Məhkəmə qərarları › İş №2(102)-1633/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1633/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1633/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-631/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 3 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakıları müəyyəyn etdi: İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən MH 132677 seriya nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzili X1 adına tam payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.1998-ci il tarixdə 887 №-li reyestr kitabında 556 №-li qeydiyyat aparılmışdır.

2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov ra yonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzili Bakı şəhəri, 38 saylı DNK-nın xx.xx.1998-ci il tarixli 3M-91- 95 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)595/2023 saylı qətnaməyə əsasən iddiaçı qızı ilə cavabdeh X7 arasında xx.xx.2012-ci il tarixdə Başkırdıstan Respublikası VVAQ idarəsinin Ufa şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən qeydə alınmış və 54 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları qızının yanında qalmaları, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx. xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X3 hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı qızına ödənilməsi qət edilmişdir.

4. DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixdə verilmiş ******* №-li arayışa əsasən İddiaçı Əbülfət qızı 01 dekabr 2003-cü il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qızının, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılması barədə qə tnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 132677 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı Əbülfət qızının tam mülkiyyətindədir. DİN-nin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, evdə yalnız İddiaçı qeydiyyatdadır. Cavabdeh Əliyeva Aydan iddiaçının keçmiş gəlinidir. O, 2012-ci ildə iddiaçının oğlu X7 ilə evlənərək, həmin mənzilə köçmüşdür. Həmin tarixdən mənzildə yaşayır. Həmçinin iddiaçının nəvələri xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015- ci il təvəllüdlü X5 cavabdehlə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının oğlu X7 ilə cavabdeh Aydan Əliyevanın nikahı Nərimanov rayon məhkəməsinin 2(005)-959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 cavabdeh Əliyeva Aydanın yanında saxlanılmışdır. Beləliklə, cavabdeh Əliyeva Aydan iddiaçının keçmiş ailə üzvüdür. Hazırda özü və azyaşlı uşaqları mənzildən könüllü şəkildə çıxmaq istəmirlər. İddiaçı bu barədə polisə müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının özünü faktiki olaraq evə buraxmır. İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O hesab edir ki, Nərimanov Rayon Məhkəməsi iddia tələbini tam təmin etməlidir, cavabdeh Əliyeva Aydan uşaqları xx.xx.2 012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul etməlidir.

7. Cavabdeh qızı iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, cavabdeh mənzilin mülkiyyətçisi İddiaçı gəlini olmuşdur. xx.xx.2011-ci il tarixində iddiaçının oğlu X6 ilə evlənərək həmin mənzilə gəlin köçmüşdür. 2012-ci ilin yanvar ayında rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddiaçının oğlu X7 ilə nikahları Nərimanov Rayon Məhkəməsinin 2(005)-959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X7 hazırda Rusiya Federasiyasında yaşayır. X4 və X5 cavabdehin yanında saxlanılmışdır. Halhazırda onlara cavabdeh baxır və indiyədək həmin mənzildə onunla birgə ya şayırlar. 2011ci ildən indiyədək həmin mənzildə övladları ilə birgə yaşamış Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İddiaçının az yaşlı 2 (iki) nəvəsinin həmin mənzildə doğulub, həmin mənzildə bu günədək yaşaması, yaşamaq üçün başqa yerin olmaması, atalarının illərdir Rusiya Federasiyasında olması və 12 ildən artıq müddətdə bu mənzildə yaşamaları, həmin dövr ərzində mülkiyyətçi tərəfindən yaşamalarına və mənzildən istifadəyə heç bir etirazın edilməməsi ilə əlaqədar qeyd etmək olar ki, onlar yaşayış sahəsinə olan ehtiyacını nənələri İddiaçı, yəni mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)2872/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Əbilova) iddia qismən təmin edilmiş, cavabdeh qızının, yetkinlik yaşına çatmamış övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 sa ylı mənzilindən çıxarılması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının oğlu X7 ilə cavabdeh qızı xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşlar. Cavabdeh hazırda İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 118 saylı evin 27 nömrəli mənzilində övladları ilə yaşayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-595/2023 saylı qətnaməsindən məlum olur ki, X7 ilə cavabdeh qızı arasındakı nikah pozulmuş, iddiaçının oğlu X7 həmin mənzildən çıxmış və ayrı ünvanda yaşayır. Ancaq cavabdeh qızı həmin ünvanda yaşamaqda davam edir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh hazırda mübahisələndirilən mənzildə paspo rt qeydiyyatına alınmamışdır. Göründüyü kimi, qızının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan təqdirdə, cavabdehin yuxarıda qeyd olunan mənzildə faktiki olaraq yaşaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh qızı, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1,157.5, 157.4, 228.1, 228.2 və 228.5-ci maddəsinə, Mülki Prosessual Məcəlləs inin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, cavabdeh qızının verdiyi izahatı qəbul etməyərək, onun tərəfindən təqdim edilmiş edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanunazidd qətnamə qəbul etmişdir. İddiaçının az yaşlı 2 (iki) nəvəsinin həmin mənzildə doğulub, həmin mənzildə bu günədək yaşaması, yaşamaq üçün başqa yerin olmaması, atalarının illərdir Rusiya Federasiyasında olması və 12 ildən artıq müddətdə bu mənzildə ya şamaları, həmin dövr ərzində mülkiyyətçi tərəfindən yaşamalarına və mənzildən istifadəyə heç bir etirazın edilməməsi ilə əlaqədar qeyd etmək olar ki, onlar yaşayış sahəsinə olan ehtiyacını nənələri İddiaçı, yəni mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər. Birinci instansiya məhkəməsi qeyd edilən əhəmiyyətli hallara biganə qalaraq qətnamə qəbul etməklə qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-631/24 nömrəli iş üzrə 01 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının oğlu ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, iddiaçının mülkiyyətində olan hazırki mənzildə yaşamağa başlamışdır. Hazırda da, qızı azyaşlı övladları X4 və X5 ilə birlikdə yaşayırlar. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisəli hüquq münasibətləri məhz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin normaları əsasında həll edilməlidir.

15. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü maddəsinə, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətində qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-cimaddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam ver ilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə tərəfindən cavabdehin az yaşlı 2 (iki) övladının həmin mənzildə doğulub, həmin mənzildə bu günədək yaşaması, yaşamaq üçün başqa yerin olmaması, atalarının illərdir Rusiya Federasiyasında olması və 12 ildən artıq müddətdə bu mənzildə yaşamaları, həmin dövr ərzində mülkiyyətçi tərəfindən yaşamalarına və mənzildən istifadəyə heç bir etirazın edilməməsi ilə əlaqədar qeyd etmək olar ki, onlar yaşayış sahəsinə olan ehtiyacını nənələri İddiaçı, yəni mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər. Göründüyü kimi məhkəmə qətnaməsi iddiaçının maraqlarını qoruyur. Bu isə bir daha sübut edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi cavabdehin Konstitusiya və qanunlarla qorunan hüquqlarını pozmaqla yanaşı bərabərlik prinsipinə riayət edilmədən qəbul edilmişdir. Məhkəmə tərəfindən işə baxılarkən cavabdehin şikayət ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. Məhkəmə isə qətnaməsində bu kimi hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə Nərimanov Rayon Məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq demək olar ki, eyni məzmunlu qətnamə qəbul etmişdir. Bakı Apellyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipl əri pozmuşdur. Cavabdeh qızının, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(005)-2872/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi cavabdeh qızı, yetkinlik yaşına çatmamış övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(005)-2872/2023 saylı qətnaməsindən qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Tətbiq edilən hüquq

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki Məcəllə

19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürül məsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Ailə Məcəlləsi

23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

24. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Mən zil Məcəlləsi

25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçin in razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.l0.2013-cü il tarixli qərarı:

29. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Cavabdeh qızının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətin də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

39. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həq iqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-631/2024 nömrəli iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar