Məhkəmə qərarları › İş №2(102)-1634/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1634/2024

03.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1634/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yolun açılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yolun açılması tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)2461/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İŞİN HALLARİ

1. Mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamış və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m. olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir.

2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının hüquqi sələfi XXX ilə Cavabdeh1 arasınd a evin mülkiyyət hüququna və evə gediş-gəliş yoluna dair mübahisə olmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli əlavə qətnaməsi ilə XXX na gediş-gəliş yolu Cavabdeh1 na məxsus evin arxa tərəfindən müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş yolunun 3 metr enində açılması və onların mülkiyyətində olan əmlakına gediş-gəliş yoluna göstərdikləri qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tovuz Rayon Məhkəməsinin 2(062)-732/2023 nömrəli iş üzrə 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Əli yev) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2461/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və L.Süleymanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbindən göründüyü kimi iddiaçı mülkiyyətində olan fərdi- yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulan yolun açılmasını tələb etmişdir. Bu t ələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil etmişdir ki, əldə edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamış və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi cavabdehl ər tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolu nəzərdə tutulmamış, əksinə iddiaçının yol kimi istifadə edilməsini tələb etdiyi sahə Cavabdeh2 mülkiyyətində yerləşən torpaq sahəsinin hüdudları daxilindədir. Yəni cavabdehlər tərəfindən yoldan istifadə üzrə iddiaçıya törədilən maneələr qanunsuz deyildir. Bununla da iddia tələbinin təmin olunması üçün Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, işdə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətanməsi və xx.xx.2000-ci il tarixli əlavə qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçının hüquqi sələfi XXX ilə Cavabdeh1 arasında evin mülkiyyət hüququna və evə gediş-gəliş yoluna dair mübahisə olmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli əlavə qətnaməsi ilə XXX na gediş-gəliş yolu Cavabdeh1 na məxsus evin arxa tərəfindən müəyyən edilmişdir. İddiaçının nümayəndəsi həmin yolun məhz hazırda açılmasını tələb etdiyi yol olduğunu iddia etsə də onun bu dəlili əsassız olmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan evə yalnız cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evin arxa tərəfindən piyada keçidi qismində istifadə edilə bilən yol mövcuddur ki, həmin yol da məhz Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli əlavə qətnaməsi ilə müəyyən edilmiş yol olmaqla, cavabdehlər tərəfindən həmin yola hər hansı bir maneə yar adılmamaqdadır. Həmin yoldan yalnız piyada keçidi kimi istifadə etmək mümkün olmaqla, iddiaçının həyətinə hər hansı bir nəqliyyat vasitəsinin keçməsi mümkün deyildir. Lakin, qeyd olunan hal iddiaçının mülkiyyət hüququ kimi qeydə alınmış torpaq sahəsindən nəqliyyat vasitəsinin keçidi qismində, hazırkı icraat çərçivəsində yol açılmasına əsas verməməkdədir. Belə ki, yuxarıda istinad olunan Mülki Məcəllənin normalarına əsasən torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola zəruri keçidi mövcud olmadığı halda tam əvəzi ödənilməklə zəruri keçid ayırılmasını tələb etmək hüququ verməkdədir. İddiaçının isə mülkiyyətində olan evə piyada yolu vasitəsi zəruri olan keçidi mövcuddur. Həmçinin, Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətanməsi ilə iddiaçının hüquqi sələf ilə iddiaçı a rasında əmlakın bölüşdürülməsi həyata keçirilməklə, zəruri keçid olan yol da müəyyən edilmişdir ki, bununla da iddiaçının cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun olmasına dair apellyasiya şikayətinin dəlili də əsassız olmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

9. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qardaşlar arasında birgə istifadəsinə razılıq verilmiş yolun mövcüd olmasını qiymətləndirə bilməyib. Atadan qalmış, övladlar arasında razılaşdırılmış keçid yolunun sonradan yeni mülkiyyətçi tərəfindən bağlanmasının doğru və qanuni olmamasını məhkəmə dəyərləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəs ində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 13. “ İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başq a şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır; Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bils in.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

22. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mütəxəss is rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının çıxarışında onun istifadəsindəki əmlak kimi təqdim edilən tikiliyə yol nəzərdə tutulmamış və iddiaçının yol kimi iddia etdiyi ərazi Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsidir, iddiaçının fərdi yaşayış evi də Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi və xx.xx.2000-ci il tarixli əlavə qətnaməsinə əsasən isə iddiaçının gediş-gəliş yolu cavabdehlərə məxsus evin arxa tərəfindən keçir.

23. Şikayətin dəlilləri də işin bu halları, yəni qeyd olunan faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin sözügedən hallara uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıl mır və onlara qiymət verilmir. Çünki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §15).

24. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2461/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar