Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1630/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7133/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halla rı Tərəflər 27 mart 2016-cı il tarixdə rəsmi nikaha girmiş, birgə nikahdan bir uşaqları olmuşdur. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq anası X1 yanında saxlanılmaqla uşağa görə Cavabdeh Nizam oğlundan hər ay 160 manat məbləğində alimentin tutularaq G.A.Abdullazadəyə verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahda olduğu dövrdə Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 12 ünvanında yerləşən üç otaqlı 19 saylı mənzili əldə etmələrini əsas göstərməklə həmin mənzilin bölünməsini, uşağın onun himayəsinə verilməsi ilə əlaqədar mənzilin 2/3 hissəsinə onun, 1/3 hissəs inə isə cavabdehin payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-112/2021 nömrəli, 23 aprel 2021ci il tarixli qətnaməsi ilə (hakim: Ə.S.Qəhrəmanov) iddia qismən təmin edilərək mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh payı müəyyən olunmuş, qalan hissədə iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək mübahisəli mənzilin onun valideynlərinə kredit müqavilələri əsasında verilmiş vəsaitin hesabına əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7133/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(094)-112/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək mübahisəli mənzilin onların ümumi gəlirləri hesabına deyil, valideynlərinin vəsaiti hesabına alınmaqla ümumi birgə mülkiyyətləri olmamasını, valideynləri tərəfindən kreditlərin məhz mənzilin alınması məqsədi ilə götürü lməsini, məhkəmənin heç bir mötəbər sübut olmadan mənzilin tərəflərin ümumi əmlakı kimi bölməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. (32.2.2) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, tərəflər 27 mart 2016-cı il tarixdə nikaha girmiş, mübahisə predmeti olan mənzil 17 may 2017-ci il tarixdə əldə edilmiş, onların nikahı isə məhkəmənin 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Göstərilənlər mübahisəli evin tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsini təsdiq etməklə işin həmin halı mübahisə doğurmur və cavabdeh tərəfindən də bu inkar olunmur. Tərəflər arasında mübahisə doğuran məsələ mənzilin ər-arvadın ümumi gəlirləri hesabına alınıb-alınmaması ilə əlaqədardır. İddiaçıya görə mənzil onunla cavabdehin ümumi gəlirləri hesabına əldə edilməklə onların ümumi birgə mülkiyyətidir. Cavabdeh isə bununla razılaşmayaraq, mənzilin onun valideynlərinin 13 və 14 aprel 2017-ci il tarixlərdə "xxxx" ASC-dən götürdükləri kreditin hesabına əldə edilməklə onların birgə mülkiyyəti olmamasını və onlar arasında bölünə bilməməsini iddia edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiym ətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. (32.2.2) Cavabdehin istinad etdiyi kredit müqavilələri üzrə onun valideynləri tərəfindən bankdan kredit götürülməsi (hər biri 10.000 manat) təsdiq olunsa da, apellyasiya instansiyası məhkəməsi işin həmin halını cavabdehin göstərdiklərini təsdiq edən sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, həmin pul vəsaitlərinin məhz mənzilin alınması məqsədi ilə bankdan götürülməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının MPM-in77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7133/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1630/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1630/2022
16.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver