Məhkəmə qərarları › İş №2(102)-1635/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1635/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1635/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı İKB ASC-nin (hazırda “xxxx” ASC) cavahdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Talıbov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 6601,88 ABŞ dolları əsas borc, 7166,94 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, xx xxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 83,60 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 13952,42 ABŞ dolları (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, Tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabu nçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsində yerləşən 2 otaqlı, 64,28 kv.m ümumi, 35.38 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 53 nömrəli mənzilinə yönəldilməsi, mənzil ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər E.Kazımov, İ.Şirinov) cavahdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikas ı Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh1 iddiaçının xeyrinə 6837,08 ABŞ dol ları əsas borc, 7201,51 ABŞ dolları faiz borcu, 576,79 ABŞ dolları cərimə, cəmi 14615,38 ABŞ dolları borc, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsindəyerləşən 2 otaqlı, 64,28 kv.m ümumi, 35.38 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 53 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsində yerləşən 2 otaqlı, 64,28 kv.m ümumi, 35.38 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 53 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqları itirilməklə həmin mənzildən çıxarılmaları və mənziliq boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İKB ASC-i Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək məhkəmədən Cavabdeh1 iddiaçının xeyrinə 6601,88 ABŞ dolları əsas borc, 7166,94 ABŞ dolları faiz borcu, 731,74 ABŞ dolları cərimə, xx xxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 83,60 ABŞ dolları məbləğində əldən çıxmış fayd a olmaqla cəmi 14584,16 ABŞ dolları borc, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsində yerləşən 2 otaqlı, 64,28 kv.m ümumi, 35.38 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 53 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsində y erləşən 2 otaqlı, 64,28 kv.m ümumi, 35.38 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 53 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqları itirilməklə həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. xx xxxx 2015-ci il tarixli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı İKB Açıq Səhmdar Cəmiyy əti ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə görə cavabdehə 36 ay müddətinə illik 26 % olmaqla 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda xx xxxx 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli istehlak krediti müqaviləsi üzrə 15.000 ABŞ dolları məbləğində pulu bankdan şəxsən təhvil almışdır. Həmçinin xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsində yerləşən 2 otaqlı, 64,28 kv.m ümumi, 35.38 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 53 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa xx xxxxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 6601,88 ABŞ dolları əsas borc, 7166,94 ABŞ dolları faiz borcu, 731,74 ABŞ dolları cərimə borcu, əldən çıxmış faydaya görə illik 5% hesablanmaqla 83.60 manat borcu vardır. İş materiallarında olan İddiaçı İKB tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borc barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 39 Saylı Mənzil Kommunal İstismar Sahəsinin tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli forma 2 arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsində yerləşən 2 otaqlı, 64,28 kv.m ümumi, 35.38 kv.m y aşayış sahəsindən ibarət 9 nömrəli evin 53 nömrəli mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildə qeydiyyatdadırlar. Eyni zamanda “xxxx” MMC-i tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsində yerləşən 2 otaqlı, 64,28 kv.m ümumi, 35.38 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 53 nömrəli mənzilinin orta bazar qiyməti 65.000 manat təşkil edir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasındavxx xxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alana illik faiz dərəcəsi 26 faiz olmaqla, 36 ay müddətinə 15000 ABŞ dolları məbləğində kre dit verilmişdir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtı-vaxtında icra etməmiş və onun xx xxxx 2018-ci il tarixinə banka əsas borc üzrə 6601,88 ABŞ dolları əsas borc, 7166,94 ABŞ dolları faiz borcu, 731,74 ABŞ dolları cərimə borcu, əldən çıxmış faydaya görə illik 5% hesablanmaqla 83.60 dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14584.16 ABŞ dolları borcu yaranmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 64,28 kv.m yaşayış, 35.38 kv.m köməkçi sahədən ibarət 2 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1 -ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1 -ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki. iddiaçı borcun, ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilmə si üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və djgər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 319.1 -ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar