Məhkəmə qərarları › İş №2(102)-163/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-163/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-163/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil2, nümayəndəsi iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8159/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Aytən Novruzova) xx xxxx 2019-cu il tarixli 2(005)- 765/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli “X2 Verilməsi haqqında” müqaviləsinin ləğv edilməsi, 65 saylı depozit yeşiyin açılaraq, yeşikdə olan əmlakın bankın saxlancına verilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə icarə haqqı üzrə 3666 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə borcu, cəmi 3966 ABŞ dolları məbləğində pul vəsaiti və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayo n məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 836,85 manat icarə haqqı, 100 manat dəbbə pulu olmaqla, cəmi 936,85 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli X2 verilməsi haqqında müqavilənin ləğv edilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. İşin halları İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli “X2 verilməsi haqqında” müqavilənin ləğv edilməsi, 65 saylı depozit yeşiyinin açılaraq yeşikdə olan əmlakın bankın saxlancına verilməsi və 3666 ABŞ dolları icarə haqqı borcu, 3666 ABŞ dolları cərimə borcu və 30,40 manat dövlət rüsumunun Cav abdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi X2 verilməsi haqqında müqavilənin ləğv edilməsi və icarə haqqı borcunun qismən ödənilməsi hissədə düzgün nəticəyə gəlsə də, iddianın rədd edilmiş hissəsi ilə bağlı işin hallarını tam, hətərəfli və obyektiv ara şdırmadan, bu barədə işə əlavə edilmiş sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki hallarına əsasən, "İddiaçı” ASC ilə Cavabdeh arasında 12 ay müddətinə, aylıq icarə haqqı 26 ABŞ dolları məbləğində olmaqla xx.xx.2006-cı il tarixli "X2 verilməsi haqqında” müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, bank yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bir tərəfdən məhkəmə öz qətnaməsində tərəflər arasında bağlanmış müqavilənin hal-hazıra qədər qüvvədə olması və bankın icarə haqqını tələb etməsində haqlı olması qənaətinə gəlsə də, digər tərəfdən yalnız son 3 ilin icarə haqqını cavabdehdən tutmaqla, ziddiyyətli nəticəyə gəlmişdir. Bu hissədə məhkəmə Mülki Məcəllənin 377.2-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Müqavilənin 1.1; 2.3 və 9.3-cü bəndlərinə əsasən bankın cavabdehlə bağladığı müqavilə hazırda qüvvədə olmaqla yanaşı, cavabdehin banka müqavilənin qüvvəyə mindiyi tarixdən hər növbəti ayın 5-dən gec olmayaraq icarə haqqı ödəməli olması öhdəliyi üzrə icra müddəti də bitməmişdir. xx.xx.2006-cı il tarixdən başlayaraq, müqavilənin icra (icarə) müddəti hər dəfə növbəti 1 ay müddətinə uzadılmışdır və bu hal onu təsdiq edir ki, müqavilədən irəli gələn öhdəlik üzrə icra müddəti davam edir, bitməmişdir. Belə olan halda məhkəmənin yalnız son 3 ilin icarə haqqını cavabdehdən tutması müqavilə şərtlərinə və qanuna görə yolverilməzdir. Cavabdeh Banka olan icarə haqqı borcunu xx.xx.2006-cı il tarixdən bu günə qədər ödəmək öhdəliyindən yayındığına g örə icarə borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Göründüyü kimi, mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür.Lakin Apellyasiya instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin ABŞ dolları ilə bağlı müddəalarını etibarsız hesab etmişdir. Qüvvədə olan və tərəflərdən heç biri tərəfindən hər hansı müddəası mübahisələndirilməyən, bütövlükdə e tibarlı hesab edilən müqavilənin müddəalarını etibarsız hesab edərkən Bakı Apellyasiya Məhkəməsi maddi və prossesual hüquq normalarını kobud şəkildə pozmuşdur. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil2 və nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, verilmiş kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin yalnız iddia tələbinin rədd edilən hissələrdə mübahisələndirir. Qətnamədən cavabdeh kassasiya şikayəti verməyərək iddia tələbinin təmin edilən hissələrdə mübahisələndirməmişdir. Həmçinin iddiaçı tələb edilən dəbbə pulunun rədd edilən hissədən də şikayət verməmişdir. Ona görə də, iddia tələbinin təmin edilən, yəni Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli X2 verilməsi haqqında müqavilənin ləğv edilməsi hissəsi kassasiya qaydasında yoxlanılmadı. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-c u il tarixli qətnaməsi cavabdehdən tutulacaq məbləğin müəyyən edilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,tərəflər arasında xx xxxxxx 2006-cı il tarixli X2 verilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı ASC 65 nömrəli depozit qutusunu 12 ay müddətə müvəqqəti istifadə üçün Cavabdeh icarəyə verməyi, Cavabdeh isə depozit qutusundan istifadəyə görə aylıq 26 ABŞ dolları məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyi lazı mi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə əsas borcu 3666 ABŞ dolları, dəbbə pulu 3666 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edərək və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verərək göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı xx.xx.2006-cı il tarixli müqavilə üzrə öhdəliklərin icra müddəti bitdikdən sonra (müqavilənin 1.1-ci bəndinə əsasən 12 ay müddətinə bağlanıb və müqavilənin icra müddəti xx.xx.2007-ci ildə bitib) 3 il müddətində xx.xx.2010-cu ilədək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2018-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçının iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən 8 il sonra məhkəməyə daxil olmuşdur. İcarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin hissədə iddia qismən təmin edilməli və yalnız sonuncu üç il müddəti üçün icarə haqqı borcları tutulmalıdır. M əhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə xx.xx.2006-cı il tarixdə 12 ay müddətinə bağlanmışdır. Eyni zamanda həmin müqavilənin 9.3cü bəndinə əsasən tərəflər icarə müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsini yazılı müraciətlə tələb etmədiyi təqdirdə bu müqavilənin əvvəl müəyyən olunmuş müddətdə uzadılmış sayılması barədə razılığa gəlmişlər və müqavilənin şərti kimi qəbul edilmişdir. Qeyd edilən müqavilə üzrə tərəflər arasında razılaşdırılmış 12 aylıq müddət bitməsinə bir həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən tərəflər arasında qeyd edilən müqavilə əsasında yaranmış münasibətlər davam etmiş və həmin icarə müqaviləsi 13 dəfə əvvəl müəyyən olunmuş 12 ay müddətə uzadılmış hes ab olunmuşdur. Həmçinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə öhdəliklərin icrası aylıq olaraq müəyyən edilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edi lir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia müddətini son üç il üçün icarə haqqının tutulması barədə gəldiyi nəticə ilə razılaşaraq iddiaçı bankın bu barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, icarə müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin müqavilə müddətinin sonunda başa çatdığını və məhz hər uzadılmış 12 ay müddət üçün iddia müddətinin axımının ayrı-ayrılıqda həmin tarixdən başlandığını, eyni zamanda birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən halların, yəni iddia müdd əti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbləri yalnız sonuncu üç ilə münasibətdə təmin edilməli, həmin dövrdən əvvəlki illərə aid irəli sürülmüş tələblər isə iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsi üzrə yaranmış borcun ABŞ dolları ilə hesablanması və tələb edilməsini əsassız hesab etmiş və iddiaçının tələb etdiyi borcun manatla hesablanıb tutulmasını qət etmiş, həmçinin müqavilənin icarə haqqının ABŞ dolları ilə hesablanıb ödənilməsi şərtini əhəmiyyətsiz hesab etmişdir. Məhkəmə bu barədə gəldiyi nə ticəni Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 337.1, 420.2, 439.1 və 700.1-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçı xarici hüquqi şəxs deyil. Eyni zamanda Mülki Məcəllənin 700.1-ci maddəsinin dispozisiya şərtlərinə görə icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqı pul öhdəliyidir və həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Bu baxımdan tərəflər arasında bağlanmış icarə müqaviləsinin ABŞ dolları ilə bağlı müddəaları özü-özlüyündə etibarsız şərtlərdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, icarə müqaviləsinin predmetinin dəyəri manat kimi qəbul edilməli və borc məbləği də həmin valyuta ilə hesablanmalıdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında ica rə müqaviləsi bağlandıqdan sonra 2015-ci ilin fevral və dekabr aylarında baş vermiş devalvasiyalardan sonra Azərbaycan manatı ABŞ dollarına nisbətdə dəyərini təxminən 2 dəfəyə qədər itirmiş, nəticədə cavabdeh əlverişsiz vəziyyətə düşmüşdür. Mülki Məcəllənin 420.2-ci maddəsində təsbit olunmuşdur ki, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin bu barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissə sinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə görə, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki,..“pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi” müddəası pulun hansı hallarda ödəniş vas itəsi kimi çıxış etməsinin və ödəniş vasitəsinin hüquqi anlayışının müəyyən edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması aid olunur. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinin tələbi də ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir. Bununla belə, Konstitusiyanın həmin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasi bətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı. Mülki qanunvericilik də “pul” termini ilə təkcə milli valyutanı deyil, həmçinin xarici valyutanı da ehtiva edir. Göründüyü kimi, Konstitusiyanını istinad edilən normasında Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilmiş, Konstitusiyanın həmin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin normanı yanlış təfsir edərək tərəflər arasında bağlanmış müqavilənin xarici valyuta ilə bağlı müddəasını əhəmiy yətsiz şərt hesab etmişdir. Lakin göründüyü kimi, müqavilədə icarə haqqının məbləğinin xarici valyutada qeyd edilməsi istisna edilmir. Tərəflər öz müstəqil iradə ifadəsi ilə müqavilənin şərtini müəyyən etməkdə sərbəstdirlər. Həmçinin ödəniləcək aylıq habelə hər hansı bir dövr üçün ümumi icarə haqqının məbləğinin xarici valyutada müəyyən edilməsi, həmin xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi anlamına gəlmir. İcarə haqqının məbləği xarici valyuta ilə hesablanmaqla ödənişin həmin vaxtın məzənnəsi üzrə manatla həyata keçirilməsi nə Konstitusiyanın, nə də yuxarıda göstərilən habelə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanunverciliyin normalarına zidd deyildir. Belə olan halda tərəflər arasındakı depozit qutusunun icarəyə verilməsi haqqındakı müqavilənin icarə haqq ının ABŞ dolları ilə hesablanmasına dair şərti əhəmiyyətsiz hesab oluna bilməz. Həmin şərtin etibarsız hesab olunması, yaxud müqavilə şərtlərinin dəyişdirilməsi barədə də tərəflərin hər hansı birinin iddiası yoxdur. Məhkəmənin öz təşəbbüsü ilə Mülki Prosessual Məcəllənin 337.1-ci maddəsinə istinad edərək müqavilənin həmin şərtinin mübahisə edilən əqd kimi etibarsız sayması isə iddia tələblərindən kənara çıxmadır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə isə bu yol verilməzdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoyma qda sərbəstdirlər. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsi başqa pul vahidlərinin ödəniş vasitəsi kimi istifadə edilməsini qadağan etməsi, hazırki iş üzrə tərəflərin müəyyən etdiyi müqavilə şərtlərinə əsasən iddiaçının borcunu xarici valyutada hesablanmasına maneə deyildir. Lakin məhkəmə pulun tutulmasını müəyyən edərkən Konstitusiyanın qeyd edilən normasının nəzərə alaraq pulun ödənildiyi andan Azərbaycan manatına uyğun məzənnəsinin tutulmasını müyyən etməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanu nvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi, cavabdehdən tutulacaq məbləğin müəyyən edilməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə, həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinə əlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Açıq Səhmdar Cəmiyyətininkassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8159/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehdən tutulacaq məbləğin müəyyən edilməsi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar