə, iddia tələbi lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğv edilməsindən ibarətdir. Cavabdeh 2024-cü il 19 iyul tarixli maliyyələşdirmə ərizəsində lizinq obyekti olan əmlakın icarəyə verilmək məqsədilə alındığını və icarədən əldə olunan gəlirin lizinq öhdəliklərinin ödənilməsinə yönələcəyini bildirmişdir (bax yuxarıda § 5). Eləcə də, “Elektron Məhkəmə” informasiya sistemində hazırkı iş üzrə “vergi məlumatları” bölməsindən müəyyən olunur ki, vergi orqanında uçota alınmış cavabdehin əsas fəaliyyət istiqaməti yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmuşdur. Cavabdehin imzası ilə təsdiq edilmiş mübahisəli müqavilədə onun VÖEN-i də göstərilmişdir. 35.Qarışıq məhkəmə tərkibi hesab edir ki, lizinq obyektinin mənzil olmasına baxmayaraq, yuxarıda qeyd edilənlər tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğuna dəlalət edir. Bu da işə mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmasının davam etdirilməsini zəruri edir. 36.Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi hazırkı mübahisə üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini nəzərə almaqla belə qənaətə gəlir ki, cavabdehin şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. 37.Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2025-c i il 2 sentyabr tarixli e-2-2(113)-2673/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.