Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1632/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1632/21 Açar sözlər: kredit borcu xx xxxx 2021-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Rəsulova Aysel Ələddin qızının və cavabdehin və kili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7109/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 01 nömrəli, xx xxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 25 (iyirmi beş) faizlə 24 (iyirmi dörd) ay müddətinə 14620 (on dörd min altı yüz iyirmi) manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı olaraq 2004-cü il buraxılışlı, «BMW-530» markalı, **-LK-*** i/o dövlət qeydiyyat nişanlı, WBANA71070B605113 ban, 36283181 mühərrik nömrəli, ağ rəngli minik avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Krediti aldığı vaxtdan cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini pozaraq, banka olan kredit və faiz borcunu tam ödəməmiş və nəticədə cavabdehin bank qarşısında borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC-nin «Səbail» filialı arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən 12.678 (on iki min altı yüz yetmiş səkkiz) manat əsas borcu, 12.660 (on iki min altı yüz altmış) manat faiz borcu, ümumilikdə 25.338 (iyirmi beş min üç yüz otuz səkkiz) manat məbləğdə pul vəsaitini bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu cavabdehdən tutaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tələbin girov qoyulmuş Cavabdeh mülkiyyətində olan «BMW-530» minik markalı, buraxılış ili 2004-cü il olan, ban-WBANA71070B605113, ağ rəngli, **LK-*** i/o dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC-nin «Səbail» filialı arasında xx xxxxx 2012-ci il tarixli, 01 saylı kredit müqaviləsi bağlanmı şdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 25% (iyirmi beş) ödənilmək şərtilə 14.620 (on dörd min altı yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx xxxxx 2012-ci il tarixli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus «BMW- 530» minik markalı, buraxılış ili 2004-cü il olan, ban-WBANA71070B605113, ağ rəngli, 90- LK-204 i/o dövlət nömrə nişanlı avtomobil ləğv prosesində olan İddiaçı ASC-də girov qoyulmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 12.678 (on iki min altı yüz yetmiş səkkiz) manat əsas borcu, 12.660 (on iki min altı yüz altmış) manat faiz borcu və ümumilikdə 25.338 (iyirm i beş min üç yüz otuz səkkiz) manat məbləğində borcu qalmışdır. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 01 nömrəli, xx xxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixədək hesablanmış 3822 (üç min səkkiz yüz iyirmi iki) manat faiz borcu mövcud olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7109/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 01 nömrəli, xx xxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 12678 (on iki min altı yüz yetmiş səkkiz) manat əsas borc, 3822 (üç min səkkiz yüz iyirmi iki) manat faiz borcu, cəmi 16500 (on altı min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus 2004-cü il buraxılışlı, «BMW-530» markalı, **-LK-*** i/o dövlət qeydiyyat nişanlı, WBANA71070B605113 ban, 36283181 mühərrik nömrəli, ağ rəngli avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 34,88 %-i, yəni 10 (on) manat 45 (qırx beş) qəpiyi iddiaçıya aid edilməsi, qalan 65,12 %-i, yəni 19 (on doqquz) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iş materiallarında olan maliyyə arayışlarına əsaslanaraq hesab etmişdir ki, Cavabdeh 12.678 manat əsas borcu, xx.xx.2014-cü il tarixə - yəni kredit müqaviləsinin qüvvədə olma müddətinə İddiaçı ASC-nə olan faiz borcu 3822 manat təşkil etdiyindən, iddia qismən təmin edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 445.1, 445.2.1, 445.7, 449.1, 449.3, 269.1, 269.7, 317.1, 319.1, İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 33, 34.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh qətnamənin surətini xx.xx.2020-ci il tarixdə alaraq, xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş və şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmas ını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə prosesindən xəbəri olmamışdır. Bank ona qarşı iddia qaldırarkən iddia müddətini ötürmüşdür. Belə ki, kredit və girov müqaviləsi xx.xx.2012-ci il tarixdə, 24 ay müddətinə bağlanmışdır. Müqavilədən də görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx.xx.2017-ci ildə bitmişdir, habelə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş olunmamışdır. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə xx.xx.2017-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşüdür. Eyni zamanda qeyd edilməlidir ki, kredit müqaviləsindən irəli gələn əsas tələ b üzrə iddia müddəti ötürüldüyündən, ondan irəli gələn girov müqaviləsi üzrə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəşad Həsənov - sədrlik edən, məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) xx xxxxxx 2020-cu il tarixli, 2(103)6035/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7109/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, borclu Cavabdeh kredit müqaviləsi başa çatdıqdan sonra xx xxxxxxxx 2014-cü və xx xxxxxx 2014-cü il tarixlərdə banka müvafiq olaraq 300.00 manat və 600.00 manat ödənişlər həyata keçirməklə borcu etiraf etməsinə yönələn hər əkətlər etmişdir, bu səbəbdən iddia müddətinin axımı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin başa çatdığı xx.xx.2014-cü il tarixdən deyil, sonuncu ödənişin həyata keçirildiyi xx xxxxxx 2014-cü il tarixdən hesablanmalıdır. İddiaçının 2017-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin 373.2, 372.3 və 380.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2(103)-6035/2020 saylı qətnaməsinin ləğv edilərək i şin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirmiş, bununla da onun sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum edilmişdir. Səhhətində yaranmış problemlər üzündən məhkəmə iclasında iştirak edə bilməmiş və məhkəmə iclasının təxirə salınması barədə ərizə təqdim etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi onun təxir ərizəsini nəzərə almamış, məhkəmə iclası iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi onun kredit ödənişl əri barədə qəbz təqdim etmişdir. Həmin kredit ödənişlərini cavabdeh etməmişdir. Belə ki, qəbzdəki imzalar fərqlidir. Apellyasiya instansiya məhkəməsində iştirakının təmin olunmaması, məhkəmə iclasının təxirə salınması barədə ərizənin təmin olunmaması nəticəsində o, bu qəbzləri mübahisələndirə və ekspertiza keçirilməsinin təmin olunması barədə vəsatət təqdim edilməsi imkanından məhrum edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbzlərin düzgünlüyü yoxlanılmamış, ekspertiza keçirməmiş, cavabdehin iştirakı təmin edilməmiş və ilk məhkəmə iclasında qətnamə qəbul edilərək maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini yoxlamamış, sübutları düzgün qiymətləndirməmiş, həmçinin iş üzrə toplanmış sübutlara tam, obyektiv və hərtərəfli qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbay can Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən kassasiya şikayəti əsasında qətnamənin qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin g əldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verilmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsində məhkəmə iclası barədə cavabdehin apellyasiya şikayətində göstərdiyi ünvana məhkəmə bildirişi, telefon nömrəsinə isə AZEMİS vasitəsilə SMS xəbərdarlıq göndərilmiş, cavabdeh kirayədə yaşadığını göstərdiyi ünvanda yaşamadığına görə məhkəmə bildirişi geri qayıtmış, cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya məhkəməsinin dəftərxa nasına həmin gün saat 14-45-də olacaq məhkəmə iclasında səhhətinə görə iştirak edə bilməyəcəyi barədə ərizə təqdim etmiş, lakin ərizəyə heç bir sübut əlavə etməmişdir. Buna görə də, apellyasiya məhkəməsi haqlı olaraq MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin vəsatətini təmin etməmiş və işə onun iştirakı olmadan baxmışdır. Həmçinin kredit müqaviləsi üzrə xx xxxxxxxx 2014-cü və xx xxxxxx 2014-cü il tarixlərdə banka edilən ödənişlərin onun tərəfindən həyata keçirilməməsi və iddia müddətinin hesablanması zamanı həmin ödənişlərin nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2(103)6035/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.