Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-163/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 xxxoğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xxxoğluna qarşı “yaşayış evinə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdeh1 xxxoğlunun və vəkili xxx oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 i yun 2021-ci il tarixli, 2(107)833/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh1 xxxoğlu 02 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 10 iyul 2004-cü il təvəllüdlü X3 və 25 dekabr 2005-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşlar. Tərəflər ailə münasibətlərinə daxil olduqdan sonra İddiaçı cavabdehin valideynlərinə məxsus ünvan 1ndə yerləşən yaşayış evinə gəlin köçmüş və 3 il birgə yaşamış, sonra isə məhrum qayınatası X1 adına olan ünvan 1kəndində yerləşən altı otaqlı yaşayış evinə köçmüş və cehiz əmlaklarını həmin evdə yerləşdirmişdir. İddiaçı və Cavabdeh1 xxxoğlunun ailə münasibətləri faktiki 15 noyabr 2019-cu il tarixdə pozularaq, onlar ayrılmış, Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar isə İddiaçı yanında saxlanılmışlar. ünvan 1kəndində 0,7248 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyəti hüququ əsasında 14 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 xxxoğlu, Cavabdeh2 və Cavabdeh1 xxxoğlunun ümumi birgə mülkiyyətindədir. ünvan 1ndə 0,2367 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi JN-027A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və noyabr 1988-ci il tarixli 186 inventar nömrəli texniki pasporta əsasən yaşayış evi X1 adı na xüsusi mülkiyyəti hüququ əsasında 27 iyul 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 xxxoğlu, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir. Sonradan həmin fərdi yaşayış evi Ağdaş rayon Notariat kontorunun 19 avqust 2020-ci il tarixli 2V-369 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 (torpaq sahəsi 1/4 hissə), Cavabdeh4 xxxoğlunun (torpaq sahəsi 1/4 hissə) və Cavabdeh2 (yaşayış evi tam, torpaq sahəsi 2/4 hissə) mülkiyyət hüququ 01 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 xxxoğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xxxoğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının övladları 10 iyul 2004-cü il təvəllüdlü X3 və 25 dekabr 2005-ci il təvəllüdlü X4 ilə birlikdə mərhum X2 məxsus olmuş, ünvan 1kəndində yerləşən, hazırda cavabdehlərin də yaşadıqları iki mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 xxxoğlu ayrılsalar da, iddiaçı iki uşağı ilə birlikdə həmin evdə yaşamağa davam etmiş, Cavabdeh1 xxxoğlu iddiaçını uşağı ilə birlikdə həmin evdən çıxarmaq istəmiş, 2019-cu ilin noyabr ayından evin işığını, qazını və suyunu müvafiq orqanlara ərizə verib kəsdirmiş, 01 iyun 2020-ci ildə məcbur evdən çıxarılmış və Ağdaş şəhərinə kirayə evə gəlmişdir. Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(014)-1133/2020 nömrəli qətnaməsi ilə (hakim F.H.Nəsibov) İddiaçı cavabdehlər Cavabdeh1 xxxoğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xxxoğluna qarşı “yaşayış evinə köçürmə” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarına, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə göstərmişdir ki, tərəflərin faktik olaraq 02 oktyabr 2003-cü ildə nikaha daxil olmaları, iddiaçının mübahisəli fərdi yaşayış evinə 2006-cı ildə köçməsinə baxmayaraq, mübahisəli yaşayış evi 2020-ci ilə kimi özbaşına tikili olduğunda nə iddiaçının, nə də cavabdehin həmin tikili bağlı hər hansı subyektiv hüquqları olmamışdır. Həmin tikili 14 fevral 2020-ci il tarixdə daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının qayınanasının adına qeydə alındığından, iddiaçının mübahisə predmeti olan əmlaka istifadə hüququ yoxdur və həmin evə köçürülmə ilə bağlı tələbi əsassızdır. İddiaçının himayəsində olan azyaşlı uşaqların mübahisəli yaşayış evinə köçürülmə məsələsinə gəldikdə məhkəmə göstərmişdir ki, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni n ümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Uşaqların iddiaçının himayəsində olması, onların yaşayış yerinin analarının yaşayış yeri olması əsas götürülməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən etmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 xxxoğluna qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbi rədd edilmişdir. Həmin iddia tələbi üzrə mübahisə predmeti də hazırda mübahisə predmeti olan fərdi yaşayış evi olmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndir ilmir və yenidən sübut edilmir. Belə ki, sözügedən qətnamədə iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evində yaşasa da, qeyd edilən yaşayış evinə istifadə hüququ olmadığından iddia ərizəsində qeyd edilən yaşayış sahələrindən istifadə qaydalarının müəyyən edilməsini tələb etməsinə dair subyektiv hüququ olmaması qeyd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2020ci il tarixli, 2(014)-1133/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(107)833/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ş.Hüseynov dan və G.Q.Abbasovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(014)1133/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(107)-833/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tə min edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı mübahisələndirilən yaşayış sahəsinə köçən zaman həmin evin mülkiyyətçisi məlum olmadığına görə iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228 və Mənzil Məcəlləsinin 30-cu maddəsi deyil, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri tətbiq edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 xxxoğlu və vəkili xxx oğlu kassasi ya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cüml ədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ail ə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qəra rı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməs inin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istəd iyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyi nin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunveri ciliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsini n mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən fərdi yaşayış evi üzərində cavabdehlərdən Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2020ci ildə qeydə alındığından apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisənin həlli üçün hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. İddiaçı köçürülməsi xahiş edilən yaşayış sahəsinin mülkiyyətçisinin Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş “ailə üzvü” dairəsinə daxil deyildir və onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahi sələndirilən yaşayış sahəsi 2020-ci ilədək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, ona köhnə Mənzil Məcəlləsinin müddəalarının tətbiqi qeyrimümkündür. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ev əvvəllər iddiaçının mərhum qayınatasının adına 1988-ci il tarixli texniki pasport əsasında məxsus olmuş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur. Belə olan halda, iddiaçının yaşayış sahəsinə köçürüldüyü tarixə uyğun iddiaya Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilə bilər ki, qanunvericiliyin həmin normalarına da uyğun iddiaçının yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Yetkinlik yaşına çatmayan uşaqlar isə hazırda iddiaçının himayəsində olduqlarından, qanunvericil iyin tələblərinə əsasən onların yaşayış yeri iddiaçı olan valideynin yaşayış yeri sayılır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(107)833/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-163/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-163/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver