Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1629/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-955/2024 nömrəli iş üzrə 1 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh beh müqaviləsindən borclu olduğu 117000 manat, dövlət rüsumu olaraq ödənilmiş 407 manat, hüquqi yardım üçün ödənilmiş 150 manat olmaqla, cəmi 117.557 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 80.000 manat pulun, 150 manat vəkil xərcinin əvəzinin və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-955/2024 nömr əli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh 80000 manat pulun, 150 manat vəkil xərcinin əvəzinin və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti, apellyasiya instansiya məhkəməsində iddiaçının vəkili və nümayəndəsi olan Nümayəndə1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin M ülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(102)-3774/2024 nömrəli qərardadı ilə (sədrlik edən hakim V.Həsənov, hakimlər İ.Şəfiyev və Ə.Abbasov) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti qeyrimümkün hesab edilmiş və kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. 7. 18.10.2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə yenidən qətnamədən kassasiya şikayəti vermişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarda dı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı X1 vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə kollegiyası hesab etmişdir ki, müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılmış hesab edilməsinə əsas yoxdur. Həmçinin iddiaçı dövlət rüsumu haqqın da qanunvericiliyin tələblərinə müvafiq qaydada 203 manat dövlət rüsumu ödəməli olduğu halda, 165 manat məbləğdə dövlət rüsumu ödəmişdir.
10. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən təkrarən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi prosessual müddətin bərpası barədə ərizə vermişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 14 noyabr tarixli 2(105)-955/2024 qərardadı ilə (sədrlik edən hakim F.Məmmədov, hakimlər L.Rəhimli və A.Süleymanova) kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin verdiyi buraxılmış müddətin bərpa edilməsinə dair ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəf kassasiya şikayəti verməmiş, təkrarən müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Eyni məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğundan, təkrarən eyni məsələyə baxılması yolverilən hesab edilə bilməz.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2(102)-489/2025 nömrəli qərardadı ilə (sədrlik edən hakim E.Vəliyeva, hakimlər Ə.Xıdırov və E.Şamayev) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 2(105)-955/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Kassasiya in stansiyası məhkəməsi qeyd etmişdir ki, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıx ış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Hazırkı işin materiallarından müəyyən olunmuşdur ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməmiş, həmin qərardaddan iddiaçı tərəf şikayət verməmiş və qərardad qüvvəyə minmişdir. Belə olan halda, eyni məsələyə təkrarən baxılması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyas bu səbəbdən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olraq təkrar verilmiş sənədlərə baxmayaraq onları geri qaytarmış, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
15. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən təkrarən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə vermişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 1 aprel tarixli 2(105)-955/2024 qərardadı ilə (sədrlik edən hakim F.Məmmədov, hakimlər L.Rəhimli və A.Süleymanova) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin verdiyi buraxılmış müddətin bərpa edilməsinə dair ərizə məhkəmənin xx.xx.2024 -cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəf kassasiya şikayəti verməmiş, təkrarən müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir.
18. Kollegiya hesab etmişdir ki, eyni məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğundan, təkrarən eyni məsələyə baxılması yolverilən hesab edilə bilməz.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 408.1.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 12 5, 127, 129-cu, Mülki Məcəlləsinin 1.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizənin baxılması üçün, məhkəmənin xx.xx.2024-cü il tarixə təyin olunmuş iclasının vəkilin daha əvvəl eyni tarixə təyin olunmuş iclasda iştirak etməsi səbəbindən təxirə salınması üçün məhkəməyə ərizə göndərilmişdir. Kassasiya şikayətinin verilməsi müddətinin buraxılması əslində, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun az ödənilməsi üzündən şikayətin geri qaytarılması səbəb olmuşdur. Məhkəmə təxir ərizə sini nəzərə almamış, iddiaçı tərəfin iştirakı olmadan iclası keçirmiş, apellyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpasını, iddiaçı tərəfin dövlət rüsumu haqqında qanunvericiliyin tələblərinə müvafiq qaydada mövcud kassasiya şikayəti üzrə 203 manat dövlət rüsumu ödəməli olduğu halda, 165 manat məbləğdə dövlət rüsumu ödəməsi səbəbi ilə təmin edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan prinsiplərə əməl etməmiş, əsassız və ədalətsiz qərardad qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-955/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayətinin verilməsi müddətinin buraxılmasına səbəb vəkilinin xx.xx.2024-cü il tarixdə keçirtdiyi beyin işemiyasının yaddaşında buraxdığı yaddaş pozğunluğu, bu xəstəlikdən sağalmamış kürəkəni, Kürdəmir Rayon İcra və Probasiya şöbəsinin sabiq rəisi Arif Yəhyazadənin iş otağında, qəflətən ürək tutmasından ölməsi və bununla da bağlı xəstəliyimin yenidən aktivləşməsi sayəsində baş vermişdir. Hazırda, dövlət rüsumunun məbləği dəqiqləşdirilərək ödənilmişdir. “Əmək qabiliyyətinin olmaması vərəqəsi”, ödəniş qəbzləri, etibarnamə, vəkil orderi kassasiya şikayətinə əlavə olunmuşdur. Göstərilən səbəbindən kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məh kəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
24. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
25. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.
26. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzür lü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
29. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
30. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
31. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatd ırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
32. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
33. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
34. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, prosessual müddəti ötürmüş və bu müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə tərəfin ərizəsinə artıq məhkəmə tərəfi ndən baxılaraq hüquqi qiymət verilmiş, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin ərizənin təmin edilməli olmadığına dair mövqeyi ilə razılaşmışdır.
41. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, eyni məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğundan, təkrarən həmin məsələyə baxılması yolverilən hesab edilə bilməz.
42. Kollegiya hesab edir ki, hazırkı halda iddiaçının artıq hüquqi qiymət verilmiş dəlillərinə baxılması hüquqi müəyyənlik və “res judicata” (artıq həll olunmuş iş) prinsiplərə zidd olduğundan ərizənin baxılmadan geri qaytarılması qanuni və əsaslı olmuşdur.
43. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-955/2024 nömrəli iş üzrə 1 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.