Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1635/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: müəssisə və torpaq sahəsinin boşaldılması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh qarşı “əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **** rayonu ****kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ca vabdehə məxsus olan əmlaklar, o cümlədən, **** rayonu **** kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)-****/2014 nömrəli qətnaməsi ilə ödənilməmiş kredit borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişd ir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya və kasasiya şikayətləri verilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)-****/2014 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, ipoteka predmeti olan əmlaklar satılması üçün hərraca çıxarılmışdır. Hərracın nəticələri haqqında xx xxxxxx 2015-ci il tarixli protokola əsasən İddiaçı ASC hərracın qalibi olmuş və **** rayonu **** kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin əmlaklara dair İddiaçı ASCnin adına xx.xx.2015-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı n Dövlət reyestrindən Çıxarış sənədi tərtib edilmişdir və qeyd olunan əmlaklar hazırda xüsusi mülkiyyət hüququ əsasında tam şəkildə iddiaçının xüsusi mülkiyyətindədir. Hərracın nəticələri haqqında protokola əsasən qeyd olunan əmlaklar iddiaçıya satıldıqdan sonra cavabdehin 1 ay müddətində əmlak kompleksi kimi müəssisə və torpaq sahəsini boşaltmaq öhdəliyi yaranmışdır. Lakin cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə və torpaq sahəsindən çıxmamış, qeyd olunan əmlakları iddiaçının faktiki sahibliyinə verməmişdir. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(054)-****/2020 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır k i, hazırki iddianın predmetinə aid olan əmlak kompleksi və torpaq sahəsi qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Hazırki vəziyyətdə qeyd olunan əmlaklar üzərində cavabdehin qanuni əsaslarla müəyyən edilmiş hər hansı hüququ olmadığı halda, iddiaçının mülkiyyət hüququ mövcuddur. Hazırda cavabdehin mübahisə predmetinə aid olan əmlaklardan istifadə etməkdə davam etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlaklar üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələnmişdir. Mübahisə predmetinə aid olan əmlakların əvvəllər cavabdehin mülkiyyətində, hazırda da faktiki istifadəsində olması hazırki vəziyyətdə iddiaçının xüsusi mülkiyyətində olan əmlak üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılma sı üçün əsas deyildir. Ona görə də iddia tələbi təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xx.xx.2020-ci il tarixli, 2(107)***/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-****/2020 saylı qətnam əsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilmə z. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi MPM-nin bir çox tələblərini pozmuşdur. Belə ki, apelyasiya məhkəməsi həmin əmlakın bankın adına necə keçməsini yoxlamalı idi. Ümumiyyətlə, bankın həmin əmlakdan onun istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq səlahiyyətinin olması aydınlaşdırılmalı idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c ) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən mə hdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində də məhkəmənin həmin əmlakın bankın adına necə keçməsini yoxlamalı olmasını, bankın həmin əmlakdan onun istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq səlahiyyətinin olmasının aydınlaşdırılmalı olmasını göstərmiş olsa da, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, adıçəkilən əmlak ipoteka predmeti olmuş, məhkəmə qətnaməsi ilə borc məbləğinin ipoteka predmetinə yönəldilməsi qət edilmiş, keçirilmiş hərrac nəticəsində qeyd edilən əmlak bank tərəfindən hərracın nəticələrinə uyğun olaraq əldə edilmiş və bankın adına çıxarış verilmişdir. Adına çıxarış olduğundan, yəni mülkiyyətçi olduğundan iddiaçı bank qeyd edilən tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.