Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1632/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsi üzrə ödənilmiş pulun iki mislinin qaytarılması, hüquqi yardıma görə pulun tutulması, mənzilə tutma yönəldilməsi və mənzilin hərracdan satılaraq borcun ödənilməsi” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli 2(103)-13118/2019 nömrəli qətna məsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 102.000 (bir yüz iki min) manat məbləğində beh üzrə pulun, iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, vəkil xidmət haqqı kimi ödənilmiş 200 (iki yüz) manatın, yəni ümumilikdə 102 230 (bir yüz iki min iki yüz otuz) manatın tutularaq ona ödənilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 46, 47 saylı mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 102.000 (bir yüz iki min) manat məbləğində beh üzrə pul vəsaitinin, 200 (iki yüz) manat vəkil xidməti xərcin və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 102.230 (bir yüz iki min iki yüz otuz) manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 31.10.2019-cu il tarixli 2(103)-13118/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 saylı iş üzrə 20 avqust 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə və onun mübahisələndirdiyi hissədə (iddianın təmin edilmədiyi hissədə) dəyişdirilməd ən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli 2(103)-13118/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini yanlış əsaslandırmış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər pro ses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktik i halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu tərəf indən 18 sentyabr 2017-ci il tarixdə İddiaçıla Cavabdeh arasında bağlanmış beh müqaviləsi təsdiq olunmuş, bu müqavilə ilə Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46, 47 və 48 saylı mənzillərini 165 000 manata İddiaçı satmağı, İddiaçı isə həmin əmlakı qeyd edilən məbləğə almağa razılaşmış, müqavilənin 2.2ci bəndində İddiaçı gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi Cavabdeh 10 000 manat verdiyi, qalan 155 000 manatı isə alqı-satqı zamanı ödəməyi öhdəsinə götürmüşdür. 22.09.2017-ci il tarixdə - Bakı şəhəri 14 saylı notariat kontorunda, 03.10.2017-ci il tarixdə isə 46 saylı notariat kontorunda məzmunu və mahiyyəti eyni olan beh müqavilələri bağlanmış, 22.09.2017-ci il tarixli müqavilədə İddiaçı Cavabdeh 31 000 manat beh verdiyi və əmlakın dəyərindən qal an 134 000 manatı 22.10.2017-ci il tarixinədək Cavabdeh ödəməyi öhdəsinə götürdüyü, 03.10.2017-ci il tarixli müqavilədə isə gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi Cavabdeh 10 000 manat verdiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “beh məbləğinin iki mislinin qaytarılması” tələbi üzrə gəlinən nəticənin hazırkı apellyasiya baxışının predmeti olmadığını qeyd edərək, həmin məbləğlərin beh kimi verilib-verilmədiyi məsələsinə münasibət bildirməmiş, qətnaməni yalnız iddiaçının apelyasiya şikayəti əsasında iddianı rədd edilmiş hissəsinin qanuniliyini yoxlamışdır. Həmin hissə üzrə apelyasiya məhkəməsi hesab etmişdir ki, iddianın “ tutulan məbləğin Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 46, 47 saylı mənzillərə yönəldilməsi, həmin mənzillərin açı q hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” tələbinin qanuni əsası mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, sözügedən əmlak (mənzillər) tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə Cavabdeh öhdəliklərinin təminatı kimi çıxış etməmiş, ipoteka ilə yüklü olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmas ından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya qeyd edir ki, qətnamə ilə tutma yönəldilməsi tələb edilən mənzillər cavabdehin qeyd edilən əqd üzrə öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmədiyindən, tutulan borcun qətnamə ilə cavabdehin əmlakına yönəldilməsi və onun hərracda satılması barədə iddiası əsassızdır. Borc ödənilmədiyi təqdirdə, borcun borclunun əmlakına yönəldilməsi qaydası və şərtləri “İcra haqqında” Qanununda təsbit olunmuşdur. B una görə də, hazırki qətnamədə icra qaydasının müəyyən edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, məhkəmələr tərəfindən kassasiya şikayətində qeyd edilən prossesual hüquq normalarının pozulmasına yol verilməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əs asən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli 2(103)-13118/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1632/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1632/2020
22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver