Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1635/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarma, torpağın əvəzsiz mülkiyyətə verilməsi, mülkiyyət hüququna qanuni gözlənti, sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə ilkin, Cavabdeh alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2276/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2700 kv/m olan torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) Naftalan şəhər XDS İK-nin 25 may 1982-ci il tarixli 65 №li qərarı ilə yeni hamam binasının tikintisi üçün ayrılmışdır.
2. Mübahisəli torpaq sahəsi X2 tərəfindən 28 dekabr 2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə İddiaçı (bundan sonra – iddiaçı) satılmış, xx.xx.2018-ci il tarixdə sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata a lınmışdır.
3. Naftalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 2534 kv.m torpaq sahəsi Cavabdeh (bundan sonra – cavabdeh) istifadəsindədir. Həmin torpaq sahəsi üzərində yerləşən 06 “A” literli tikilidən ibarət yaşayış evi vərəsəlik qaydasında xx.xx.2003-cü ildə ölmüş atası X1 cavabdehə keçmiş və xx.xx.2003-cü il tarixdə daşınmaz əmlak kimi onun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən 0.27 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi işin yuxarıda qeyd olunan f aktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda torpaq sahəsinin üzərindəki köhnə tikililəri sökmüş və bundan sonra yalnız mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Lakin qonşuluqda yaşayan cavabdeh ona məxsus mübahisəli torpaq sahəsinin təxminən 4-5 sotunu tamamilə qanunsuz olaraq zəbt edib, öz həyətinə birləşdirmişdir. Cavabdehə qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxması üçün dəfələrlə müraciət etsə də, cavabdeh ona məhəl qoymayaraq, torpaq sahəsini tərk etməmişdir.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətinə alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli, 4Ə-139 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin həyətyanı torpaq sahəsinə bitişik ərazidə olan iddiaçıya məxsus torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş koordinatlar üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla, 1962-ci ildən faktiki olaraq istifadəsindədir. Reyestrdə 982 № ilə qeydə alınmış qeydiyyat vəsiqəsi, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsü və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 268 №li sərəncamı ilə təsdiq olunur. Onun mülkiyyət sənədlər i qanunvericiliyin tələbinə uyğun hazırlanmış, bütün mülkiyyət sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmişdir. İddiaçının mülkiyyət sənədlərindən görünür ki, 0.27 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması barədə çıxarışı xx.xx.2018-ci il tarixdə almışdır. Həmin tarixdə mübahisələndirilən ərazi qapalı məkan olmuş, yəni xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin kənarları daş hasarla bağlanmışdır. Mübahisələndirilən 0.2534 ha ərazi 40 ildən çox müddətdir ki, sərhədləri bağlı vəziyyətdə xüsusi mülkiyyətdə olmaqla, cavabdehin istifadəsindədir. İddiaçı torpağı alan zaman aldığı ərazinin sərhədləri dəqiqləşdirilməmiş və alğı-satqı əməliyyatı qeyri-qanuni aparılmışdır. İddiaçının həmin vaxt ona qarşı torpağın zəbti ilə əlaqədar heç bir iddiası və şikayə ti olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti alğı-satqı əməliyyatı aparan zaman alıcının aldığı torpağın koordinatlarını düzgün müəyyən etməmişdir. Belə ki, satılan torpaqların koordinatlarının onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi qeyri-qanuni olmaqla qanunvericiliyin tələblərinə ziddir.
8. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi, onun faktiki naturada is tifadə etdiyi torpaq sahəsi ilə qismən üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsini cavabdeh istifadə edir. xx.xx.2003-cü il tarixli, 982 saylı qeydiyyat vəsiqəsinə əsasən cavabdehin mülkiyyətində olan Naftalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin üzərində yerləşmir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi yuxarıda qeyd olunan rəy əsasında 30 may 2023-cü il tarixdə eyni məzmunlu ekspert rəyi vermişdir.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ilk iddia tam əsas lıdır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsinin cavabdehin faktiki olaraq qanunsuz istifadə və sahibliyində olması iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh ümumiyyətlə torpaq sahəsinin ona aid olduğunu göstərən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdehin yalnız fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi vardır. Qarşılıqlı iddia ərizəsi isə tam əsassızdır. Çünki cavabdehin, ümumiyyətlə, iddiaçı və Əzimzadə Paşayev arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmaq hüququ yoxdur. Belə ki, cavabdeh həmin müqavilə üzrə tərəf deyildir. Odur ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir.
11. Naftalan Şəhər Məhkəməsinin (bundan sonra – birinci i nstansiya məhkəməsi) 2(052)-85/2023 nömrəli mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Səlimov) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir.
12. Məhkəmə ilk iddiaya münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə iddianın əsaslı olması qənaətinə gəlinir. Belə ki, qeyd edilən rəydə iddiaçının mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsinin faktiki olaraq cavabdehin istifadəsində olduğu qeyd edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsinin müəyyən bir hissəsi cavabdehin sahibliyindədir və bu sahiblik qanunsuzdur.
13. Məhkəmə qarşılıqlı iddiaya mü nasibətdə qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi barədə iddia tələbini yalnız həmin müqavilənin tərəfi olmuş şəxslər irəli sürə bilərlər. Göründüyü kimi, cavabdeh mübahisələndirdiyi alğı-satqı müqaviləsinin tərəfi olmadığından qarşılıqlı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi də qəbul edilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 152.1, 152.1, 157.2, 157.4, 170.2, 421.1, 423-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə istinadən əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qeyriobyektivdir. Qətnamə ilə maddi hüquq normaları pozulmuş, hüququn tətbiq edilməsində səhv buraxılmışdır, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun deyildir. İşə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, cavabdehin təqdim etdiyi sübutlara əhəmiyyət və hüquqi qiymət verilməmişdir. Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədin mövcud olmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, onun təqdim etdiyi hüquq müəyyənedici sənədlərlə tam təsdiq edilir ki, ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi 1962-ci ildən, yəni 50 ildən artıqdır ki, əvvəlcə cavabdehin valideynlərinin mülkiyyətində olmuş, 2003-cü ildən isə onun özünün qanuni mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi isə son illərdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında köhnə hamamın yerində yeni hamam tikintisi üçün ayrılmış və torpaq sahəsi Naftalan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Natiq Aslanovun mülkiyyətində olmuşdur, O, vəzifəsindən sui-istifadə edərək cavabdehin uzu n illərdir qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsinin təxminən 5 sotunu ələ keçirməyə çalışmışdır. Birinci instansiya məhkəməsi bu fakta düzgün hüquqi qiymət verməmiş, bu faktı “iddiaçının mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0540 ha hissəsini Cavabdeh istifadə etməsi” kimi ifadə etmişdir. Halbuki istər köhnə hamamın mövcud olduğu dövrdə, istərsə də yeni hamam tikintisi üçün torpaq ayrılarkən iş üzrə mübahisəli hesab edilən torpaq sahəsi cavabdehin mülkiyyətində olmuşdur və o, həmin torpaq sahəsindən mülkiyyətində qanuni əsaslarla olan torpaq sahəsi kimi istifadə etmişdir. Lakin reyestr xidmətinin işçiləri iddiaçının və ondan əvvəlki mülkiyyətçilərin, o cümlədən Naftalan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Natiq Aslanovun adına çıxarış və texniki sənədlər tərtib edərkən torpaq sahəsinin koordinatlarını düzgün müəyyən etməmiş, cavabdehin mülkiyyət hüququ ilə yüklü olan torpaq sahəsinə çıxarış və texniki sənədlər vermişlər. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın rəyinə və alınmış mütəxəssis rəyinə tənqidi yanaşmamış, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 0,0540 ha hissəsinə iddiaçının və ondan əvvəlki mülkiyyətçilərin adına çıxarış və texniki pasport verilərkən reyestr xidməti əməkdaşlarının həmin 0,0540 ha torpaq sahəsinin cavabdehin qanuni mülkiyyətində olmasını nəzərə almamalarına hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, cavabdeh alğı-satqı müqaviləsinin tərəfi olmadığından qarşılıqlı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi bu qənaəti ilə də qeyri-obyektiv nəticəyə gəlmişdir. Belə ki, cavabdeh göstərilən alğı-satqı müqaviləsinin tərəfi olmasa da, həmin alğı-satqı müqaviləsi birbaşa onun qanunla qorunan mülkiyyət hüquqlarına toxunur.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2276/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və R.Ş.Muradov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər əsassızdir. Belə ki, torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mülki işin materiallarında olan 8 yanvar 2018-ci il qeydiyyat tarixli çıxarışla təsdiq olunur və hazırkı vəziyyətdə mübahisəli torpaq sahəsi üzərində qeydə alınmış və müdafiə edilməli olan hüquqlar iddiaçıya mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 81-ci maddəsinə əsasən işin bu halı başqa sübutlarla müəyyən edilə bilməz. Odur ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir.
19. Apellyasiya şikayətinin dəlillərindən biri isə qarşılıqlı iddianın təmin edilməməsi hissəsindədir. Məhkəmə həmin his sədə də birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış və qeyd etmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən, tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Odur ki, cavabdehin hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.1, 152.5-ci maddələrinə, Torpaq Məcəlləsinin 66, 67-ci maddəsinin 1 və 3-cü bəndlərinə, 67.4, 68, 84, 111-ci maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil3) kassasiy a şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmələr cavabdehin təqdim etdiyi hüquq müəyyənedici sənədlərə qiymət verməmiş, “Torpaq islahatları haqqında” Qanunun 9-cu maddəsini əsassız olaraq mübahisəyə tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi
30. Maddə
66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
31. Maddə 67. 1-ci bənd. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
32. Maddə 67. 3-cü bənd. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair b ağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
33. Maddə 67. 4-cü bənd. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
34. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
35. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
36. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələr i qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu
37. Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
38. Maddə 10, birinci abzas. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qan unu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə 39. 1-ci abzas, 1-ci bənd. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpa qlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı 40. (Bənd 2.4) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Mülki Prosessual Məcəllə
41. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz q ərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
45. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdi q oluna bilməz.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 51. 385.1.1. maddi hüquq normalarının və ya pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
52. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Baxılan iş üzrə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsinin bir hissəsindən cavabdehin çıxarılmasını xahiş etmiş və bunu həmin sahənin cavabdeh tərəfindən zəbt olunduğu ilə əsaslandırmışdır.
60. İddia tələbinin qanuni əsasını M ülki Məcəllənin 157.4-cü və Torpaq Məcəlləsinin 111-ci maddələri birlikdə təşkil edir. Həmin maddələrin dispozisiya şərtlərinə əsasən mülkiyyətçi onun əmlakına qəsd etmiş, o cümlədən, mülkiyyətində olan torpağı, onun bir hissəsini özbaşına tutmuş (zəbt etmiş) şəxsdən bu hərəkətlərə son qoymağı tələb edə, belə hərəkətlər davam etdirildikdə isə bununla bağlı məhkəməyə müraciət edə bilər.
61. Cavabdeh iddiaya etirazını belə əsaslandırmışdır ki, iddiaçıya heç bir zərər vurmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə qanuni istifadəsində olan torpaq sahələrinin koordinatları üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla, 1962-ci ildən faktiki istifadəsindədir. Həmin hüquqları reyestrdə 982 № ilə qeydə alınmış qeydiyyat vəsiqəsi, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsü və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının torpaq sahəsinin və üzərində yaşayış evinin atasının adına qeydə alınması barədə xx.xx.1992-ci il tarixli 268 №li sərəncamı ilə təsdiq olunur. Cavabdeh etirazını təsdiq edən sübutlar qismində qeyd olunan sənədlərin təsdiq olunmuş surətlərini birinci instansiya məhkəməsinə təqdim etmiş, məhkəmə həmin sübutları iş materiallarına əlavə etmişdir.
62. MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən ed ən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
64. Avropa İnsan Hü quqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
65. Nəzərə alınmalıdır ki, “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
66. Göründüyü kimi mülkiyyət hüququ ilə şəxsə məxsus olan daşınmaz əmlaka dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməklə texniki pasport tərtib edildiyi halda hüquq sahibinin istinad olunan Qanunun və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının tələbləri baxımından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ, başqa sözlə torpaq sahəsinə mülkiyyət hüququna qanuni gözləntisi yaranmış olur. Şəxsin mülkiyyət hüquq una qanuni gözləntisi olduğu torpaq sahəsindən istifadə etməsi isə həmin torpaq sahəsinin zəbt olunması kimi qiymətləndirilə bilməz.
67. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi yuxarıda qeyd olunan sənədlərə ümumiyyətlə qiymət verməmiş, habelə həmin sənədlərə qiymət verilməsinin nəticəsi olaraq “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 10-cu maddələrinin, habelə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli, 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanlarının mübahisəyə tətbiqi mümkünlüyünü müzakirə etməmiş və bu müzakirələrin nəticəsi olaraq cavabdehin təqdim etdiyi sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə əmlak (mülkiyy ət) hüquqlarının, yaxud belə hüquqlarla bağlı qanuni gözləntisinin yaranıb-yaranmadığı ilə bağlı hüquqi dəyərləndirmə aparmamışdır.
68. Halbuki məhkəmə tərəfindən cavabdehin qeyd olunan torpaq sahəsinə hüquqlarının yarandığı müəyyən edildiyi təqdirdə iş üzrə mübahisənin qanuni və obyektiv həlli baxımından ekspert qarşısında qoyulmuş suallarla yanaşı, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin öz mülkiyyəti hesab etdiyi torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyi barədə ekspertiza tədqiqatının aparılması zərurəti də yaranmış olardı.
69. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini də eyni dəlillərlə əsaslandırmış, təqdim etdiyi sənədlərə məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət ver ilməsini xahiş etmişdir.
70. Lakin işə baxmış birinci instansiya məhkəməsinin yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının pozulması (nəzərə alınmaması) ilə qəbul edilmiş qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır. MPM-in 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır.
71. Ona görə də iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq qiymət verməklə mübahisəni həll etməlidir.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2276/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.