Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1629/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin bağlanması, əqd bağlanmasının bəyənilməsi, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7960/2021 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. İddiaçı ilə (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh və ya MMC) arasında ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının, 3-cü blokunda, 5-ci mərtəbəsində, ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin (bundan sonra - mənzil) iddiaçıya satılması ilə əlaqədar 27 mart 2015-ci il tarixdə 25 nömrəli müqavilə (bundan sonra-müqavilə) bağlanmışdır. Müqavilə üzrə mənzilin hər kv.m. 550 manat olmaqla, ümumi dəyəri 90.750 manat təşkil etmişdir.
2. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi ilə bağlı ona 27 mart 2015-ci il tarixli, 25 nömrəli maliyyə arayışı təqdim olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi, daha sonradan i sə iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək, cavabdehin üzərinə müqaviləni bərpa etmək vəzifəsinin qoyulmasını, ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının, 3-cü blokunda, 5-ci mərtəbəsində, ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin cavabdehdən alınaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə onun arasında bağlanmış Müqavilə Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə tam uyğundur. Həmin Müqavilə və ödənişin tam ödənilməsi ilə bağlı maliyyə arayışı iddiaçıya təqdim edilib. Lakin o, barəsində olan cinayət işi ilə əlaqədar Bakı istintaq təcridxanasında saxlandığından, cavabdeh bu haldan sui-istifadə etmiş və 17 iyul 2015-ci il tarixdə müqavi lənin birtərəfli ləğvi ilə bağlı ona bildiriş göndərmişdir. Bildirişin məzmununda Mənzilin dəyərinin ödənilməsi barter vasitəsilə aparıldığı üçün ödənişin cavabdehin "xxxx" ASC-nin Sumqayıt filialındaki H/h: Az49ZAMİN00002786SUMAZMC0001 manat hesabı və AZ03ZAMİ00002786SUMUSDC0002 dollar hesabına köçürülməmiş olması, bu səbəbdən Müqavilənin və maliyyə arayışın etibarsız hesab olunması və mənzilin dəyərinin qeyd olunan bank hesablarına köçürülənədək sənədlərin qüvvədən düşmüş hesab edilməsi göstərilmişdir.
5. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, 2006cı ildən bəri onun rəhbərlik etdiyi podratçı şirkət ilə tələbə yoldaşı Şakir Hüseynovun birlikdə inşa etdikləri tikililərə, Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra yoxlanışlar başladığından, onlar tikinti ni dayandırmışlar. Həmin vaxtlarda onların şirkətinə qarşı cinayət işi açılmış və hər ikisi 5 il sınaq müddəti müəyyən edilməklə, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və onlar barəsində ölkəni tərk etməmək, mənzillərin tikilib zərərçəkmişlərə təhvil verilməsi və 2.541.127.16 manatın alınaraq, dövlət hesabına ödənilməsinə dair hökm çıxarılmışdır. Daha sonradan Şakir Hüseynov yenidən həbs edilmiş və şirkətin rəhbərliyi ona keçmişdir. Məhkəmə hökmünün icrası üçün ona pul lazım olduğundan 2015-ci ildə X1 adlı tanışı vasitəsilə iddiaçının faizə pul verdiyini, lakin girov olaraq, öz adına mənzil yazılmasını tələb etdiyini öyrənmiş və müqavilə ilə maliyyə arayışı yazaraq, “vatsap” tətbiqi vasitəsilə Ş.Verdiyevə göndərmişdir. Daha sonra iddiaçıdan pul ilə bağlı heç bir məlumat ala b ilmədiyindən, müqavilənin birtərəfli ləğvi barədə bildiriş tərtib edərək, iddiaçıya göndərmiş, sonradan məlum iddiaçının həbsdə olduğu məlum olmuşdur. İddiaçıda müqavilənin nüsxəsinin olmadığını, müqavilədən sadəcə bir müsxə olduğunun və həmin nüsxənin də iddiaçının işi ilə bağlı Sumqayıt rayon Polis İdarəsinə verdiyini, müqavilənin iddiaçı tərəfindən imzalanmadığı üçün bağlanmış hesab edilə bilməyəcəyini iddia etmiş və iddianın qanunsuz və əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 04 dekabr 2017-ci il tarixli **********05 saylı məktubuna əsasən mənzilin qeydiyyatdan keçməsi haqqında məlumatın (sənədin) idarənin arxivində aşkar edilmədiyi müəyyən olunmuşdur.
7. Y asamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 09 fevral 2018-ci il tarixli, 2(004)468/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müvafiq qaydada imzalanmış müqavilə olmalıdır. Sözügedən müqavilə isə iddiaçı tərəfindən imzalanmadığından iddia tələbi əsassızdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 386.1, 331.1 və 399.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.E.Nağıyeva) 15 avqust 2018-ci il tarixli, 2(103)7960/2018 nömrəli qətnaməsi i lə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 386.1, 331.1, 399.1, 406.3 və 407.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddiaçının kassasiya şikayəti mahiyyətcə iddia ərizəsi ilə eyni məzmundadır. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, çəkişmə prinsipini təmin etməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etsə də, özü şəxsən iştirak etməmişdir. Bundan əlavə, iddiaçı cavabdehlə Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə riayət etməklə, ikitərəfli müqavilə bağlamış olsa da, cavabdeh qanunvericiliyin tələblərini pozaraq, ikitərəfli bağlanmış müqaviləni birtərəfli qaydada ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayr ı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
16. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
17. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
18. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
22. Ma ddə 406.3 Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.
23. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
24. Maddə 407.2 Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birin in müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
27. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca ic rası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi
35. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddianı rədd edərkən mövqelərini onunla əsaslandırmışlar ki, mənzilə dair payın alqı-satqısına dair işdə olan müqavilə iddiaçı tərəfindən imzalanmamışdır.
36. Kollegiya bildirir ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür (§ 16-17).
37. Şifahi razılaşmalarda müqavilə oferta göndərmiş şəxsin onun akseptini, yəni qarşı tərəfin qəbul barədə iradə ifadəsini aldığı anda bağlanmış sayılır. Yazılı müqavilələrdə tərəfin öz iradəsini bəyan etməsi tərtib olunan sənədi imzalaması ilə olur. Bu baxımdan sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır (§ 22-24).
38. Bununla belə, mülki dövriyyədə elə hallar olur ki, müqavilə tərəfinin iradə ifadəsi görünməsə belə, həmin tərəf sözügedən razılaşmanı (onun hüquqi nəticələrini) tanıdığını və ona bağlı olduğunu sərgiləyən hərəkətlər edir. Bu hallar bəyənmə sayılır və müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmasını təmin edir. Bəyənmə məcburi bir formaya tabe olmadığı üçün həm açıq iradə bəyanı, həm də müvafiq davranışlarla (məsələn, razılaşmaya uyğun olaraq öz öhdəliyini yerinə yetirmə, həmin müqavilənin icrasını tələb etmə və s.) nümayiş etdirilə bilər.
39. Bu səbəbdən MM-in 357-ci maddəsində nəzərdə tutulmuşdur ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (§ 18).
40. Odur ki, müqa vilənin bağlanmış sayılıb-sayılmaması ilə bağlı mübahisəli hallarda məhkəmə tərəflərin arzu etdikləri hüquqi nəticəni əmələ gətirmək məqsədilə bir-birinə uyğun olan iradələrini bəyan edib-etməmələrini, bu hal açıq-aşkar görünən deyilsə, onların sonrakı davranışlarını, əgər varsa sonradan verilən razılığın olub-olmamasını və digər mühüm xüsusatları tam və hərtərəfli şəkildə araşdırmaqla məsələyə hüquqi qiymət verməlidirlər.
41. Baxılan mübahisədə məhkəməllər yalnız işdəki müqavilədə iddiaçının imzasının olmamasına istinad etsələr də, tərəflərin həmin müqavilə bağlandıqdan sonrakı hərəkətlərinə lazımi qiymət verməmişlər.
42. Belə ki, işdə olan, Cavabdeh MMC-nin direktorunun imzası və şirkətin möhürü ilə təsdiqlənmiş 27.03.2015-ci il tarixli, 25 nömrəli maliyyə arayışından görünür ki, mübahis əli mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi və borcun qalmaması təsdiq edilmişdir.
43. Eyni zamanda iddiaçı, sözügedən müqaviləyə istinadən onun icrasını tələb etmiş, mənzilin cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədə hazırkı iddianı qaldırmışdır.
44. Bundan əlavə, cavabdeh şirkət bildirir ki, 17.07.2015-ci ildə iddiaçıya bildiriş göndərərək, mənzilin dəyərinin ödənilməməsinə görə müqavilə və maliyyə arayışının qüvvədən düşümüş sayılmasını xahiş etmişdir.
45. Bütün bunlara baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr sözügedən müqavilədən irəli gələn öhdəliyin (mənzilin dəyərinin ödənilməsinin) iddiaçı tərəfindən yerinə yetirilməsini, iddiaçının əqdin icra olunması barədə tələb irəli sürməsini, hətta cavabdehin mövcud müqavilədən mənzilin dəyərinin ödənil məməsinə görə imtina etməsi barədə dəlillərini çəkişmə prinsipinə riayət etməklə tam və hərtərəfli araşdırmamış, istinad olunan halların müqavilənin bəyənilməsi olub-olmamasına yuxarıda qeyd olunan qaydalar çərçivəsində hüquqi qiymət verməmişlər (§ 18, 38).
46. Kollegiya onu da nəzərə alır ki, cavabdeh iddiaya etirazını müqavilənin imzalanmaması ilə deyil, iddiaçıdan faizə pul götürmələri barədə razılaşma çərçivəsində müqavilə və maliyyə arayışı tərtib etmələri, lakin sonradan iddiaçıdan pulla bağlı heç bir məlumat ala bilmədiklərindən müqavilənin birtərəfli ləğvi barədə bildiriş vermələri ilə əsaslandırmışdır (§ 5).
47. Kollegiya vurğulayır ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 2015-ci ildə qüvvədə olan redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (§ 15).
48. Pay haqqının ödənilməsini təsdiqləyən mötəbər sübutlardan biri də maliyyə arayışıdır. Ona görə də, maliyyə arayışının əslinə istinad edən alıcı, həmin sənədin etibarlı olduğunu sübut etməyə borclu deyil. Əksinə arayışın etibarsız olduğunu iddia edən tərəf öz dəlillərinin əsasında duran halları sübuta yetirməlidir (§ 29).
49. Nəzərə alınmalıdır ki, mənzilə görə alıcının nəğd pul ödəməməsi, maliyyə arayışının başqa bir öhdəliyin icrası əvəzində verilməsi barədə tikinti şirkətlərinin verdikləri məlumatlar özü-özlüyündə müqavilənin və ya arayışın etibarsız sayılması üçün əsas deyil.
50. Ona görə ki, MTK-nın bir şəxsdən (kreditor dan) borc pul, tikinti materialı və s. alması müqabilində kreditorun (yaxud onun göstərdiyi şəxsin) adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alqı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş baradə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (alınmış borcun, tikinti materialının və s. əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla kreditora borcla nır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil.
51. Odur ki, yuxarıda göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə kreditorun (borc pul və ya mal vermiş tərəfin) öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir (§ 27).
52. Bu səbəbdən tikinti şirkəti dəyərinin ödənilməsinə dair maliyyə arayışı verdiyi mənzilin əvəzində hansısa pulun və ya malın verilmədiyini iddia etdikdə, bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür (§ 28, 29).
53. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə, həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişə tərəfi n müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Yəni bir tərəfin bu razılaşma üzrə öz üzərinə düşəni yerinə yetirməməsi əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir. Ona görə də, qanunverici, şəxsin müqavilə öhdəliyini pozmasına görə digər tərəf qarşısında məsuliyyətini Mülki Məcəllənin 421-ci və 447-ci maddələrində ətarflı şəkildə tənzimləmişdir (§ 25-26).
54. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, tərəflər arasında müqavilənin bağlanması, icrası və tərəflərin dəlilləri ilə bağlı yuxarıda göstərilən halları lazımi qaydada araşdıraraq onlara hüquqi qiymət verməmiş, işdəki sübutları düzgün qiymətləndirməmiş, q ətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 30, 31).
55. Ona görə də tərəflər arasında tərtib olunmuş yazılı müqavilənin və mübahisəli mənzilin hüquqi statusu, onun üzərində kim(lər)in və nə vaxtdan hansı hüquq əldə etməsi və digər əhəmiyyət kəsb edən halların tərəflərin, o cümlədən marağı olan başqa şəxslərin iştirakı ilə yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7960/2018 nömrəli iş üzrə 15 avqus t 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.